Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1021/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünc şəxs qismində X30 cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünc şəxs qismində X30 cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlərin vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3825/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 46 №-li Sərəncamı əsasında Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün X22 600 kv metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin eskiz sxemi tərtib edilmişdir.
2. X28 həmin torpaq sahəsinin özəlləşdirilməsi, sənədləşdirilməsi və dair oxşar səlahiyətləri X26 ötürmüşdür (etibarnamə 43 saylı notariat ofisində 7E-33445 № ilə xx.xx.2021-ci il tarixdə reyestrdə qeyd edilmişdir).
3. X30 isə həmin etibarnamə əsasında həmin səlahiyyətlərə dair İddiaçı 78 aydan çox müddətə xx.xx.2023-cü il tarixdə AR-İİ seriyalı 911677 №-li etibarnamə vermişdir (15 saylı notariat ofisində reyestrdə 7E-5152 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir).
4. İş materiallarında olan Sabunçu rayon Balaxanı Bələdiyyəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 47 №-li xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı həmin etibarnamə əsasında Balaxanı Bələdiyyəsində ona məxsus əmlakın X9 adına vergi uçtounun alınmasına dair ərizə ilə Bələdiyyəyə müraciət etmiş, təqdim edilmiş sənədlər toplanaraq Bələdiyyə tərəfindən araşdırılmış, kommunal xidmətlərin X9 adına olduğu müəyyənləşdirilmiş və o, vergi uçotuna alınmışdır. Həmin məktubda tikilinin inşasının və təmirinin kimin tərəfindən həyata keçirilməsi barədə Bələdiyyədə məlumatın olmadığı bildirilmişdir.
5. X4 Bələdiyyəsində Balaxanı qəsəbəsi, O.Yurdu küçəsi ünvanı üzrə 259 kv metr torpaq sahəsinə görə vergi ödəyicisi kimi uçota alınmışdır, tikilinin koordinatı X 40°28'12.86"C, Y 49°54'49.94"B, tikilinin bir mərtəbəli, tikinti sahəsinin 81 kv metr olması barədə qeyd aparılmışdır (180212Y3CBTU №-li şəhadətnamə).
6. X16 **********05001 №-li abonent kodu ilə ünvan 2 ünvanı üzrə abonent kimi «Azəriqaz» İB-də qeydiyyata alınmış, ona 10593997 №-li qaz sayğacı quraşdırılmışdır (müqavilə, abonentin saldosu).
7. X16 **********22792 №-li abonent kodu ilə ünvan 3 ünvanı üzrə abonent kimi "xxxx" ASC-də qeydiyyata alınmış, ona 21477966M368419 №-li elektrik sayğacı quraşdırılmışdır (abunə haqqında sənəd).
8. Məhkəmə tərəfindən mübahisəli evə yerində baxış keçirilmiş, sayğacların şəkilləri çəkilmiş, nömrələri qeyd olunan hər iki sayğacın həmin evə quraşdırıldığı müəyyən edilmişdir.
9. Cavabdeh1 X8 qəsəbəsi, O.Yurdu küçəsi ünvanı üzrə 700 kv metr torpaq sahəsinə görə vergi ödəyicisi kimi uçota alınmışdır, tikilinin koordinatı x-407925.00, y- 4480517 (18106C5U5FA №-li şəhadətnamə).
10. Həmin torpaq sahəsinin xx.xx.2004-cü il tarixli 178 №-li sərəncam əsasında ayrıldığı barədə Balaxanı Bələdiyyəsi xx.xx.2024-cü il tarixli 04 №-li arayış vermişdir.
11. Həmin torpaq sahəsinə dair Cavabdeh1 ilə X30 arasında xx.xx.2019-cu il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhəri 43 saylı notariat ofisində reyestrdə 3M-2507 № ilə qeyd edilib informasiya sisteminə əlavə edilmişdir).
12. Cavabdeh1 həmin torpaq sahəsində inşa ediləcək və ya edilmiş 56,4 kv metrdən ibarət evin layihəsini təqdim etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2005-cil tarixli, 46 №-li sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsində tərəfindən inşa və təmir edilmiş 21477966 seriya nömrəli elektrik enerji sayğacı, 10593997 nömrəli qaz sayğacı ilə təmin edilmiş bir mərtəbəli, 3 otaqlı, 81 kv metr ümumi sahədən ibarət tikilidən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və sonuncuların azyaşlı övladları xx.xx.2023-cü il təvəllüdlü X14 çıxarılmalı, tikilinin boşaldılması və onun həmin tikiliyə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Daha sonra, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 Cavabdeh1 qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) müraciət edərək Bakı şəhəri, Sabunçu, rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 46 №-li Sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsində İddiaçı tərəfindən inşa edilmiş, 21477966M368419 seriya nömrəli elektrik enerji sayğacı, 10593997 nömrəli qaz sayğacı ilə təmin edilmiş, bir mərtəbəli, tikinti sahəsi 81 kv metr, tikinti yerinin koordinatı X 40°28'12.86"C, Y 49°54'49.94"B tikilidən cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 və sonuncuların azyaşlı övladları - xx.xx.2023-cü il təvəllüdlü X14 çıxarılmaları, tikilinin boşaldılması və onun həmin tikiliyə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisinin 911677 nömrəli etibarnamə əsasında X21 (Ş.V:AZE 13142160,xx.xx.2013 BABƏK RPŞ,FİN 3N53R7L,d/t:xx.xx.1988) Baki Şəhəri 43 sayli notariat ofisinin 7E-33445 nömrəli və xx.xx.2021 -ci il tarixli etibarnaməsindən X17 (Ş.V:AZE 09723575,xx.xx.2012 Suraxanı RPŞ,FİN 403QNWV,d/t:xx.xx.1962) Bakı şəhəri, Sabunçu Rayonu Balaxanı Bələdiyyəsi xx.xx.2005-ci il tarixli No:46 saylı qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ərazisində yerləşən 600 kv metr torpaq sahəsinin üzərində tikinti işləri aparıb satmaq üçün 15.000 azn almışdır. Etibarnamə əsasında aldığı 600 kv metr torpaq sahəsində 1 ədəd yarım tikili ve üç tam tikili ev tikib axırıncı evin tikintisini bitirdikdə tanımadığı, lakin adının Cavabdeh1 olduğunu bildiyi bir şəxs ona yaxınlaşaraq bu torpağın ona aid olduğunu və X21 2019-cu ildə alğı-satqı müqaviləsi ilə notarial qaydada məbləğini də köçürmə yolu ilə X21 aldığını bildirmişdir. O, tikinti işlərini ilk başlayanda tikintiləri gördüyünü deyib, özünə tikinti işlərinə ilk başlayanda niyə gəlib xəbərdarlıq etmədiyini bildirmiş, cavabdeh ise cavab olaraq Rasimlə öz aralarında danışıb həll etdiklərini və ona görə də iddiaçını narahat etmədiklərini demiş, hətta tam tikdiyi 3 evdən ikisini satdığını ve evləri alan şəxslərə Cavabdeh1 tərəfindən iki evi alan şəxslərin sənədlərini öz adlarına keçirmələri üçün notarial qaydada etibarnamə də verdiyini qeyd etmişdir. O, axırıncı tikdiyi tam tikili evi də makler vasitəsi ilə satmışdır. Lakin o, evi satdığı şəxsə təhvil verməzdən əvvəl Cavabdeh1 adlı şəxs evə icazəsiz daxil olaraq torpağın aid olduğunu Rasimin ona 15.000 AZN pulu mən verəcəyini desə də bu günə kimi pulunu vermədiyini və özüdə pulunun əvəzinə evi zəbt etdiyini ve evin giriş qapısının açarını dəyişdiyini demişdir. Cavabdeh1 adlı şexs ilə 1 500 manatın ona göndərməsi qarşılığında zəbt edilmiş evlərin iddiaçıya qaytarılması barədə razılıq olsa da, cavabdeh zəbt etdiyi evi ona təhvil vermək əvəzinə iddiaçını mobil telefonundan yığaraq zəbt etdiyi evdən çıxamayacağını və ondan torpağa qiymətinin iki misli pul istədiyini demişdir. İddiaçı və cavabdehin razılaşdığı qiymətdə deyil, cavabdehin özünə görə qiyməti qaldırmış ve bu vəziyyəti bir fürsət kimi bilərək onun tikdiyi axırıncı evini həm iddiaçıdan pulsuz almaq istəyir, həm də onu ciddi maddi ziyanlığa qoymaq istədiyini bildirmişdir. Hal hazırda da ev Cavabdeh1 zəbtindədir.
16. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçının hazırkı iddia tələbləri ilə bağlı iddia qaldırmaq üçün heç bir subyektiv hüququ yoxdur. İddia tələbində göstərilən torpaq sahəsinin və üzərindəki tikilinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçının qeyd etdiyi torpaq sahəsi 14 oktyabr 2019-cu il tarixində X30 ilə Cavabdeh1 arasında Dövlət Notariat Kontorunda bağlanılmış və Dövlət Notariusu tərəfindən təsdiqlənmiş ilkin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Bağlanılmış ilkin alqı-satqı müqaviləsi ilə satıcı X30 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini cavabdehə satmış, alıcı Cavabdeh1 isə həmin torpaq sahəsinin əvəzi olaraq satıcıya 15000 manat ödəmişdir. İddiaçı dələduzluq əməli ilə vətəndaşların etibarından sui-istifadə edərək ayrı-ayrı şəxslərlə müqavilə bağlamış və qanunsuz bir şəkildə yaşayış evlərini satmağa qadir olmuşdur. Hal-hazırda o, dələduzluqla bağlı törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilmişdir. İddiaçı əsassız iddia tələbi ilə cavabdehin özünə məxsus olan torpaq sahəsindən və ona aid olan yaşayış evindən çıxarmaq istəyir. Halbuki iddiaçının verdiyi iddia üzrə subyektiv hüquqları mövcud deyildir. Onun həmin topaq sahəsi və fərdi yaşayış sahəsi üzərində hüquqlarını tanıdacaq heç bir rəsmi sənədi və hüququ yoxdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarına görə, qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Bununla əlaqədar olaraq iddiaçı tərəfindən irəli sürülən iddia tələblərinin əsaslandırılması üçün mübahisəli tikiliyə və torpaq sahəsinə dair müvafiq hüquq müəyyənedici sənədin təqdim edilməməsi onun həmin sahəyə hər hansı hüquqlarının müəyyən edilməsini istisna edir. Yəni mübahisənin predmeti olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahələrinə dair iddiaçının hüquqlarını təsdiq edən maddi sübutlar mövcud deyildir. Burada həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmamışdır. Bu torpaq sahəsi ərizədə qeyd edildiyi kimi 14 oktyabr 2019cu il tarixində X30 ilə bağlanılmış ilkin alqı-satqı müqaviləsi əsasında cavabdehə verilmişdir. Göstərilmiş sənəd notarius vasitəsilə öz rəsmi təsdiqini tapmışdır. Məhz bu səbəbdən həmin torpaq sahəsi üzərində iddiaçının sərəncam vermək səlahiyyəti belə yoxdur. Konstitusiya Məhkəməsinin Plenumuna görə, torpaq sahəsinə dair sərəncam vermək, habelə torpaq sahəsindən çıxarılma məsələsinin həllinə dair məhkəmə aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması zamanı torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsinin, habelə dövlət mülkiyyətində olan torpağın hüquqi əsaslarının təhlili zəruridir. Daşınmaz əşya üzərində mülkiyyət hüququ Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd edildiyi kimi, torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Bu isə onu zəruri edir ki, iddiaçı əmlak üzərində mülkiyyət hüququ varsa, həmin sənədi məhkəməyə təqdim etsin. Əks halda onun mülkiyyət hüququndan irəli gələn tələb hüququ yarana bilməz. Göründüyü kimi, iddiaçı iş materiallarına onun verdiyi iddia üzrə hüquq müəyyənedici sənədi daxil olmamışdır. Bu isə onun iş üzrə hüquqi ixtiyarının və buna uyğun olaraq pozulmuş hüquqlarının olmadığını göstərir. Yekun olaraq, göstərilənlərin hər biri iddia tələbinin təminini qeyri-mümkün edir. Yəni iddiaçının hüquqlarının müdafiəsi üçün əvvəla hüquqları pozulmalı idi. Bunun üçün, mübahisələndirilən predmetlə əlaqədar hüquqları mövcud olmalı idi. Hazırki şəraitdə iddiaçının hüququ olmadığı üçün onların pozulmasından da söhbət gedə bilməz. İddiaçı özünün cinayət əməlinə don geyindirmək və cinayət işi ilə bağlı aparılan istintaqı mülki hüquqi müstəviyə daşımaqla məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hazırkı əsassız iddianı qaldırmışdır.
17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu, rayonu, Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 46 №-li Sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsi İddiaçı ayrılmış və İddiaçı oğluna orada tikinti işlərinin aparılması verilmiş etibarnamə ilə həvalə edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 46 saylı Sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsində İddiaçı tərəfindən 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, 81 kv metr ümumi sahədən ibarət tikili inşa və təmir edilmiş, həmin evə baxıb bəyəndiyindən İddiaçı tərəfindən ona 40.000 manat müqabilində satılmışdır. İddiaçı tərəfindən evin giriş qapısının açarları ona verilmiş, o, evə girmiş, hətta, evin pəncərələrinə dəmir barmaqlıqlar quraşdırmaq üçün oraya ustaları çağırmış, ustalar gəlib pəncərələrin ölçülərini də götürmüşlər. Düşünürdü ki, evin əşyalarını yerləşdirib sonra daimi əsaslarla oraya köçər. Evin daxilində ona məxsus olan gündəlik paltarlar da var idi. İddiaçı razılığı və özünün ərizəsi əsasında Bakı şəhəri Balaxanı Bələdiyyəsi tərəfindən evin və torpaq sahəsinin naturada sərhədləri (kordinatları), mərtəbəliliyi və sahəsi müəyyən edilmiş, o, həmin tikilinin sahibi kimi yerli vergi ödəyicisi kimi bələdiyyədə qeydiyyata alınmış və bu barədə bələdiyyə tərəfindən ona yerli vergi ödəyicilərinin vergi uçotuna alınması haqqında şəhadətnamə və yerli vergi ödəyıcisinın kodu (180212Q3CBTU) verilmişdir. Digər tərəfdən, İddiaçı razılığı və ərizəsi əsasında tikilinin kommunal xidmətləri təmin edilmiş, Azəriqaz, Azərişıqla bağladığım abonent müqavilələri əsasında evə mənim adına sayğaclar quraşdırılmış və qaz və enerjinin, o cümlədən, suyun verilməsi təmin edilmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər olan - X10, Cavabdeh2, Cavabdeh3 və sonuncuların azyaşlı övladları - xx.xx.2023-cü il təvəllüdlü X23 ona məxsus həmin evin giriş qapısının kilidini qeyri-qanuni şəkildə qırıb evə daxil olmaqla evi zəbt etmişlər. Cavabdeh ilkin iddia ərizəsinə verdiyi etirazında onun mübahisəli tikili üzrə subyektiv hüquqa malik olmadığını, tikilinin mülkiyyət kimi dövlət qeydiyyatına alınması ilə bağlı sənəd təqdim etmədiyini bildirsə də, mübahisəli tikilinin ona məxsus olmasını, tikili üzərində hər hansı bir hüququnun olmasını iddia etməmiş, tələb irəli sürməmiş, etirazının əsaslarında bu hala istinad etməmişdir. Çünki, mübahisəli tikilinin cavabdehlərə aidiyyəti yoxdur, onlar həmin tikintinin inşasında, təmirində, torpaq sahəsinin alınmasında heç bir səy göstərməmiş, zəhmət çəkməmiş, hər hansı bir ödəniş etməmişlər. Digər tərəfən, cavabdehlər mübahisəli tikilinin sahibinə - yəni, ona münasibətdə tanımadığlı şəxslər olmaqla ailə üzvü və ya qohumluq dərəcəsi olan şəxslər kateqoriyasına daxil deyillər Kənar bir şəxs olan Rasim Hacıyev adlı şəxslə aralarında olan hansısa pul mübahisəsinin həlli üsulu kimi onun evinin zəbt edilməsi, 3-cü şəxsin ona olan borcuna görə onun evinə daxil olunması, həmin borca qarşılıq evin nəzərdə tutulması kimi əqdləşmənin heç bir əsası və əhəmiyyəti yoxdur, bu hüquqdan sui-istifadədən və özbaşınalıqdan başqa bir şey deyildir. Məlumata görə qonşuluqda yaşayan Rasim Hacıyev adlı şəxs Müzəffərə olan borcunu ödəyə bilmədiyinə görə gəlib Müzəffərin evinin qapısını açmasına, kilidini qırmasına zəmin və şərait yaratmışdır. Halbuki, mübahisəli evin Rasim Hacıyevə də heç bir aidiyyəti yoxdur. Bu anadək məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli tikili ilə bağlı münasibətlər 2023-2024-cü illərdə yaranmışdır. Tikili ona təhvil verilsə də, cavabdehlər onunla birgə yaşamamış, birgə təsərrüfat aparmamış, yaxın ailə üzvü kateqoriyasına da daxil deyillər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli tikili özbaşına tikili statusunda olmaqla üzərində hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır. Ona görə də hesab edir ki, özbaşına tikililərə münasibətdə çıxarılma, təhvil verilmə, boşaldılma və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırki mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MM-nin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına görə “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü mədəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 190-cı maddəsinə görə daşınar əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə çevirmişsə, bu Məcəllənin 135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur. İşin mübahisəsiz halıdır ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla onun əmlak hüquqlarının bir hissəsinə çevrilmişdir. Yaranmış məhkəmə təcrübəsi və mülki hüquqi nəzəriyyə bundan ibarətdir ki, şəxsin ev üzərində mülkiyyət haqları yaranmasa da, sübut oldunduğu təqdirdə onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə köçmək istədiyim yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar olmadığından onların törətdiyi məhrumetmə (evdə yaşamağıma mane olma) qanunsuzdur. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X32 qarşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş Krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı.
18. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 üçüncü şəxsin iddiasına etiraz edərək etirazı onunla əsaslandırmışdır ki, verilmiş tələbin heç bir əsası olmadığı üçün ərizə təmin edilməməlidir. Belə ki, X9 qeyd etdiyi tikiliyə hüquqlarını tanıdacaq heç bir rəsmi sənədi yoxdur. O bu sahə üzərində subyektiv hüquqlara malik deyildir. Ərizəçi ərizədə sadəcə İddiaçı 40000 manat pul verdiyini və ondan evi təhvil aldığını qeyd etmişdir. Lakin bu qeyd edilənlər yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması üçün yetərli əsaslar deyildir. Onun bu hüququnu təsdiq edəcək heç bir sübutu, sənədi yoxdur. Ödənişin olunması əmlak üzərində hüquqların tanınmasına səbəb olmur. Bu isə son nəticədə X9 bu işə dair subyektiv hüququnun olmadığı göstərir. Qanunverciliyə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Lakin X1 tikiliyə dair hüquqları rəsmi qaydada qeydiyyata alınmamışdır. Bu isə onun mülkiyyət hüququnun olmasını istisna edir. Belə olan halda bu mülki iş üzrə X9 hüquqlarının yaranmaması səbəbi ilə hüquqlarının pozulmadığı aydın şəkildə görünür. Bu səbəbdən qeyd edilənlərin və qanunvericiliyin məntiqi ardıcıllığı kimi X16 mübahisələndirdiyi iş üzrə haqlı deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar qismində daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilənin olması qeyd edilmişdir. X16 ərizədə evi almaq üçün İddiaçı 40000 manat ödəniş ödədiyini qeyd etmiş olsa da, İddiaçı ilə daşınmaz əmlakla bağlı dövlət notariat kontorunda rəsmiləşdirilməsi zəruri olan alqı-satqı müqaviləsi bağlamamışdır. İddiaçı nə torpaq sahəsinə, nə də yaşayış evinə heç bir rəsmi hüquqtanıdıcı aiddiyyəti olmamışdır.
19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3825/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) İddiaçı iddia tələbinin rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu, rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 46 №-li Sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsində İddiaçı tərəfindən inşa edilmiş, 21477966M368419 seriya nömrəli elektrik enerji sayğacı, 10593997 nömrəli qaz sayğacı ilə təmin edilmiş, bir mərtəbəli, tikinti sahəsi 81 kv metr, tikinti yerinin koordinatı X 40°28'12.86"C, Y 49°54'49.94"B tikilidən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və sonuncuların azyaşlı övladları - xx.xx.2023-cü il təvəllüdlü X14 çıxarılmaları, tikilinin boşaldılması, X9 həmin tikiliyə köçürülməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 159, 164.1, 164.2, 165.1-ci maddələrinə, «İnsan Hüquqlarının və X15 haqqında» Avropa Konvensiyasının 1 №-li Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X12 aid hissəsində təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Lakin X1 tikiliyə dair hüquqları rəsmi qaydada qeydiyyata alınmamışdır. Bu isə onun əşya hüquqlarının olmasını istisna edir. Belə olan halda bu mülki iş üzrə X9 hüquqlarının yaranmaması səbəbi ilə hüquqlarının pozulmadığı aydın şəkildə görünür. Bu səbəbdən qeyd edilənlərin və qanunvericiliyin məntiqi ardıcıllığı kimi X16 mübahisələndirdiyi iş üzrə haqlı deyildir. O bu sahə üzərində subyektiv hüquqlara malik olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar qismində daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilənin olması qeyd edilmişdir. X16 ərizədə evi almaq üçün İddiaçı 40.000 manat ödəniş ödədiyini qeyd etmiş olsa da, İddiaçı ilə daşınmaz əmlakla bağlı dövlət notariat kontorunda rəsmiləşdirilməsi zəruri olan alqı-satqı müqaviləsi bağlamamışdır. İddiaçı nə torpaq sahəsinə, nə də yaşayış evinə heç bir rəsmi hüquqtanıdıcı aiddiyyəti olmamışdır. Yekun olaraq, heç bir hüquq tanıdıcı rəsmi bir sənəd olmadan daşınmaz əmlak üzərində subyektiv hüququn yaranmasından söhbət gedə bilməz. Bunun əsasında mövcud olmayan hüquqlarla kənar şəxslərə tələb qoyula bilməz. Əks halda qanunvericilik şərtləri ilə uzlaşmaz və ziddiyyət kəsb edər. İkinci olaraq, X16 məhkəmə gedişində faktiki sahibliyinin yaranması üçün özünün vergi ödəyicisi kimi qeydiyyata düşməyini təmin etməyə çalışmışdır. Bu yolla o mübahisəli ev üzərində sonradan saxta sübutlar formalaşdıraraq sahiblik hüququnu yaratmaq istəmişdir. Lakin bildirilməlidir ki, sözügedən evdə öncədən cavabdehlər yaşamış məhz onlar qeyd edilən mənzilin mülkiyyətçisi olmuşlar. xx.xx.2024-cü il tarixə aid olan sayğac nömrəsi 21477966M368419 olan Cavabdeh1 adından Azərişığa ödənilən kommunal ödənişdən də aydın olur ki, cavabdehlər xeyli əvvəldən qeyd edilən yaşayış yerində yaşamışlar. Belə bir halda X9 mübahisə edilən yaşayış yerində cavabdehlərin yaşadığı halda yaşaması şübhəsiz ki, qeyri-mümkündür. X9 hüquqi sahibliyi olmamaqla yanaşı, faktiki sahibliyi də qəti şəkildə yarana bilməzdi. Üçüncü olaraq, məhkəmə qətnaməsində qeyd edir ki, mübahisəli mənzilə baxış keçirib. Halbuki cavabdehlərin evinə məhkəmə tərəfindən baxış keçirilməyib və ya belə bir baxış keçirilsə də cavabdehlərə bu barədə hər hansı bir məlumat verilməyib. Eyni zamanda məhkəmə mübahisəli evə baxış keçirirdisə, nəyə görə evin içərisinə girib orada yaşayan şəxslərin dairəsini dəqiqləşdirməyib, faktiki olaraq evin kimin sahibliyində olduğunu müəyyən etməyib. Mübahisəli ərazi 14 oktyabr 2019-cu il tarixində X30 ilə Cavabdeh1 arasında Dövlət Notariat Kontorunda bağlanılmış və Dövlət Notariusu tərəfindən təsdiqlənmiş ilkin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Bağlanılmış ilkin alqı-satqı müqaviləsi ilə satıcı X30 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini cavabdehə satmış, alıcı Cavabdeh1 isə həmin torpaq sahəsinin əvəzi olaraq satıcıya 15000 manat ödəmişdir. Lakin məhkəmə tərəfindən konstitusiya ilə nəzərdə tutulmuş maddi hüquq normalarının tələbi gözlənilməyərək pozulur. Məhkəmə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını təmin edərkən iddia olunan evdə quraşdırılan sayğacın X12 aid olması fikri ilə sahiblik hüququnun yarandığını faktiki olaraq sübut etməyə çalışaraq qətnaməni əsaslandırmışdır. Halbuki müstəqil tələb irəli sürən 3-cü şəxsin cavabdehlərə aid olan evə və evin yerləşdiyi torpaq sahəsinə hər hansı bir aidiyyəti olmamışdır. Ərizə mətnində qeyd edildiyi kimi məhkəmə sübutlara birtərəfli qiymət verərək obyektiv reallıqdan uzaq qənaətə gəlmişdir. Belə ki, məhkəmə torpaq sahəsi üzərində hüquqlarının təsdiqlənməsi və mübahisəli tikilinin Cavabdeh1 və Cavabdeh2 məxsusluğunu təsdiq edəcək sübutların qiymətləndirilməsini aparmamış, qətnamədə sübutlardan istifadə edilməməsini ətraflı şəkildə əsaslandırmamışdır. Yekun məhkəmə aktından bəlli olur ki, məhkəmə mübahisələndirilən tikintinin inşasında, təmirində, torpaq sahəsinin alınmasında cavabdehlərin təqdim etdiyi sübutlara diqqət verməmiş və araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X16 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
27. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Balaxanı Bələdiyyəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə kollegiyasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iştirak edən Sabunçu Rayon İcra Hakimiyyətinin Sabunçu rayon Balaxanı Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. «İnsan Hüquqlarının və X15 haqqında» Avropa Konvensiyasının 1 No-li Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
30. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
31. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 159 sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
35. Maddə 164.1 sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
36. Maddı 164.2 sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
37. Maddə 165.1 sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
38. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
39. Maddə 180.2 özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
47. Hazırki halda, cavabdehlər apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini və X9 iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır. Başqa sözlə hazırki halda, qətnamə İddiaçı iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3825/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.
49. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
50. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
51. Birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini təmin edərkən qeyd etmişdir ki, Cavabdeh1 İddiaçı ilə hər hansı hüquq münasibətlərində olmasından asılı olmayaraq Cavabdeh1 İddiaçı məxsus olmayan evə yiyələnməyə haqqı yoxdur. Belə ki, artıq iş materialları ilə İddiaçı tərəfindən həmin evin X2 və hazırda evin sahibinin X16 olduğu müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni yoxlanılan hissədə qanuni və əsaslı hesab etmir.
53. Belə ki, birinci instansiya məhkəməsi İddiaçı mübhisəli evə dair iddianı qaldırmağa subyektiv hüququnun olmadığı qənaətinə gəlmiş olsa da, ondan üçüncü şəxs X12 ötürülən hüququ tanımaqla sonuncunun sahiblik hüququ mövcud olmasını qeyd etməklə ziddiyyətli nəticəyə gəlmişdir.
54. Məhkəmə nəzərə almamışdır ki, İddiaçı nə torpaq sahəsinə, nə də yaşayış evinə mövcud olmayan hüququnun digər şəxsə ötürülməsi qanunvericilyin şərtləri baxımından mümükün hesab edilə bilməz.
55. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, daha sonra xx.xx.2024-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. xx.xx.2024-cü il tarixdə X30 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir.
56. Həmin cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, İddiaçı aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X30 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında X12 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində yerləşən birmərtəbəli həyət evini satacaqlarını vəd verib, etibarından suiistifadə etməklə, aldadaraq həmin qəsəbədə yerləşən alqı-satqı ofisini işlədən X24 vasitəsilə Nüşabə Məmmədova ilə danışıb razılaşdıqdan sonra xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Balaxanı Bələdiyyəsinin qarşısında sonuncudan 40.000 (qırx min) manat pulu alıb ələ keçirərək, sonradan verdikləri vədə əməl etməyib zərərçəkmiş şəxs X12 xeyli miqdar təşkil edən 40.000 (qırx min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişlər.
57. Həmçinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 X8 qəsəbəsi, O.Yurdu küçəsi ünvanı üzrə 700 kv metr torpaq sahəsinə görə vergi ödəyicisi kimi uçota alınmışdır, tikilinin koordinatı x-407925.00, y-4480517 (18106C5U5FA No-li şəhadətnamə). Həmin torpaq sahəsinin xx.xx.2004-cü il tarixli 178 No-li sərəncam əsasında ayrıldığı barədə Balaxanı Bələdiyyəsi xx.xx.2024-cü il tarixli 04 No-li arayış vermişdir. Torpaq sahəsinə dair Cavabdeh1 ilə X30 arasında xx.xx.2019-cu il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhəri 43 saylı notariat ofisində reyestrdə 3M- 2507 No ilə qeyd edilib informasiya sisteminə əlavə edilmişdir). Cavabdeh1 həmin torpaq sahəsində inşa ediləcək və ya edilmiş 56,4 kv metrdən ibarət evin layihəsini təqdim etmişdir.
58. Göründüyü kimi, hazırkı iddia üzrə İddiaçı və mübahisə predieti barəsində müstəqil tələb irəli sürməyən üçünc şəxs X30 qabaqcadan əlbir olub bir qrup şəxs halında X12 maddi ziyan vurmuş və sonuncu həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Həmçinin mübahisəli tikiliyə ilk əvvəl cavabdehlərin hüququ yaranmışdır. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını birbaşa qadağan edən göstəriş yoxdur.
59. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən (torpaq sahəsinin ölçüsü, yerləşmə koordinatları, tkilinin sahəsi) həmin evlərin fərqli evlər olduğu müəyyən edilir.
60. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyini də əsassız hesab edir. Belə ki, məhkəmə nəzərə almamışdır ki, cavabdehlərə qarşı yönəlmiş hər iki iddia tələbi də məhz hazırda onların sahibliyində olan mübahisə evdən çıxarılması ilə bağlıdır. İşin mübahisəsiz hallarından görünür ki, mübahisəli ev özbaşına tikilidir və 2019cu ildən həmin evdə cavabdehlər yaşayır.
61. Göründüyü kimi, işin halları və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçıların tələb etdiyi evlə cavabdehlərin yaşadığı və özlərini məxsus hesab etdiyi evlər eyni evdir.
62. Kollegiya xususi olaraq qeyd edir edir ki, daşınmaz əmlak üzərində subyektiv hüquq mövcud olmayan İddiaçı tərəfindən Nüşabə Məmmədovaya ötürülməsi mümkün hesab edilə bilməz. Nəticə etibarı ilə mövcud olmayan hüququn başqasına verilməsi qanunvericiliyin tələbi baxımından yolverilən hesab edilmədiiyindən hazırkı halda Nüşabə Məmmədovanın cavabdehlərə qarşı iddia tələbi də təmin edilə bilməz.
63. Həmçinin yuxarıda qeyd edildiyi kimi, İddiaçı və X30 qabaqcadan əlbir olub bir qrup şəxs halında X12 maddi ziyan vurduğundan və sonuncu həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanındığından həmin cinayət işində mülki iddiaçı kimi tanınması və ya dəymiş ziyanla bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ mövcuddur.
64. Kollegiya onu da qeyd edir ki, hazırkı işin halları ilə mübahisəli tikiliyə X9 hər hansı hüququ mövcud olmadığı müəyyən edildiyindən, sonuncunun Balaxan Bələdiyyəsində vergi ödəyicisi kimi, “Azərişıq» ASC və «Azəriqaz» İB-də abonent kimi qeydiyyata alınması onun mübahisəli tikiliyə hər hansı hüququn yaranması kimi qiymətləndirilə bilməz.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
66. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
67. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin iddia tələbi əsassızdır və təmin edilmə bilməz.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi üçüncü şəxsin iddiasını təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddia tələbi təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3825/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13 iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.