Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10038/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və vəkili Vəkil və cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-256/2021 saylı işi üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, ev 127E, mənzil 61 ilə bağlı 24.31 kvadrat metr sahəyə görə artıq ödədiyi 26741 manat məbləğində pulun "Şərur” MTK-dan alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, Payçı İddiaçı ilə Satıcı "Şərur” Mənzil Tikinti Kooperativi arasında bağlanmış 08.11.2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin kserosurətinə əsasən, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə ünvanında Payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 1-ci giriş 11 mərtəbə, 47 saylı, ümumi sahəsi 129,81 kv.m, 66,55 kv.m 3 otaqlı mənzili "Şərur” MTK İddiaçı verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürür; "Şərur” Mənzil Tikinti Kooperativinin 27.02.2020-ci il tarixli maliyyə arayışının surətinə əsasən İddiaçı ünvan 1 ünvanında inşa edilmiş, yaşayış binasında, ümumi sahəsi 129,81 kv.m olan, yaşayış sahəsi 66,55 kv.m olan, 3 otaqlı, 61 saylı mənzil ona məxsusdur. Mənzilin dəyərini (38943 manat) tam ödəmiş, kooperativə borcu yoxdur ; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 06.04.2020-ci il tarixli çıxarışın surətinə əsasən, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, ev 127E 61 saylı 105.5 kv.m-li mənzil İddiaçı adına rəsmiləşdirilmişdir; **********30-05301-093021 reyestr nömrəli texniki pasportuna əsasən ki, Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 127E 61 saylı mənzil İddiaçı istifadəsindədir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllədə inşa olunmuş binanın 1-ci giriş: 11-ci mərtəbədə yerləşən 3 otaqlı 47 saylı mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla sahəsi 105.2 m2 təşkil edir. Divaraltı sahələr, sütunlar şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilaltı sahənin 129,8 kv.m olduğu müəyyən edilir. Bakı şəhəri. Binəqədi rayonu, Mir Cəlal küçəsi. 3169-cu məhəllə, ev 127E, 61 saylı mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışı əsasında sahəsi ilə həmin mənzilin "Şərur” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş layihə-cizgi, müqavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla) arasında fərq 24.6 kv.metr təşkil edir. Sahələrin fərqli olması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; "xxxx" MMC-nin 14.12.2020-ci il tarixli, ƏEM/D 19-708/20 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, ev 127E, 61 saylı mənzilin təmirsiz olaraq 1 kv.m üçün 14.12.2020-ci il tarixinə bazar dəyəri 1060,0 manat kv.metr təşkil edir. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3169-cu məhəllə, ev 127E, 61 saylı mənzilin təmirsiz olaraq 1 kv.m üçün 2006-cı il tarixinə bazar dəyəri 450,0 ABŞ dolları kv.metr təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 300 manat təşkil edir; (səh.15, 20, 6,8, 110, 59) . Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-256/2021 saylı işi üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Şərur” Mənzil Tikinti Kooperativinə "pul” tələbinə dair iddia ərizəsi təmin edilməməsi, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 50 manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin hesabına keçirilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq "Əmlak Ekspert Mərkəzi” MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyası 127; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59, 106; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının ondan alınan artıq alınmış 26741 manat məbləğində pulun qaytarılması tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, iddiaçı mənzilin faktiki sahəsinin əslində mənzilin çıxarışında göstərildiyi kimi 105.5 kv.m sahədən ibarət olmasınıı qeyd etsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlarla tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə iddiaçının irəli sürdüyü tələbləri əsaslandıra bilmədiyini qeyd etmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 256/2021 nömrəli 05 avqust 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması və iddia tələbinin tamamilə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, tərəflər arasında bağlanan və hazırda qüvvədə olan 08 noyabr 2006-cı il tarixli müqavilənin şərtlərində ona məxsus ünvan 1, mənzil 47-nin (hazırkı mənzil 61-in) ümumi sahəsinin və hesablaşma sahəsinin 129,81 kvadrat metr olması göstərilmişdir. Müqavilədə mənzilin ümumi sahəsinə və hesablaşma sahəsinə mənzilin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin hesablanması və ya müqaviləyə əlavə edilməsi göstərilməmişdir.Sədrlik edən heç bir əsaslandırma aparmadan qanunvericiliyin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd və qərəzli olaraq bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin mənzilin ümumi sahəsinə aid olmasını bildirmişdir və aid etdiyi sahələrin kvadrat metrini bilərəkdən və qəsdən göstərməmişdir. Məhkəmə Qətnamədə qanunvericiliyin, Şəhərsalma və Tikinti Məcəlləsinin və Qaydaların müvafiq maddələrinə və bəndlərinə istinad edir. Həmin normalarda mənzilin hansı sahələrinin mənzilin ümumi sahəsinə hesablanması açıq-aşkar, sadə və izahlı əsaslarla göstərilib. Lakin məhkəmə həmin normalara istinad edib, amma fərqli və qanunsuz qərar edib. Məhkəmə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına istinad etsə də, həmin qaydaları səhv təfsir etmişdir, yəni bu qaydalara istinad etmək xatirinə istinad etmişdir. Məhkəmə Qaydaların 3.2, 3.3 və 3.8-ci bəndlərinə istinad etsədə çox da çətin olmayan adi və sadə riyazi hesablamalar əsasında mənzilin hər bir otağının və digər sahələrininin yəni, ümumi hesablanan sahələrin hər birinin ayrı-ayrılıqda kvadrat metrini, azalma tətbiq edilən sahələrin hər birinin ayrı-ayrılıqda kvadrat metrini və mənzilin ümumi sahəsinə əlavə edilən divaraltı, sütun, şaxta və digər sahələrin hər birinin ayrı-ayrılıqda kvadrat metrini göstərməmiş, bu qaydaların və digər normativ hüquqi aktların tələblərinə zidd olaraq qanunsuz qərar qəbul etmək naminə qanunsuz və hüquqa uyğun olmayan əsaslandırma aparmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına əsasən Məhkəmə ona məxsus ünvan 1, mənzil 47-yə (hazırkı mənzil 61-ə) mülkiyyət hüququ-çıxarış alarkən məzilin ümumi sahəsinə tətbiq edilən sahələrin hesablanması zamanı müəyyən edilən hesablamaları da nəzərə almamışdır. Məhkəmə divaraltı, sütun, şaxta sahələrinin mənzilin ümumi sahəsinə əlavə edilməsini və balkonlara 0,3 əmsalını tətbiqinin mənzilin ümumi sahəsinə daxil etməklə arada mövcud olan fərq 24,6 kvadrat metrlik sahə tamalanır qənatinə gəlmişdir, lakin tamamlanma müəyyən edilən sahələrin tamamlanması üçün daxil edilən hər bir sahənin ayrıayrılıqda kvadrat metr sahəsi göstərilməmişdir. Bundan əlavə, 05 avqust 2021-ci il tarixdə vəkilim Vəkil mülkiyyətində olan mənzillə oxşar, eyni ölçüyə və sahəyə malik olan həmin blokda olan Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi, 3169-cu məhəllə ev 127 E, mənzil 70-in mülkiyyətçisi olan X3 məxsus mənzilin çıxarışını, texniki pasportunu, onunla Şərur MTK arasında bağlanan müqaviləni, Şərur MTK-nın Ramil barəsində verdiyi protokoldan çıxrışın və maliyyə arayışların surətini işə sədrlik edən hakim Aytən Novruzovaya təqdim etdi. Oxşar, eyni sahəni və ölçünü əhatə edən mənzillər barəsində fərqli qərarlar qəbul edilməsi barədə vəkili tərəfindən verilən sualları cavabdehin nümayəndəsi cavablandıra bilmədi. Məhkəmə məhkəmə iclasında məhkəməyə təqdim edilən sənədlərə heç bir hüquqi qiymət verməmiş və hətta münasibət belə bildirməmişdir. Necə olur ki, Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi, 3169-cu məhəllə ev 127 F, mənzil 70-in mülkiyyətçisi olan X3 məxsus mənzilin sahəsi hesablanarkan həmin mənzilin sahəsinin hesablanmasına yuxarda istinad edilən Məcəllənin və Qaydaların normaları təbiq olunur, amma ona məxsus mənzilin sahəsinin hesablanmasına yuxarda istinad edilən Məcəllənin və Qaydaların normalarına istinad olunur, amma Məcəllənin və Qaydaların normaları təbiq olunmur.Məhkəmə mülki prosessual qanunvericiliyinin tələblərini yəni, hamının qanun və məlikəmə qarşısında bərabərliyi prinsipini, ədalət mühakiməsin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini kobud və qərəzli şəkildə pozmuşdur. Məhkəmə onun iddia tələbi üzrə olan mülki işin həllində məhkəmənin tətbiq etdiyi məhkəmə qətnaməsində istinad etdiyi normativ hüquqi aktları səhv təsvir etmiş, nəticədə hüquqi əsası olmayan qanunsuz və əsasız qərar qəbul etmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, tərəflə əlaqə saxlamağa çalışdığını, ancaq nəticə ala bilmədiyini, oxşar mənzilə dair müqavilədə 108.17 m2 qeyd olunduğunu, ekspert rəyində ölçülərlə bağlı hissədə narazı olmadıqlarını, Şəhərsalma və Tikinti Məcəlləsində hansı sahələrin hesablanmalı olduğunun qeyd edildiyini, tərəflər arasında müqavilənin 2006-ci ildə bağlanıldığını, lakin öhdəliklərin cavabdeh tərəfindən 2020-ci ildə həyata keçirildiyini, iddiaçının çıxarış almaq məqsədi ilə mürcaiət edən zaman ona maliyyə arayışı, plan sxem və digər sənədlərin verildiyini, mənzildə ölçüm aparılan zaman ölçünün 129.81 m2 olmadığının aşkar edildiyi, bu kvadratmetrdən 24.6 m2 əksik olduğunun müəyyən edildiyini, ekspertiza rəyində də artıq sahənin qeyd olunmasının aşkar edildiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən hansı sahənin artıq yazılmasının qeyd olunmadığını, birinci instansiya məhkəməsi qərar qəbul edən zaman bir çox normaya istinad etsə də düzgün təfsir etmədiyini, hal-hazırda mövcud işlə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə istinad etdiklərini, cavabdehin müəyyən etdiyi sahəni təhvil vermədiyini, ekspert rəyinə sübut kimi düzgün qiymət verilmədiyini bildirmiş, əlavə ekspertizanın keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar mənzillərlə onun mənzilində kvadratda fərqliliyin oludğunu, əvvəl 112 m2 sonra isə 129 m2 mənzilə dair müqavilə bağlanıldıqlarını, onun 129 m2 mənzilin dəyərini ödədiyini, mənzildə təmir işləri aparılan zaman alınmış parketin 129 m2 evə uyğun olmadığını, mənzilin sahəsinin daha az olduğunu aşkar etdiklərini, onun ödədiyi məbləğin artıq olduğunun müəyyən edildiyini, bu halı cavabdehə bildirdikdə mənzilin sahəsinin çıxarışda ödənilmiş məbləğə uyğun yəni 129 m2 qeyd olunacağını bildiriklərini, mənzili rəsmi olaraq 2020-ci ilin fevral ayında təhvil aldığını, təhvil-təslim aktının olmadığını, çıxarış üçün ASAN Xidmətə mürcaiət edən zaman ona evin ölçüləcəyini bildirdiklərini, DƏDRX Bakı şəhəri Ərazi İdarəsi mənzili ölçən zaman mənzilin sahəsinin 105.5 m2 olduğunun müəyyən edildiyini, buna qədər sahənin ölçdürmədiyini, müqavilə bağlanan zaman mənzillərin qiymətinin sahəsinə uyğun olaraq hesablandığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, mənzilin sahəsinin hesablanması zamanı hesablaşma və ümumi sahənin hesablandığını, çıxarış verilən zaman faydalı sahənin əsas götürüldüyünü, balkonlar və digər sahələrin azalma ilə qeyd edildiyini, həmin sahələrə əmsallar tətbiq olunmadığından fərqlilik yarandığını bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi: 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.). 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi: 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.) Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarına, Azərbaycan Respublikası Mülki Məclləsinin 21, 385-388, 560; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59, Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 80 - 82.1, 89.3, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə tələbə münasibətdə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, pul tələbi irəli sürülsə də müqavilə şərtləri mübahisələndrmədiyindən mübahisəyə aid olmayan digər mənzilin sahələrin müqayisəli şəkildə tədqiq edilməsi tələbdən kənar prosessual hal kimi yolverilməzdir və əqdin etibarsızlığına dair hallar müəyyən edilmir. Bundan əlavə, ekspert rəyi ilə cavabdeh tərəfindən öhdəliklərin lazımınca yerinə yetirilməməsi və qeyd edilən sahənin təhvil verilməməsi və buna dəlalət edən digər sübutlar müzakirəyə təqdim edilməmişdir. İddiaçı əlavə ekspertizanın aparılması barədə vəsatət versə də bunun təyin edilməsi üçün (mövcud ekspert rəyini təkzib edən sübutlar) əsaslar müəyyən edilmir və sahənin fərqli olmasına dair digər mötəbər sübutlar təqdim edilməmişdir. Mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2 və 12.5-ci maddələrinin tələblərinə əsasən: «Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür». «Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227.1 və 227.2-ci maddələrinin tələblərinə əsasən: « Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur».«Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin». Qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi ona göstəriləndən az sahənin verilməsi və bununla öhdəliyinin lazımınca yerinə yetirilməməsi üzrə pulun tələb edilməsi ilə nəzərə alınanda, təqdim edilmiş sənədlərdə ümumiyyətlə alınan zaman mənzilin hansı meyyarlarla qiymətləndirilməsi müəyyən edilməsə də, yalnız cavabdehin nümayəndəsinin izahatı ilə bu meyyarların mənzilin sahəsi üzrə müəyyən edilməsi məlum olmuşdur. Qeyd edilənlərdən əlavə, iddiaçı müqavilə öhdəlikləri üzrə tələbinin əsası kimi istinad etdiyi halları və hüquqi əsasları dəqiq müəyyən etməmiş, pul tələbinin müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi, ondan irəli gələn zərər və ya əsassız varlanma kimi qiymətləndirməni müzakirəyə təqdim etməsə də məhkəmə kollegiyası sadalanan və ya digər xüsusatlar üzrə mülki hüquq pozuntuları müəyyən etməmişdir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinin 384, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-256/2021 saylı işi üzrə 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10038/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10038/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver