Məhkəmə qərarları › İş №2(103)-10150/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10150/2021

07.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10150/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili X3 İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X7 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2282/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları: Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 19 avqust 1994-cü il tarixli sərəncamı ilə Suraxanı Rayon, Yeni Günəşli “V” yaşayış sahəsi, 28 saylı evin 52 saylı mənzili Ermənistan Respublikasından qaçqın olan X2 ayrılmışdır. Lakin həmin mənzilə Laçın rayonundan məcburi köçkün olan X4 ailə üzvləri ilə məskunlaşdığından S.A.Primovanın həmin mənzilə köçməsi mümkün olmamışdır. 2003-cü ildə X1 Gültəkin İsa qızı ilə nikaha girmiş və sonuncu həmin vaxtdan yuxarıda göstərilən mənzildə yaşamışdır. X5 isə müvəqqəti olaraq başqa ünvanda yerləşən mənzildə məskunlaşmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 22 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən mübahisəli mənzilə dair kirayə müqaviləsinin 8 nəfərdən ibarət ailə üzvü olan İddiaçı adına bağlanması və onun adına şəxsi maliyyə hesabının açılması qərara alınmışdır. 20 mart 2018-ci il tarixdə X4 vəfat etmişdir. Cavabdeh isə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin sonradan ləğv edilmiş 18 yanvar 2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən mübahisəli mənzilə qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı 52 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh həmin mənzilə istifadə hüququ olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Həmin işlərə bir icraatda baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı iddiası rədd edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Suraxanı Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi də ləğv edilərək Cavabdeh İddiaçı və qeyrilərinə qarşı mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, özünün və ailə üzvlərinin həmin mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə həmçinin göstərilmişdir ki, bu qətnamə Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Göstərilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8535/2019 saylı 26.10.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli 2(010)-798 saylı qiyabi qətnaməsinin və 27 yanvar 2018-ci il tarixli əlavə qətnaməsinin icrasına dönüş edilmiş və cavabdehlər İddiaçı, X17, X13, həmçinin yetkinlik yaşına çatmayan uşaqları X15, X16 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 28 saylı evin 52 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyatları bərpa edilmişdir. 2020-ci ilin aprel ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 28 saylı evin 52 saylı mənzilinin qanuni əsaslarla onun və ailəsinin istifadəsinə verilməsini, cavabdehin isə həmin mənzildə yaşamasının qanunsuz olmaqla onun mənzildən istifadə hüququnu pozmasını əsas göstərməklə Cavabdeh həmin mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək mübahisəli mənzildə yaşadığı dövrdə orada əsaslı təmir işləri aparmaqla mənzilin təmirinə 30.000 manat məbləğində vəsait sərf etməsini əsas göstərməklə mübahisəli mənzilin əvəzi kimi İddiaçı ayrılmış 1 otaqlı mənzilin ona verilməsi və İddiaçı onun xeyrinə 30.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilərək Cavabdeh mübahisəli mənzildən çıxarılıb mənzilin İddiaçı təhvil verilməsi qət edilmiş, Cavabdeh qarşılıqlı iddiası rədd edilmişdir. İş üzrə qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli 2(103)- 1296/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qarşılıqlı iddiaçı Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(102)-3843/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli 2(103)-1296/2021 saylı qətnaməsi qismən qarşılıqlı iddianın evin tikintisinə sərf edilmiş vəsaitin tələb olunmasının təmin olunmamasına dair hissədə ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, hazırki apelyasiya baxışının həddi Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apelyasiya şikayətinə münasibətdə qarşılıqlı iddianın evin tikintisinə, təmirinə sərf edilmiş vəsaitin tələb olunması barədə hissəsində yoxlanılması təşkil edir. Çünki qarşılıqlı iddianın təmin olunmayan digər hissələri kassasiya məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. Apelyasiya məhkəməsinin iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X14 apelyasiya şikayətinin dəlilinə uyğun izahat verərək, qarşılıqlı iddianın mübahisələndirilən hissədə təmin olunmasını xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili X8 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya apelyasiya şikayətinin dəlillərini, işin materiallarını, tərəflərin izahatlarını qarşılıqlı müzakirə edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti rədd edilməlidir. Belə ki, işin materialları, qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzildən istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir. Yəni Cavabdeh mənzilə köçüb yaşadığı dövrdən etibarən hər hansı bir hüququ olmamış, başqa sözlə həm Cavabdeh, həm də onun mərhum ərinin mənzilə sahiblikləri qanunsuz olmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli mənzilə köçən vaxt həmin mənzilin istifadəyə yararsız olması, öz şəxsi vəsaitləri hesabına mənzildə təmir bərpa işləri apararaq yaşayış üçün yararlı hala salmaları və uzun müddət həmin mənzildə yaşayaraq evdə təmin işləri aparmasına əsaslanaraq, təmir bərpa işlərinə çəkilmiş xərci 30000 manat məbləğində qiymətləndirərək həmin pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında, həmçinin qanuni qüvvəsini almış məhkəmə aktlarının məzmununda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mübahisəli mənzildə hansı təmir işləri aparması və aparılmış təmir işlərinin dəyəri barədə onun özünün izahatlarından başqa hər hansı bir sübut mövcud deyil. Apelyasiya məhkəməsinin iclasında apelyatorun vəkili X9 mübahisəli mənzildə aparılmış təmir işləri barədə zəruri sübutların təqdim edilməsi təklif olunmuş və bununla əlaqədar işin baxılması təxirə alınsa da, apelyator tərəfindən təmir işlərinin aparılması barədə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd edilən prosessual qanunvericiliyin tələblərini nəzərə alan kollegiya hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirilən hissədə öz tələbini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, apelyasiya şikayətini formal mülahizələrlə əsaslandırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən prosessual qanunvericiliyin tələblərinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinin tələblərinə əsaslanaraq, qarşılıqılı iddianın mübahisələndirilən hissədə təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olumuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2282/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar