Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10151/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X5, "xxxx" MMC-nin qanuni nümayəndəsi X2 və vəkili X13, Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkili) X9, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, qanunsuz tikilmiş sanitar qovşağın sökülməsi və vurulmuş maddi zərərin ödənilməsi” barədə ilk, həmçinin Cavabdeh1 və Cavabdeh3 cavabdehlər İddiaçı və "xxxx" MMC-nin direktoru X3 qarşı (X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “müqavilələrin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(011)- 546/2020 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 144 m2 sahəsi olan 04 saylı və 70 m2 sahəsi olan 05 saylı qeyriyaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsi, 70 m2 sahəsi olan 05 saylı qeyriyaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, qeyri-yaşayış sahələrinin satış ofisi və sanitar qovşağı kimi istifadə edilməsinə görə vurulmuş maddi zərərin əvəzi kimi cavabdehlərdən 77040 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə müqavilələr bağlanarkən inşa edilən binaya və almaq istədiyi yerlərə yerində baxılaraq müəyyənləşdirilmişdir. Bundan əlavə, yaşayış binasının 1-ci mərtəbəsində olan 144 m2 qeyri-yaşayış sahəsinin plan ölçüsü təsdiq edilərək ona verilmişdir. Qeyri-yaşayış sahələrinin dəyəri tam ödənilmiş, buna dair 22.11.2016-cı il və 15.09.2018-cı il tarixli maliyyə arayışları verilmişdir. Cavabdeh MMC tərəfindən müqavilələrlə ona satılmış qeyri-yaşayış sahələri hazırda onun işçiləri tərəfindən zəbt edilərək, qanunazidd istifadə edilir. Müqavilə ilə ona məxsus olan digər 70 m2 sahədə isə qanunsuz olaraq sanitar qovşağı inşa edilmişdir. MMC-nin direktoru V.Babayev bildirmişdir ki, MMC-nin həmtəsisçisi Cavabdeh3 nümayəndəsi Cavabdeh1 heç bir əsas olmadan ona məxsus qeyri-yaşayış sahəsində məskunlaşmışdır və pozulmuş hüququnun bərpa edilməsi üçün tədbirlər görüləcəkdir. Cavabdehlərin hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir. Vurulmuş maddi zərər həmin ərazidə birinci mərtəbədə icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə qiymətləri ilə hesablanmalıdır. 144 m2 qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün aylıq 15 manat qiymətində götürülərsə, aylıq 2160 manat, 70 m2 üçün isə 1050 manat pul tələb edilməlidir. Ona məxsus 144 m2 sahədən iki ildən artıq müddətdir ki, satış ofisi kimi istifadə olunur. Bu hesabla, cavabdehlərin ona məxsus qeyri-yaşayış sahələrindən qanunsuz istifadə etmələrinə görə vurulmuş maddi zərər 77040 manat məbləğindədir. Eyni zamanda, Cavabdeh1 və Cavabdeh3 cavabdehlər İddiaçı və "xxxx" MMC-nin direktoru X3 qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru X4 ilə İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu ərazisindəki S.Orucov və N.Əİiyev küçələrinin kəsişməsində MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 144 m2 qeyri-yaşayış sahəsinin satılması barədə 29.01.2016-cı il tarixli və 70 m2 qeyri-yaşayış sahəsinin satılması barədə 21.07.2017-ci il tarixli müqavilələrin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, 02.05.2014-cü il tarixdə Bakı şəhərində bağlanılmış “müəssisədəki payın alqı-satqısı müqaviləsi”nə əsasən Cavabdeh3 ilə cavabdeh Vəliyullah Babayev “İnvest Proje" MMC tərəfındən Bakı şəhəri, Xətai rayonu ərazisindəki S.Orucov və N.Əİiyev küçələrinin kəsişməsində inşa edilmiş 19 mərtəbəli yaşayış binasının tam ortaqları olmaqla hərəyə 50 faizinin sahibləridir. Eyni zamanda, Cavabdeh1 Cavabdeh3 notarial qaydada tərtib edilmiş etibarnamə əsasında təmsil edir. "xxxx" MMC-nin direktoru V.Babayev binada birinci mərtəbədə qeyri-yaşayış sahələrinin İddiaçı satılmasını, bu barədə müqavilə bağlamasını digər şəriki (tam ortağı) Cavabdeh3 bildirməmiş, onun razılığını almamışdır. Başqa sözlə, həmin qeyri-yaşayış sahələri qanunsuz və xəlvət satılmışdır. Bundan başqa, V.Babayevlə binada birinci mərtəbədə qeyri-yaşayış sahəsinin İddiaçı satılması barədə müqavilənin qanunsuzluğu iş üzrə başqa sübutlarla da təsdiqini tapır. Belə ki, iddiaçı göstərmişdir ki, guya onun əri Q.Məhərrəmovun mübahisəli binanın inşa edildiyi ünvanda mağazası olmuş, binanın inşa edilməsi üçün mağaza sökülməli imiş. Lakin qeyd olunan müqavilələrdə qeyri-yaşayış sahələrinin sökülmüş mağazanın əvəzinə iddiaçıya verilməsi faktı göstərilməyərək guya iddiaçıya 680.000 manata satılması rəsmiləşdirilmiş, hətta 680000 manatın iddiaçı tərəfindən MMC-yə ödənildiyi barədə saxta maliyyə arayışları da tərtib edilmişdir. Aydındır ki, əgər qeyri-yaşayış sahələri sökülən mağazanın əvəzinə iddiaçıya verilirdisə, müqavilə də bu barədə tərtib edilməli idi. Ona görə də hazırkı, saxta müqavilələrdən belə çıxır ki, iddiaçı həm mağazasının sökülməsinə və yerində çoxmərtəbəli bina inşa edilməsinə razılıq vermiş, həm də 680000 manat ödəyərək həmin binadan qeyri-yaşayış sahələri almışdır ki, bu da reallıqla bir araya sığmır. Qeyd olunanlardan məlum olur ki, iddiaçı ilə digər cavabdeh "xxxx" MMC-nin direktoru V.Babayev arasında uydurma və yalan əqd bağlanılmışdır. Eyni zamanda, iddiaçı tərəfindən guya ödənildiyi maliyyə arayışlarında qeyd edilmiş 680000 manat pul heç vaxt MMC-yə ödənilməmişdir, çünki bu qədər pul mühasibatlığa və xəzinəyə daxil olsaydı, tam ortaq olan şərik Cavabdeh3 da bu barədə məlumatı olardı. Daha sonra, MMC-nin direktoru V.Babayevlə Cavabdeh3 arasında tərtib edilmiş 25.11.2014-cü il tarixli qarşılıqlı razılaşma aktında tərəflər razılığa gəlmişlər ki, inşa ediləcək 19 mərtəbəli mansardlı binada tək rəqəmlərlə başlayan mərtəbələrin satış hüququ V.Babayevə, cüt rəqəmlərlə başlayan mərtəbələrin satış hüququ isə Cavabdeh3 məxsusdur. Həmin müqavilədə tərəflər eləcə də razılaşmışlar ki, binanın qeyri-yaşayış sahəsi bir mərtəbədən ibarət avtodayanacaq və bir mərtəbədən ibarət mansard hissəsi sonradan püşk atma yolu ilə nizamlanacaqdır. Qeyd olunanlardan əlavə, V.Babayevlə Cavabdeh3 arasında bağlanılmış 15.12.2014-cü il tarixli, yəni iddiaçı ilə müqavilə bağlanılmasından hələ iki il əvvəl bağlanılmış müqavilədən görünür ki, binanın birinci mərtəbəsində 167 m2 qeyri-yaşayış sahəsi 334000 manata sonucuya satılmış və dəyəri tam ödənilmişdir. Cavabdeh3 həmin vaxt qeyri-yaşayış sahəsini öz hesabına təmir edərək orada ofis və sanitar qovşaq inşa etmişdir. Ofisin və sanitar qovşağın inşa edilməsi V.Babayevin məlumatı olmaqla və bilavasitə onun gözləri qarşısında aparılıb tamamlanmışdır və əgər o, həmin qeyri-yaşayış sahəsini onlara satmış olmasaydı, heç vaxt ofisin və sanitar qovşağın inşasına imkan verməzdi. Onunla bağlanmış 4 müqavilə əsasında binanın birinci mərtəbəsində olan bütün qeyri-yaşayış sahələrinin hamısı onlara satılmışdır və həmin sahələrdə təmir-tikinti işləri aparılaraq istifadələrindədir. "xxxx" MMCnin direktoru V.Babayev eyni qeyri-yaşayış sahəsini həm ona, həm də iddiaçıya satmış, etibardan sui-istifadə edərək onları aldatmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(011)-546/2020 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının birinci mərətbəsində yerləşən 144 m2 sahəsi olan 04 saylı və 70 m2 sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin boşaldılaraq İddiaçı təhvil verilməsi, 70 m2 sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağının sökülməsinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə bütövlükdə rədd olunması qət edilmişdir. İddiaçı (ilk iddia üzrə iddiaçı) qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin olunmayan hissəsində ləğv olunması, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh3 (qarşılıqlı iddia üzrə iddiaçılar) da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddianın tam rədd olunmasını, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2020-ci il tarixli, 2(103)-3200/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli, 2(102)-2566/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi Cavabdeh1 və Cavabdeh3 şikayətlərinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün göndərilmişdir. Yeni apellyasiya icraatı zamanı X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunda əsaslandırlmış, həmçinin göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin qanuni nümayəndəsi və vəkili, eyni zamanda İddiaçı nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdikləri izahata uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. "xxxx" MMC-nin qanuni nümayəndəsi suala cavab olaraq bildirmişdir ki, onunla Cavabdeh3 arasında 15.12.2016-cı il tarixdə bir ədəd 167 m2 və bir ədəd 209,5 m2 qeyri-yaşayış sahəsinə müqavilələr bağlanmışdır. Digər iki müqavilə isə, həmin müqavilələrin nüsxələridir. Belə ki, o, hər iki müqaviləni Cavabdeh3 tərəfindən imzalanması üçün sonuncunun həyat yoldaşı Cavabdeh1ya təqdim etmiş, lakin sonradan nüsxələri ona qaytarılmamışdır. Müqavilələrin birində isə texniki səhvə yol verilərək 2014cü il tarixi qeyd olunmuşdur, əslində onlar arasında hər iki sahəyə dair müqavilə eyni tarixdə, yəni 15.12.2016-cı ildə bağlanmışdır. Hazırda Cavabdeh3 həmin müqavilələrin nüsxələrini yeni müqavilə kimi təqdim etməyə çalışır. Eyni zamanda, binada hər birinin sahəsi 167 m2 və 209,5 m2 olan cəmi bir qeyri-yaşayış sahəsi vardır. Bu hal işdə olan plan-sxemlərdən də açıq-aydın görünür. Bununla yanaşı, 2 ədəd qeyri yaşayış sahəsinə dair Cavabdeh3 adına maliyyə arayışları verilmişdir. Əgər 4 ədəd qeyri-yaşayış sahəsi satılsaydı onlara da maliyyə arayışları verilərdi. Ümumiyyətlə, İddiaçı satılmış 144 m2 və 70 m2 qeyri-yaşayış sahələrinin Cavabdeh3 heç bir aidiyyəti yoxdur. İddiaçı nümayəndəsi (vəkili), həmçinin qeyd etmişdir ki, iddia verilən zaman Cavabdeh1 tərəfindən İddiaçı məxsus bütün sahələr zəbt olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra qismən icra olunmuş, bəzi sahələr boşaldılaraq iddiaçıya təhvil verilmiş, eyni zamanda 70 m2 sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşaq sökülmüşdür. Lakin, digər tərəf sonradan apellyasiya şikayəti verdiyindən icra dayandırılmışdır. Bu hal yerində müayinə zamanı da müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs isə mübahisənin həlillini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq, bildirmişdir ki, sözügedən binanın birinci mərtəbəsində sahəsi 79,2 m2 olan 3 saylı qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin direktoru Vəliyullah Babayevlə aralarında bağlanmış 07.03.2017-ci il tarixli müqavilə ilə 316800 manata ona satılmış və tərəfindən dəyəri tam şəkildə ödənilmişdir. Həmin sahə hazırda onun sahiblik və istifadəsindədir. Bildiyinə görə birinci mərtəbədə yerləşən 144 m2 və 70 m2 qeyri-yaşayış sahələri İddiaçı aiddir, lakin Cavabdeh1 həmin sahələrdən ofis kimi istifadə edir. Cavabdeh1 əvvəllər ona məxsus olan 3 saylı qeyri-yaşayış sahəsinin də ona məxsus olduğunu bildirir, təmir etməməyini təkid edirdi. Hesab edir ki, İddiaçı tələblərində haqlıdır. HÜQUQİ MƏSƏLƏLƏR : İlk öncə qeyd edilməlidir ki, Ali Məhkəmənin 10 avqust 2021-ci il tarixli qərarına əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qətnaməsinə yalnız qarşılıqlı iddia üzrə iddiaçıların apellyasiya şikayəti həddində münasibət bildirərək, hüquqi dəyərləndirmə aparır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə (nizamnamə və s.) əsasən – "xxxx" MMC 16 iyul 2013cü il tarixdə qeydiyyata alınmaqla yaradılmış, nizamnamə kapitalı 10 manat həcmində (hər biri 5 manat olmaqla 2 paydan ibarət) olmaqla, tək təsisçisi Vəliyullah Babayev olmuşdur. 17 iyul 2013-cü il tarixli, 01 nömrəli əmrlə Vəliyullah Babayev MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra 02 may 2014-cü il tarixdə X7 İsmayılova arasında "xxxx" müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, MMC-nin təsisçisi Vəliyullah Babayev nizamnamə kapitalında ona məxsus olan 100% payın 50%-ni Cavabdeh3 5 manata satmış, qalan 50%-ni özündə saxlamışdır. 12 may 2014-cü il tarixdə MMC-nin nizamnaməsində dəyişiklik edilmiş və Cəmiyyətin təsisçiləri kimi hər birinin 1 pay, 5 manat, 50% olmaqla Vəliyullah Babayev və Cavabdeh3 göstərilmişdir. MMC-nin təsisçiləri arasında tərtib edilmiş 25 noyabr 2014-cü il tarixli «Qarşılıqlı razılaşma» aktı ilə tərəflər Xətai rayonu, N.Əliyev və S.Orucov küçələrinin kəsişməsindəki 1204-cü məhəllədə birgə tikdirəcəkləri 19 mərtəbəli və marsardlı yeni yaşayış binasının tək rəqəmlə başlayan mərtəbələrinin (3-cüdən başlayaraq) satış hüququnun Vəliyullah Babayevə, cüt rəqəmlə başlayan mərtəbələrin (2-cidən başlayaraq) satış hüququnun Cavabdeh3 məxsus olması, binanın qeyri-yaşayış sahəsi olan bir mərtəbədən ibarət avtodayanacaq və bir mərtəbədən ibarət mansard hissəsinin sonradan püşk atma yolu ilə nizamlanması barədə razılığa gəlmişlər. Satıcı qismində "xxxx" MMC-nin direktoru Vəliyullah Babayevlə alıcı qismində Cavabdeh3 arasında tərtib edilmiş 15 dekabr 2014-cü il tarixli müqaviləyə əsasən, satıcı tikilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 167 m2 olan qeyriyaşayış sahəsini alıcıya 334000 manat satmış, müqavilənin 3.2-ci bəndində qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin dəyəri tam ödənilmişdir. Eyni zamanda, tərəflər arasında 15 dekabr 2016-cı il tarixdə yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 167 m2 olan qeyri-yaşayış sahəsinin 334000 manata, ayrı-ayrılıqda ümumi sahələri 209,5 m2 olan iki qeyri-yaşayış sahəsinin hər birinin 419000 manata satılması barədə 3 ayrı müqavilə tərtiblənmişdir. Hər üç müqavilədə qeyri-yaşayış sahəsinin dəyərinin tam olaraq ödənildiyi göstərilmişdir. MMC tərəfindən Cavabdeh3 adına verilmiş 15 dekabr 2016-cı il tarixli maliyyə arayışlarında (iki ədəd) binanın 1-ci mərtəbəsində yerləşən 02 saylı ümumi sahəsi 209,5 m2 olan qeyri-yaşayış sahəsinin və 01 saylı ümumi sahəsi 167 m2 olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 məxsus olması, MMC-yə olan borcun tam ödənildiyi göstərilmişdir. "xxxx" MMC-nin direktoru X8 Məhərrəmova arasında 29 yanvar 2016-cı il tarixdə sözügedən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 144 m2 olan qeyriyaşayış sahəsinin 400000 manata (ilkin ödəniş 100000 manat, qalıq məbləğin isə 2016-cı ilin sonunadək ödənilməsi şərti ilə) satılması barədə; 21 iyul 2017-ci il tarixdə isə 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 70 m2 olan qeyri-yaşayış sahəsinin 280000 manata (ilkin ödəniş 100000 manat, qalıq məbləğin 1 il müddətdə ödənilməsi şərti ilə) satılması barədə müqavilə bağlanılmışdır. MMC tərəfindən İddiaçı adına verilmiş 22 noyabr 2016-cı il tarixli maliyyə arayışında binanın 1-ci mərtəbəsində yerləşən 04 saylı ümumi sahəsi 144 m2 olan qeyri-yaşayış sahəsinin, 15 sentyabr 2018-ci il tarixli maliyyə arayışında isə binanın 1-ci mərtəbəsində yerləşən 05 saylı ümumi sahəsi 70 m2 qeyri-yaşayış sahəsinin İddiaçı məxsus olması və borcun tam ödənildiyi göstərilmişdir. "xxxx" MMC-nin direktoru X12 Qurbanov arasında 07 mart 2017-ci il tarixdə sözügedən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 79,2 m2 olan qeyri-yaşayış sahəsinin 316800 manata (ilkin ödəniş 107000 manat, qalıq məbləğin 1 il müddətdə ödənilməsi şərti ilə) satılması barədə müqavilə bağlanılmışdır. MMC tərəfindən Nəsib Qurbanovun verilmiş 30 oktyabr 2018-ci il tarixli maliyyə arayışında binanın 1-ci mərtəbəsində yerləşən 03 saylı ümumi sahəsi 79,2 m2 olan qeyri-yaşayış sahəsinin Nəsib Qurbanova məxsus olması və borcun tam ödənildiyi göstərilmişdir. Sözügedən binanın birinci mərtəbəsinin plan-sxemindən müəyyən edilir ki, birinci mərtəbə ümumi sahələri 766,28 m2 olmaqla - sahəsi 167,0 m2 olan 01 saylı, sahəsi 209,5 m2 olan 02 saylı, sahəsi 74,58 m2 olan 03 saylı, sahəsi 144,0 m2 olan 04 saylı və sahəsi 171,2 m2 olan 05 saylı qeyri-yaşayış sahələrinə bölünmüşdür (tərəflər bu halı mübahisələndirməmişlər). İlk iddia üzrə İddiaçı cavabdeh MMC-yə məxsus binanın birinci mərtəbəsində yerləşən ona məxsus 04 və 05 saylı qeyri-yaşayış sahələrinin digər Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunaraq ofis və sanitar qovşağı kimi istifadə olunduğunu bildirərək, həmin sahələrin boşaldılaraq ona təhvil verilməsini və sanitar qovşağın MMC-nin vəsaiti hesabına sökülməsini tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçılar, ilk iddiaya etiraz edərək, İddiaçı ilə MMC arasında bağlanmış 29.01.2016-cı il və 21.07.2017-ci il tarixli müqavilələrin səlahiyyətsiz şəxs tərəfindən bağlanması, eyni zamanda uydurma olması səbəbilə etibarsız olduğunu bildirirlər. Həm ilk, həm də qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin direktoru Vəliyullah Babayev isə, ilk iddianı etiraf, qarşılıqlı iddianı isə rədd edərək, bildirmişdir ki, "xxxx" MMC onun tərəfındən təsis edilmiş, 16.07.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır və həmin vaxtdan o, cəmiyyətin direktorudur. MMC-nin nizamnaməsinin 5.1-ci bəndinə əsasən isə, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi təkbaşına icra orqanı olan direktor həyata keçirir. İddiaçı ilə aralarında 29.01.2016-cı il və 21.07.2017-ci il tarixdə MMC-nin Bakı şəhəri, Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində tikilməkdə olan yaşayış binasında qeyri-yaşayış sahələrinin alqı-satqısına dair müqavilələrdə qeyriyaşayış sahələrinin ölçüləri və qiyməti razılaşdırılmışdır. MMC-nin həmtəsisçisı Cavabdeh3 və onun həyat yoldaşı Cavabdeh1la cəmiyyət arasında hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh3 tərəfindən Cavabdeh1 etibarnamə verilmişdir. İddiaçı 29.01.2016-cı il tarixli müqavilə ilə satdığı 04 saylı, 144 m2 qeyri-yaşayış sahəsini Cavabdeh1 onun heç bir razılığı olmadan təmir etmiş, özü üçün ofis düzəltmiş, İddiaçı 21.07.2017-ci il tarixli müqavilə ilə satdığı 05 saylı, 70 m2 qeyri-yaşayış sahəsində isə qanunsuz olaraq sanitar qovşağı inşa etmiş və tualet kimi istifadə edir. İddiaçı MMC tərəfindən qeyri-yaşayış sahələrinin həmin ərazidə olan mağazaların sökülməsinin əvəzində verilməsinə dair qarşılıqlı iddia ərizəsində qeyd olunan mülahizələr əsassız və qanunsuzdur. 15.12.2016-cı il tarixdə şəriki Cavabdeh3 nümayəndəsi Cavabdeh1 ona müraciət edərək qoyulmuş və qoyulacaq investisiyalar qarşılığında inşa etdiyi binanın 1-ci mərtəbəsində yerləşən 01 saylı 167 m2 qeyri-yaşayış sahəsini və 02 saylı 209,5 m2 qeyriyaşayış sahəsini Cavabdeh3 adına rəsmiləşdirməyi xahiş etmiş, müqavilələr rəsmiləşdirildikdən sonra isə onları həyat yoldaşı Cavabdeh3 imza atmaq üçün özü ilə evə götürmüş, lakin imzalanmış müqavilənin ona aid olan nüsxəsini geri qaytarmamışdır. Dəfələrlə müraciət etsə də, bu günə kimi nüsxələr Cavabdeh1 qalmışdır və göründüyü kimi bu gün də ondan şantaj kimi istifadə edilir. Binanın 1-ci mərtəbəsində yerləşən 03 saylı qeyri-yaşayış sahəsi isə Nəsib Qurbanov adlı başqa bir şəxsə satılmış və hazırda da onun istifadəsindədir. Qarşılıqlı iddiaçıların istinad etdyi 25.11.2014-cü il tarixli qarşılıqlı razılaşma aktı isə saxtalaşdırılmışdır. Belə ki, müvəqqəti olaraq Bakı şəhərində olmadığı üçün bir ədəd heç bir yazısı olmayan ağ kağıza "xxxx" MMC-nin möhürünü vurub imzası ilə təsdiq edib Cavabdeh1 vermiş və bildirmişdir ki, ola bilər hər hansı dövlət orqanına məktub yazmaq zərurəti olarsa yazıb versin. Həmçinin, inşa etdikləri yaşayış binasından mənzil sahəsi almaq istəyən şəxs olarsa həmin şəxslə müqavilə bağlanması zərurəti olduqda müqavilə bağlanması üçün 2 ədəd müqaviləyə MMC-nin möhürünü vurub vermişdir. Qarşılıqlı razılaşma aktının saxta olması yazı mətninin 3 ədəd yazı şrifti ilə yazılması, yazı mətnində onun ağ kağıza möhür vurub Cavabdeh1 verdikdən sonra möhürün üstündən 1 və 2 rəqəmlərinin düşməsi ilə sübuta yetirilir. Həmin sənədin ekspertizaya göndərilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahələrə yerli baxış keçirilmiş və baxış zamanı MMC-nin həmtəsisçisi və nizamnamə kapitalında 50% paya sahib olan Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən sahəsi 144 m2 olan 04 saylı qeyri-yaşayış sahəsinin ofis kimi, sahəsi 70 m2 olan 05 saylı qeyri-yaşayış sahəsinin isə sanitar qovşağı tikilərək tualet kimi istifadə edilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı baxılan hissədə təmin, qarşılıqlı iddianı isə rədd edərkən gəldiyi qənaəti - məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə "xxxx" MMC”-nin direktoru X8 Məhərrəmova arasında bağlanmış 29.01.2016-cı il və 21.07.2017-ci il tarixli müqavilələrə əsasən MMC tərəfindən szöügedən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 144 m2 sahəsi olan 04 saylı və 70 m2 sahəsi olan 05 saylı qeyri-yaşayış sahələrinin İddiaçı satılması, onun razılığı olmadan həmin qeyri-yaşayış sahələrinin MMC-nin həmtəsisçisi Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən zəbt edilərək 144 m2 sahəsi olan 04 saylı qeyri-yaşayış sahəsinin ofis kimi, 70 m2 sahəsi olan 05 saylı qeyriyaşayış sahəsinin isə sanitar qovşağı tikilərək tualet kimi istifadə edilməklə iddiaçının qanunla qorunan hüquqlarının pozulduğunun müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin əsaslarının isə sübuta yetirilməməsi ilə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsi, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşan əvvəlki apellyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edərəkən 10 avqust 2021-ci il tarixli qərarında göstərmişdir ki, ...məhkəmənin müəyyən etdiyi hallardan göründüyü kimi, mübahisəli tikilinin 1-ci mərtəbəsində yerləşən bütün sahələrə dair Cavabdeh3 ilə "xxxx" MMC-nin arasında müqavilələr bağlanmışdır. Bu halda, ilk iddianın təmin olunması zamanı həmin müqavilələr nəzərə alınmalı, qeyri-yaşayış sahələrinə dair ilk iddiaçı ilə və ya Cavabdeh3 ilə bağlanmış müqavilələrin üstünlüyü müəyyən edilməli idi. Çünki qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardır. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllənin 14.2, 389.1 və 399.1-ci masddələri). Lakin məhkəmə ilk iddianı təmin edərkən Cavabdeh3 ilə MMC arasında müqavilələri nəyə görə nəzərə almadığını göstərməmiş, həmin müqavilələr baxımından Cavabdeh3 qeyri-yaşayış sahəsinə hüquqlarının olub-olmamasına qiymət verməmişdir. Ümumiyyətlə, ilk iddia üzrə Cavabdeh3 etibarnamə üzrə əri cavabdeh kimi işə cəlb olunsa da, Cavabdeh3 özü ilkin iddia üzrə cavabdeh kimi tanınmamışdır. Məhkəmə ilk iddianın təmin olunduğu hissədə MPM-in 191.1, 191.3-cü maddələrinə istinad etmiş, həmçinin 220.4-cü maddəsinə əsasən qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Nəzərə alınmalıdır ki, ilk iddia üzrə cavabdeh "xxxx" MMC-nin qanuni nümayəndəsi V.Babayevin iddianı etiraf etməsi özlüyündə iddianın təmin olunmasını şərtləndirmir. Çünki MPM-in 52.5-ci maddəsinin tələbinə görə iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bu maddə hazırki işə münasibətdə onu ehtiva edir ki, məhkəmə cavabdeh MMC-nin qanuni nümayəndəsi V.Babayevin iddianı etiraf etməsini digər cavabdehin mənafeləri baxımından, yəni Cavabdeh3 MMC ilə bağladığı müqavilələr üzrə hüquqları baxımından təhlil etməli, bundan sonra iddianı etiraf etmənin qəbul edilibedilməməsi barədə əsaslandırılmış nəticəyə gəlməli idi. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya, ilk və qarşılıqlı iddia tələbinin hüquqi əsaslarının nəzərdən keçirib, kassasiya məhkəməsinin göstərişlərini də nəzərə alaraq, mübahisənin düzgün həlli məqsədilə ilk növbədə sözügedən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanmış müqavilələrə hüquqi qiymət verməyi zəruri hesab edir. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin əmələ gətirmək istədikləri hüquqi nəticəyə dair mühüm şərtləri özündə əks etdirən iradə bəyanları mövcud olmalıdır. Məhz belə iradə ifadələri ilə müqavilə bağlanmış sayılır, tərəflər üçün tələb hüququ və öhdəlik yaradır. Əks təqdirdə isə mülki hüquqi baxımdan müqavilənin bağlanmasından söhbət gedə bilməz. Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İş materiallarında Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində 1204-cü məhəllədə tikilən 19 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə dair tərtib olunmuş aşağıdakı müqavilələr mövcuddur: "xxxx" MMC-nin direktoru X7 İsmayılova arasında 167 m2 qeyri-yaşayış sahəsinə dair 15 dekabr 2014-cü il tarixli müqavilə; 167 m2 qeyri-yaşayış sahəsinə dair 15 dekabr 2016-cı il tarixli müqavilə və 209,5 m2 qeyri-yaşayış sahəsinə dair 15 dekabr 2016-cı il tarixli 2 müqavilə; İnvest Proje” MMC-nin direktoru X8 Məhərrəmova arasında 144 m2 qeyri-yaşayış sahəsinə dair 29 yanvar 2016-cı il tarixli müqavilə; 70 m2 qeyri-yaşayış sahəsinə dair 21 iyul 2017-ci il tarixli müqavilə; "xxxx" MMC-nin direktoru X12 Qurbanov arasında 79,2 m2 qeyri-yaşayış sahəsinə dair 07 mart 2017-ci il tarixli müqavilə. Yeni apellyasiya baxışı zamanı 14.12.2021-ci il tarixdə binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə yerində müayinə (baxış) keçirilərkən isə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, 04 saylı qeyri-yaşayış sahəsinin bir hissəsi Cavabdeh1 istifadəsindədir. 04 saylı sahənin qalan hissəsi, eləcə də, 05 saylı qeyriyaşayış sahəsi üzrə 70 m2 hissə isə faktiki olaraq İddiaçı istifadəsindədir. İddiaçı tərəf məsələyə aydınlıq gətirərək bildirmişdir ki, iddia verilən zamanı Cavabdeh1 tərəfindən İddiaçı məxsus bütün sahələr zəbt olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra qismən icra olunmuş, bəzi sahələr boşaldılaraq iddiaçıya təhvil verilmiş, eyni zamanda 70 m2 sahəsi olan 05 saylı qeyri-yaşayış sahəsində qanunsuz tikilmiş sanitar qovşağı sökülmüşdür. Lakin, digər tərəf sonradan apellyasiya şikayəti verdiyindən icra dayandırılmışdır (işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir). Kollegiya, Cavabdeh3 ilə MMC arasına bağlanmış müqavilələrə münasibətdə bildirir ki, onlar arasında binanın 1-ci mərtbəsində ümumi sahəsi 167 m2 və 209,5 m2 olan qeyriyaşayış sahələrinin hər birinə dair iki müqavilə tərtib olunsa da, faktiki olaraq aralarında hər sahəyə dair bir müqavilə bağlanmışdır. İlkin olaraq qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçılar 4 ədəd müqavilə təqdim etsələr də, MMC tərəfindən Cavabdeh3 adına 15.12.2016-cı il tarixdə yalnız 02 saylı 209,5 m2 və 01 saylı 167 m2 qeyri-yaşayış sahələrinə dair borcun bağlanması barədə cəmi iki maliyyə arayışı verilmişdir. Kollegiya vuğulayır ki, MM-in 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırkı iş üzrə tərəflər arasında yaranmış alqı-satqı münasibətləri sahəsində formalaşmış praktikaya əsasən alıcı tərəfindən müəyyənləşdirilmiş pul məbləğinin (əşyanın qiymətinin) ödənilməsi ilə bağlı öhdəliyin icrasını təsdiq edən sənəd qismində adətən satıcı qismində çıxış edən bina tikən şirkət tərəfindən verilmiş maliyyə arayışı çıxış edir. Cavabdeh3 isə, MMC ilə aralarında alqı-satqıya dair müqavilənin bağlanmasından keçən bütün bu müddət ərzində ona satıldığını iddia etdiyi digər iki qeyri-yaşayış sahəsinə dair maliyyə arayışının verilməsi barədə MMC-nin direktoruna hər hansı müraciət etməmişdir (iş materiallarına buna dair hər hansı sənəd əlavə olunmamışdır). Əksinə, işdə olan 09 oktyabr 2019-cu il tarixli müraciətində (iş vərəq 72) 15 dekabr 2016-cı il tarixli müqavilələrə əsasən ona binanın 1-ci mərtəbəsində ümumi sahəsi 209,5 m2 və 167 m2 sahə satıldığını, lakin icazəsi olmadan başqa şəxsə (İddiaçı) satıldığını bildirmişdir. Göründüyü kimi, tərəflər arasında qeyri-yaşayış sahələrinə dair məhkəmədən əvvəlki mübahisə dövründə Cavabdeh3 özü də MMC ilə aralarında 15.12.2016-cı il tarixdə hər sahəyə dair yalnız bir müqavilə bağlandığına istinad etmişdir. Eyni zamanda, Cavabdeh3 iddia etdiyi digər iki qeyri-yaşayış sahəsinin dəyərinin onun tərəfindən MMC-yə ödənilməsini təsdiq edə biləcək hər hansı digər mötəbər sübutlar (ödəniş qəbzləri, kassa mədaxil orderləri və s.) da təqdim etməmişdir. Bundan başqa, sözügedən yaşayış binasının 1-ci mərtəbəsinin plan-sxemindən görünür ki, həmin mərtəbədə sahələri 167 m2 və 209,5 m2 sahəsi olan yalnız iki qeyriyaşayış sahəsi nəzərdə tutulmuşdur, hansı ki, Cavabdeh3 adına verilmiş 15.12.2016-cı il tarixli maliyyə arayışları da məhz plan-sxemlə üst-üstə düşən 01 və 02 saylı həmin sahələrə dair verilmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, müqavilələrdə satıcı qismində istirak etmiş "xxxx" MMC-nin direktoru V.Babayev tərəfindən Cavabdeh3 15.12.2016-cı il tarixdə yalnız iki qeyri-yaşayış sahəsinin (167 m2 və 209,5 m2 ümumi sahəsi olan) satıldığını, digər iki müqavilənin isə nüsxə olduğunu, Cavabdeh3 tərəfindən evdə imzalanması üçün nümayəndəsi (əri) Cavabdeh1 verilmiş ona məxsus nüsxələrin qaytarılmaması, onlardan birində tarix hissəsində texniki səhvə yol verildiyini bildirmişdir. İşin müəyyən olunmuş fakitiki hallardan da belə aydın olur ki, Cavabdeh1 Cavabdeh3 əri, həm də etibarnamə əsasında nümayəndəsi olmaqla onunla MMC-nin digər təsisçisi V.Babayev arasındakı şərikliklə bağlı məsələlər faktiki olaraq onun tərəfindən həyata keçirilmiş, mübahisəli qeyri-yaşayış sahələri həm də onun istifadəsində olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası qeyd olunanları, MMC-nin direktoru ilə alıcı Cavabdeh3 arasında başdan bəri mövcud olan münasibətlərin xarakterini və qeyri-yaşayış sahələrinə dair mübahisə dövründəki yazışmaları, Cavabdeh3 məhkəmədən əvvəlki bəyanlarını və işin yuxarıda sadalanan digər bütün faktiki hallarını birlikdə qiymətləndirdikdə, hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında 15.12.2016-cı il tarixdə birinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 167 m2 və 209,5 m2 olan qeyriyaşayış sahələrinin hər birinə dair cəmi bir müqavilə bağlanması, tərtib olunmuş digər iki müqavilənin isə həmin müqavilələrin nüsxələri olması və onlardan birində tarix hissəsində texniki səhvə yol verilərək 2014-cü il qeyd olunması ağlabatan və inandırıcı görünür. Bu qənaətə gələrkən Kollegiya, onu da nəzərə alır ki, hətta Cavabdeh3 ilə MMC arasında sahəsi 167 m2 və 209,5 m2 olan qeyri-yaşayış sahələrinin hər birinə dair iki müqavilə bağlandığı qəbul olunduqda belə bu faktiki vəziyyətlə üst-üstə düşmür. Belə ki, Cavabdeh3 birinci mərtəbə bütün qeyri-yaşayış sahələrinin ona məxsus olduğunu bildirərək, İddiaçı ilə bağlanmış müqavilələri mübahisələndirsə də, həmin əraziyə apellyasiya icraatı zamanı yerli baxış keçirilərkən 03 saylı qeyri-yaşayış sahəsinin 07 mart 2017-ci il tarixli müqavilə əsasında Nəsib Qurbanovun istifadəsində olması müəyyən edilmişdir (bu müqavilə və N.Qurbanovun həmin sahəyə sahibliyi Cavabdeh3 tərəfindən mübahisələndirilməmişdir). Belə olan halda, Cavabdeh3 ilə 4 ayrı müqavilənin bağlanması (həmin sahələrin ümumi cəmi) binanın birinci mərtəbəsinin ümumi sahəsi baxımından da qeyri-mümkündür. Faktiki vəziyyət belə olduqda isə "xxxx" MMC-nin direktoru Vəliyullah Babayev binanın 1-ci mərtəbəsində yerləşən digər - 04 saylı ümumi sahəsi 144 m2 olan və 05 saylı ümumi sahəsi 70 m2 olan qeyri-yaşayış sahələrini İddiaçı satmaqda haqlı olmuşdur (qeyd edilməlidir ki, plan-sxemdə 5 saylı qeyri-yaşayış sahəsinin ölçüsü 171,6 m2 olmuş, onun yalnız bir hissəsi, yəni 70 m2 İddiaçı satılmışdır). Odur ki, məhkəmə kollegiyası, kassasiya məhkəməsinin göstərişlərinə əsasən qeyd edir ki, yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin hər birinə dair bir müstəqil müqavilə bağlandığından və müqavilələr ümumiyyətlə üst-üstə düşmədiyindən (fərqli sahələr satıldığından) həmin müqavilələr üzrə kreditorlardan birinin digərinə münasibətdə üstünlüyü də mövcud deyildir. Belə ki, MM-in 452.1-ci maddəsinin tələblərinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, eyni fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Hazırkı işin halları baxımından isə bu hal (eyni əşyaya dair bir neçə müqavilənin bağlanması) müəyyən olunmur. İşdəki müqavilələr ayrı-ayrı qeyriyaşayış sahələrinin alqı-satqısı barədədir. Qeyd olunanlar isə, onu deməyə əsas verir ki, Cavabdeh3 sözügedən binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin alqı-satqısına dair onunla MMC arasında bağlanmış müqavilələrdən çıxış edərək, İddiaçı ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığını irəli sürə bilmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya, onu da vurğulayır ki, Cavabdeh3 bu tələbi müqavilələrdən deyil, MMC-nin təsisçisi kimi çıxış edərək irəli sürsə belə, həmin sahələrə dair İddiaçı ilə MMC arasında bağlanmış 29.01.2016-cı il və 21.07.2017-ci il tarixli müqavilələrin etibarsızlığı barədə gətirdiyi dəlillər aşağıdakılara əsasən tam əsassızdır. Belə ki, MM-in 337.1, 337.3 və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. MM-in 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış müqavilələrdə satıcı qismində müqaviləni imzalamış Vəliyullah Babayev həmin MMC-nin direktoru olmuşdur. Cəmiyyətin nizamnaməsinin 5.1-ci bəndinə əsasən, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Direktorun səalhiyyətlərinə cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, onun operativ idarə olunmasını həyata keçirmək, öz səlahiyyətləri daxilində cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlamaq və s. aid edilmişdir. Qarşılqılı iddiaçılar bu hissədə MMC-nin təsisçiləri Cavabdeh3 ilə V.Babayev arasında bağlanmış 25.11.2014-cü il tarixli qarşılıqlı razılaşma aktına istinad etsələr də, həmin sənəddə tərəflər arasında razılaşma binanın 2-ci mərtəbəsindən başlayaraq yuxarı mərtəbələrlə bağlı olmaqla, hazırkı iş üzrə mübahisə predmeti olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahələri ilə bağlı hər hansı qeyd-şərt yoxdur. Bundan başqa, qarşılıqlı iddiaçılar müqavilələrdə MMC-nin direktoru kimi satıcı qismində çıxış etmiş V.Babayev tərəfindən həmin sahələrin MMC-nin digər təsisçisi kimi Cavabdeh3 razılığı alınmadan, dolyası ilə də ümumi yığıncağın qərarı olmadan satıldığını, buna görə də həmin vaxt səlahiyyətsiz şəxs olduğunu bildirsələr də, Kollegiya, bu dəlili də əsaslı saymır. Əvvəla, ona görə ki, sözügedən MMC-nin nizamnaməsində yuxarıda qeyd olunan bənddən də göründüyü kimi, direktora həmin hüquqi şəxsin adından mülki-hüquqi ədqlər bağlamaq səlahiyyəti verilməklə, bu, hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Eyni zamanda, həmin vaxt qüvvədə olan mülki qanunvericilik normalarında da bu əqdlərin bağlanmasının ümumi yığıncağın müstəsna səalhiyyətində olması və yaxud bununla bağlı hər hansı fərqli (xüsusi) hüquqi mexanizm müəyyənləşdirilməmişdir. Göründüyü kimi, mübahisə predmeti olan müqavilələrin bağlandığı anda Vəliyullah Babayevin "xxxx" MMC-ni təmsil etmək, onun adından mülki-hüquqi əqdlər bağlamaq səlahiyyəti olmuşdur. Digər tərəfdən, hüquqi şəxslə müqavilənin bağlanmasına hüquqi şəxsin hansı orqanının daxili qərarı ilə razılıq verildiyi və bu razılıq qərarının nə şəkildə alındığını müqavilənin qarşı tərəfinin bilməsi və hətta bütün bunları yoxlamaq vəzifəsi də yoxdur. Əks halda, hüquqi şəxslərin öz orqanları vasitəsilə hüquqi münasibətlərdə müstəqil bir hüquq subyekti kimi çıxış etmək imkanı demək olar ki, aradan qalxardı. Çünki bu halda hüquqi şəxslə müqavilə bağlayan bütün şəxslərin hər dəfə bağladıqları müqavilələrin saəlahiyyətli şəxslə bağlanan müqavilə olub-olmadığını, həmçinin, bu müqavilələrin bağlanması baxımından hüquqi şəxsin orqanlarının qərarlarının etibarlı olub-olmadıqlarını uzun müddət araşdırmaları lazım gələrdi ki, bu da çox vaxt faktiki olaraq mümkün olmur. Belə olan halda, hüquqi şəxsin təmsil olunmasına olan güvən və etimad sarsılar, bu isə onun faəliyyətini iflic edərdi. Çünki, hüquqi şəxslər öz fəaliyyətlərini müqavilələr bağlamaqla həyata keçirə bilərlər və onları təmsil edənlərin buna səlahiyyətinin olubolmadığına dair etimad olmazsa heç kim hüquqi şəxslə müqavilə bağlamaqda maraqlı olmaz. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, hüquqi şəxsi təmsil edənlərin buna səlahiyyətinin olmadığı halda belə, buna dair vicdanlı üçüncü şəxslərin etimadı qorunduğundan hüquqi şəxsin adından həmin şəxslərlə bağlanmış müqavilələr üzrə (bildikləri və ya bilməli olduğu hallar istisna olmaqla) vicdanlı sayılırlar. Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanamasına maneə olan halı bilmirsə və ya vəziyyətin şərtlərinə görə bilməli də deyilsə, vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir. Vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür ki, hazırki işdə də bu istiqəmətdə hər hansı mötəbər sübut təqdim olunmamışdır. Qaşılıqlı iddiaçılar, həm də "xxxx" MMC-nin direktoru X8 Məhərrəmova arasında bağlanmış 29.01.2016-cı il və 21.07.2017-ci il tarixli müqavilələrin görünüş üçün bağlanmasına istinad edirlər. MM-in 340.1-ci maddəsinə görə, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi, uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Kollegiya vurğulayır ki, sübutetmə yükü baxımından qeyd olunan müqavilələrin yalnız görünüşdə bağlandığını, yəni uydurma əqd olmasını sübuta yetirmək vəzifəsi qarşılıqlı iddiaçıların üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Buna baxmayaraq, qarşılıqlı iddiaçılar, məhkəməyə bununla bağlı kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişlər. Bu istiqamətdə gətirdikləri dəlillər isə kifayət etməmişdir. Belə ki, qarşılıqlı iddiaçılar bildirirlər ki, ilk iddiaya əsasən iddiaçının əri Q.Məhərrəmovun mübahisəli binanın inşa edildiyi ünvanda mağazası olmuş, binanın inşa edilməsi üçün mağaza sökülməli imiş. Həmin vaxt MMC-nin direktoru V.Babayev maliyyə problemləri olmasını əsas gətirərək mağazanın əvəzinə ona inşa ediləcək çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən qeyri-yaşayış sahəsi almağı təklif etmiş və aralarında mübahisəli müqavilələr bağlanmışdır. Lakin qeyd olunan müqavilələrdə qeyriyaşayış sahələrinin sökülmüş mağazanın əvəzinə iddiaçıya verilməsi faktı göstərilməyərək guya iddiaçıya 680000 manata satılması rəsmiləşdirilmiş, hətta 680000 manatın iddiaçı tərəfindən MMC-yə ödənildiyi barədə saxta maliyyə arayışları da tərtib edilmişdir. Aydındır ki, əgər qeyri-yaşayış sahələri sökülən mağazanın əvəzinə iddiaçıya verilirdisə, müqavilə də bu barədə tərtib edilməli idi. Hazırkı saxta müqavilələrdən isə belə çıxır ki, iddiaçı həm mağazasının sökülməsinə və yerində çoxmərtəbəli bina inşa edilməsinə razılıq vermiş, həm də 680000 manat ödəyərək həmin binadan qeyri-yaşayış sahələri almışdır ki, bu da reallıqla bir araya sığmır. Kollegiya, bu dəlillərlə razılaşmır ona görə ki, qarşılqılı iddiaçılar bu dəlili irəli sürərkən yalnızca ilk iddiada qeyd olunanlara istinad etsələr də, ilk iddia ərizəsinin məzmunda iddiaçının ərinə məxsus mağazanın sökülməsi və bunun əvəzində MMC ilə arasında qeyri-yaşayış sahələrinə dair müqavilə bağlanması ilə bağlı hər hansı birbaşa qeyd yoxdur. İddiaçı ərizəsində Xətai rayonu, S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində ərinə məxsus mağazanın yerləşdiyini, həmin ünvanda "xxxx" MMC-yə bina tikintisi üçün icazə verildiyini və MMC-nin diektoru V.Babayevin ona maliyyə problemləri ilə əlaqədar tikiləcək binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi almağı təklif etdiyini, onun da qəbul etdiyini bildirmişdir. Eyni zamanda, ilk iddia üzrə İddiaçı və cavabdeh MMC-nin direktoru iş üzrə verdikləri bütün izahatlarında bu dəlilə etiraz edərək, alıcı, yəni İddiaçı tərəfindən qeyriyaşayış sahələrinin dəyərinin tam şəkildə ödənildiyini bildirmiş və yeni apellyasiya baxışında buna dair kassa mədaxil orderləri də təqdim etmişlər. Odur ki, məhkəmə kollegiyası, qeyd olunanları və əqdlərin etibarlılıq şərtləri ilə bağlı mülki qanunvericilikdəki şərtləri nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru X8 Məhərrəmova arasında bağlanmış sözügedən binanın 1-ci mərtəbəsində yerləşən 04 saylı ümumi sahəsi 144 m2 olan qeyri-yaşayış sahəsinə dair 29.01.2016-cı il tarxili və 05 saylı ümumi sahəsi 70 m2 olan qeyri-yaşayış sahəsinə dair 21.07.2017-ci il tarixli müqavilələr hüquqi müstəvidə keçərli əqdlərdir. Ona görə də, birinci intansiya məhkəməsinin həmin müqavilələrin etibarsızlığına dair qarşılıqlı iddianın rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası başdan bəri qeyd olunan hüquqi mövqelərə və aşağıdakılara əsasən hesab edir ki, ilk iddia üzrə İddiaçı ona məxsus qeyri-yaşayış sahələrinin boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Belə ki, həmin tələblər mülkiyyətin müdafiəsini təmin edən MM-in 157.2-ci maddəsinə söykənir. Həmin maddəyə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. MM-in 158.2-ci və 158.4-cü maddələrinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Baxılan işdən görünür ki, iddiaçı Ceyran Məhərərmovaya məxsus mübahisəli qeyriyaşayış sahələri Cavabdeh1 qanunsuz sahibliyində olmaqla ümumi sahəsi 144 m2 olan sahə ofis, ümumi sahəsi 70 m2 olan sahə isə sanitar qovşağı kimi istifadə olunmuşdur. Bu hal mübahisəsiz olmaqla, həm də birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli əraziyə yerli baxış keçirilməsi nəticəsində də müəyyən olunmuşdur. Yeni apellyasiya baxışı zamanı 14.12.2021-ci il tarixdə binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə yerində müayinə (baxış) keçirilərkən isə məhkəmə kollegiyası tərəfindən isə hazırkı vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya məxsus sahələrin yalnız bir hissəsinin faktiki zəbt olunduğu müəyyən olunsa da, bu, digər sahələrə münasibətdə rayon məhkəməsinin qətnamənin ləğv olunması və iddianın həmin sahələrə aid hissədə rədd olunması üçün əsas deyildir. Ona görə ki, tərəflər arasındakı münasibətlərin xarakteri, cavabdehin davam edən barışmaz mövqeyi iddiaçını bu halların təkrarlanması təhlükəsində qoymaqla, iddia rədd olunarsa, sonradan həmin təhlükənin reallaşacağı halda onu hüquqi baxımdan müdafiəsiz qoya bilər. Kollegiya, həmçinin vurğulayır ki, Ceyran Məmmədova vindikasiya tələbini cavabdeh kimi məhz Cavabdeh1 qarşı irəli sürməkdə haqlı olmuşdur. Çünki, bu cür tələblərə dair qanunvericiliyin müəyyən etdiyi yuxarıda sadalanan dispozisiya şərtlərindən görünür ki, həmin tələblər məhz başqasının əşyasına faktiki olaraq qanunsuz sahiblik edən şəxsə qarşı irəli sürülməlidir. Hazırkı işdə isə iddiaçıya məxsus qeyri-yaşayış sahələri faktiki olaraq Cavabdeh1 sahibliyində olduğundan və bu sahiblik qanunla qorunmadığından pozuntuya cavabdeh kimi o çıxış etməlidir. Cavabdeh3 həmin sahələrə dair hər hansı hüququ olmadığından əri Cavabdeh1 onun tərəfindən verilmiş etibarnamə əsasında hərəkət etməsi mümkün deyil. Ona görə də Cavabdeh1 həmin sahələrə Cavabdeh3 nümayəndəsi kimi sahiblik etməsi kimi bir yanaşma qanuni hesab edilə bilməz. Göründüyü kimi, bu iş üzrə Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri müəyyən olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən ilk iddianın baxılan hissədə təmin edilməsi qanuni və əsaslıdır. Beləliklə, kassasiya instansiyasının göstərişləri yoxlanıldıqdan sonra da yoxlanılan hissədə ilk iddianın əsaslı, qarşılıqlı iddianın isə əsassız olması müəyyən olunur. Belə olan halda isə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 384.0 və 384.0.1-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, qanunsuz tikilmiş sanitar qovşağın sökülməsi və vurulmuş maddi zərərin ödənilməsi” barədə ilk, həmçinin Cavabdeh1 və Cavabdeh3 cavabdehlər İddiaçı və "xxxx" MMC-nin direktoru X3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(011)-546/2020 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(011)- 546/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10151/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10151/2021
20.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver