Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10042/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və yaşayış sahəsində istifadə hüququna xitam verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1922/2021saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və yaşayış sahəsində istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1922/2021saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1922/2021saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilıməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh iddia tələbi qətnamənin tam ləğv edilməsinə yönəldiyinə görə onun əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X1 Naxçıvani küçəsi, ev 15, 131 saylı mənzil Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Həmin mənzil İddiaçı mülkiyyətində olsa da cavabdeh həmin mənzildən çıxmır. Hazırda iddiaçı cavabdehin mənzilə istifadə hüququna xitam verilməsi və onun evdən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad eymişdir ki, o mənzilini notariat kontorunda bağlanmış müqavilə əsasında satsa da, həmin müqavilə formal xarakter daşımışdır. Cavabdeh iddia tələbini hüquqi əsası kimi Mülki Məcəllənin əqdlərin etibarsızlığını nəzərdə tutan 337.1, 337.3, 337.4, 340.1, 339.2, 339.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh əqdin etibarsızlığı ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Onun alqısatqı müqaviləsinin notariat orqanında bağlaması müqavilə bağlanarkən Mülki Məcəllədə nəzərdə tutulan şərtlərə riiayət edilməsinə dəlalət edir. Bundan əlavə Cavabdeh həm əqd bağlanarkən Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulmasına, həm əqd bağlanarkən aldadıldığına, həm də hüquqi nəticə yaratmayan uydurma əqd bağlaması ilə bağlı maddi hüquq normalarına istinad etsə də bunun faktiki hallarını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə Cavabdeh istinad etdiyi halların hamısının eyni zamanda mümkünlüyü ziddiyyət təşkil etdiyinə görə inandırıcı deyildir. Cavabdeh apellyasiya şikayətində həmçinin çəkişmə prinsipinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar bildirir ki, birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəkili Vəkil2 iştirak etmiş, iddiaçı özü dəfələrlə məhkəməyə ərizələrlə müraciət etmiş və onun prosesdə iştirakı və sübutların təqdim olunması üçün zəruri şərait yaradılmışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri rədd edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1922/2021saylı, 03.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1922/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10042/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10042/2021
18.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver