Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10174/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X9 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh2, X3 iştirakları ilə, İddiaçı cavabdehlər X14, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X4 və Cavabdeh7 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2338/2021 saylı mülki işi üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 yetkinlik yaşına çatmayan uşaqları 2012-ci il təvəllüdlü X11 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,0626 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 5 mərtəbəli binada 58,9 kv.m ümumi, 44 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 173 nömrəli reyestr kitabının 18294 nömrəli vərəqində 04.10.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 25, 29 saylı mənzildə İddiaçı,Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X11 və digər şəxslər qeydiyyatdadırlar. X12, X10 və Yüzbaşov Maqsud Həsən oğlu tərəfindən tərtib edilmiş akta və Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 129 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 06.08.2021-ci il tarixli 422 saylı arayışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, 25 saylı evin 29 saylı mənzildə İddiaçı, X7 və X1 başqa heç kəs yaşamır. (iş.səh.6,7, 26, 25) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2338/2021 saylı mülki işi üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü X11 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 25, 29 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatdadırlar, faktiki olaraq orada yaşamırlar. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqları qeydə alınmadığından, habelə onlar mülkiyyətçi olan iddiaçının ailə üzvləri olmadığından və onunla birgə yaşamadığından, onların hüquqi vəziyyəti Mülki Məcəllənin 228.1 və 228.5-ci maddələrində nəzərdə tutulmuş qanuni şərtlərə uyğun deyildir və cavabdehlərin mənzilin yaşayış sahəsindən istifadə hüquqları hazırda mövcud olmadığından, iddia tələbi əsaslı hesab edilməlidir.Digər tərəfdən, cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ona görə də cavabdehlərin həmin mənzilin yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməsi və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxarılmalıdır. Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)2338/2021 saylı 16.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İşə yenidən baxılaraq onunla, həyat yoldaşı Cavabdeh5anın və 2012-ci il təvəllüdlü azyaşlı övladı X5 qeydiyyatda olduqları Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvana köçürülməyinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiyasının 43; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçılar İddiaçı və onun atası X7 məhkəmədə fikir çaşqınlığı yaratmaq məqsədi ilə onun və ailə üzvlərinin 25 ildən çoxdur ki, sözügedən mənzil, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında yaşamırlar deyərək məhkəməni aldatmağa nail olmuşlar, halbuki onu və həyat yoldaşını uzun illər öncə həmin mənzildən iddiaçılar zorla çıxarıb çölə atmışlar. Bütün bu ötən müddət ərzində dəfələrlə qeydiyyatda olduğu həmin mənzilə köçüb yaşamaq istəsə də iddiaçılar buna imkan verməmişlər. Ötən bu uzun illər ərzində övladlarını onun valideynlərinin köməkliyi ilə böyüyüb ailə quraraq başqa-başqa ünvanlara köçmüşlər. Hər iki qızı, iddia tələbi üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh7 qızları hal-hazırda gəlin köçdükləri evlərdə yaşayırlar. Sözügedən qətnamə üzrə məhkəmə proesində onları hər ikisini təmsil (notarial etibarnamə əsasında) edən oğlu X6 da ailə quraraq mübahisəli mənzilə yaxın ərazidə özünə (özbaşına tikili) ev tikib orada yaşayır. O və həyat yoldaşı Cavabdeh5 Bafadar oğlu bir azyaşlı 2012-ci il təvəllüdlü oğlu X11 iddiaçılar İddiaçı və atası X2 qanuna zidd əməlləri nəticəsində hal-hazırda küçələrdə qalmışlar. Bütün bu faktları məhkmədən gizlədən iddiaçılar məhkəmədə fikir çaşqınlığı yaratmaqla yanaşı aralarında olan qohumluq əlaqələrindən «məharətlə» istifadə edərək övladlarını da ifadələrini əleyhinə olan ifadələr kimi istifadə etmişlər. Bafadar öz valideynləri ilə yaxın qohumları saylıan iddiaçılar arasına hər hansı bir xoşagəlməz nüansların baş verməməsi namilə iddia ilə razılaşmışdır.Halbuki onun qeydiyyatda olduğu Bakı şəhər Qaradağ rayonu Salyan yolu ev 25 mənzil 29 ünvanındakı mənzildən başqa yaşamağa yeri yoxdur.Yaşayış binasının tərkibi hissəsinin mülkiyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin aşayış binasına köçürmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda belə saxlanılır. Məhkəmə kollegiyasının iclasında iştiark edən Cavabdeh2 yazılı çıxışını təqdim edərək qeyd etmişdir ki, 1994-cü ildən sözügedən mübahisəli mənzilə gəlin köçərək pasport qeydiyyatına alınmaqla orada yaşamışdır. Həmin ərəfədə mənzilin sahibi mərhum qayınatası Cavabdeh6 Balakişi oğlu olmuşdur. Onun vəfatından sonra faktiki sahiblik hüququ onun qızı İddiaçı keçdikdən sonra sonuncu mənzili başqa şəxslərə satmaq marağını reallaşdırmaq məqsədi ilə onu və həyat yoldaşı Cavabdeh5 azyaşlı uşaqlarla birlikdə evdən çıxarmağa nail olmuşdur. Aralarında olan qohumluq əlaqələrinə xələl gəlməməsi məqsədi ilə uzun illərdir ki, başqa-başqa yerlərdə yaşamaqla bu hallara dözmüşdür. Lakin son vaxtlar yəni bu ilin əvvəllərindən artıq onların evdə başqa şəxslərin yaşamasını və uşaqlarından eşitdiyinə görə artıq məhkəmə tərəfindən mənzildən isifadə hüquqlarına xitam verilməsini eşitdikdə qanunların aliliyinə güvənərək apellyasiya qaydasında məhkəməyə müraciət etmidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsində deyilir ki, “ Yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.” Həmin məcəllənin 228.2-ci maddəsinə əsasən isə “həmin şəxslərin istifadə hüquqlarına xitam verilməsi mülkiyyətçi ilə bağlanan, notariat qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə bir razılaşma olmadıqda isə bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiymətinə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.” İddiaçı ilə onların aralarında belə bir razılaşma olmamış, ədalətli məhkəmə çəkişməsinə şərait yaradılmadan, işin halları araşdırılmadan qəbul edilən mövcud qətnamə l instansiya mhkəməsi prosessual hüquq normalarını pozmuşdur.Apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərindən biri də l instansiya məhkəməsinin preosessual hüquq normalarının pozulmasını aşkarlayarsa həmin qərar və ya qətnaəni qismən və yaxud tam şəkildə ləğv edərək yeni qərar qəbul edər.Odur ki, qanunun bu ali tələbini rəhbər tutaraq məhkəmə kollegiyasından apellyasiya şikayətimin təmin olunmasını xahiş edir. Suallara cavab olaraq Cavabdeh2 1994-cü ildə həmin evə gəlin olaraq gəldiyini, 2006-cı ildə həmin evdən çıxdığını, mübahisəli mənzilin yaxınlığında ev tikib yaşadıqlarını, cavabdehlər Cavabdeh3 və Cavabdeh7 qızları hal-hazırda gəlin köçdükləri evlərdə yaşadıqlarını, kompensasiya ilə mənzildən çıxarılmağa razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştiark edən cavabdeh X8 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştiark edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməyərək, atasından onlara 3 ev miras qaldığını, evlərin də o və qardaşlarına verildiyini, mübahisəli mənzilin 3 otaqdan ibarət olduğunu, orada özü, arvadı və qızı ilə yaşadıqlarını, mübahisəli mənzilin 44 kv.m olduğu halda, cavabdehin qaldığı mənzilin 120 kv.m olduğunu, hal-hazırda evi satmaq niyyətində olduqlarından cavabdehin həmin mənzilə hüquq əldə etmək istədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər X20, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəllənin 152-158, 228; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki iddiaçıya (mülkiyyətçiyə) münasibətdə cavabdehlərin istifadə hüquqlarının mövcudluğu sübuta yetirilmir və ümumiyyətlə onların qeydiyyatı istifadə hüquqlarının olmasına birbaşa dəlalət edən hal deyildir. Diqqətə çatdırılmışdır ki, hazırki mülk üzrə yeni mülkiyyətçinin əldə etdiyi hüquqlar Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 30-cu maddələrinin tələblərinə əsasən dispoziv uyğunluq təşkil etmir. Bundan əlavə onların zorla çıxarılması və yaşayış yerlərinin olmaması kimi dəlilləri birinci instansiya məhkəməsində icraat zamanı tam təkzib edilmişdir. Bununla belə iddiaçının diqqətinə çatdırılmalıdır ki, 24.09.20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2338/2021 saylı mülki işi üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi iləAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10174/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10174/2021
25.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver