Məhkəmə qərarları › İş №2(103)-1004/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1004/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1004/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinə dair iş üzrə (Açar sözlər: tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin icrası, tapşırıq müqavilənin etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi X4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərin icrası” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “tapşırıq müqavilənin və qəbzin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1399/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (İcraçı) ilə Cavabdeh (Sifarişçi) arasında bağlanmış 31 iyul 2015-ci il tarixli “Hüquqi xidmət haqqında” Müqaviləyə əsasən icraçı bu müqavilənin şərtlərinə uyğun olaraq sifarişçiyə bütün rayon, apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrində “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlaklarla əlaqədar daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə ödəniləcək kompensasiyanın ümumi məbləğiinin 10% miqdarında kompensasiyanın ödənilməsi tələbinə dair” qaldırılmış iddia ərizəsi üzrə iddiaçının, yəni sifarişçinin nümayəndəsi qismində məhkəmə proseslərində iştirak edir. hüquqi xidmət göstərməyi, sifarişçi isə həmin xidmətlərin qiymətlərini müqavilədə müəyyən edilmiş qaydada, vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilənin 3.2-ci bəndinə əsasən həmin müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30 % miqdarında müəyyən edilir və sifarişçi tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında icraçıya ödənilir.

2. Cavabdeh tərəfindən imzalanmış qəbzə əsasən Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə almışdır. Vəkildən və nümayəndədən heç bir şikayəti yoxdur. Gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi onun tərəfindən ödənilmək şərtilə xidmət haqlarını ödəməyi öhdəsinə götürür.

3. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh 5900 avro maddi və 3000 avro mənəvi, cəmi 8900 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.

4. X18 tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci il tarixli “Xidmət haqqının ödənilməsi barədə” xəbərdarlığa əsasən İddiaçı aralarında bağlanmış xx.xx.2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə və qəbzə istinadən onun Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən cəmi 8.900 avro məbləğində kompensasiya aldığını, lakin müqaviləyə əsasən razılaşdırılmış xidmət haqqının ona bu günədək ödəmədiyini bildirmiş və 3 gün müddətində xidmət haqqı olaraq 2.670 avro məbləğində vəsaitin ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Poçt qəbzinə əsasən X5 həmin məktubu xx.xx.2022-ci il tarixdə şəxsən qəbul etmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2022-ci il tarixli, 4/1156 nömrəli ekspert rəyinə əsasən mülki işin 90-cı vərəqində Cavabdeh adından olan Qəbzdə “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 91-92-ci vərəqlərində olan xx.xx.2015ci il tarixli, 02 nömrəli Hüquqi xidmət haqqında müqavilədə sifarişçi qrafasından aşağıda yerləşən imza qrafasındakı imzanın – Cavabdeh Möhkəməli qızı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı (X17 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2,670 avronun manata olan rəsmi məzənnəsinin və 72 manat dövlət rüsumunun, habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixə kimi ödənilməsi nəzərdə tutulan 2,670 avro məbləğində pulun 2022-ci ilin bank uçot dərəcəsini (7,50%) əsas götürməklə 200 avronun manata olan rəsmi məzənnəsinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4003/2015 saylı, 11 noyabr 2015-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi, ev 9, 16 saylı mənzilə görə ödənilmiş 61.020 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12.204 manat məbləğində pulun Cavabdeh ödənilməsinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə olunması, iddianın çətinliklə bağlı 10 faizi miqdarında 6.102 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-196/2016 saylı, 21 yanvar 2016-cı il tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4003/2015 saylı, 11 noyabr 2015-ci il tarixli qərarı qismən - iddianın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12.204 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməmiş, çətinliklə bağlı 10 faizi miqdarında kompensasiyanın – 6.102 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasının rədd edilməsi hissəsində qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-777/16 saylı, 05 may 2016-cı il tarixli qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-196/2016 saylı, 21 yanvar 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-777/16 saylı, 05 may 2016-cı il tarixli qərarından narazı qaldığı üçün ona Cavabdeh tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətin verilməsinə tapşırıq verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə şikayətləri təmin edilərək, Cavabdeh 5.900 avro maddi və 3.000 avro mənəvi, cəmi 8.900 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən məhkəmə qərarları və xüsusən də sonuncu Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı - tərəfindən Cavabdeh göstərdiyi hüquqi xidmətlərin nəticəsidir. Belə ki, Cavabdeh ilə aralarında 31 iyul 2015-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Qeyd edilən müqavilənin 3.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilir və sifarişçi tərəfindən icraçıya ödənilir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilənin 3.2-ci bəndində göstərilən xidmətlərin haqqı məhkəmənin yekun qərarı icra olunarkən - dərhal ödənilir. Bununla yanaşı Cavabdeh tərəfindən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında cavabdehə ödənilməli olan kompensasiya məbləğinin tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətin olmadığı, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqların ödənilməsi öhdəliyi götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı 21 sentyabr 2021-ci il tarixli qərarı icra edilərək, 5.900 avro maddi və 3.000 avro mənəvi, cəmi 8.900 avro məbləğində kompensasiya Cavabdeh tərəfindən alınmışdır. Lakin qeyd edilən xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Göründüyü kimi, 8.900 avro məbləğində pul vəsaitinin 30% - 2670 avro məbləğində vəsait təşkil edir. Cavabdeh tərəfindən xidmət haqqı olaraq 2.670 avro məbləğində vəsaitin ona ödənilməsi könüllü təmin edilməlidir. Lakin qeyd edilən məbləğ cavabdeh tərəfindən ona ödənilməmiş, yəni müqavilə ilə üzərinə götürülən öhdəliklər qərəzli olaraq icra edilməmişdir. Bununla bağlı tərəfindən Cavabdeh xx.xx.2022ci il tarixli rəsmi xəbərdarlıq (pretenziya) məktubu göndərilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə şəxsən xəbəmaməyə imza edilərək alınmışdır. Bununla yanaşı Cavabdeh xidmət haqqı olaraq 2.664 avro məbləğində əsas borcunu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəmədiyi üçün ondan qeyd edilən əsas borcun faizləri də tutulmalıdır.

8. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, 02 saylı “Hüquqi xidmət haqqında” müqavilənin və İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən verilməsi ehtimal edilən qəbzin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Hüquqi xidmət haqqında” 31 iyul 2015-ci il tarixli, 02 saylı müqavilədəki imza onun imzasına oxşasa da, o, həmin müqavilənin nə vaxt və hansı şərtlərlə bağlanmasını xatırlamır. O, həmin müqavilənin mövcudluğundan yalnız xx.xx.2022-ci il tarixdə, yəni hazırkı iş üzrə ilk iddia ərizəsinə əlavə edilmiş sənədlər məhkəmə iclas katibi tərəfindən ona təqdim olunarkən məlumatı olmuşdur. Həmin müqavilə ilə tanış olduqdan sonra bildirmişdir ki, İddiaçı tərəfindən ona belə bir müqavilənin bağlanması təklif olunmamış və həmin müqavilənin şərtləri də İddiaçı tərəfindən ona izah edilməmişdir. Ehtimal oluna bilər ki, İddiaçı nə vaxtsa onu aldadaraq həmin müqaviləyə imza etdirmişdir. Belə olan halda, həmin müqavilə etibarsızdır. Digər tərəfdən, 2015-ci il tarixli, 02 saylı müqavilədən görünür ki, həmin müqavilənin şərtləri ona göstərilən hüquqi xidmətə görə gəlir əldə etmə ilə bağlı olmuş, bu halda isə o, faktiki olaraq sahibkarlıq fəaliyyətini həyata keçirmiş, lakin bu fəaliyyətini Dövlət Qeydiyyatına (vergi uçotuna) alınmadan həyata keçirmişdir. Hesab edir ki, ilk iddiaçı Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, bununla da ona ziyan vurmaqla gəlir əldə etməyə cəhd etmişdir. Belə ki, həmin müqavilənin adı məhz “Hüquqi xidmət haqqında müqavilə” adlanır və həmin müqavilənin, demək olar ki, bütün bəndləri özündə xidmətləri ehtiva edir. Burada o da nəzərə alınmalıdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi məhz vəkilliyin əsas vəzifələrinə aiddir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən isə: İ. Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. İİ. Cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraatda fiziki şəxsin müdafiəsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi vəkillik fəaliyyətinin müstəsna dairəsidir. Belə ki, o, İddiaçı yalnız iki dəfə etibarnamə vermiş, hüquqlarının təmsil olunması üçün digər heç bir sənəd imzalamamışdır. Əgər imzalanmışsa belə, o halda İddiaçı tərəfindən aldadılmışdır. Qeyd edir ki, birinci - xx.xx.2015-ci il tarixli etibarnamə məhkəmədə iştirak etmək üçün 3 il müddətinə verilsə də, ikinci - xx.xx.2021-ci il tarixli etibarnamə isə İddiaçı tərəfindən ona dəfələrlə zəng edilərək, guya Avropa İnsan Hüquqları Məhkəməsində iştirak edəcəyi adı (vədi) ilə alınmışdır. Belə ki, indi məlum olur ki, İddiaçı həmin vaxt Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından xəbər tutan kimi, yəni 2021-ci ilin noyabr ayının əvvəllərində (bu, daha əvvəlki tarixdə də ola bilər) ona zənglər edərək və vatsapp yazışmaları göndərərək, bildirir ki, Avropa insan Hüquqları Məhkəməsindən sənədlər gəlib, həmin sənədlərə əsasən o, yəni İddiaçı Avropa İnsan Hüquqları Məhkəməsində iştirak etməlidir, əvvəlki etibarnamənin müddəti 2018-ci ildə bitdiyindən, ona yeni etibarnamə verilməlidir ki, gedib həmin məhkəmədə onu təmsil edə, onun adından iştirak edə bilsin. Bundan sonra o, İddiaçı xx.xx.2021-ci il tarixli vatsapp yazışmaları göndərərək, “Avropa Məhkəməsindən gələn sənədlər sizdədir?” deyə soruşmuş, həmin sənədlərin bir nüsxəsinin ona verilməsini istəmiş, İddiaçı isə həmin sənədləri yeni etibarnamə verilməsi üçün 1 saylı Notariat ofisinə gələrkən verəcəyini bildirmiş, lakin xx.xx.2021-ci il tarixdə etibarnaməni aldıqdan sonra da həmin sənədlərin bir nüsxəsini ona verməmişdir. İndi müəyyən olunur ki, İddiaçı ona Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə bildirişi kimi təqdim etdiyi həmin sənədlər Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı olmuşdur. Sonradan o, İddiaçı xx.xx.2021-ci il tarixli vatsapp yazışmaları göndərərək, ona etibarnamə verdiyini, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin sənədlərini tanış olmağına imkan verməməsi barədə iradını bildirir, lakin İddiaçı həmin sənədləri yenə də vermir. Bu da azmış kimi, xx.xx.2021-ci il tarixdə etibarnamənin əldə edilməsinə müvəffəq olduqdan sonra, İddiaçı eyni zamanda həmin vaxt ona ağ kağıza imza etdirmişdir. İndi məlum olur ki, İddiaçı həmin vaxt ona imza etdirdiyi ağ kağız, böyük ehtimalla, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş onun tərəfindən verilməsi (imzalanması) ehtimal edilən tarixsiz, ilk iddiaçının təbirincə desək, “müvafiq” qəbzdir. Həmin qəbzin məzmunu belədir: “Mən Cavabdeh Avropa insan Hüquqları Məhkəməsinin qərarı əsasında mənə ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldım. Vəkildən və nümayəndədən heç bir şikayətim yoxdur. Gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfimdən ödənilmək şərti ilə xidmət haqlarını ödəməyi öhdəmə götürürəm”. Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən ödənilməli olan 8.900 avro xx.xx.2022-ci il tarixdə, özü də elektron qaydada ödənilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən ona ünvanlanmış “Xəbərdarlıq” məktubundan və poçt çatdırılma vərəqindən görünür ki, həmin Xəbərdarlıq” xx.xx.2022-ci il tarixdə imzalanmış və xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Həmin “Xəbərdarlıq” məktubunun 5-ci abzasında göstərilir: “Bununla yanaşı tərəfinizdən müvafiq qəbz imzalanmışdır ki, həmin qəbzə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında Sizə ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığınızı, vəkildən və nümayəndədən heç bir şikayətinizin olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisi tərəfinizdən ödənilmək şərti ilə xidmət haqlarının ödənilməsi öhdəliyi götürülmüşdür”. Təkcə həmin xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq” məktubunun 5-ci abzasında göstərilənlərlə müəyyən edilir ki, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş həmin tarixsiz qəbz ilk iddiaçı tərəfindən saxtalaşdırılmışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, ona Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən ödənilməli olan 8900 avro xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Belə olan halda, Cavabdeh xx.xx.2022-ci il tarixdən ən yaxşı halda 1 ay əvvəl, yəni xx.xx.2022-ci il tarixədək ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığı barədə necə qəbz verə bilərdi?! Göründüyü kimi, ilk iddiaçının, pulu ələ keçirmək niyyətini həyata keçirmək məqsədilə sübutları saxtalaşdırması və məhkəməyə təqdim etməsi ehtimalı böyükdür və bu hal məhkəmə tərəfindən araşdırılaraq müvafiq hüquqi qiymət verilməlidir. Təqribən 2022-ci ilin fevral ayının sonlarında (ola bilər ki, martın ilk gönlərində) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı Səadət xanım ***-***-**-** nömrəli telefonla ona zəng edərək, İddiaçı etibarnamə təqdim edərək, Avropa İnsan Hüquqlar Məhkəməsinin qərarına əsasən ona ödənilməli olan vəsaiti dəfələrlə götürməyə cəhd etdiyini, ona çatan pulu əldə etmək istədiyini bildirmiş, lakin o, həmin vəsaitin yalnız onun özünə (özünün açdığı hesaba) ödəniləcəyini İddiaçı bildirərək, bundan imtina etmişdir. Məhz həmin vaxt Cavabdeh bilmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən ona 8.900 avro ödənilməlidir. Cavabdeh onunla görüşməkdən imtina etdiyini görən İddiaçı bu dəfə onun telefonuna vatsapp vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 23:18 və 23:20-də iki dəfə elektron formatda ərizələr göndərərək, həmin ərizələrə imza etməyi təklif etmiş, lakin o, həmin ərizələri açıb oxuya bilmədiyini, hətta oxuya bilsə idi belə, imza eməkdən imtina edəcəyini bildirmişdir. Beləliklə, artıq onun hiyləsini başa düşdüyünü, bu səbəbdən onunla görüşdən, həmçinin onun təkliflərindən imtina etdiyini görən İddiaçı, böyük entimalla əlacsız qalıb, sonda ona xx.xx.2022-ci il tarixli "Xəbərdarlıq” məktubu göndərmişdir. Məlumat üçün bir faktı da bildirir ki, o, İddiaçılə 2016-cı ildən, “yəni Ali Məhkəmənin qərarının çıxarıldığı tarixdən bu günə qədər yalnız bir dəfə - xx.xx.2021-ci il tarixdə, 1 saylı Notariat ofisində həmin tarixli etibarnamənin verilməsi zamanı görüşmüş, bundan sonra İddiaçı dəfələrlə cəhd etsə də, onunla görüşməmişdir. Zərurət olarsa, məhkəmə həqiqətə nail olmaq üçün bununla bağlı tərəflərin istifadəsində olan telefonların anten dairələrinin çıxarılması üçün müvafiq qərarla sorğular göndərilə bilər. Hüquqi savadsız olduğuna görə İddiaçı onun etibarından suiistifadə etdiyini anlayandan sonra 1 saylı Notariat ofisinə gedərək, xx.xx.2021-ci il tarixli etibarnaməni xx.xx.2022-ci il tarixdə, yəni iddia ərizəsinə əlavə edilmiş sənədləri aldığı gün ləğv etdirmişdir. Onun işlərini aparmaq üçün mərhum atası Mökəməli Hüseynov tərəfindən xidmət haqqı qismində İddiaçı ümumilikdə 1000 manat pul verilmişdir. Belə ki, həmin vaxt onların mənzilinin alqı-satqısına görə pul ödənilmiş və əllərində kifayət qədər vəsait olmuşdur. Qeyd edək ki, həmin məbləğ yalnız onun bildiyi məbləğdir və ola bilər ki, mərhum atası İddiaçı əlavə pullar da vermişdir. Bundan başqa, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş onun tərəfindən verilməsi ehtimal edilən qəbzdəki “imza” qrafasındakı imza və “Cavabdeh” əlyazmasının xx.xx.2022-ci il tarixdən əvvəl, ən tez halda xx.xx.2021-ci il tarixdə icra edilmişdir, həmçinin həmin qəbzdəki “imza” qrafasındakı imza və “Cavabdeh” əlyazması qəbzin kompüterlə yazılmış mətni ilə eyni vaxtda icra edilməmiş, böyük ehtimalla ilk iddiaçı tərəfindən həmin sübut saxtalaşdırılmış və məhkəməyə təqdim edilmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1399/2022 nömrəli, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 2.670 avronun manata olan rəsmi məzənnəsi tutulmuş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia rədd edilmiş, ilk iddianın qaldırılması üçün ödənilmiş 72 manat dövlət rüsumunun 36 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulmuş, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat vəsaitin 55 manat hissəsi İddiaçı, 55 manat hissəsi isə Cavabdeh tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülmüşdür. (hakim X13)

11. Məhkəmənin öz mövqeyini əsaslandırarkən ilk öncə 31 iyul 2015-ci il tarixli İddiaçı (İcraçı) ilə Cavabdeh Mökəmli qızı (Sifarişçi) arasında bağlanmış Hüquqi Xidmət haqqında Müqavilədən cavabdehin xəbərsiz olduğunu inandırıcı və əsaslı saymamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış qəbzə əsasən cavabdeh həmin qəbzdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayəti olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri xidmətə görə vergisi tərəfindən ödənilmək şərti ilə xidmət haqqlarını ödəməyi öhdəsinə götürdüyünü qeyd etmişdir. Bundan başqa ekspert rəyi ilə də sözügedən qəbzdə olan imzanın Cavabdeh məxsus olduğu təsdiq edilmişdir. Məhkəmə qeyd etmişdir ki, müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını öncədən proqnozlaşdıra bilməzdilər. Belə olan halda qonorar məbləği işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticəni nəzərdə tutmuş, xidmət göstərilən şəxs iş üzrə əldə edəcəyi kompensasiya məbləğinin 30 faizini hüquqşünasa qonorar kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən hüquqi xidmət haqqında müqaviləyə uyğun olaraq cavabdehin tapşırığı əsasında X11 Məhkəməsinə müraciət etməsi üçün lazım olan sənədləri hazırlamış və Avropa Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə qeyd edilənləri və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilənin 3.2-ci bəndinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh ödənilmiş 8,900 avro məbləğində pulun 30 faizi olan 2,670 avronun manata olan rəsmi məzənnəsi hüquqi xidmət xərci kimi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilk iddia tələbinin 245 avro pulun cavabdehdən tutulması hissəsinə münasibətdə isə Mülki Məcəllənin 449.1-ci maddəsinə istinadən tələbin bu hissədə əsassız sayaraq təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi ilk iddia tələbinin qarşılıqlı ödənilməsinə yönəldiyindən və ilk iddia tələbi qarşılıqlı iddia ərizəsində mübahisələndirilən hissələrdə təmin edildiyindən, qarşılıqlı iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, 02 saylı “Hüquqi xidmət haqqında” müqavilənin və İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən verilməsi ehtimal edilən qəbzin etibarsız sayılmasına dair əsaslar mövcud olmamışdır. Cavabdeh ərizəsində qarşı tərəfə hüquqi xidmət göstərməsi üçün atası tərəfindən 1000 manat məbləğində pul ödənilməsini qeyd etsə də, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab etmişdir ki, tərəflər arasında hüquq münasibətləri avro ilə yaranmış olsa da, Azərbaycan ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 19-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci, 339.2-ci, 339.3-cü, 404.1-ci, 430.1ci, 439.1-ci, 442-ci, 449.1-ci, 777.1-ci, 777.2-ci, 778.1-ci, 778.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci, 217.4cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

13. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən - ilk iddianın təmin olunan hissəsində ləğv edilməsi və ilk iddianın qalan hissədə də təmin edilməməsi, qətnamənin qarşılıqlı iddiaya münasibətdə tam ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini qarşlıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə qətnaməsində Zülfiyyə Əliyevanın adı qeyd edilmiş, lakin o, prosessual şəxs olmamışdır. Zülfiyyə Əliyeva adlı şəxs ilk İddiaçı Avropa İnsan Hüquqları Məhkəməsində guya hüquqları müdafiə olunmuş və hazırda müxtəlif məhkəmələrdə onlara qarşı eyni məzmunlu iddia qaldırılmış 7 şəxsdən biridir. İlk İddiaçı birinci instansiya məhkəməsinin sonuncu iclasında həmin şəxslərlə, o cümlədən Zülfiyyə Əliyeva adlı şəxslə bağlı məhkəmə qətnamələrini məhkəməyə təqdim etmişdir. Böyük ehtimalla, birinci instansiya məhkəməsi məhz ilk İddiaçı sonuncu iclasında məhkəməyə təqdim etdiyi başqa qətnaməni, yəni Zülfiyyə Əliyeva ilə bağlı qətnaməni olduğu kimi köçürmüş, bu hal isə ədalət mühakiməsinin mahiyyətinə ziddir. Qeyd etdiyi halın mövcudluğu da bir daha sübut edir ki, birinci instansiya məhkəməsi iş üzrə obyektiv araşdırma aparmamış, ciddi prosessual pozuntuya yol vermişdir. Bundan başqa, işdən göründüyü kimi, birinci instansiya məhkəməsinin istinad etdiyi 31 iyul 2015-ci il tarixli, 02 nömrəli Hüquqi Xidmət haqqında X19 Hüquqları Məhkəməsi ilə bağlı heç bir müddəa yoxdur. Belə olan halda, birinci instansiya məhkəməsinin cavabdehin tapşırığı əsasında onun Avropa Məhkəməsinə müraciət etməsi üçün ilk İddiaçı lazım olan sənədləri hazırlaması və Avropa Məhkəməsinə müraciət edilməsi tamamilə əsassızdır. Məhkəmə tərəflər arasında mövcud olmayan xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqaviləyə, hətta həmin müqavilə mövcud olsa idi belə, o halda həmin müqavilədə mövcud olmayan hala istinad etməsi gəlmiş olduğu nəticəsinin qanunsuz və əsassız olmasına dəlalət edir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2022-ci il tarixli, 4/1156 nömrəli ekspert rəyinin 2-ci bəndində qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli hüquqi xidmət haqqında müqavilədəki mülki işin 91-92cı vərəqində olan 31 iyul 2015-ci il tarixli 02 nömrəli Hüquqi Xidmət haqqında Müqavilədə “Sifarişçi” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imzanın - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hisəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə Ekspertiza Mərkəzinin 18 avqust 2022-ci il tarixli, 4/1156 nömrəli ekspert rəyinin tədqiqat prosesinin təsviri hisəsinin 2-ci bəndində isə qeyd edilmişdir ki, tədqiq olunan imzanı Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması müqayisə vaxtı imkan vermir ki, həmin imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər küllliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, həmin imzanın Cavabdeh və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, İddiaçı özü də etiraf edir ki, “Hüquqi xidmət haqqında” müqaviləni nümyəndəsi olduğu 7 şəxsdən 6-sı ilə notarial qaydada bağlamış, yalnız Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, 02 saylı “Hüquqi xidmət haqqında” müqavilə notarial qaydada bağlanmamışdır. Bu fakt da, həmin müqavələnin ilk İddiaçı özü tərəfindən saxtalaşdırılmasına ehtimal etməyə əsas verir. Məhkəmədə onlar tərəfindən xx.xx.2022-ci il tarixli vəsatət verilərək (bax: həmin vəsatət xx.xx.2022-ci il tarixdə Elektron Kabinetə də yerləşdirilmişdir), Cavabdeh ilə İddiaçı 2022-ci ilin mart ayının sonlarında “Elmlər Akdemiyası” metrostansiyası ilə Bakı Dövlət Universiteti arasındakı kafelərdən birində görüşüb-görüşməməsini müəyyən etmək məqsədilə 2022-ci ilin mart ayının son 10 günlüyündə həmin şəxslərin istifadəsində olan müvafiq olaraq +**********34, +**********04 və +**********79 mobil telefon nömrələrinin anten dairələrindən çıxarış müvafiq mobil operatorlardan tələb edilməsi xahiş edilmiş, lakin dəfələrlə tələb etməklərinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin vəsatətə heç bir münasibət bildirməmişdir. Halbuki bu halın obyektiv araşdırılması üçün isə ilk növbədə telefon nömrələrinin anten dairələrindən çıxarış müvafiq mobil operatorlardan məhkəmə qaydasında tələb edilməli idi. Bu hal mütləq qaydada apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır. Cavabdeh tərəfindən verilməsi ehtimal edilən qəbzdəki “imzanın və “Cavabdeh” əlyazmasının qəbzin kompüterlə yazılmış mətni ilə eyni vaxtda, əvvəl və ya sonra icra edilməsinin dəqiq müəyyən edilməsi, “Hüquqi xidmət haqqında müqavilə”dəki “Sifarişçi” qrafasındakı imzanın kompüterlə yazılmış mətni ilə eyni vaxtda (ayda), əvvəl və ya sonra icra edilməsinin dəqiq müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilərək keçirilməsi, işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Səadət xanım adlı əməkdaşının (iş telefonu: ***-***-**-**) şahid qismində məhkəmə iclasına dəvət edilib dindirilməsi barədə vəsatətlərə də heç bir münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmişdir ki: “Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının nümayəndəsi - vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, tərəflər arasında bağlanmış Müqavilədə cavabdehin iddiaçı üçün Avropa İnsan Hüquqları Məhkəməsində hüquqi xidmət göstərəcəyi barədə hər hansı bir razılaşma mövcud deyildir. Məhkəmə prosesində ilkin iddia üzrə iddiaçının nümayəndəsi - vəkili olmamış və təbii ki, hətta olsa idi belə, həmin məzmunda izahat verməzdi. Əslində həmin məzmunda izahatı qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi - vəkili vermişdir. Məhkəmə qətnaməsində özü İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tarixsiz qəbzi Cavabdeh tərəfindən verilməsi ehtimal edilən qəbz kimi təqdim edir. Belə olan halda, birinci instansiya məhkəməsi özü ehtimal əsasında qətnamə çıxardığını göstərir. Birinci instansiya məhkəməsinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, 02 saylı “Hüquqi xidmət haqqında” müqavilənin etibarsız sayılmasına dair əsasların mövcud olmaması barədə nəticəsi də tamamilə qanunsuz və əsassızdır. Əvvəla ona görə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyində imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin nəticəyə gələrkən, tamamilə qərəzli olaraq həmin rəyin birinci bəndinə istinad edilmiş, lakin ikinci bəndinə istinad edilməmişdir. Bir faktı da qeyd edək ki, ilk İddiaçı özü etiraf edir ki, “Hüquqi xidmət haqqında” müqaviləni nümayəndəsi olduğu 7 şəxsdən 6-sı ilə notarial qaydada bağlamış, yalnız Cavabdeh arasında bağlanmış 31 iyul 2015-ci il tarixli, 02 saylı “Hüquqi xidmət haqqında” müqavilə notarial qaydada bağlanmamışdır. Bu fakt da, həmin müqavələnin ilk İddiaçı özü tərəfindən saxtalaşdırılmasını ehtimal etməyə əsas verir. Digər tərəfdən göründüyü kimi, birinci instansiya məhkəməsində onlar tərəfindən xx.xx.2022-ci il tarixli vəsatət verilərək (bax: həmin vəsatət xx.xx.2022-ci il tarixdə elektron kabinetə də yerləşdirilmişdir), Cavabdeh hesabına 2022-ci ildə daxil olan və çıxarılan vəsaitlərin hərəkəti barədə ABB-nın xx.xx.2022-ci il tarixli 2 nüsxədən ibarət çıxarışların sübut kimi işə əlavə edilməsi və nəzərə alınması xahiş edilmişdir. Həmin vəsatətdə göstərilmişdir ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən ödənilməli olan 8.900 avronun mexaniki səhv olaraq xx.xx.2022-ci il tarixdə ödənilməsi göstərilmişdir. Əslində isə həmin məbləğ, bundan 1 həftə əvvəl, yəni xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Bu barədə Cavabdeh hesabına 2022-ci ildə daxil olan və çıxarılan vəsaitlərin hərəkəti barədə ABB-nın xx.xx.2022-ci il tarixli 2 nüsxədən ibarət çıxarışları məhkəməyə təqdim edilmişdir. Lakin qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi, xx.xx.2022-ci il tarixli vəsatət və həmin vəsatətlə tədim edilən mötəbər sübutlara, göstərilən halara, yəni Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən Cavabdeh ödənilməli olan 8.900 avronun xx.xx.2022-ci il tarixdə ödənilməsi halına da əhəmiyyət və hüquqi qiymət verməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin nəticəsi onun müəyyən etdiyi hallara uyğun deyildir, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmiş, göstərilənlər isə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, onun atası iddiaçı ilə əlaqədə olmuş, o, qarşı tərəflə münasibət yaratmamışdır. Qarşı tərəflə cəmi 3 dəfə görüşmüşdür. Etibarnamənin verilməsi ilə bağlı iddiaçı özü onunla əlaqə saxlamış və o, iddiaçı ilə görüşərək, notariat ofisində ona etibarnamə vermişdir. İddiaçı ona etibarnamənin məhkəmədə onu təmsil etmək üçün verildiyini qeyd etmişdir. İddiaçıya 100 manat pulu birinci dəfə notariusa gedəndə sənədlərin hazırlanması üçün vermişdir. Sadiq Bağırovu isə tanımır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hazırda mübahisə predmetini təşkil edən xx.xx.2015-ci il tarixli müqavilə Cavabdeh tərəfindən imzalanmamışdır. Belə ki, İddiaçı 7 nəfərlə hüquqi yardım haqqında müqavilə bağlamış, digər 6 nəfərin müqaviləsi notarial qaydada təsdiqlənmiş, yalnız cavabdeh tərəfindən imzalanmış müqavilə notarial qaydada təsdiqlənməmişdir. Bundan əlavə, cavabdehin İddiaçı ilə münasibəti olmamışdır. Cavabdehin atası bu işlərlə məşğul olmuşdur. Ümumiyyətlə, iddiaçı həmin müqavilənin tərəfi ola bilməzdi, çünki qanunvericiliyə görə şəxsi Ali Məhkəmədə və Avropa Məhkəməsində vəkillik fəaliyyəti ilə məşğul olan şəxs və ya yaxın qohumu təmsil edə bilər, lakin iddiaçının vəkil kimi səlahiyyəti yoxdur. Bundan əlavə, qeyd edilən müqavilədə şəxsin Avropa Məhkəməsində təmsil olunacağı ilə bağlı heç bir öhdəlik nəzərdə tutulmamışdır. Halbuki, iddia tələbi məhz cavabdehin Avropa Məhkəməsində təmsil olunması müqabilində əldə olunmuş vəsaitin 30%-nin xidmət haqqı kimi cavabdehdən tutulmasından ibarətdir. Digər tərəfdən, birinci instansiya məhkəməsində izahatı alınmış X17 cavabdehi tanımadığını bildirmişdir. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekspert rəyinə əsasən hüquqi yardım haqqında müqavilənin imza qrafasındakı imzanın cavabdehə məxsusluğu təsdiq olunmamışdır. İş materiallarında olan qəbzlə bağlı qeyd edilməlidir ki, iddiaçı, böyük ehtimal, cavabdehə boş vərəq imzalatmış, sonradan həmin imzalı vərəqi çapa vermişdir. Çünki həmin sənəddə cavabdehin soyadı həm əlyazma, həm də çap formasında göstərilmişdir. İddiaçıya ilk dəfə cavabdehin iştirakı olmadan onun atası qızının şəxsiyyət vəsiqəsini notariusa təqdim edərək etibarnamə vermişdir. İddiaçı Avropa Məhkəməsinə müraciət edəndə etibarnamənin vaxtı bitmiş və cavabdehlə telefonla əlaqə saxlayaraq etibarnamə yeniləməyi təklif etmişdir. Cavabdeh iddiaçı ilə ilk dəfə bu vaxt görüşmüş və notariat kontorunda ona etibarnamə vermişdir. Həmin vaxt iddiaçı cavabdehi aldadaraq guya onu Avropa Məhkəməsində təmsil etmək üçün etibarnamə verilməli olduğunu bildirmişdir. Lakin sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı cavabdehlə əlaqə saxlayaq Avropa Məhkəməsində tərəf olduğu işin onun xeyrinə yekunlaşdığını və ona çatmalı kompensasiya məbləğinin alınması üçün Rasim adlı şəxsin onlara müraciət etdiyini bildirmişdir. Bundan sonra cavabdeh verdiyi etibarnaməni araşdırmış və müəyyən etmişdir ki, həmin etibarnamə kompensasiya məbləğinin götürülməsi üçün verilən etibarnamədir. Bunu bilən cavabdeh dərhal həmin etibarnaməni ləğv etdirmişdir. Başqa bir məsələ də var ki, iddiaçı müqavilə bağlanan tarixdən 5 il müddətin bir dəfə də olsun cavabdehlə əlaqə yaratmamış, yalnız Avropa Məhkəməsində iş cavabdehin xeyrinə yekunlaşandan sonra onu axtarmağa başlamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində Zülfiyyə Əliyeva adlı şəxsdən söhbət gedir, halbuki, həmin şəxs bu iş üzrə ümumiyyətlə tərəf deyil. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçı tərəfin təqdim etdiyi analoji işlərlə bağlı qətnaməni olduğu kimi köçürmüşdür, bu da ədalət mühakiməsinin mahiyyətinə ziddir.

18. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2015-ci ildə nümayəndəlik institutu mövcud olduğuna görə tərəfləri qanunvericiliyə əsasən tam təmsil etmək hüququna malik olmuşdur. Sadiq Bağırov isə ingilis dilini bilir. Avropa Məhkəməsinə təqdim etmək üçün iddia tələbinin mətni hazır idi, Sadiq Bağırov onun xahişi ilə həmin mətni tərcümə edərək, Avropa Məhkəməsinə müraciət formasına salmışdır. Digər şəxslərlə müqavilənin notarial qaydada bağlanmasına baxmayaraq, qarşı tərəflə bu formada bağlanmamasına səbəb müqavilə imzalanan zaman qarşı tərəfin tələsik gələrək Sahil bağında müqaviləni imzalaması olmuş, notariat ofisində isə bağlanması baş tutmamışdır. Cavabdehin atasını tanımır, özü ilə kontaktda olmuşdur. Cavabdeh tərəfindən isə ona kompensasiya məbləğinin götürülməsi üçün etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında isə verilən səlahiyyətlərin nədən ibarət olması notariat ofisində tərəfə izah edilmişdir. O, kompensasiya məbləğinin ödənilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı Səadət xanımla əlaqə saxlayanda ona bildirilmişdir ki, yaranmış təcrübəyə əsasən kompensasiya məbləği şəxsin yalnız özünə ödənilə bilər. O isə Avropa Məhkəməsinə müraciət etməklə bağlı bütün xərcləri özü çəkmiş, qarşı tərəf sadəcə 100 manat pul ödəmişdir. Həmin ödənişi də iddia tələbinin ingilis dilinə tərcümə edilməsi üçün Sadiq Bağırova vermişdir. Bu xidmətlərin göstərilməsi üçün ən azı 2000-3000 manat civarında xərc çəkmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasın xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Yenə həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur; 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir; 786.5-ci maddəsinə əsasən əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

24. Hazırkı apellyasiya şikayətində qətnamənin ilk iddianın təmin olunan hissəsində ləğv edilərək, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi xahiş olunduğundan, qətnamə həmin mübahisələndirilən hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə araşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

26. Məhkəmə kollegiyası iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində Zülfiyyə Əliyevanın adı texniki səhv nəticəsində göstərilmiş, hazırki mübahisə İddiaçı ilə Cavabdeh arasında göstərilən hüquqi xidmətin dəyərinin ödənilməməsi ilə bağlı yaranmışdır. Belə ki, Cavabdeh ilə aidiyyəti dövlət orqanları (Bakı şəhər İcra Hakimiyyəti və Maliyyə Nazirliyi) arasında kompensasiyanın ödənilməsi ilə bağlı mübahisə yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli, 2-1(81)-4003/2015 nömrəli qərarı ilə onun iddiasının qismən təmin edilməsi, mənzilə görə ona ödənilmiş 61.020 manat məbləğində kompensasiyanın 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12.204 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın çətinliklə bağlı 10 faiz miqdarında kompensasiyanın ödənilməsi hissəsində təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-196/2016 saylı, 21 yanvar 2016-cı il tarixli qərarı ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri İcra Hakimiyyətinin və Maliyyə Nazirliyinin apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı iddianın qismən təmin edilməsi və 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq olaraq 12.204 manat cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanlmışdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-777/2016 saylı, 05 may 2016-cı il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin məhkəmə mübahisələrində Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş etibarnaməyə əsasən onun nümayəndə qismində İddiaçı təmsil etmişdir.

27. Bundan sonra Cavabdeh işinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılmış və həmin məhkəmənin 66249/16, 66271/16, 75978/16, 77309/16, 77691/16, 1038/17, 52821/17 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə onun şikayəti təmin edilərək, ona 5.900 avro maddi, 3.000 avro mənəvi, cəmi 8.900 avro məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətin hazırlanması və göndərilməsi (bu işə X17 adlı şəxsi cəlb etmiş, onun köməkliyi ilə mətni tərcümə edilərək, Avropa Məhkəməsinə müraciət formasına saldırmış), habelə onun şikayətinin həmin məhkəmədə müdafiə edilməsi (vəkil X17) İddiaçı tərəfindən təşkil edilmiş, həmin şikayəti də Cavabdeh imzalamaq üçün məhz İddiaçı təqdim etmişdir. Cavabdeh bunu, habelə İddiaçı etibarnamə verməsini inkar etmir, eyni zamanda, onunla 3 dəfə görüşdüyünü, lakin bu zaman hər hansı sənəd imzaladığını xatırlamadığını və ona 100 manat məbləğində pul verdiyini bildirir (atası tərəfindən 1.000 manat pulun da verildiyini qeyd etsə də, bunu sübuta yetirə bilmir). Eyni zamanda, tərəf olduğu ölkədaxili məhkəmə mübahisələrində, habelə Avropa Məhkəməsində onu təmsil etməyi hər hansı digər şəxsə, o cümlədən Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında onun vəkili olmuş X9 və ya X12 tapşırdığını, bu məqsədlə öz təşəbbüsü ilə hər hansı digər şəxsə etibarnamə verdiyini və ya vəkillə müqavilə bağladığını söyləmir. Bu da öz növbəsində İddiaçı Cavabdeh məhkəmə mübahisələrində iştirak etdiyini, o cümlədən onun tərəfindən iddia ərizəsinin və şikayətlərin, habelə digər aidiyyəti sənədlərin tərtib edildiyini təsdiq edir.

28. Nəzərə alınmalıdır ki, bu şəxslər arasında hər hansı qohumluq münasibəti yoxdur. Onların nəinki uzun illər, hətta bu məhkəmə mübahisələrindən əvvəl biri-birini tanıması müəyyən edilmir. Eyni zamanda, X2 Quteyis Mökəməli qızını tanımadığını, onunla görüşmədiyini və ondan hər hansı məbləğdə pul almadığını bildirir. Cavabdeh da bu mövqedən çıxış edir. Bu da öz növbəsində tərəflər arasında münasibətlərin məhz məhkəmə mübahisəsi ilə bağlı yaranması anlamına gəlir.

29. İş materiallarında olan “whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış söhbəti əks etdirən çıxarışlarda da tərəflərin işlə bağlı ünsiyyətdə olduğu müəyyən olunur. Belə ki, Cavabdeh İddiaçı 15 noyabr 2021-ci il tarixdə “Rasim müəllim necəsiz, Avropa Məhkəməsindən gələn sənədlər sizdədir?” məzmunlu ismarıc göndərir. 03 mart 2022-ci il tarixdə isə İddiaçı ona “Mənə zəng edin zəhmət olmasa, zəng edirəm cavab vermirsiniz ??? İşinizlə bağlıdır” məzmunlu ismarıc göndərir. Bununla belə, qeyd edilən ünsiyyətdən də Cavabdeh məhkəmə mübahisəsi ilə işlərə məhz İddiaçı cəlb edildiyi müəyyən edilir.

30. Bundan əlavə İddiaçı tərəfindən təqdim edilmiş və Cavabdeh tərəfindən imzalanmış qəbzə əsasən sonuncu Avropa insan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənilməli olan kompensasiya məbləğini tam şəkildə aldığını, vəkildən və nümayəndədən heç bir şikayətinin olmadığını, gələcəkdə vəkilə və nümayəndəyə göstərdikləri hüquqi xidmətə görə vergisinin tərəfindən ödənilmək şərti ilə xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh belə bir məzmunda qəbz imzalamadığını, qəzb imzalanan vaxt hər hansı məbləğdə kompensasiya almadığını, kompensasiya məbləğinin ona yalnız 11 may 2022-ci il tarixdə ödənildiyini bildirir. Halbuki, həmin qəbzin Cavabdeh tərəfindən imzalanması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2022-ci il tarixli, 4/1156 nömrəli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Qəbzin əsli İddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Qəbz cəmi 3 cümlədən ibarətdir və orada yazılanları başa düşmək üçün hüquqşunas olmağa və ya hüquqi biliyə malik olmağa hər hansı zərurət yoxdur. Azərbaycan dilini və latın əlifbasını bilmək kifayətdir. Qəbz məzmun və mahiyyət etibarı ilə Cavabdeh tərəf olduğu məhkəmə mübahisələrində onu təmsil edən və ona hüquqi xidmət göstərən məhz İddiaçı olduğunu və buna görə onun tərəfindən İddiaçı xidmət haqqının ödənilməli olduğunu təsdiq edir. Belə olan halda, onun həmin vaxt hələ kompensasiya məbləğini almaması hüquqi nəticə etibarı ilə bu qəbzin etibarsız olmasına dəlalət etmir. Bu da öz növbəsində həmin qəbzin etibarsız olmasına dair Cavabdeh dəlillərinin əsassız olduğunu təsdiq edir.

31. Bununla belə, məhkəmə kollegiyası 25-29-cu bəndlərdə göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, İddiaçı ilə Cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində İddiaçı Cavabdeh ilə aidiyyəti dövlət orqanları arasında yaranmış məhkəmə mübahisəsində onu təmsil etmək öhdəliyini üzərinə götürmüşdür.

32. İddiaçı bu münasibətlər çərçivəsində Cavabdeh ilə 31 iyul 2015-ci il tarixdə hüquqi xidmət haqqında müqavilə də bağladığını iddia edir və həmin müqavilənin əslini məhkəməyə təqdim edir. Sonuncu belə bir müqavilə imzalamadığını, müqavilənin notarial qaydada təsdiq olunmadığını, İddiaçı onu Ali Məhkəmədə və Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə etmək səlahiyyətinin olmadığını, halbuki, ondan pulun məhz Avropa Məhkəməsində təmsil olunması ilə bağlı tələb edildiyini, həmçinin ekspert rəyinə əsasən müqavilədə olan imzanın ona məxsus olmasının təsdiq olunmadığını bildirir.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericilikdə tapşırıq müqaviləsinin həm yazılı, həm də şifahi formada bağlanmasının mümkünlüyü təsbit edilmişdir. Bu baxımdan tərəflər arasında yazılı tapşırıq müqaviləsinin bağlanması şərt deyildi. İstinad edilən ekspert rəyində də müqavilənin Cavabdeh tərəfindən imzalanmaması deyil, onun tərəfindən imzalanıb-imzalanmamasının müəyyən edilməsinin qeyri-mümkün olduğu bildirilir. Bu da birmənalı şəkildə həmin müqavilənin onun tərəfindən imzalanmaması qənaətinə gəlməyə əsas vermir. Digər tərəfdən nəzərə alınmalıdır ki, İddiaçı hazırki müqavilə ilə birlikdə ümumilikdə 7 ədəd belə məzmunlu müqavilə bağlamışdır. Bu hala qarşı tərəf özü də istinad edir. Bu da artıq onun bu növ münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsi təcrübəsindən istifadə etdiyini təsdiq edir. Belə olan halda, onun digər altı şəxslə müqavilə imzalaması, lakin Cavabdeh ilə müqavilə bağlamaması və müqaviləni saxtalaşdırması mövqeyi ilə razılaşmaq olmaz. Hər bir halda, Cavabdeh İddiaçı ilə 3 dəfə görüşdüyünü bildir, lakin bu görüşlərin hər hansı birinin işlə bağlı olmadığını söyləmir. Bundan əvvəl qəbzi də imzalamadığını vurğulamışdır.

34. Xüsusi ilə qeyd edilməlidir ki, İddiaçı tərəfindən 20 aprel 2022-ci il tarixdə Cavabdeh ünvanlanmış və onun tərəfindən 22 aprel 2022-ci il tarixdə şəxsən qəbul edilmiş pretenziya məktubunda da bu müqaviləyə istinad edilir. Lakin sonuncu hazırki mövqeyinə uyğun olaraq İddiaçı rəsmi cavab vermir və belə bir müqavilə imzalamadığını və ona kompensasiya məbləğindən 30% miqdarında xidmət haqqı ödəməli olmadığını bildirmir. Ən azı bu barədə İddiaçı “whatsapp” sosial şəbəkə vasitəsi ilə ismarıc yaza bilərdi. Belə ki, onlar işlə bağlı bu qaydada ünsiyyətdə olmuşdular (28-ci bənd). Müqavilədə Cavabdeh iddia tələbi də dəqiq göstərilmişdir. Tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin yaranması və həmin münasibətlər çərçivəsində Cavabdeh tapşırığı əsasında İddiaçı onu müxtəlif məhkəmə instansiyalarında təmsil etməsi, habelə onun şikayətinin hazırlanmasını və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsini təmin etməsi artıq öz təsdiqini tapmışdır. Qeyd edilənlərin qarşılığında Cavabdeh vaxtının azlığı səbəbindən 31 iyul 2015-ci il tarixli müqavilənin notarial qaydada təsdiq edilməməsi mümkündür, lakin bu müqavilənin tərəflər arasında bağlanmaması, o cümlədən Cavabdeh tərəfindən imzalanmaması, xüsusilə də müqavilənin İddiaçı tərəfindən saxtalaşdırılması istisna edilir.

35. Cavabdeh iddiasına məhkəmələr tərəfindən baxılan zaman onun nümayəndə ilə təmsil edilməsi mülki-prosessual qanunvericiliklə qadağa edilməmişdir. Onun adının Ali Məhkəmənin qeyd edilən qərarında əks etdirilməsi də bunu təsdiq edir.

36. Müqavilədə Cavabdeh Avropa İnsan Hüquqları Məhkəməsində təmsil olunması ilə bağlı hər hansı bəndin nəzərdə tutulmaması ilə bağlı qeyd edilməlidir ki, həmin məhkəmədə müqavilənin 1.1-ci bəndində göstərilən iddia üzrə şikayətə baxılmışdır. Tərəflər arasında “whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış danışıqda da Cavabdeh Avropa Məhkəməsindən gələn sənədlərlə maraqlanır (15 noyabr 2021-ci il tarixi, saat 23:37). Məhkəmə kollegiyası həm bu, həm də 26-cı, 27-ci, 29-cu, 33-ci bəndələrdə göstərilən və müəyyən edilmiş halları nəzərə alıb, həmin müqavilənin şərtlərinin təfsiri baxımından belə qənaətə gəlir ki, İddiaçı bu mərhələ üzrə hərəkətləri (şikayətinin hazırlanması və Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilməsi) onun həmin məhkəmədə də Cavabdeh Aqil qızının nümayəndəsi qismində çıxış etməsi kimi qiymətləndirilməlidir və bu baxımdan həmin hərəkətlər də müqavilənin 1.1-ci bəndi ilə əhatə olunur. Hər bir halda, müəyyən edilən hallar İddiaçı bu mərhələdə öz başına hərəkət etməməsini, məhz Cavabdeh Aqil qızının tapşırığı əsasında işlər yerinə yetirdiyini təsdiq edir.

37. Məhkəmə kollegiyası tələb edilən məbləğlə bağlı qeyd edir ki, xx.xx.2015-ci il tarixli müqavilənin 3.2-ci bəndində tərəflər müqavilədə nəzərdə tutulan xidmətlərin haqqı (qiyməti), vergi və digər icbari ödənişlər daxil olmamaqla məhkəmə qətnaməsində (sonuncu qanuni qüvvəyə minmiş qərarda) qət edilən ümumi məbləğin 30% miqdarında müəyyən edilməsi və sifarişçi tərəfindən məhkəmə qətnaməsində qət edilən ümumi məbləğin 30% miqdarında icraçıya ödənilməsi barədə razılığa gəlmişdilər. Hüquqi xidmətlərin muzd müqabilində göstərilməsi Cavabdeh İddiaçı tərəfindən göndərilmiş pretenziya məktubu, habelə tərəflər arasında “whatsapp” sosial şəbəkə vasitəsi ilə aparılmış danışıqla da (mənimlə oyun oynayırsınız? Sizə yazıram, zəng edirəm Siz vatsapa girib oxuyursunuz cavab vermirsiniz. 13:24, Pulu alıb mənim xidmət haqqımı vermək istəmirsiniz, hə? 13:26) təsdiq olunur. Həmçinin, müəyyən edildiyi kimi, müqavilə təkcə ölkədaxili məhkəmə mübahisələrini deyil, həmçinin Avropa Məhkəməsinə müraciət edilməsini də əhatə etmiş, bütün xidmət müddəti üçün bağlanmışdır. Müqavilə bağlanarkən tərəflər işin hansı instansiya mərhələsində yekunlaşacağını proqnozlaşdıra bilməzdi. Bu halda, işin hansı mərhələdə həllindən asılı olmayaraq ümumi nəticə nəzərdə tutulmuşdur. Bu səbəbdən yekun nəticə qismində məhz Avropa İnsan Hüquqları Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarında göstərilən 8.900 Avro məbləği qəbul edilməli və müqavilənin 3.2-ci bəndinə əsasən bu məbləğin 30 faizini təşkil edən (8.900 x 30% / 100 % = 2.670) 2.670 Avro məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, göstərilən hüquqi xidmətlərin əvəzi olaraq Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh verilmiş etibarnaməni ləğv etdirməsi onun şərtləşdirilmiş məbləği ödəmək öhdəliyindən azad etmir.

38. Bununla belə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin etməkdə, qarşılıqlı iddianı isə təmin etməməkdə haqlı olmuşdur. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1399/2022 nömrəli, 04 noyabr 2022ci il tarixli qətnaməsi ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti (kassasiya şikayəti verilən günə avronun azərbaycan manatına münasibətdə məzənnəsi nəzərə alınmaqla) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar