Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1021/2024 07.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, İddiaçı2 MMC-nin ("xxxx" firmasının hüquqi varisi) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X10, Cavabdeh6, X11, Cavabdeh8, X6 və Cavabdeh7 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3480/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərardadından İddiaçı2 MMC ("xxxx" firmasının hüquqi varisi) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 MMC ("xxxx" firmasının hüquqi varisi) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X10, Cavabdeh6, X11, Cavabdeh8, X6 və Cavabdeh7 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3480/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərardadına əsasən Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 2(010)-7/2023 saylı mülki işə kassasiya şikayəti qaydasında Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki mülki işin icraatının dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və işə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan iş qeyri-qanuni tikililərin sökülməsi haqqındadır. Həmin qanunsuz tikililər mülkiyyət hüququ ilə İddiaçı2 MMC-yə məxsus daşınmaz əmlakda X24, X14, X8, X21, X29 tərəfindən tikilmişlər. Həmin şəxslər X24, X14, X8, X21, X29 qətnamə əsasında İddiaçı2 MMC-yə məxsus daşınmaz əmlakdan çıxarılmışlar. Hal-hazırki iddia tələbi həmin şəxslərin ailə üzvlərinin İddiaçı2 MMC-yə məxsus daşınmaz əmlakdan çıxarılmaları ilə əlaqədardır. Nəzərə alınsa ki, həmin qanunsuz tikililər göstərilən şəxslərin ailə üzvləri (həyat yoldaşları və uşaqları) tərəfindən tikilməmişlər, belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan işin yekunlaşana qədər hazırki iş üzrə (ailə üzvlərinin çıxarılması) icraatın dayandırılmasına ehtiyac yoxdur və işə baxılması davam etdirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməməsində Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan işə baxılarkən İddiaçı2 MMC tərəfindən hazırki iddia ərizəsinin icraata qəbul olunması və məhkəmə hazırlıq iclasının 14 avqust 11:00-a təyin olunması barədə məlumat verilərək, göstərilən işin hazırki işlə birbaşa əlaqəsi olması səbəbindən hazırki iş üzrə qərar qəbul edilərkən məhkəmə tərəfindən nəzərə alınması xahiş edilmişdir. Şifahi olaraq iş üzrə icraatın dayandılması xahiş olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu mövqe ilə razılaşmayaraq işlərin bir-birinə aid olmaması əsası ilə iş üzrə icraatın dayandırılmaması nəticəsinə gəlmişdir. Onun mövqeyi isə e-2(010)- 3480/2023 saylı hazırda baxılan işə baxılıb qurtarana qədər Azərbaycan Respublikası Ali Məhkəməsində olan mülki işin icraatının dayandırılması olmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi bu mövqeyi dəstəkləməmişdir. Belə olan halda halhazırda işin icraatının dayandırılması hazırki işin əsassız uzadılmasına gətirib çıxarır və iddiaçının qanunla qorunan hüquqlarını pozur. Bu əsaslarla birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 254.1.4-cü maddəsi düzgün tətbiq edilməmişdir və MPM-in 9 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Göstərilən xüsusatlar prosessual hüquq normalarının pozulması olub məhkəmə qərardadının ləğv edilməsi üçün əsasdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-2(010)-3480/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iddia tələbinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı "xxxx" Firması cavabdehlər X25, X5, X15, X18, X9 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin "xxxx" Firmasının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-423/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdehlər X22, X4, X12, X16, X7 və X1 "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmasını, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" firmasının apelyasiya şikayətinin qismən təmin edilməsini, Suraxanı Rayon Məhkəməsinin 2(010)-423/2019 saylı, 11 yanvar 2019-cu il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin cavabdeh X25 münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsini, X22 "xxxx" firmasına məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmasını və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Hal-hazırda həmin ərazidə adları sadalanan şəxslərdən başqa onların ailə üzvləri və onların yaxınları olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X19, Cavabdeh6, X20, Cavabdeh8, X13, Cavabdeh7 da yaşayırlar. Göründüyü kimi, yuxarıda sadalanan məhkəmə qərarları ilə hazırkı iş üzrə cavabdehlərin "xxxx" firmasının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə pasport qeydiyyatına alınmalarının qanunsuz olması müəyyən edilmiş və həmin şəxslərin qeyd edilən qeyri-yaşayış sahəsində yaşamalarının qanunsuz olduğu təsdiq olunduğundan həmin şəxslərin qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Cavabdehlərin qeyri-yaşayış sahəsinə heç bir hüquqlarının olmaması qanuni qüvvəyə minmiş və hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik məhkəmə qərarı ilə təsdiq edildiyindən də və bu barədə qanuni qüvvəsini almış məhkəmə aktları olduğundan bu şəxsləri ailə üzvləri və orada yaşayan digər tanış və yaxınları olan cavabdehlər qeyri-yaşayış sahəsindən çıxarılmalıdırlar. Çünki həmin şəxslərin firmaya məxsus qeyri-yaşayış sahəsində heç bir qanuni əsas olmadan yaşamaları, firmanın mülkiyyət hüquqlarını kobud surətdə pozur ki, bu da qanunvericiliklə qadağandır. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçılar X24, X14 və qeyriləri cavabdeh "xxxx" firmasına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" firmasından iddiaçı X16 xeyrinə 15000 ABŞ dolları, 66000 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, X7 xeyrinə 3300 ABŞ dolları və 25000 ABŞ dolları məbləğində maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin, X4 xeyrinə 9800 ABŞ dolları, 10000 ABŞ dolları məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, X12 xeyrinə 4000 ABŞ dolları və 75000 manat məbləğində maddi zərərin, X22 xeyrinə 5000 ABŞ dolları, 15000 manat məbləğində maddi zərərin və 20000 manat məbləğində mənəvi zərərin, X1 xeyrinə 3800 ABŞ dolları, 120000 manat maddi zərərin və 20000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia tələbini əsasları ondan ibarət olmuşdur ki, onlar hər biri ötən müddət ərzində satın aldıqları qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirməklə müəyyən artırmalar edib, təmir-tikinti işləri aparmış və bütün bunlara külli miqdarda vəsait sərf etmişlər. Buna görə də hesab edirlər ki, firmanın direktoru satmış olduğu qeyri-yaşayış binasının hər birinin yaşadığı ayrı-ayrı hissələrinə çəkilmiş xərci, həm satınalma vaxtı ona ödədikləri pulu onlar tam surətdə ödəməli, həmçinin onun hərəkətləri nəticəsində çəkdiyi mənəvi iztirabların qarşılığını ödəməlidir. Yalnız bundan sonra onların "xxxx" firmasına məxsus binadan çıxarılmağı mümkün hesab edilə bilər. Qeyd olunan iddia ərizəsinə baxılan zaman "xxxx" firması cavabdehlər X24, X14, X8, X21, X29 və X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" firmasının mülkiyyətində olmaqla, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülərək qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, "xxxx" firmasına məxsus əmlakların məhv edilməsi nəticəsində vurulmuş zərərin dəyərini təşkil edən 127700 (yüz iyirmi yeddi min yeddi yüz) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" firmasına ödənilməsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istehsalat sahəsi kimi fəaliyyət göstərməyə yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan 100000 (yüz min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada "xxxx" firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (qarşılıqlı iddia ərizəsi dəqiqləşdirilmişdir). Bununla yanaşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh7 cavabdeh "xxxx" firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" firmasından 30000 manat vəsaitin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxsin iddia tələbi onunla əsaslandırılmışdır ki, o da aldanaraq cavabdehə əvvəlcə 5000 manat “alqı-satqı üçün pul vermiş, sonra isə 25000 manata kimi xərc çəkərək özünə bir otaqlı şərait yaratmışdır. Suraxanı Rayon Məhkəməsinin 2(010)-7/2023 saylı xx.xx.2023-cü il tarixli (hakim S.Miriyevanın sədrliyi ilə) qətnaməsi ilə iddiaçılar X24, X14, X8, X21, X29 (hüquq varisi Cavabdeh2) və X1 cavabdeh "xxxx" firmasına (İddiaçı2 MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia təmin edilməmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh7 cavabdeh "xxxx" firmasına qarşı “pul” tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı "xxxx" firmasının (İddiaçı2 MMC) cavabdehlər X24, X14, X8, X21, X29 (hüquq varisi Cavabdeh2) və X2 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumları rüsumu ödəmiş tərəflərə aid edilmiş, 50 (əlli) manat məbləğində ekspertiza xərcinin qarşılıqlı iddiaçı "xxxx" firmasından (İddiaçı2 MMC) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilməsi qət edilmişdir. Həmin qətnamə cavabdeh "xxxx" (İddiaçı2 MMC) firması tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də, qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda mülki iş kassasiya şikayəti əsasında baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan iş üzrə iddiaçıların ailə üzvləri və onların yaxınları olan şəxslərin mübahisəli sahədən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan iddia ərizələrinin (cavabdeh "xxxx" (İddiaçı2 MMC) firmasının iddiası istisna olmaqla) mahiyyəti isə ondan ibarət olmuşdur ki, həmin şəxslər - qeyri-yaşayış sahəsini yaşayış sahəsinə çevirməklə müəyyən artırmalar edib, təmir-tikinti işləri aparmış və bütün bunlara külli miqdarda vəsait sərf etmişlər. Buna görə də hesab edirlər ki, firmanın direktoru satmış olduğu qeyri-yaşayış binasının hər birinin yaşadığı ayrı-ayrı hissələrinə çəkilmiş xərci, həm satınalma vaxtı ona ödədikləri pulu onlar tam surətdə ödəməli, həmçinin onun hərəkətləri nəticəsində çəkdiyi mənəvi iztirabların qarşılığını ödəməlidir. Yalnız bundan sonra onların "xxxx" firmasına məxsus binadan çıxarılmağı mümkün hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən iddia tələbləri rədd edilsə belə qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini almamışdır. Həmin aktın qanuni qüvvəsini almaması, qeyd olunan iddia tələbilərinin sonradan təmin edilməsini istisna etmir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək onları əsassız sayır. Belə ki, iddiaçı tərəf şikayətində həmin qanunsuz tikililərin göstərilən şəxslərin ailə üzvləri (həyat yoldaşları və uşaqları) tərəfindən tikilməməsinə istinad etsə də nəzərə alınmalıdır ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-7/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə "xxxx" firması cavabdehlər X24, X14, X8, X21, X29 və X2 qarşı “özbaşına tikililərin sökülməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qanuni qüvvəsini almamışdır. Göründüyü kimi hazırki iş üzrə icraatının davam etdirilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» AR Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hisəsində göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın». AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.3-cü maddəsinə əsasən, bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər üzrə icraat dayandırılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə çıxarılacaq qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan baxılan mübahisə ilə bağlı qəbul ediləcək yekun qərarın nəticəsindən asılı olduğundan, hazırkı iş üzrə mülki iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3480/2023 saylı 07 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1021/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1021/2024
07.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver