Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1016/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" firmasına qarşı, birləşdirilmiş iş üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" firmasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ipoteka predmetinin özgəninkiləşdirilməsi və ya istifadəyə verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Birləşdirilmiş iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı qeyri- yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbinə dair, birləşdirilmiş üş üzrə İddiaçı cavabdeh "xxxx" ASC və mübahisə predmeti qismində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" Firmasına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1785/17 saylı qətnaməsindən cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci iş üzrə İşin halları
1. “09 iyul 2009-cu il tarixli, M-AT 07/09 saylı müqaviləyə əsasən "xxxx" firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən, "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan, 1 saylı dükanı İddiaçı təhvil verməyi, sonuncu isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər kv.m. üçün 3.000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" firmasına ödəməyi öhdəsinə götürmüşdür.
2. 12 avqust 2009-cu il tarixli maliyyə arayışına əsasən, İddiaçı tələb olunan 165.000 ABŞ dolları pul məbləğini firmanın hesabına ödəmişdir.
3. İddiaçı 26 yanvar 2017-ci il tarixli ərizə ilə "xxxx" firmasına müraciət edərək, ona məxsus olan dükanın başqa şəxsin istifadəsinə verildiyini qeyd etməklə mağazanın dolayı yolla ona təhvil verilməsindən imtina olunduğunu, bununla da firmanın müqavilə öhdəliklərini pozduğunu bildirərək məhkəməyə müraciət etmək niyyəti barədə məlumat vermiş, müqavilə öhdəliklərinin pozulmasına münasibət bildirilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2017-ci ildə iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqavilə əsasında ödədiyi müqavilədə nəzərdə tutulmuş 165000 ABŞ dolları məbləğində pul vəsaitinin əvəzi kimi ünvan 2 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı dükanı istismara tam hazır vəziyyətdə onun istifadə və sahibliyinə verilməsi və həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq "xxxx" firmasına həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, "xxxx" firmasının direktoru B.Bəşirovun şəxsində 09 iyul 2009-cu il tarixdə ünvan 3 ünvanında inşa etdiyi "xxxx" firmasına məxsus 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 1 saylı dükanı 1 kv.metrinə 3000 (üç min) ABŞ dolları ödəməklə alqı-satqı, investisiya müqaviləsi bağlamışlar. Müqavilədə nəzərdə tutulmuş 165.000 (yüz altmış beş min) ABŞ dolları tərəfindən tam olaraq ödənilmişdir. Bu barədə iddiaçıya 12 avqust 2009-cu il tarixli kassa mədaxil arayışı da təqdim edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən obyektin 2010-cu ilin 1-ci kvartalında tikinti işlərini yekunlaşdıraraq, onun istifadə və mülkiyyətinə veriləcəyi vəd edilsə də, bu günə kimi birmənalı şəkildə müqavilə öhdəlikləri pozularaq, ona aid dükanın hansısa başqa bir şəxsə verildiyini bildirməklə dolayı yolla təhvil verməkdən imtina edirlər. Müqavilədə nəzərdə tutulan tikinti-tamamlama işləri bu günə kimi başa çatdırılmamışdır. Bu bir daha təsdiq edir ki, ‘‘Mars-M’’ firmasının direktoru M.B.Bəşirov üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. Göründüyü kimi cavabdeh "xxxx" firmasının direktoru M.B.Bəşirov müqavilədə göstərilən öhdəliklərini icra etməmişdir.
6. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim K.Əmirxanova) 2(005)1785/2017 saylı 07 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" firması arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 2 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmişdir.
7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M-AT 07/09 saylı müqaviləyə əsasən "xxxx" firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan 1 saylı dükanı İddiaçı təhvil verməyi, İddiaçı isə öz növbəsində qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 3.000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" firmasına ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə İddiaçı həmin pul məbləğini cavabdehə ödəməklə, üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh "xxxx" firması müqavilə üzrə öhdəliklərin icrasını lazımınca təmin etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur.
8. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh "xxxx" firmasının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya təhvil verməli olduğu qeyri-yaşayış sahəsini müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada təhvil verməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə təhvil verməli olduğu qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməlidir.
9. Məhkəmə hesab etmişdir ki, ünvan 2 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı dükan İddiaçı təhvil verilməlidir. Lakin məhkəmə iddia tələbini ünvan 2 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı obyektin iddiaçının sahibliyinə verilməklə üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq "xxxx" firmasına həvalə edilməsinə dair hissədə əsaslı hesab etməmişdir.
10. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM) 385.1, 386.1, 442, 445, 448.1, Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 88, 217.1-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2, 10.1-ci bəndlərinə istinad etmişdir.
Birinci iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)1785/2017 saylı 07 avqust 2017-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh olaraq onlar həmin ünvanda yerləşən obyekti iddiaçıya verməkdən imtina etmirlər və bunu təklif etmişlər. Lakin iddiaçı 3 saylı dükanı almaqdan imtina etmiş onun əvəzinə 1 saylı dükanı tələb etmişdir. Onlar da müqavilədə nəzərdə tutulmadığı üçün 1 saylı dükanı verməkdən imtina etmişlər. Göründüyü kimi iddiaçının tələbləri müqaviləyə əsaslanmır ona görə də təmin edilməməli idi. Bundan başqa iddiaçının iddia tələbləri üzrə iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Sarıyev Xəyal Əjdər oğlu (sədrlik edən) M.Məmmədov, E.Nağıyeva) 2(103)11860/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilmiş, İddiaçı ilə "xxxx" firması arasında bağlanmış 09 iyul 2009-cu il tarixli, M/AT 07/09 saylı müqaviləyə uyğun olaraq ünvan 2 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
14. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki,iddiaçı ilə cavabdeh arasında podrat müqaviləsi bağlanmaqla, iddiaçı müqavilə öhdəliyinin dəyərini tam şəkildə cavabdehə ödəmişdir. Cavabdeh isə ünvan 2 ünvanındakı "xxxx" firmasına məxsus obyektin 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı obyekti təhvil verməyi öz öhdəsinə götürsə də, öz öhdəliyini icra etməmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh firmanın hərəkətləri mülki qanunvericiliyin normaları baxımından öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçıya təqdim edilmiş müqavilə və maliyyə arayışında ona 1 saylı dükanın təqdim edilməsi qeyd olunmuşdur. Cavabdeh tərəf sonradan apellyasiya icraatında işə baxılarkən müqavilənin birinci vərəqəsini dəyişdirilmiş şəkildə təqdim edərək iddiaçıya guya 3 saylı dükanı təhvil vermək barədə öhdəlik götürməsini bildirmiş, bununla bağlı iddiaçıda olan 1 saylı dükanla bağlı maliyyə arayışını təkzib edən heç bir sənəd təqdim etməmişdir.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 385.1, 386.1, 442, 445, 448.1, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir.
Birinci iş üzrə kassasiya instansiyası məhkəməsində icraat
17. İşdə iştirak etməyə cəlb olunmayan ASC "xxxx" Bankının müraciəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ali Məhkəmənin Mülki Kollegiyasına xx.xx.2021-ci il tarixdə təqdimat verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməklə mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
18. Təqdimat onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərkən tərəflər arasında bağlanmış 09 iyul 2009-cu il tarixli M/AT 07/09 saylı müqaviləyə istinad etmişdir. Həmin müqavilə ilə "xxxx" firması Bakı şəhəri, Səməd Vurğun 120 ünvanında yerləşən özünə məxsus obyektin 1-ci mərtəbəsində yerləşən 55 kv.metr olan 1 saylı dükanı İddiaçı təhvil verməyi, sonuncu isə, öz növbəsində, qeyriyaşayış sahəsinin hər kv.m üçün 3000 ABŞ dolları, ümumilikdə isə 165.000 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" firmasına ödəməyi öhdəsinə götürmüşdür. Lakin ASC "xxxx" Bankının müraciətinə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Bankla "xxxx" firması arasında 04 oktyabr 2013-cü il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən, Bank borcalana illik 16 % ödəmək şərti ilə 60 ay müddətinə 7.000.000 manat məbləğində kredit vermişdir. Sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14.000.000 manat təşkil etmişdir. 08 iyul 2015-ci il tarixində tərəflər arasında yeni kredit xətti müqaviləsi bağlanmış və kreditin məbləği ABŞ dolları ilə ifadə olunmuşdur. Bu müqaviləyə görə, borcalan 04 oktyabr 2018-ci il tarixinədək 17.000.000 ABŞ dolları məbləğini illik 16 % olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, Bankla "xxxx" firması arasında bağlanmış 04 oktyabr 2013-cü il tarixli və 08 iyul 2015-ci il tarixli Sonrakı ipoteka müqavilələrinə əsasən, "xxxx" firmasına məxsus ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi və onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
19. Beləliklə, 08 iyul 2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsi ilə "xxxx" firmasının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.2704 ha torpaq sahəsi, habelə onun üzərindəki zirzəmi və beş mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 kv.m təşkil edən qeyri-yaşayış binası ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edildiyi halda, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ipoteka predmetinin bir hissəsi, yəni 1-ci mərtəbəsində ümumi sahəsi 55 kv.metr olan 1 saylı qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan işə cəlb olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli, 2-2(103)-6/2019 nömrəli qətnaməsi ilə "xxxx" firmasının ASC "xxxx" Bankına olan kredit borcunun ödənilməsi məqsədi ilə ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi qət edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X11) 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11860/2017 nömrəli iş üzrə 13 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Bankının hüquqları pozulmuşdur. Belə ki, həmin məhkəmə aktı ilə cavabdehin ASC "xxxx" Bankı qarşısında ipoteka ilə yüklü etdiyi əmlakın bir hissəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan ASC "xxxx" Bankı işə cəlb olunmamışdır.
İkinci iş üzrə:
İşin halları
22. "xxxx" firması ilə "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsinin icrasını təmin etmək məqsədilə onlar arasında ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır.
23. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, "xxxx" ASC-nin qarşılıqlı iddiası təmin edilərək, 8 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğində faiz borcu, 11.161,62 ABŞ dolları məbləğində cərimə faizləri olmaqla, cəmi 19.400.119,08 ABŞ dollarının və 26 may 2016-cı ildən başlamaqla iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin cavabdeh "xxxx" firmasından iddiaçının xeyrinə tutulması və tutmanın ipoteka predmeti olan, borcalana məxsus qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin likvid dəyərinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunduğu kimi 26.000.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 18 oktyabr 2017-ci il tarixli qərarı ilə "xxxx" firmasının və "xxxx" ASC-nin kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. "xxxx" ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" firmasının "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli 13- 2(102)- 1(k)/2018 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" firmasının və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Ağa-X19 və X5 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" firmasının cavabdeh ASC "xxxx" Bankına qarşı "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən "xxxx" firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiası rədd edilmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, "xxxx" firmasından xx.xx.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları əsas borc, 2.388.957,46 ABŞ dolları kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC "xxxx" Bankının xeyrinə tutulması; tutmanın xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 5 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən "xxxx" firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması; ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 5 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m. olmaqla ümumi sahəsi 16.100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 (otuz səkkiz milyon altı yüz min) manat müəyyən edilməsi qət edilmişdir. Qarşılıqlı iddia xx.xx.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "xxxx" firmasından ASC "xxxx" Bankının xeyrinə tutulması hissəsində rədd edilmişdir. Üçüncü şəxs Ağa-X14 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 56,6kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Üçüncü şəxs X5 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı "xxxx" firması və üçüncü şəxslər Ağa-X19 və X9 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2- 2(103)-6/2019 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat
30. İddiaçı cavabdeh "xxxx" Bank ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" firmasına qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" firmasına məxsus olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan "xxxx" firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən dəyəri tam ödəyərək aldığı ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Bakı şəhər Yasamal rayon məhkəməsinin (hakim Vahid Hacıyev) 2(004)- 125/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" firmasına məxsus olan, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ipoteka qoyan "xxxx" firması ilə ipoteka saxlayan "xxxx" Bank ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi qismən, yəni - İddiaçı xx.xx.2009cu il tarixli müqaviləyə əsasən 165.000 ABŞ dolları dəyərini tam ödəməklə "xxxx" firmasından aldığı ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 1 mərtəbəsindəki ümumi sahəsi 55 kv.m. olan 1 nömrəli dükana aid hissəsində etibarsız hesab edilmişdir.
32. Məhkəmə qeyd etmişdir ki, hökmlə müəyyən edilmiş hallar birbaşa olaraq "xxxx" firmasının təsisçisi və direktoru olan X3 həmin iş üzrə zərərçəkmiş şəxs statusunda olan "xxxx" ASC-ni aldatmasını təsdiq edir. Bu aldatmanın nəticəsində X7 həmçinin "xxxx" firmasının İddiaçı ilə aralarında bağlanmış xx.xx.2009-cu il tarixli M/AT 07/09 nömrəli müqavilə qüvvədə ola-ola, mübahisəli sahənin ona satılması faktını digər zərərçəkmiş şəxs "xxxx" ASC-dən gizlətməklə, kredit xətti müqavilələri bağlayaraq, qanunsuz kredit almışdır ki, bu hal da birbaşa olaraq İddiaçı hüquqlarının pozulması deməkdir.
33. Bundan başqa cavabdeh "xxxx" ASC-nin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına, üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddialarının rədd edilməsinə dair məhkəmə qərarlarına istinad etməklə, "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin məhkəmələr tərəfindən etibarlı hesab edilməsinə dair izahatları özü-özlüyündə, İddiaçı iddiasının əsassız olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
34. Məhkəmə hesab etmişdir ki, cavabdehin izahatında istinad etdiyi üçüncü şəxslərin ipoteka müqaviləsi ilə bağlı iddialarının rədd edilməsinə dair məhkəmə qərarları hazırkı iş üzrə preyudisiyal əhəmiyyət kəsb etmir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına qiymət vermədən və təfsir etmədən qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, ipoteka saxlayanın üstünlük hüququ ipotekaya götürüləndən sonra satılmış əmlaklara münasibətdə ola bilər.
35. Məhkəmə bildirmişdir ki, "xxxx" firmasının xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı satdığı əmlakın üzərində onun razılığı və xəbəri olmadan sərəncam verərək öz məqsəd və mənafeyi üçün ipoteka predmeti etməsi kimi hallar qanunsuz olmuşdur. Məhkəmə həmçinin iş üzrə iddia tələbinin əsaslı olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və hökmünun olmasını nəzərə almaqla, hazırkı mübahisəyə kəsici müddətin də tətbiq edilməsini əsaslı saymamışdır.
36. Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-in 158.4, 157.8, 337.1, 337.2, 339.1, 339.6, MPM-in 82.3, 82.4, “İpoteka haqqında” Qanunun 10.2, 10.4-cü maddələrinə istinad etmişdir. İkinci iş üzrə apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 2(004)- 125/21 saylı,17 iyun 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.
38. Şikayət belə əsaslandırılmışdır ki, rayon məhkəməsi həmin qətnaməni qəbul edərkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11860/2017 saylı, 13 dekabr 2017-ci il tarixli qətnaməsinə istinad etmişdir ki, həmin qətnamə Ali Məhkəmənin 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bundan başqa, rayon məhkəməsi nəzərdən qaçırmışdır ki, eyni hüquqi əsasdan çıxış edərək bankın ipotekasında olan qeyri-yaşayış sahəsinin bir hissəsinin etibarsızlığına dair iddiaların təmin edilməsi barədə qərarlar Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədən düşmüşdür.
39. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili ərizə verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-6490/2021 saylı və 2(103)-8019/2021 saylı işlərin birləşdirilərək, bir icraatda baxılmasını xahiş etmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8019/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli və 2(103)-6490/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli tarixli qərardadları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi” tələblərinə dair mülki iş bir icraatda birləşdirilmiş və birləşdirilmiş işə 2(103)-6490/2021 nömrəsi verilmişdir.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X12 (sədrlik edən və məruzəçi), X13 və X4) 2(103)-6490/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə: cavabdeh "xxxx" Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1785/2017 saylı, 07 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin edilməmiş; ikinci iş üzrə: cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 2(004)-125/21 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddia tələbi təmin olunmamışdır.
42. Birinci iş üzrə Kollegiya qeyd etmişdir ki, hazırkı halda işə yenidən apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmə 2(102)-2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Bankının hüquqları pozulmuşdur. Belə ki, həmin məhkəmə aktı ilə cavabdehin ASC "xxxx" Bankı qarşısında ipoteka ilə yüklü etdiyi əmlakın bir hissəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi "xxxx" firmasına həvalə edilmiş, lakin bu zaman ipoteka saxlayan ASC "xxxx" Bankı işə cəlb olunmamışdır.
43. İkinci iş üzrə rayon məhkəməsi hesab etmişdir ki, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinin 1 mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m. olan 1 saylı dükanı xx.xx.2009-cu il tarixdə rəsmi müqavilə ilə əldə etmiş və bu müqavilə adından da göründüyü kimi, investisiya müqaviləsidir. Başqa sözlə sözügedən sahə iddiaçının pulu ilə tikilməsi faktı mübahisəsizdir və o, həmin sahənin potensial mülkiyyətçidir. "xxxx" firmasının xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən İddiaçı satdığı əmlakın üzərində onun razılığı və xəbəri olmadan sərəncam verərək öz məqsəd və mənafeyi üçün ipoteka predmeti etməsi kimi hallar qanunsuz olmuşdur. Həmçinin rayon məhkəməsi həmin qətnaməni qəbul edərkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 11860/2017 saylı, 13 dekabr 2017- ci il tarixli qətnaməsinə istinad etmişdir ki, həmin qətnamə də Ali Məhkəmənin 2(102)- 2218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda məlum olur ki, rayon məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamışdır.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda istinad olunan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hazırkı birləşmiş işlərdə olduğu kimi eyni əsaslarla istinad edən Ağa-X14 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.mdən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2- ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiası, eləcə də X5 "xxxx" firması ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015ci il tarixli **********5815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2- ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019- cu il tarixli 2-2(102)-285/2019 nömrəli qərarı ilə iddiaçı "xxxx" firması və üçüncü şəxslər Ağa- X19 və X9 tərəfindən verilmiş kassasiya şikayətləri təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 fevral 2019-cu il tarixli 2- 2(103)-6/2019 nömrəli iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məlum olur ki, İddiaçı cavabdeh "xxxx" firmasına qarşı “qeyri-yaşayış sahəsinin istifadəyə verilməsi və s.” tələbinə dair Nərimanov Rayon Məhkəməsində baxılan iddia tələbi, eləcə də cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”nə dair Yasamal Rayon Məhkəməsində baxılan iddia tələbi təmin oluna bilməz.
45. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 129, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına, MPM-in 77.1, 385.1.1, 385.1.2, 386-cı maddələrinə istinad edilmişdir.
Birləşdirilmiş işlər üzrə kassasiya instansiyası məhkəməsində icraat
46. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6490/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
47. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3657/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6490/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq "xxxx" firmasına həvalə olunması” tələblərinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsində sonuncu icraat
Məhkəmə icraatı iştirakçılarının izahatları
48.Məhkəmə kollegiyasının iclasında birləşdirilmiş iş üzrə cavabdeh Xalq Bank ASCnin nümayəndəsi və vəkili Vəkil Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(005)-1785/17 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. 49.İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. AR MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
53. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6490/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, həmin obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsinin vəzifə olaraq "xxxx" firmasına həvalə olunması” tələblərinə aid hissədə ləğv edildiyindən, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
54. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
55. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
56. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
57. Maddə Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
58. Maddə 271.1. Əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.
59. Maddə 312.4. İpoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz.
60. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
61. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
62. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
63. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
64. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
65. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
66. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
67. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
68. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
69. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
70. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
71. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 72.Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 73.Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). İpoteka qoyanın ipoteka predmetini vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
77. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Nərimanov rayon məhkəməsinin mübahisələndirilən qətnamə qismən, iddianın təmin edilən hissəsində ləğv edilməklə iddia həmin hissədə - İddiaçı Cavabdeh1 Firmasına qarşı qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbinə dair hissədə rədd edilməlidir.
78. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır:
79. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında göstərmişdir ki, apellyasiya məhkəməsi İddiaçı “qeyri-yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi və s.” tələblərinin rədd edilməsinin maddi hüquqi əsaslarını göstərməmiş, bununla bağlı Mülki Məcəllənin hər hansı normasına istinad etməmişdir.
80. Ali Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyul 2022-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, baxılan işdə İddiaçı bildirmişdir ki, mübahisə predmeti olan 55 kv.m-dən ibarət 1 saylı dükan "xxxx" Firması tərəfindən başqa şəxsin istifadəsinə verilmişdir. Bu iddianın doğru olduğu təsbit ediləcəyi halda, indiyədək mövcud olmuş faktiki vəziyyətin ASC "xxxx" Bankın ipoteka hüququna hər hansı təhlükə yaradıb-yaratmadığı, bankın buna etiraz edilib-etmədiyi, onsuz da faktiki vəziyyətə görə başqasının istifadəsində olan mağazanın iddiaçıya təhvil verilməsinin ipoteka saxlayan baxımından hansı təhlükələr doğuracağı, imtinanın söykəndiyi əsaslar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar təqdim olunan sübutlarla tam və hərtərəfli araşdırılmalı, yuxarıda qeyd edilən və digər aidiyyəti maddi hüquq normaları əsasında mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
81. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-nin 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
82. İşin yeni apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 2(103)-6/2019 saylı qərarının icrası ilə əlaqədar mübahisəli əmlaka dair hərrac keçirilmiş, ipoteka saxlayan kimi ASC "xxxx" Bankı həmin əmlakı “hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” xx.xx.2019-cu il tarixli müqavilə əsasında əldə etmişdir. “Hərracın yekunları barədə protokol” və “Hərracın yekunları üzrə əmlakın alqı-satqı barədə” müqavilə ləğv, yaxud etibarsız hesab olunmamış və bu gün də qüvvədədir. ASC "xxxx" Bankı əvvəllər ipoteka predmeti olmuş əmlak üzərində sahiblik və istifadə hüquqları əldə etmişdir. Əmlakın ipotekada olduğu müddət ərzində onun bütövlükdə və ya bir hissəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsi "xxxx" Firması tərəfindən mübahisələndirilməmişdir.
83. Beləliklə, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli müqavilənin bağlanması ilə ipotekaya xitam verilmişdir.
84. Belə ki, “İpoteka haqqında” Qanunun 48.1.3-cü maddəsinə əsasən tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda ipotekaya xitam verilir.
85. Beləliklə, müəyyən edilir ki, hazrıkı iddia tələbi üzrə İddiaçı qeyri-yaşayış sahəsinin onun sahibliyinə və istifadəsinə verilməsinə dair iddiası ASC "xxxx" Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakla bağlı olmuş, qeyd edilən əmlak sonradan məhkəmə qərarının icrası ilə əlaqədar olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmiş və ASC "xxxx" Bankın özü tərəfindən əldə edilməklə, hazırda onun mülkiyyətindədir.
86. Hazırkı işlə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18.07.18-ci il tarixli qərarında göstərilir ki: “Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.
87. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
88. Göstərilənlər hüquqi mövqedən çıxış edərək kollegiya hesab edir ki, hazırkı iddianın qaldırıldığı 2017-ci ildə mübahisə predmeti olan əmlak ASC "xxxx" Bankın xeyrinə ipoteka ilə yüklü edildiyi bir halda, həmin əmlakın İddiaçı sahibliyinə və istifadəsinə verilməsi, vicdanlılıq prinsipi baxımından, reyestrdə qeydin həqiqiliyi prezumpsiyasına uyğun hərəkət edərək həmin əmlakı ipoteka yüklülüyə qəbul etmiş Bankın hüquqlarının pozulması ilə nəticələmişdir.
89. Həmçinin, qeyd edilən qeyri-yaşayış sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi mübahisəli əmlakın hazırkı mülkiyyətçi olaraq da ASC "xxxx" Bankın hüquqularının pozulması ilə nəticələnmiş olardı.
90. Kollegiya həmçinin, Ali Məhkəmənin göstərişinə uyğun olaraq hazırkı iddianı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyul 2022-ci il tarixli qərarının müddəaları baxımından qiymətləndirməklə qeyd edir ki, iddia tələbinin predmeti olan əmlak iddianın verildiyi müddətdə ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş əmlak olsa da, ipoteka müqaviləsinin tələblərinə uyğun olaraq sonradan hərrac vasitəsilə özgəninkiləşdirildiyindən həmin əmlaka dair ipotekaya da xitam verilmişdir.
91. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında isə Mülki Məcəllənin 312.4-cü və “İpoteka haqqında” Qanunun 30.1 və 31.1-ci maddələrinə əlaqəli şəkildə şərh verilməklə ipoteka predmeti olan əmlak üzərində ipoteka qoyanın sərəncam verməsi ilə bağlı ipoteka saxlayanın razılığının verilməsi şərtlərindən bəhs edilir.
92. Kollegiya hesab edir ki, hazırkı mübahisənin predmeti olan mübahisəli əmlak artıq ipotekanın predmeti olmadığından, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqe baxımından da hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz.
93. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilməli, iddia həmin hissədə də rədd edilməlidir.
94. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
95. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.4-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
96. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Birləşdirilmiş birinci iş üzrə cavabdeh Mars-M Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1785/17 saylı qətnaməsi qismən, iddianın təmin edilən hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh1 Firmasına qarşı qeyri yaşayış sahəsinin istifadə və sahibliyə verilməsi, obyekt üzərində onun mülkiyyət hüququnun rəsmiləşdirilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.