Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1011/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(094)-157/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ailəsi ilə birgə Pirallahı rayonu, Gürgan qəsəbəsi, İ.Məcidov küçəsində yerləşən ona məxsus olan 2 mərtəbəli evi boşaldıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh arasında olan razılaşmaya əsasən iddiaçı Pirallahı rayonu, Gürgan qəsəbəsi, İlqar Məcidov küçəsində yerləşən 2 (iki) mərtəbəli həyət evini 45000 (qırx beş min) manata almışdır. Razılaşmaya əsasən iddiaçı 2016cı ilin iyun ayında pulun bir hissəsini Cavabdeh vermiş və həmin ilin oktyabr ayında 45000 manatı tam şəkildə ödəmişdir. İddiaçı cavabdehə evini boşaltmasına 1 (bir) il vaxt vermişdir. Lakin bir ilin tamamında Cavabdeh evdən çıxmaqdan imtina etmişdir. O, da məcbur olub pulunu geri tələb etmiş, lakin cavabdeh pulu verməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi əsasında cavabdeh iddiaçıya 45000 manat pulu qaytarmalıdır. Lakin iş icraya yönəlsə də, cavabdeh nə pulu verir, nədə evi boşaldır. Baxmayaraq ki, ona qarşı inzibati tədbirlər də görülmüşdür. Cavabdeh və həyat yoldaşı dəfələrlə iddiaçıya evi boşaldacaqları ilə bağlı vəd vermişlər, lakin vaxtı uzadaraq onu aldadırlar. İddiaçı sözü gedən evi Rusiya Federasiyasında yaşayan qızına almışdır. Pulu isə qızının həyat yoldaşı Kuliev Faiq göndərmişdir, yəni onların ailəsi Azərbaycana köçmək istəmişlər. Əllərində olan pulların hamısını bu evə vermişlər. Lakin Cavabdeh evdən çıxmadığına görə onlar Azərbaycana gələ bilmirlər, iddiaçı da onların yanında pis vəziyyətə düşmüşdür. 2016-cı ilin oktyabr ayında iddiaçı pulun hamısını Cavabdeh verəndə, o, noyabr ayında qızının ərinə etibarnamə vermişdir ki, evdən çıxanda onların əlində etibarnamə olsun. Lakin ona vaxt verdiyinə baxmayaraq evdən çıxmaqdan imtina etmiş və pullarını da qaytarmamışdır. Bir sözlə bu günə kimi nə evdən çıxır, nə də pullarını qaytarır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(094)-157/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində tələbin əsası olan dəlilləri geniş təsvir etmiş, iş materiallarından məlum olduğu üçün təkrar etməyə lüzum görmür. Dəlillərdən biri ondan ibarət idi ki, icra sənədinə əsasən ona ödəməli olduğu 45.000 manatı 1 ay ərzində ödəyə bilməyəcəyi təqdirdə sözügedən evi boşaldıb ona təhvil verəcəyi barədə notarial öhdəlik götürmüş, lakin nə pulu, nədə evi ona verməmişdir. Lakin Pirallahı Rayon Məhkəməsi onun iddiasını heç bir dəlilinə qiymət verməmiş, öz qətnaməsini əsaslandırmadan iddianın rədd edilməli olduğu qənaətinə gəlmişdir. Bu cür qətnamə qəbul edilməsi yolverilməzdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçı evi alanda pulunu 9 aya ödədi. Pulu xırdaxırda verdiyi üçün ona faydası olmadı. İddiaçı evi Rusiyada yaşayan qızı üçün almışdı. Ona qızı hələ gəlmədiyi üçün evdə yaşamasını demişdir. İndi də onun yaşamağa başqa yeri yoxdur. Puldan 13.000 manatı ödəmiş, qalan pulu da 1-2 aya ödəyəcək. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 12685/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Pirallahı rayon məhkəməsinin 2(094)-342/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən, 10,000 (on min) manat məbləğində mənəvi zərər hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 12685/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada olmasa da, iddiaçıya məxsus evin(özbaşına tikilinin) qeyri-rəsmi alqı-satqısı ilə bağlı münasibətlər yaranmış, lakin sövdələşmələri baş tutmadığından, iddiaçı tərəfindən cavabdehə qarşı evə görə verilmiş 45000(qırx beş min) manat və 20000(iyirmi min) manat mənəvi zərər tələb edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-342/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə 45000(qırx beş min) manat və 10000(on min) manat mənəvi zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin yalnız mənəvi zərərin ödənilməsi hissəsi ləğv edilmiş, qalan hissədə qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iddiaçının mübahisəli evin(özbaşına tikilinin) qeyri-rəsmi alqı-satqısı ilə bağlı cavabdehə ödədiyi 45000(qırx beş min) manatın qaytarılması barədə qüvvəyə minmiş qətnamə mövcuddur və həmin icra sənədi üzrə 13000(on üç min) manat artıq iddiaçıya qaytarılmış, 32000(otuz iki min)manat isə qaytarılmamışdır. İkincisi, iddiaçı bir tərəfdən mübahisə predmeti olmuş evə görə ödədiyi pulun qaytarılmasına dair qanuni qüvvəsini almış qətnamənin icrasına nail omaq istəyir, digər tərəfdən hazırki iddia ilə həmin evin boşaldılaraq ona verilməsini tələb edir. Sonuncu iddianın da təmin ediləcəyi təqdirdə cavabdehin bir hala görə ikiqat mülki məsuliyyətə cəlb edilməsi ilə nəticələnər ki, buda yolverilməzdir. Çünki, cavabdehin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Lakin buda o demək deyil ki, cavabdeh də bu vəziyyətdən sui-istifadə edərək dövlətin adından çıxarılmış məhkəmə qərarını qərəzli olaraq uzun illər ərzində icra etməsin. Bu hal şəxslərin məhkəmə hakimiyyətinə inamını, güvənini azaltmaqla arzuolunmaz vəziyyətə gətirib çıxara bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(094)-157/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1011/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1011/2021
01.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver