Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1008/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(006)-615/2023 saylı qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində qeydiyyata alınmış reyestr qeydinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mirasqoyan X3 adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ciil təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(006)-615/2023 saylı qətnaməsi (hakim-Səməd Cəfərov) ilə iddia qismən təmin edilərək, Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrəvərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə **********61- 05101-093021 reyestr nömrəli və ********** qeydiyyat nömrəli reyestr qeydinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mirasqoyan X3 adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə1956 reyestr nömrəli alğı-satqı müqaviləsinin, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmovküçəsi,ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsız hesab edilməsi və onun adına verilmiş çıxarışın ləğvinə dair hissəsinin də təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh4 izahatında tarixlərlə bağlı vermiş olduğu məlumatlar işin halları ilə ziddiyyət təşkil edir. Cavabdeh4 mənzilə 2022-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvəllərində baxdığını, mənzilin sənədinin Nizaminin adına olmasını göstərməsinə baxmayaraq, işdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil üzərində Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və istənilən halda, Cavabdeh4 mənzilin sahibinin Cavabdeh3 olmasını təsdiq edən sənədi görmüşdüsə, onda bu xx.xx.2022-ci il tarixdən sonra baş verə bilərdi. Bundan başqa, məhkəmə icraatı zamanı cavabdeh Bakı şəhəri, 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X2 Cavabdeh4la olan səmimi söhbətlərindən müəyyən olunurdu ki, onlar əvvəlcədən bir-biriləri ilə tanış idilər. Nəzərə alınsa ki, cavabdehlər Cavabdeh4la Cavabdeh3 arasındakı mənzilin alğısatqısına dair müqavilə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış və həmin əməliyyatın aparılmasına Bakı şəhəri 43 saylı Notariat ofisinin hər hansı bir aidiyyəti olmadığı halda, həmin notariat ofisinin əməkdaşı ilə Cavabdeh4 bir-birlərini tanımamalı idilər. Bütün bunlar isə ona dəlalət edir ki, həqiqətən də Cavabdeh3lə Cavabdeh4 2022-ci ilin oktyabr ayının sonunda, sonuncu vərəsə Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə öldükdən sonra, mənzilin satılması məqsədilə tanış olsalar da, Cavabdeh4 Cavabdeh3 mənzilin mübahisəli olduğunu bilmiş və mənzili vərəsə olan İddiaçı yayındırılması üçün müxtəlif qanunsuz yollarla cavabdehlərdən Bakı şəhəri 43 saylı Notariat ofisinin əməkdaşı Nüşabə Musayeva və digəriləri ilə cinayət əlaqəsinə girərək, qanunsuz üsullarla cəmi 5 gün ərzində mübahisəli mənzilin üzərində qanun üzrə vərəsəlik hüququ haqqında Cavabdeh3 adına şəhadətnamə almışlar. Daha sonra isə Cavabdeh3 digər Cavabdeh4la əvvəlcədən razılaşdıqları kimi, mənzili miras əmlak olaraq vərəsədən qaçırtmaq üçün öz aralarında mənzilin bazar dəyərindən aşağı qiymətə satılmasına dair alğı-satqı müqaviləsi bağlamışlar. Bütün bunlar Cavabdeh4 mənzilin mübahisəli olmasını əvvəlcədən bilməsinə və mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olmamasına dəlalət edir. Bu səbəbdən birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət versə idi, iddianın həmin hissəsini də təmin etməli idi. Birinci instansiya məhkəməsi cavabdeh Ağayev X14 ilə Cavabdeh4 izahatlarında göstərdikləri “vasitəçi Hüseyn” adlı şəxsin şəxsiyyətini müəyyən etmədən, həmin şəxsi məhkəməyə dəvət edib izahatını almadan, öz şəxsi qənaətini nümayiş etdirərək, Cavabdeh4 vicdanlı əldə edən olması qənaətinə gəlmişdir. Qətnamədən həmçinin Cavabdeh3 da apellyasiya şikayəti verərək, iddia tələbinin 20% təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuna əsasən İddiaçı mirasqoyan Fərhad Ağayevə münasibətdə qohumluq münasibətlərinə görə Fərhad Ağayevin nəvəsidir. Qanunun tələbinə görə nəvə və nəticələr o halda vərəsə ola bilərlər ki, mirasın açılma anında onların qanun üzrə birinci növbədə vərəsə ola bilən valideynləri sağ olmasın. İşin hallarından göründüyü kimi miras açılan zaman, İddiaçı atası Rüstəm Ağayev sağ olmuşdur. Odur ki, işin bu cür halında İddiaçı qanun üzrə birinci növbəli vərəsə ola bilən şəxslər kateqoriyasına daxil deyildir. İddiaçı atası Rüstəm Ağayev isə mirasın açıldığı 16 iyun 2021-ci il tarixdən, öldüyü 17 iyul 2022-ci il tarixədək (bir il bir ay bir gün) mirasın qəbuluna dair notariat kontoruna ərizə verməmiş, həmçinin miras əmlak kütləsinə daxil olan evdə yaşamamış, bununla da mirası nə rəsmi, nə də ki faktiki qəbul etməmişdir.Mirasqoyanın arvadı X8 04 noyabr 2022-ci ildə vəfat etmişdir. O da təxminən 1 il 4 ay müddətində mirası hüquqi cəhətdən qəbul etməmişdir. Demək olar ki, onlar hər ikisi mirasdan imtina etmişlər. Cavabdeh Mülki Məcəllənin 1159.2 maddəsinə əsasən mirasqoyanın ikinci növbə vərəsəsi kimi qanuni olaraq vərəsəlik şəhadətnaməsi alıb mənzili adına sənədləşdirib satmışdır. Mülki Məcəllənin 1263-cü maddəsinin tələblərinə əməl edərək vərəsəliyi sənədləşdirmişdir. Odur ki, Mülki Məcəllənin 1279-1.1-ci maddəsinə müvafiq olaraq susmuş vərəsə hesab edilərək həmin Məcəllənin 1262-ci maddəsinə müvafiq olaraq cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında çıxarış verilmişdir. Göründüyü kimi miras əmlakı üzərində Cavabdeh3 qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. X12 mirası, ümumiyyətlə, qəbul etməyib ölmüşdür. O bütün müddətləri üzrsüz səbəbdən buraxmışdır, faktiki olaraq mirasdan imtina etmişdir. Yaranmış vəziyyətdə irsi transmisiya yoxdur. Mülki Məcəllənin qeyd olunan maddəsinin iddiaçının xeyrinə tətbiq edilməsi qanunsuzluqdur. X7 mirasın mülkiyyətçisi deyil. Çünki miras açıldıqdan 1 il 1 ay 1 gün keçib mirası qəbul etməyib. Odur ki, onun oğlu iş üzrə iddiaçı varis sayıla bilməz. İddiaçı ancaq mərhum nənəsi X4 1/2 payına vərəsə ola bilərdi, ancaq o zaman ki, Olqa Alekseyevnanın vəsiyyəti olmasa idi. Tərəflərindən məhkəməyə sübut növü kimi diskə yazılmış səs yazısı təqdim edilmiş, lakin həmin səs yazısı məhkəmə prosesində səsləndirməmiş və qətnamədə bununla əlaqədar heç nə əks olunmamışdır. Həmin diskdə X8 deyir ki, “satılan evin pulundan 20% nəvəmə verərsiz”. Onlar isə iddiaçı üçün 20% dən artıq pay saxlamışlar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(103)-4126/2023 saylı qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə) verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(006)-615/2023 saylı qətnaməsi “xx.xx.2021-ci il tarixdə vəfat etmiş mirasqoyan X3 adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payı müəyyən edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbinin təmin edilməməsi, Cavabdeh3 85.000 manatın alınaraq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İddiaçı tərəf (Vəkil1) kassasiya şikayəti verərək iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğvinə dair” hissələrinin də təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci, həm də apellyasiya məhkəməsi Cavabdeh4 vicdanlı alıcı olmaması ilə bağlı dəlillərinə obyektiv yanaşmamışlar. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilir ki, Cavabdeh4 məhkəməyə vermiş olduğu izahatında göstərmişdir ki: “2022-ci ilin oktyabr ayının axırları noyabr ayının əvvəllərində Hüseyn adlı əmlakçıya müraciət edərək, ona satın almaq üçün mənzil tapılmasında kömək etməsini xahiş etmiş və sonuncu ona bir neçə yeni təmirli və köhnə təmirli mənzil göstərmişdir. Baxdığı mənzillərdən hazırda mübahisələndirilən mənzili bəyənmiş və almaq qərarına gəlmişdir. Qeyd edir ki, mənzili ona Hüseynlə birlikdə Nizami adlı ev sahibi göstərmişdir. Onlar təxminən 2-3 gün ərzində qiymət barədə razılaşıb, notariusa getmiş və alqı-satqı etmişlər. Mənzilin mübahisəli və ya vərəsəlik əsasında olmasından məlumatı olmamış, mənzilin sənədi Nizaminin adına olmuşdur.” Məhkəmələr nəzərə almamışdır ki, Cavabdeh4 izahatında tarixlərlə bağlı vermiş olduğu məlumatlar işin halları ilə ziddiyyət təşkil edir. Cavabdeh4 mənzilə 2022-ci ilin oktyabr ayının sonu, noyabr ayının əvvəllərində baxdığını, mənzilin sənədinin Nizaminin adına olmasını göstərməsinə baxmayaraq, işdə olan sənədlərdən görünür ki, mübahisəli mənzil üzərində Cavabdeh3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və istənilən halda, Cavabdeh4 mənzilin sahibinin Cavabdeh3 olmasını təsdiq edən sənədi görmüşdüsə, onda bu, xx.xx.2022-ci il tarixdən sonra baş verə bilərdi; Bundan başqa, məhkəmə icraatı zamanı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X2 Cavabdeh4la olan səmimi söhbətlərindən müəyyən olunurdu ki, onlar əvvəlcədən bir-biriləri ilə tanış idilər. Nəzərə alınsa ki, Cavabdeh4la Cavabdeh3 arasındakı mənzilin alqı-satqısına dair müqavilə Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış və həmin əməliyyatın aparılmasına Bakı şəhəri 43 saylı Notariat ofisinin hər hansı bir aidiyyəti olmayıb, belə olanhalda, həmin notariat ofisinin əməkdaşı və Cavabdeh4 bir-birlərini tanmamalı idilər; Bütün bu göstərilənlər ona dəlalət edir ki, həqiqətən də Cavabdeh3lə və Cavabdeh4 2022-ci ilin oktyabr ayının sonunda, sonuncu vərəsə Olqa Ağayeva xx.xx.2022-ci il tarixdə öldükdən sonra, mənzilin satılması məqsədilə tanış olsalar da, Cavabdeh4 Cavabdeh3 mənzilin mübahisəli olduğunu bilmiş və mənzili vərəsə olan İddiaçı yayındırılması üçün müxtəlif qanunsuz yollarla cavabdehlərdən Bakı şəhəri 43 saylı Notariat ofisinin əməkdaşı Nüşabə Musayeva və digərləri ilə cinayət əlaqəsinə girərək, qanunsuz üsullarla cəmi 5 gün ərzində mübahisəli mənzilin üzərində qanun üzrə vərəsəlik hüququ haqqında Cavabdeh3 adına şəhadətnamə almışlar. Daha sonra isə Cavabdeh3 digər Cavabdeh4la əvvəlcədən razılaşdıqları kimi, mənzili miras əmlak olaraq vərəsədən qaçırtmaq üçün öz aralarında mənzilin bazar dəyərindən aşağı qiymətə satılmasına dair alqı-satqı müqaviləsi bağlamışlar. Bütün bu göstərilənlər Cavabdeh4 mənzilinmübahisəli olmasını əvvəlcədən bilməsinə və mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olmamasına dəlalət edir. Bu səbəbdən məhkəmələr işin faktiki hallarına düzgün qiymət versə idilər, iddianın “Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığı, həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığı və onun adına verilmiş çıxarışın ləğvinə dair” hissəsini də təmin etməli idilər; - məhkəmələrin vicdanlı alıcı hesab etdiyi Cavabdeh4 qeyd edilən izahatından da görünür ki, o, birmənalı olaraq vicdanlı alıcı hesab edilə bilməzdi. Həm onun izahatındakı ziddiyyətli məqamlar, həm də mənzilin bazar dəyərindən kifayət qədər aşağı qiymətdə satılması onun mənzilin mübahisəli olmasından xəbərdar olmadığını istisna edir. Odur ki, məhkəmələr Cavabdeh4 vicdanlı alıcı hesab edilməsi qənaətinə gələrkən yalnışlığa yol vermiş və həmin hal işin faktiki halları ilə də uyğun gəlməmişdir; Məhkəmələrin vicdanlı alıcı hesab etdikləri Cavabdeh4 özü birinci instansiya məhkəməsində vermiş olduğu izahatında mübahisəli mənzilə daha əvvəldən baxış etdiyini etiraf etmişdir. Göstərilən hal onun vicdanlı alıcı olmadığını təsdiq edən mahiyyətdə olmaqla birlikdə, iddiaçı tərəfi də bu halı sübut etmə vəzifəsindən azad edir. Lakin məhkəmələr yanlış qənaətdə olmuş və bu xüsusata düzgün yanaşmamışlar. Apellyasiya məhkəməsi şikayətdə irəli sürülmüş əsaslı arqumentləri əsassız arqumentlərlə rədd etmişdir; Məhkəmə apellyasiya şikayətində Cavabdeh4 izahatında qeyd etdiklərinə istinad edərək irəli sürülmüş dəlillərə münasibət bildirməmiş, həmin şəxsin vicdanlı alıcı olmaması ilə bağlı mötəbər sübut irəli sürülmədiyi qənaətinə gəlmişdir. Halbuki, həmin şəxs öz izahatı ilə vicdanlı alıcı olmasını şübhə altına almış, lakin məhkəmələr bu faktı araşdırmaq əvəzinə formal olaraq qətnamə qəbul etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(102)- 4287/2023 saylı qərarı ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(103)-4126/2023 saylı, qətnaməsinin Cavabdeh3 85000 manatın alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdilər, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı tərəf izahatlarında onlara verilən suallara cavab olaraq bildirdilər ki, onların iddia ərizələrində pul ilə bağlı tələbləri olmasa da, apellyasiya şikayətində evin aşağı qiymətə satılmasını qeyd etmişlər. Məhkəmə restitusiyanı tətbiq etməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi. Digər cavabdehlər Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar (və ya nümayəndələri) məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən digər cavabdehlərin (və ya onların nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(006)-615/2023 saylı qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına 85000 manatın Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi hissəsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi aşağıdakılardan ibarətdir: 1.Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 2V-186 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; 2.Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində qeydiyyata alınmış reyestr qeydinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; 3.Cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-1956 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsızlığına və onun adına verilmiş çıxarışın ləğv edilməsi; 4.xx.xx.2021-ci il tarixdə vəfat etmiş mirasqoyan X3 adına qeydiyyata alınaraq, sonuncu tərəfindən miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 40, mənzil 52 üzərində yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü İddiaçı tam payının müəyyən edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının mülki işin hazırda apellyasiya baxışının predmetində olan hissəsində mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 1092.1.2-ci maddəsinə görə varlanmış şəxsin əldə etdiklərini məhrum olanın tələbi ilə qaytarma vəzifəsi əldə edən şəxsin qəsdən əldə etmədiyinə də şamil edilir. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi hazırki icraat çərçivəsində zərər olaraq müqavilə üzrə mənzilin satışından əldə edilən pulun Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli olması qənaətinə gəlib, belə olan halda, mənzilin dəyərindən aşağı qiymətə satılması barədə iddiaçının dəlillərinə də qiymət verməli, çəkişmə prinsipinə əməl etməklə tərəflərin bu barədə mülahizələrini öyrənməli, mənzilin müqavilədə göstərilən qiymətinin real olub-olmamasına aydınlıq gətirməli, iddiaçının dəlilləri təsdiqini tapmadığı halda müqavilədəki qiyməti əsas götürməklə prosessual qənaət prinsipi baxımından mübahisəni tam həll etməli idi. Belə olduqda, iddiaçının cavabdehə qarşı maddi və mənəvi zərər tələbi ilə bağlı ayrıca məhkəməyə müraciət etməsinə, əlavə məhkəmə çəkişməsinə də zərurət qalmaz.Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusata qiymət verməmiş, çəkişmə prinsipinə əməl etməklə tərəflərin bu barədə mülahizələrini öyrənməmiş, mənzilin müqavilədə göstərilən qiyməti və satıldığı vaxtdakı real dəyərinə aydınlıq gətirmək üçün prosessual qanunvericiliyin verdiyi imkanlardan istifadə etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 97.1ci maddəsinə görə xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə öz təşəbbüsü ilə də ekspertiza təyin edə bilər.Buna görə də mənzilin satış dəyəri olan 85000 manatın Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli olması barədə gəlinən nəticə düzgün sayıla bilməz. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi əsassız varlanma ilə bağlı qanuni əsasa və xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küçəsi 40 saylı evin, 3 otaqlı, 52 saylı mənzilin Cavabdeh4 85000 manata əldə etməsi və iddiaçının həmin mənzilə münasibətdə birinci növbə vərəsə olaraq həmin mənzil satılarkən mənzildən məhrum olması ilə bağlı işin faktiki hallarına istinad edərək, tələb olmadığı halda 85000 manatın Cavabdeh3 iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, məhkəmə MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələb üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Kollegiya 85000 manatın Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi hissəsində apellyasiya icraatına xitam verilməsi ilə bağlı mövqeyini aşağadakılarla əsaslandırır: -Birincisi, iddiaçının cavabdehə qarşı pul tələbi (delikdən irəli gələn) mövcud deyildir. Belə olan halda, iddiaçı iddianın əsasını (zərərdən irəli gələn tələb) və predmetini (pul tələbi) dəyişməklə, cavabdehə qarşı tələb irəli sürə bilər. İddianın əsasını- irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. -İkincisi iddiaçı tərəf apellyasiya şikayətində iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın Cavabdeh3 ilə Cavabdeh4 arasında Bakı şəhəri 14 saylı Notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə1956 reyestr nömrəli alğı-satqı müqaviləsinin, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi,ev 40, mənzil 52 üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin etibarsız hesab edilməsi və onun adına verilmiş çıxarışın ləğvinə dair hissəsinin də təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan hissələrdə iddiaçı tərəfin tələblərinə artıq qiymət verilmişdir. İddiaçı tərəfin apellyasiya şikayətində mübahisələndirdiyi mənzilin bazar dəyərindən aşağı qiymətə satılması ilə bağlı dəlili cavabdehlər Nizami və Namiq arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı olmuşdur. -Üçüncüsü, iddiaçının hazırki apellyasiya baxışında Mülki Məcəllənin 337.5-ci maddəsinə istinad edərək, restitusiyaya əsasən mənzilin bazar dəyərinin tutulması ilə bağlı dəlili əsaslı hesab oluna bilməz. Belə ki, hazırki iş üzrə cavabdehlər Nizami və Namiq arasında bağlanmış alğı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab olunmamış, iddiaçı tərəf alğı-satqı müqaviləsinin tərəfi olmamışdır. -Dördüncüsü, əvvəlki apellyasiya mərhələsində məhkəmə kollegiyası tələb olmadığı halda, pulun tutulması ilə bağlı nəticəyə gəlmişdir. Belə ki, pul tələbi (delikdən irəli gələn) olmadığı halda, məhkəmə tərəfindən həmin pulun tutulması, digər tərəfin öz hüquqlarından istifadə etməklə, ona qarşı irəli sürülmüş iddiaya dair etirazlarını hazırlamaq imkanından məhrum etməklə, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərlik prinsiplərini pozmuş olacaqdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki apellyasiya baxışının predmetində “Cavabdeh3 85000 manatın alınaraq İddiaçı ödənilməsi” ilə bağlı iddiaçı tərəfin tələbi və bununla bağlı iddiaçı tərəfin apellyasiya şikayətinin dəlili olmadığından, bununla da apellyasiya icraatı mümkün olmadığından, apellyasiya icraatına xitam verilməli, iddiaçıya izah edilməlidir ki, cavabdehə qarşı ona vurulmuş zərərlə bağlı (delikt) tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin artıq ona dəymiş zərərlə bağlı toplayacağı sübutlara münasibətdə, məhkəmə tərəfindən hazırlıq mərhələsi yekunlaşana kimi qarşı tərəfin öz hüquqlarından istifadə etməklə, ona qarşı irəli sürülmüş iddiaya dair etirazlarını hazırlamaq imkanına malik olması, Prosessual Qanunvericiliyin fundamental prinsipi olan çəkişmə və bərabərlik prinsipini qorumuş olacaqdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(006)-615/2023 saylı qətnaməsindən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına “85000 manatın Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi” hissəsində xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1008/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1008/2024
09.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver