Məhkəmə qərarları › İş №2(103)-1013/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1013/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1013/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı “Kənd K” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı2 iştirakı ilə, İddiaçılar “Kənd K” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı "borcun olmaması barədə arayışın və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi ilə bağlı məktubun verilməsi“ tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən və İddiaçı2 apellyasiya şikayəti əsasında mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar “Kənd K” Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 cavabdeh “xxxx” ASC-yə qarşı "borcun olmaması barədə arayışın və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi ilə bağlı məktubun verilməsi“ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan xx.xx.2008-ci il tarixli, 001/İCD saylı kredit müqaviləsi üzrə verilmiş 647 070 ABŞ dolları məbləğində kredit üzrə borcun olmamasına dair arayışın və 647070 ABŞ dolları məbləğində borcun təminatı qismində çıxış edən xx.xx.2008-ci il tarixli, 001/İCD-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 3-cü Nərimanov döngəsində istifadəsində olan 0.02326 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 3 mərtəbəli, 10 otaqlı, 172.8 kv.m. yaşayış, 242.6 kv.m. köməkçi sahədən ibarət olan 8 nömrəli fərdi yaşayış evinin ¼ hissəsinin, “B” tikilisinin yüklülükdən azad edilməsinə dair məktubun verilməsinin vəzifə olaraq Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunmuş, İddiaçı2 qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş və şikyatə baxılması üçün məhkəmə iclasına təyi olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sözügedən qətnamədən iddiaçı “Kənd K” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən də apellyasiya şikayətinin verildiyini göstərmiş və işin Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, yəni “Kənd K” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı2 verdiyi apellyasiya şikayəyi apellyasiya baxışından çıxarılmalı və mülki iş üzrə “Kənd K” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)98/2020 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(003)98/2020 saylı qətnaməsindən “Kənd K” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar