Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1025/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Sufiyan qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh 6500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi almaq üçün Pirşağı qəsəbəsinə getmiş, müxtəlif insanlara müraciət etmiş, onlar da torpaq satan şəxsin öz mobil telefon nömrəsini Əmir Xəlilov küçəsində yerləşən ərzaq mağazasında qoyduğunu bildirmişlər, həmin ərzaq mağazasına yaxınlaşaraq orada torpaq sahəsi satan tanımadığı şəxsin nömrəsinə zəng etmiş, onunla telefon vasitəsilə danışandan sonra tanıdığı Cavabdeh olmuşdur. Həmin şəxs torpaq sahəsinin 1000 kv.metr olmaqla anasına məxsus olduğunu, hazırda torpağın sənədinin olmadığı, lakin, 1-2 aya həmin sənədi əldə edəcəyini bildirmişdir. Qiymətini ümumilikdə 13.500 manata razılaşmışlar. O, xx.xx.2014-cü il tarixdə öz oğlunun iştirakı ilə 6500 manat pulu cavabdehə vermiş, qalan 7000 manatı isə borclu qalmışdır. Qalan borcu isə torpağın sənədi təqdim olunandan sonra ona ödəyəcəyini üzərinə götürmüşdür. Razılaşmadan sonra cavabdeh öz xətti ilə qəbzi yazmış və pulu sonuncunun anasının iştirakı ilə ona vermişdir. Bir neçə gün sonra o, həmin əraziyə getmiş, göstərilən sahəni traktor vasitəsilə təmizləmiş, bundan sonra 150 metr məsafədən həmin sahəyə su xətti çəkmiş, həmin sahəyə giriş qapısı qoymuşdur. Təqribən 1 ay keçdikdən sonra ona tanımadığı şəxsdən telefon vasitəsilə zəng olmuş, sonuncu həmin torpaq sahəsinin özünə məxsus olduğunu, cavabdehin onu aldatdığını bildirmişdir. O, cavabdeh tərəfindən aldadıldığını başa düşmüş, dəfələrlə pulun qaytarılmasını tələb etdə də, bu günə kimi torpaq sahəsi üçün ödədiyi pul qaytarılmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddia ərizəsinin əsaslandırması ilə eyni məzmundadır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə ilə Cavabdeh 6000 manat alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçı və vəkilini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə, xx.xx.2016-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, təhqiqat araşdırması zamanı izahatı alınmış Aysel Qarayevə qeyd etmişdir ki, “Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında Əliyev Cabir Dövlətxan oğlundan 12 sot torpaq sahəsini bələdiyyə sənədi və etibarnamə ilə almışdır. 2016-cı ildə Əliyev Cabir Dövlətxan oğlundan aldığı 12 sot torpaq sahəsindən 4 sotunu Əmanətə pul borcu olduğu üçün etibarnamə ilə vermiş, eyni zamanda həmin torpaq sahəsinə bu günə kimi vergi ödəyir və həmin torpaq sahəsini Qismət yalandan mənimsəmişdir”. Əliyev Cabir Dövlətəli oğlu Bakı şəhəri, Kürdəxanı Bələdiyyəsi ərazisində yerləşən 1200 kv.m sahəni özəlləşdirməyi, 400 kv.metrinə sərəncam verməyi, RİH-də, Bələdiyyədə, DTXK-də, vergi orqanlarında, Arxivdə təmsil etməyi, müqaviləni dəyişməyi, müddəti uzatmağı, tikməyi, sənədləri DƏDRXİ-yə təhvil verib çıxarış almağı, kommunal xətlərin çəkilməsi, ödənilməsi daxil olmaqla evi və torpağı satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, bank əməliyyatları aparmağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün hərəkətləri yerinə yetirməyi İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2016-cı il tarixdə 4 il 11 ay 17 gün müddətinə verilmişdir. X4 Dövlətəli oğlunun adından onun verdiyi etibarnamə əsasında hərəkət edən nümayəndəsi X2 imzalamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, 2017-ci il tarixdə hazırkı iş üzrə İddiaçı Cavabdeh Sufiyan qızı və Qarayeva Leyla Bəxtiyar qızına qarşı 6500 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət etmiş və onun tələbi qismən təmin olunmaqla X5 Nəcəfovun xeyrinə 6000 manat tutulmuş, Cavabdeh münasibətdə iddia tələbi rədd edilmişdir. Ali Məhkəmə, əvvəlki apelyasiya icraatında iddianın qismən təmin olunması barədə qəbul edilmiş məhkəmə qətnaməsini ləğv edərkən qərarında qeyd etmişdir ki, təqdim olunmuş məhkəmə sənədləri belə bir nəticəyə gəlməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iki dəfə işə baxılmışdır. Həmin fakt iddiaçı tərəfindən təsdiq olunsa və işə 2017-ci ildə baxılsa da, həmin qətnamənin qanuni qüvvəyə minməsi barədə işdə heç bir sübut yoxdur. Bununla əlaqədar kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı və mübahisə yaradan işin həmin halı yoxlanılmalı və nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kasassasiya instansiya məhkəməsinin hazırkı iş üzrə göstərişlərinə uyğun olaraq, məhkəmə kollegiyası tərəfindən iş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi barədə məlumat verilməsi üçün həmin məhkəməyə sorğu ilə müraciət edilmiş və cavab olaraq bildirilmişdir ki, sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, hazırkı iş üzrə İddiaçı Cavabdeh Sufiyan qızına qarşı “pul” tələbinə artıq baxılaraq qətnamə çıxarılmışdır. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə olan halda, həmin tələbə yenidən baxılması mümkün deyil və iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Çünki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Mülki Prosessual Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-in 261, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6007/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1025/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1025/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver