Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1005/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi (atası) Nümayəndə, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Möhsümova (Əliyeva) Könül Əlihüseyn qızı və X1 qarşı “evə köçürülmə və yaşayış hüququnun tanınması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, döngə 2-də yerləşən 6 nömrəli fərdi yaşayış evinə (bundan sonra – ev) köçürülsün və evə yaşayış hüququ tanınsın. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin edilsin, iddiaçı evin cavabdehlər Möhsümova (Əliyeva) Könül Əlihüseyn qızı və X1 məxsus olan hissəsinə köçürülsün, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) Nümayəndə və iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Cavabdehlər Cavabdeh1, Möhsümova (Əliyeva) Könül Əlihüseyn qızı və X2 məhkəmə iclasında iştirak etməmişlər. Evin mülkiyyətçilərindən biri - X10 apellyasiya icraatı zamanı üçüncü şəxs kimi tanınmış, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı 21.01.2018-ci ildə X5 ilə nikah bağlayıb. Onların iki uşağı var: 12.09.2018-ci il təvəllüdlü X8 və 27.02.2020-ci il təvəllüdlü X11. X5 14.10.2020-ci ildə vəfat edib. İddia ərizəsində 3 cavabdeh göstərilib. 1-ci Cavabdeh1 iddiçının qayınanası, 2ci cavabdeh Möhsümova (Əliyeva) Könül Əlihüseyn qızı və 3-cü cavabdeh X2 iddiaçının baldızlarıdır. Evin ümumi paylı mülkiyyətdə olub, evin 1/4 hissəsi X3 (iddiaçının ərinin) mülkiyyətində olub. Şahin Mövsümovun ölümündən həmin payın bir hissəsi iddiaçıya keçib. Hazırda iddiaçı evin mülkiyyətçilərindən biridir, onun payı evin 1/16 hissəsini təşkil edir. Apellyasiya icraatı zamanı təqdim olunmuş reyestr çıxarışından görünür ki, evin mülkiyyətçiləri və onların payları aşağıdakı kimidir: 1) X2 – 1/8 hissə; 2) X4 – 1/8 hissə; 3) X10 – 2/4 hissə; 4) X5 – 1/16 hissə (açıq qalıb); 5) İddiaçı – 1/16 hissə; 6) X8 – 1/16 hissə; 7) X11 – 1/16 hissə. 1 və 2-ci mülkiyyətçilər hazırkı iş üzrə cavabdehlərdir. 3-cü mülkiyyətçi apellyasiya icraatı zamanı üçüncü şəxs kimi tanınmışdır. 4-cü mülkiyyətçi iddiaçının əridir, vəfat edib. 5-ci mülkiyyətçi iddiaçının özüdür. 6 və 7-ci mülkiyyətçilər iddiaçının övladlarıdır, yetkinlik yaşına çatmayıblar. Göründüyü kimi, iddiaçı evin mülkiyyətçilərində biridir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququna verilmiş anlayışdan görünür ki, mülkiyyət hüquq əmlakdan istifadəni də əhatə edir. İddiaçının evdən istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi kimi mövcud olduğuna görə yaşayış sahəsindən istifadə hüququnun ayrıca hüquq (mülkiyyət hüququndan ayrı hüquq) kimi tanınmasına əsas yoxdur. Evə köçürülmə barədə tələb isə təmin olunmalıdır. Mülki Məcəllənin 215.4-cü maddəsinə görə paylı mülkiyyətin hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Evdə paylar naturda müəyyən edilmədiyinə görə iddiaçı mülkiyyətçilərdən biri kimi evin bütün sahəsindən istifadə etmək hüququna malikdir. Beləliklə, birinci insansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. İddiaçı Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bağırov küçəsi, döngə 2-də yerləşən 6 nömrəli fərdi yaşayış evinə köçürülsün. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1005/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1005/2022
04.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver