Məhkəmə qərarları › İş №2(103)-10183/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10183/2021

03.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10183/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X6, onun vəkili və nümayəndələri Vəkil2 Ağaəli oğlunun, Vəkil3 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və X4 qarşı "kirayə haqqı ödənilmək və mənzillə təmin etməklə mənzildən çıxarma"; qarşılıqlı iddia üzrə iddiaçı X3 İddiaçı MMC-yə qarşı “evin əvvəlki vəziyyətinin bərpası, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanında faktiki sahəsi 62,5 kv.m olan 3 otaqlı 7 nömrəli mənzilin sökülməsi, mülkiyyətçisi Cavabdeh1, həmçinin həmin mənzildə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 75 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 117-nin sökülməsi, mülkiyyətçi Cavabdeh7 ailə üzvü Cavabdeh8 ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh7 xüsusi mülkiyyətinə verilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi X3 mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 114 kv.metr təmirli mənzil X3 xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi X4 münasibətdə onunla əsaslandırılmışdır ki, X6 ünvan 2 ünvanında faktiki sahəsi 95 kv.m mənzilin mülkiyyətçisidir. Qeyd olunan ünvanlardakı tikililər ötən əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tkintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə ötürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Müqavilənin öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzilərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kirayə haqqlarının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlər onlara edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real (yalnız pul) kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri həmin ünvanlarda yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2018-ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən həmin ünvanlarda yerləşən binanın dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərin aşınaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü istismar nəticəsində yararsız hala düşmüş, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəsələrinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İddiaçı tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə cavabdehlərlə əlaqə saxlanılıb və real vəziyət, yəni onlara məxsus mənzillərin qəzalı vəziyyətdə olması barədə dəfələrlə məlumat verilmişdir. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb etmiş və qəzalı vəziyyətdə olan mənzillərindən çıxmayaraq öz həyatlarını təhlükəyə atmışlar. İddiaçı MMC iddia tələbini dəqiqləşdirmək barədə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən 110 kv.m mənzilin sökülməsi, mülkiyyətçi X3 mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.m. təmirli mənzilin X3 xüsusi mülkiyyətinə verilməsini xahiş etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanında faktiki sahəsi 80,08 kv.m olan 3 otaqlı mənzilin sökülməsi; mülkiyyətçisi Cavabdeh1 həmin mənzildə qeydiyyatda olan ailə üzvləri - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ilə birlikdə mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 96 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, faktiki sahəsi 39,4 kv.metr olan 117 saylı evin sökülməsi, mülkiyyətçisi Cavabdeh7 ailə üzvü Cavabdeh8 ilə birlikdə mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh7 xüsusi mülkiyyətinə verilməsi; Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 3 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzilin sökülməsi, mülkiyyətçisi X3 mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil X3 xüsusi mülkiyyətinə verilməsi qət edilmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsindən X6 apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qismən ona aid hissədə ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı qismən X4 aid hissədə yoxlanılmalıdır. X6 birinci instansiya məhkəməsində məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməməsini əsas götürərək ilkin iddiaya qarşı qarşılıqlı iddia - “evin əvvəlki vəziyyətinin bərpası, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 3 ünvanında əvvəl bir otaqlı, sonradan iki otaqlı mənzil alaraq birləşdirmiş, əsaslı təmir işləri görərək evi 3 mərtəbəyədək qaldırmış, təmir etmiş və 220 kv.m ölçüdə istifadəsində saxlamışdır. Binanın aşağı mərtəbəsində qapısı küçəyə açılan 40 kv.m ölçülü qeyri-yaşayış sahəsi də mülkiyyətində olmuşdur. Lakin 2018-ci ildən başlamaqla tikinti şirkətinin nümayəndələri ərazini yaşanmaz vəziyyətə gətirmiş, oğlu Elsevər Salmanov kirayəyə köçərək maddi ziyana uğramışdır. İddiaçı şirkət ilkin olaraq ərazinin işıqlarının söndürülməsinə nail olmuş, sonradan qazın fasilələrlə verilməsi, ətraf məhəllədə söküntünün aparılması nəticəsində evdə yaşamaq mümkünsüz vəziyyətə gəlmişdir. Ərazidə narkomanlar, kriminal meyilli şəxslər yığılması, evdə oğurluq hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Nəticədə o, ailəsi ilə evdən köçüb getməyə məcbur olmuşdur. Onun mübahisəli evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış və ona müvafiq çıxarışlar verilmişdir. 2002-ci ildə və 2017-ci ildə tərtib edilmiş sənədlərlə müəyyən edilmişdir ki, onun üç mərtəbəli evinin ümumi sahəsi 171.3 kv.m.+ 39.1 kv.m-dən ibarətdir. Mərtəbələrarası meydançanın sahəsi isə 49 kv. metr olmuşdur. Ona görə qarşılıqlı iddia tələbinin icraata götürülərək aşağıdakıların təmin edilməsini xahiş edir: 1.ünvan 4 ünvanda İddiaçı MMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü X5 məxsus 3 mərtəbəli, ümumi sahəsi 171.3 kv.m. olan fərdi yaşayış evi və 39.1 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilsin.

2. Ona vurulan mənəvi zərərə, keçirdiyi psixoloji sarsıntılara görə 100 000 (bir yüz min) manat məbləğində mənəvi zərərin ödənilməsi;

3. Evinin təmirinə xərclədiyi 137000 ( bir yüz otuz yeddi min) manat məbləğində pul yaşayış evinin aşağı hissəsində təmirli şəraiti olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018-ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 =31200 (cəmi olaraq 37700 manat), oğlunun kirayə haqqı cəmi: bunlardan 2018, 2019, 2020 və 2021-ci il üçün 48 ay x 650 = 31200 manat, ev sökülərkən içəridə qalmış əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi ziyanın dəyəri isə 45000 manat məbləğindədir. Bu məbləğ ümumilikdə 282100 ( iki yüz səksən iki min bir yüz) manat məbləğində maddi zərərə və əldən çıxmış faydaya əsasən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası X3 birinci instansiya məhkəməsində iştirakının təmin olunmamasına, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməsinə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmasına, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olmasına və onlara birlikdə baxılması mübahisənin daha tez və düzgün baxmaqla nəticələnməsinə istinad edərək qarşılıqlı iddia ərizəsini icraata qəbul etmişdir. Məhkəmə iclasında X6, onun nümayəndələri və vəkilləri Vəkil2 Ağaəli oğlunun, Vəkil3 apellyasiya şikayətini müdafiə edərək qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq etmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz etmiş, eyni zamanda bildirmişdir ki, X3 ünvan 4 ünvanda mülkiyyətində yalnız 50 kv.m yaşayış sahəsi və 39,1 kv.m qeyriyaşayış sahəsi vardır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə evin ümumi sahəsinin 171,3 kv.m olması qeyd olunsa da, bu reyestr xidməti tərəfindən qəbul olunmamış və Cavabdeh9 171 kv.m. sahəyə mülkiyyətini təsdiq edən çıxarış verilməmiş, onun 171,3 kv.m sahəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. X5 məxsus 3 mərtəbəli, ümumi sahəsi 171.3 kv.m. olan fərdi yaşayış evi və 39.1 kv.m. qeyri-yaşayış sahəsi olması və həmin sahələrin İddiaçı MMC tərəfindən sökülməsi barədə dəlili isə həqiqətə uyğun deyildir. Lakin İddiaçıMMC iddiaçının ona məxsus mənzilin yarım zirzəmisinə qeyri-yaşayış sahəsi kimi çıxarış almasını, hazırda çıxarışın mövcud olmasını və qüvvədə olmasını qəbul edərək ona çıxarışda qeyd olunan39.1 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada 40 kv.m. qeyri-yaşayış sahəsi verməyə hazırdır və bu barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyəti və digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. X6 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi onun birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamasına və məhkəmə qətnaməsi çəkişmə prinsipinin pozulması ilə çıxarılmasına istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə əsasən: 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9-cu maddəsi isə müəyyən edir ki: 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipi ilə əlaqədar yol verilmiş prosessual pozuntuları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, 08.05.2021ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə dəlili əsaslıdır və həmin qətnamə ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh9 iştirakı təmin olunmamaqla o, cavabdeh kimi məhkəmə prosesində dəlillərini irəli sürmək, sübutlar təqdim etmək, qarşılıqlı iddia irəli sürmək və s. hüquqlarından məhrum olmuşdur. Apellyasiya şikayətində daha sonra göstərilir ki, işə əlavə edilmiş 2017-ci ilə aid olan FHN-nin və digər məzmunlu ekspertiza rəyləri reallığı əks etdirmir və ümumi xarakterlidir. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 14, 77-1 maddələrinin məzmununda qeyd olunur ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində tərəflərin çəkişmə prinsipi təmin olunmuş, tərəflərə bərabər əsaslarla sübutları təqdim etmək imkanı yaradılmışdır. Cavabdeh9 tərəfindən həmin dəlillərini təsdiq edə biləcək sübut kimi evində təmir işləri aparan iki şahidin dindirilməsi barədə vəsatət vermiş, onun vəsatəti təmin olunmuşdur. Şahidlər və X8, X9 izahatlarında evin daxilində elektrik və santexnik işləri apardıqlarını, bu zaman evdə çat və dağılma əlamətləri aşkar etmədiklərini bildirmişlər. Eyni zamanda Cavabdeh9 tərəfindən işə əlavə edilməsi üçün təqdim olunmuş sənədlər qəbul edilərək mülki işə əlavə edilmiş və məhkəmə tərəfindən araşdırılaraq hüquqi cəhətdən dəyərləndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan şahidlərin izahatlarında göstərdiklərini 1896-cı ildə inşa edilmiş evin texniki vəziyyətinin qiymətləndirilməsi üçün kifayətedici sübut kimi qəbul etmir. Belə ki, sahidlər tikinti sahəsində kifayət qədər texniki biliklərə malik mütəxəssis olmamaqla, binanın davamlılığı, təhlükəsizliyə cavab verib-verməməsi ilə bağlı işləri deyil, mənzilin daxilində təmir işləri ilə məşğul olmuş, binaın texniki vəziyyəti barədə rəy verməyə səlahiyyətli olmamaqla ümumi fikirlərini ifadə etmişlər. Ona görə də məhkəmə kollegiyası işdə mövcud olan 03 mart 2017-ci il tarixli “ünvan 5 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında mütəxəssis aktını mübahisəli evin texniki vəziyyətinin qiymətləndirilməsi üçün daha mötəbər sübut kimi dəyərləndirir. Həmin aktda Şamil Əzizbəyov küçəsi 119 saylı evin mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə, cavab verməməsini, köhnəlməsini, fiziki və mənəvi aşınmaya məruz qalmasını, təmir-bərpa və gücləndirmə işlərinin aparılmasının texniki və iqtisadi cəhətdən məqsədəuyğun olmamasını qəbul edir və apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, 2002-ci ildə və 2017-ci ildə tərtib edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Cavabdeh9 mülkiyyətində üç mərtəbəli yaşayış evinin qeyri-yaşayış sahələri ilə birlikdə ümumi sahəsi 171.3 kv.m.+ 39.1 kv. m.dən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, Cavabdeh9 özü izahatında evinin üç mərtəbəli olmaqla birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin yerləşdiyini təsdiq etmiş, bu xüsusat şahid ifadələrində və Cavabdeh9 təqdim etdiyi notariat qaydasında təsdiq olunmuş sənədlərdə də ifadəsini tapır. Cavabdeh9 tərəfindən təqdim olunmuş seriya MN №0040296 saylı, 21.10 2006-cı il tarixli çıxarış birinci mərtəbədə 37,5 kv.m. ümumi sahəyə mülkiyyət hüququnu, seriya MN №00441197 saylı 27.10. 2006-cı il tarixli çıxarış isə birinci mərtəbədə 12,5 kv.m sahəyə mülkiyyət hüququnu təsdiq edir. Cavabdeh9 apellyasiya şikayətində və qarşılıqlı iddia ərizəsində də göstərir ki, “əvvəlcə bir otağı, sonra isə iki otaqlı mənzili alaraq birləşdirmiş, əsaslı təmir işləri görərək hazırkı dövrədək üç mərtəbəyə qaldırmışam”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası seriya MN №0040296 saylı, 21.10 2006-cı il tarixli və seriya MN №00441197 saylı 27.10. 2006-cı il tarixli çıxarışları, onlar evin 2006-cı ildəki vəziyyətinə görə Cavabdeh9 mülkiyyət hüququnu təsdiq etdiyinə, mülki işdə evin 2017-ci il üçün mülkiyyət hüququna dair çıxarışları və texniki pasportlarının mövcud olmasına görə sübut kimi qəbul etmir. Beləliklə, Cavabdeh9 seriya RX № ******* saylı, 30.11.2017-ci il tarixli çıxarışa əsasən ünvan 4 ünvanda 39.1 kv.m. qeyri-yaşayış sahəsinə, seriya RX № ******* saylı 26.12.2017-ci il tarixli çıxarışa əsasən 50 kv.m. mənzilə mülkiyyət hüququ qeydə alınmışdır. Ona görə Cavabdeh9 apellyasiya şikayəti və qarşılıqlı iddia ərizəsində mənzilin sahəsi ilə bağlı qeyd etdiyi “ümumi sahəsi 171.3 kv.m olan 3 mərtəbəli evə, bundan əlavə 39.1 kv.m. qeyri-yaşayış sahəsinə, 49 kv. metr mərtəbələrarası meydança sahəsinə mülkiyyət hüququ olması barədə dəlili əsassız hesab edilməlidir. Əlavə olaraq məhkəmə kollegiysı qeyd edir ki, hazırda ünvan 4 ünvanda X1 RX № ******* saylı, 30.11.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə məxsus olan 39.1 kv.m. qeyri-yaşayış sahəsi, seriya RX № ******* saylı 26.12.2017-ci il tarixli çıxarışa əsasən mülkiyyət hüququ ilə məxsus olan 50 kv.m. mənzil sökülmüşdür. İddiaçıMMC həmin sökülmüş qeyri-yaşayış sahəsi və mənzilin əvəzinə həmin yerdə yeni tikiləcək binada 132 kv.metrlik mənzil və 40 kv. metrlik qeyri-yaşayış sahəsinin verilməsini təklif edir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC tərəfindən Cavabdeh9 mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə edilən təklif mütənasib və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, “Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunur ki, “Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir”. Qərarda həmçinin qeyd olunur ki, “Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “ünvan 6 ünvanında yerləşən yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında” 7 mart 2016-cı il tarixli Rəyə (bundan sonra – “Azərdövlətlayihə” DBLİnin Rəyi) əsasən, sözügedən ünvanda yerləşən bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir, bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanlara əsasən Rəydə aşağıdakı tədbirlərin yerinə yetirilməsi göstərilmişdir: 1) binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2) sakinlərin təcili olaraq binadan çıxarılması; 3) binadakı bütün kommunikasiya xətlərinin kəsilməsi; 4) binaya girişin qadağan edilməsi; 5) binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması. Nazirlər Kabinetinin Qərarı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin istismarına icazənin verilməsi, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Nazirlər Kabinetinin bu Qərarına uyğun olaraq, “Azərdövlətlayihə” DBLİ-nin Rəyi və "xxxx" MTK-nın 21 mart 2016-cı il tarixli müraciətini nəzərə alaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 2016-cı il 28 mart tarixli 42 nömrəli Sərəncamı ilə ünvan 6 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının söküntüsünün həmin MTK tərəfindən yerinə yetirilməsinə və çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının "xxxx" MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli qərarında Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə bağlı hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Belə ki, Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin ümumi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları Məcəllənin 14.2-ci maddəsində sadalanmışdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar isə Məcəllənin 139-1-ci maddəsində əks olunmuşdur. Eyni zamanda, Mülki Məcəllənin Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi adlanan 9-cu fəslinin 1-ci paraqrafı ilə daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi qaydaları tənzimlənmişdir. Həmin paraqrafda yer alan 180-cı maddəyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004cü il 28 sentyabr tarixli, X7rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar”. Cavabdeh9 məxsus evin faktiki sahəsinin (qeyri-yaşayış sahəsi ilə birlikdə) 171.3 kv metrə bərabər olması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh9 tərəfindən mülkiyyəti kimi dövlət reyestrində qeydə alınmamış sahəsinə görə ona əlavə yaşayış və ya qeyri-yaşayış sahəsi verilməsi barədə iddia qaldırılmamışdır. Ona görə də məhkəmə kollegiyası iddia tələblərindən kənara çıxmaq üçün əsas tapmır. Məhkəmə kollegiyası qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsi qismən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 3 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzil sökülməsi, mülkiyyətçisi X6 mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil X3 xüsusi mülkiyyətinə verilməsi hissəsində ləğv edilməli, həmin hissədə İddiaçı MMC-nin iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 3 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzil sökülməli; mülkiyyətçisi X6 mənzildən çıxarılmalı; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil və 40 kv. metr qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətinə verilməlidir. Cavabdeh9 qarşılıqlı iddia tələbi aşağıdakılardan ibarətdir: 1.ünvan 4 ünvanda İddiaçı MMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü X5 məxsus 3 mərtəbəli, ümumi sahəsi 171.3 kv.m. olan fərdi yaşayış evi və 39.1 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilsin.

2. Ona vurulan mənəvi zərərə, keçirdiyi psixoloji sarsıntılara görə 100 000 (bir yüz min) manat məbləğində mənəvi zərərin ödənilməsi;

3. Evinin təmirinə xərclədiyi 137000 ( bir yüz otuz yeddi min) manat məbləğində pul yaşayış evinin aşağı hissəsində təmirli şəraiti olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018-ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 =31200 (cəmi olaraq 37700 manat), oğlunun kirayə haqqı cəmi: bunlardan 2018, 2019, 2020 və 2021-ci il üçün 48 ay x 650 = 31200 manat, ev sökülərkən içəridə qalmış əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi ziyanın dəyəri isə 45000 manat məbləğindədir Bu məbləğ ümumilikdə 282100 ( iki yüz səksən iki min bir yüz) manat məbləğində maddi zərərə və əldən çıxmış faydaya əsasən ödənilməsi barədə qətnamə çıxarılması. Məhkəmə kollegiyasl qarşılıqlı iddia tələbinin “ünvan 4 ünvanda İddiaçı MMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü X5 məxsus 3 mərtəbəli, ümumi sahəsi 171.3 kv.m. olan fərdi yaşayış evi və 39.1 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilməsi ilə bağlı hissəsini əsaslı və mümkün hesab etmir. Bu həm Azərbaycan Respublikasının Nazirlər Kabineti 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia ərizəsinin “evin təmirinə xərclənmiş 137000 ( bir yüz otuz yeddi min) manat məbləğində” pul tələbi ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, "xxxx" MMC sökülmüş mənzil və qeyri-yaşayış sahələrinin əvəzində təmirli yaşayış sahəsi və qeyri -yaşayış sahəsinin Cavabdeh9 verilməsini öhdəsinə götürdüyünə görə qarşılıqlı iddianın həmin hissəsi əsassız hesab olunmaqla rədd edilməlidir. Qarşılıqlı iddianın digər tələbi qeyri-yaşayış sahəsinin kirayə verilməsi ilə bağlı əldən şıxmış fayda ilə əlaqədar 37700 manat pul tələbindən ibarətdir. Azərbaycan Respublikssı Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh9 özünə məxsus evin qeyri-yaşayış sahəsindən gəlir əldə etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görəq arşılıqlı iddianın həmin hissəsi əsassız hesab olunmaqla rədd edilməlidir. Qarşılıqlı iddia tələblərindən biri də Cavabdeh9 özünün və oğlunun 2017-ci ildən kirayədə yaşamağa məcbur olmaları ilə əlaqədar kirayə haqqının ödənilməsi ilə bağlıdır. Həmin tələblə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC evin söküldüyü tarixdən mülkiyyətçiyə 500 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüş və bu məhkəmə qətnaməsi ilə qət edilmişdir. Cavabdeh9 oğlunun kirayədə qalmasına görə pul tələb etməsinə isə subyektiv hüququ yoxdur və oğlu tərəfindən belə bir iddia qaldırılmamışdır. Ona görə də qarşılıqlı iddia həmin hissədə əsassız hesab edilməklə rədd olunmalıdır. Qarşılıqlı iddia tələblərindən biri də ev sökülərkən içəridə qalmış əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi ziyanın dəyəri 45000 manat məbləğində pulun tələb olunmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh9 məxsus ev 31.08.2021-ci il tarixdə sökülərkən evdə heç bir yararlı əmlak aşkar olunmamış və bu barədə müvafiq akt yazılmışdır. Evdə yarasız əmlak kimi aşkar edilənlər isə saxlanca verilmişdir. Cavabdeh9 sökülən evdə əmlakının qalması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddianın həmin hissəsi də əsassız hesab ediməklə rədd olunmalıdır. Qarşılıqlı iddia tələblərindən biri də mənəvi zərərlə bağlı 100.000 manat pulun ödənilməsi ilə əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh9 evinin onun istəyinə zidd olaraq sökülməsi ilə bağlı müəyyən sarsıntılara məruz qalmışdır. Ona görə də məhkəmə kollegiyası qarşılıqlı iddianı həmin hissədə qismən - 10000 manat məbləğində təmin olunmasını ədalətli hesab edir. Beləliklə, X3 qarşılıqlı iddiası qismən mənəvi zərərin ödənilməsi hissəsində təmin olunmalı və İddiaçı MMC-dən 10000 manat tutularaq X4 ödənilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-898/2021 saylı, 08.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin iddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 3 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzil və 39.1 kv.m qeyri-yaşayış sahəsi sökülsün; mülkiyyətçisi X6 mənzil və qeyri-yaşayış sahəsindən çıxarılsın; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil və 40 kv. metr təmirli qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətinə verilsin. X3 qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçıMMC-dən mənəvi ziyana görə 10000 (on min) manat tutularaq X4 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. X6 tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Tərəflərin ödədiyi dövlət rüsumu hər birinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar