Məhkəmə qərarları › İş №2(103)-10025/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10025/2021

01.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10025/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, Cavabdehin nümayənədəsi və vəkili X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadənin qadağan olunması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh/ilkin iddia üzrə İddiaçı1 qarşı “zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-4438/2021 saylı, 01.09.2021-ci il tarixli qərardadından ilkin iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadənin qadağan olunması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbində göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən avto-təmir sexinin fəaliyyətinin dayandırılmasının zəruriliyi ondan ibarətdir ki, həmin evin yuxarı mərtəbəsində yaşayan ilkin iddia üzrə iddiaçılar və ətrafdakı qonşular avto-təmir sexinin işləməsinə görə yaranmış səs-küydən narahat olurlar. Ona görə də o, məhkəmədən ünvan 1 ünvanında yerləşən avto-təmir sexinin fəaliyyətinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı1 qarşı “zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd edilən mübahisəli evin 1-ci mərtəbəsi cavabdehə məxsusdur. Həmin evin ətrafında çox sayda qonşular da yoxdur. Bundan başqa bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında mövcud pandemiya səbəbindən bir sıra obyektlərin fəaliyyətində məhdudiyyətlər olub, o cümlədən sözügedən sexdə də pandemiya səbəbindən iş fəaliyyəti məhduddur, saat 23:30- 24:00-dək hər yerdə iş fəaliyyəti dayandırmışdır. Odur ki, o, məhkəmədən iddianın təmin tədbiri barədə ərizənin təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4438/2021 saylı, 01.09.2021-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməmişdir. (Sədrlik edən: Orxan Məmmədli). Qərardaddan narazı qalan ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdirlər. Lakin, sonradan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 22.09.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, şikayətdən imtina etdiklərini bildirmişdirlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Y.Hümbətov apelyyasiya şikayətindən imtina barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə ilkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişlər və iştirak etməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4438/2021 saylı, 01.09.2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayətin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İlkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4438/2021 saylı, 01.09.2021-ci il tarixli qərardadından verilən apellyasiya şikayətindən imtina qəbul edilsin. İlkin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar