Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1025/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İmamverdi oğluna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: “yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneənin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə” hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İmamaverdi oğlu və Cavabdeh2 İmamverdi oğluna qarşı “cavabdehlər tərəfindən yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneənin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3030/2023 saylı işi üzrə xx.xx.2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı ünvan 1 ünvanına daxil olmaq üçün maneəalərin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3030/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71, 125; Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 80, 106.1, 217.3 və 217.4 , 218.1; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin "Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə, «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı cavabdehlər tərəfindən yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneənin yaradılmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə aralarında baş vermiş çoxsaylı məhkəmə çəkişmələrinin nəticəsində münasibətlərinin münaqişəli və qərəzli olması baxımından hazırda qaldırılmış iddianın da suni surətdə, digər məqsədlərinə çatmaq üçün qaldırılmasına dair cavabdeh tərəfin izahatının dəlillərini daha inandırıcı sayır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri sayır ki, qanuni qüvvəsin almış və icrası həyata keçirilmiş məhkəmə aktları iddiaçının iddia etdiyi yaşayış sahəsinə təkrar köçürülməsinə dair iddiasının təmin edilməsini mümkünsüz edir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/İ0 saylı qətnaməsi ilə iddiaçının mərhum həyat yoldaşı X16 və mərhum qayınatası X14 qarşı iddiası təmin edilərək onun ünvan 2 ünvana köçürülməyi qət edilmişdir;- Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/10 saylı qətnaməsi icra edilmiş, sonradan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Ağabala qızına qarşı 2022-ci ildə "qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdeh tərəfindən ümumi istifadədə olan yerdə qanunsuz qapı qoyulduğunu, həmin qapının onun evindən istifadə etməsinə maneə törətdiyini iddia etmiş və qapının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir;- Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3059/22 saylı qətnaməsi ilə Bakı şəhəri, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən hissəsinə daxil olmağa cavabdeh X35 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və İddiaçı həmin hissəyə köçürülməsi qət edilmişdir;- iddiaçı tələbində hazırda M.Əlizadə küç. ev 46/48 ünvanında yaşamasını göstərməklə M.Əlizadə küç. ev 48 ünvanda qeydiyyatda olan X21 iddiaçının yaşadığı ünvana aid olan özbaşına tikilinin alt qatında yerləşən mərhum İmamverdi Yusifovun oturduğu otağın qapısını bağlayaraq həmin hissənin vəsiyyət üzrə ona məxsus olduğunu bildirməsini göstərərək özünün Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və onun Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməli olmasını iddia etmiş, cavabdeh isə iddianı qəbul etmişdir;- İddiaçının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı ərizəsindən görünür ki, qətnamə icra edilmiş və o, ünvan 12 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinə (alt qatına) köçürülmüş, X35 tərəfindən yaradılmış maneələr aradan qaldırılmışdır;- Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli digər qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı Ağabala qızına qarşı "qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı X17 ünvan 6, cavabdeh İddiaçı Ağabala qızı isə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehin qeydiyyatda olmaqla yaşadığı ünvanda yerləşən 46/48 nömrəli ev özbaşına tikilidir. Belə ki, həmin ev barəsində daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat məlumatları aşkar edilməmişdir;- qeyd edilən iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı və ekspert tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qeydiyyatda olmaqla yaşadıqları evlər arasında 52 metr məsafə vardır və hazırki mübahisənin predmetini təşkil edən qapı iddiaçının yaşadığı evə giriş-çıxışa maneə törətmir. Deməli, həmin qapının mövcudluğu iddiaçının hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur. Həmin işdə olan ekspert rəyindən görünür ki, ünvan 5 ünvanına aid eyvana giriş üçün quraşdırılmış qapının iddiaçı Cavabdeh1 İmamverdı oğlunun yaşadığı ünvan 6 ünvanına keçidin qarşısını almadığı müəyyən edilmişdir;- iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətinə əsasən ümumi sahəsi 60,90 kv.m olan, ünvan 7 ünvanının 6/8 hissəsinin mülkiyyətçisi X28, 1/8 hissəsinin mülkiyyətçisi X32 və 1/8 hissəsinin mülkiyyətçisi isə X18r; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X32 və X22 birgə mülkiyyətdəki payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir.
3.Birinci instansiya məhkəməsində icraat zamanı aşağdakılar sübut qismində tədqiq (müəyyən) edilmişdir ki: -"Elektron notariat” X1 xx.xx.2021-ci il tarixli çıxarışına əsasən, ünvan 10-də İddiaçı, X23 və X24 qeydiyyata alınmışdır; - xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 1608259İ nömrəli şəxsiyyət vəsiqəsi , AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışlarına əsasən, Cavabdeh1 ünvan 6, Cavabdeh2 oğu Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 ünvanında qeydiyyatdadırlar; - X5, X9 və X19 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********274 nömrəli ərizədə qeyd olunmuşdur ki, Y.Rəhman İmanverdi oğlu Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ünvanında yerləşən 46 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan f/y evinin kommunal xərcləri öz adınadır və özü ödəyir, evin giriş-çıxış qapısı ayrıdır. Cavabdeh1 İmanverdi oğlu Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ünvanında 46 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən 48 nömrəli fərdi yaşayış evində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan f/y evinin kommunal xərcləri öz adınadır və özü ödəyir, evin giriş-çıxış qapısı ayrıdır. İddiaçı yuxarıda qeyd olunan ünvandan 500 metr məsafədə M.Əlizadə küçəsi ünvanında, ümumi sanitar qovşağı üzərində inşa olunmuş 46/48 nömrəli fərdi yaşayış evində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan f/y evinin kommunal xərcləri öz adınadır və özü ödəyir, evin giriş-çıxış qapısı ayrıdır; - X20, X19 və X33 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********761 nömrəli ərizədə qeyd olunmuşdur ki, X23 1953-cü ildən xx.xx.2020-ci ilədək M.Əlizadə küçəsi, ev 46/48 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşamış və həmin ünvanda qeydiyyatda olmuşdur. Qeyd olunan fərdi yaşayış evinin kommunal xərcləri öz adına olmuş, özü ödəmişdir və fərdi yaşayış evinin giriş-çıxış qapısı da ayrıdır. Həmçinin, İddiaçı Ağabala qızı 1987-ci ildən hal- hazıradək M.Əlizadə küçəsi, ev 46/48 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan fərdi yaşayış evinin kommunal xərcləri öz adınadır, özü ödəyir və fərdi yaşayış evinin giriş-çıxış qapısı da ayrıdır; - xx.xx.2011 -ci il tarixli akta əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010- cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46 saylı evin, 48 saylı mənzilinə gəldikdə müəyyən olunmuşdur ki, İddiaçı göstərilən ünvanda yaşayır. X2 bildirmişdir ki, tələbkar İddiaçı göstərilən ünvanda yaşamasına heç bir maneçilik və etirazı yoxdur. Aktın doğruluğunu icra məmuru, tələbkar, borclu və 2 nəfər hal şahidi öz imzaları ilə təsdiq etmişlər; - 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən, 1932-ci il təvəllüdlü X10 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; - xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 04002338N°-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 1932-ci il tarixdə Abşeron rayonunda doğulmuş, yaşayış yeri ünvan 1-dir; - xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X23 xx.xx.2020-ci il tarixdə ölmüşdür; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)- 3683/2010 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər X23 və X11 münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46 saylı evin 48 saylı mənzilinə köçürülmüşdür; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2011 -ci il tarixli, 2(103)-364/10 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;- Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2011 -ci il tarixli, 2(102)- 1902/11 saylı Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2011 -ci il tarixli, 2(103)-364/10 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər İddiaçı Ağabala qızı və X6) qarşı "qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmamışdır; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2219/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(006)- 3058/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh X35 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçı X13 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməsi qət edilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(006)- 3058/2022 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsi ərizəçi Cavabdeh1 maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli, 2(006)- 3036/2009 saylı qətnaməsinə əsasən İddiaçı Ağabala qızının Bakı şəhəri, M.Əlizadə küçəsi, 48 saylı evə hüququnun tanınması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2010-cu il tarixli, 2(103)-694/2010 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 yanvar 2009-cu il tarixli, 2(006)-3036/2009 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Ağabala qızının Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə hüququnun tanınması hissəsində iddia tələbi təmin olunmamış, İddiaçı Ağabala qızının Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə qeydiyyata alınmasına dair hissəsinə isə məhkəmədə baxılmalı olmadığına görə qərardad çıxarılmaqla xitam verilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2010-cu il tarixli, 2(102)-2390/10 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2010-cu il tarixli, 2(103)-694/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;- Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)- 9989/2021 saylı qərarına əsasən iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı "iddiaçının yaşayış yerinin şəxsiyyət vəsiqəsində dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)-2544/2022 saylı qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1 (112)-9989/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X36 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanuni hesab edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır; - 18 fevral 2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən, Cavabdeh1 qardaşının keçmiş həyat yoldaşı İddiaçı Ağabala qızının qeydiyyatda olduğu ünvan ünvan 9əminin arxasına "/48” əlavə edərək oğlu X29 ilə onların yaşadıqlarına ünvan 1 ünvanına qeydiyyata düşməsi ilə bağlı ərizəsi üzrə toplanmış 399-c-22 saylı material üzrə törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir; - 59 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilən 03 iyul 2023-cü il tarixli, 64N°-li Arayışdan görünür ki, İddiaçı Ağabala qızı M.Əlizadə küçəsi, ev 46/48 ünvanında qeydiyyatda olmaqla yaşayır, həmin mənzil özbaşına tikilidir; - X20, X19 və X3 tərəfindən səlahiyyətli orqanlara ünvanlanan xx.xx.2023-cü il tarixli, **********653 nömrəli ərizədən görünür ki, X23 vəfat etdiyi gündən hal-hazırki günədək onun yaşadığı ünvan 10 ünvanında yerləşən evin birinci mərtəbəsində heç kim yaşamır; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(006)- 2786/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı "vərəsəlik hüququ üzrə ötürülmüş müddətin bərpası” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(006)- 88/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Ağabala qızına qarşı "qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmiş, qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı X17 ünvan 6, cavabdeh İddiaçı Ağabala qızı isə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehin qeydiyyatda olmaqla yaşadığı ünvanda yerləşən 46/48 nömrəli ev özbaşına tikilidir ,həmin ev barəsində daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat məlumatları aşkar edilməmiş- iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı və ekspert tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qeydiyyatda olmaqla yaşadıqları evlər arasında 52 metr məsafə vardır və hazırki mübahisənin predmetini təşkil edən qapı iddiaçının yaşadığı evə giriş-çıxışa maneə törətmir. Deməli, həmin qapının mövcudluğu iddiaçının hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur. Həmin işdə olan ekspert rəyindən görünür ki, ünvan 5 ünvanına aid eyvana giriş üçün quraşdırılmış qapının iddiaçı Cavabdeh1 İmamverdı oğlunun yaşadığı ünvan 6 ünvanına keçidin qarşısını almadığı müəyyən edilmişdir; - iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışının surətinə əsasən ümumi sahəsi 60,90 kv.m olan, ünvan 7 ünvanının 6/8 hissəsinin mülkiyyətçisi X28, 1/8 hissəsinin mülkiyyətçisi X32 və 1/8 hissəsinin mülkiyyətçisi isə X18r; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-287/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X32 və X22 birgə mülkiyyətdəki payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-3030/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməsini, birinci instansiya məhkəməsinin müəyyən edilmiş hallar əsasında yeni qətnamə çıxarılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və 71-ci maddəsinin İ, Vİ, Vİİ bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 82.3, 88; Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPMnin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarına istinadən qeyd etmişdir ki, məhkəmə qətnaməsində iddiaçının mübahisəli ünvana köçürülməsinə dair iki qanuni qüvvəsini almış (M.Əlizadə küçəsi ev 46/48 ünvanın həm alt qatı, həm də üst qatı) və icra edilmiş məhkəmə qətnaməsi olduğunu bildirmişdir. O, yalnız iki iddia qaldıraraq qeyd olunan mənzillərə köçürülmüşdür, cavabdeh isə ona qarşı onlarla iddialar, apellyasiya və kassasiya şikayətləri vermişdir. Belə olduğu halda həmin mənzillə əlaqədar daha hansı məqsədi ola bilərdi? Əgər belə məqsəd olmuş olsa da, bu məqsəd qanuni qüvvəsini almış həmin o iki qətnaməyə istinadən olur. Belə isə nədən cavabdehin dəlilərini məhkəmə daha inandırıcı sayır ?! O halda ki, cavabdehin onlarla iddialarının heç biri təmin edilməmişdir. Məhkəmə cavabdehin çoxsaylı iddialarında öz təsdiqini tapmayan və bu səbəbdən qəbul edilməyən dəlillərini inandırıcı saymaqla faktiki preyudisial sübutlara fərqli-bu səfər cavabdehin xeyrinə qiymətləndirmişdir. Başqa cür desək məhkəmə cavabdehin artıq hüquqi qiymət verilmiş və rədd olunan dəlillərini yenidən sübut kimi qəbul etmişdir. Göründüyü kimi barəsində şikayət etdiyi məhkəmə qətnaməsində (2(006)-3030/23, xx.xx.2023) hakim, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktlarında hüquqi qiymət verilmiş və rədd edilmiş eyni halları (dəlilləri) inandırıcı saymaqla həmin halların preyudisiallığına xələl gətirmiş və doğru olmayan qərar çıxarmışdır. Belə ki, qanuni qüvvəsini almış həmin qərarlarda Cavabdeh1 M.Əlizadə küçəsi 46/48 ünvanına nə özünün, nədə qardaş bacılarının heç bir aidiyyatı olmadığı, M.Əlizadə küçəsi 46/48 ünvanının ayrı bir ünvan olduğu həmin ünvanda onun qeydiyyatının əsaslı olması, onun həmin ünvana köçürülməsinin qanuni olması, Cavabdeh1 M.Əlizadə 46/48 ünvanı ələ keçirməkdə iddialı olması müəyyən edilmiş və hüquqi qiymətini almışdır. Əlizadə küçəsi 46/48 ünvana yeganə hüquq müəyyənedici sənəd (məhkəmə qətnamələri) ona məxsusdursa, belə olan halda həmin o ünvana olan münasibətdə o nəyi və kimdən ələ keçirmək arzusunda ola bilərdi? Belə mülahizə birmənalı şəkildə absurddur. Evə saxta sənədlərlə qeydiyyata düşməyinə münasibət bildirərək qeyd edir ki, Nəsimi RPİ-nin 20-ci PB- nin təhqiqatçısı polis baş leytenantı Orxan Qurbanovun icraatında olan təhqiqat materialları əsasında xx.xx.2012-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsinə əsasən ekspertizaya təqdim olunmuş eksperimental xətt nümunələri qismində təqdim olunmuş yazılarda qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilməməsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Sübhan Zeynalovun icraatında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviri hissəsinə əsasən onun 59 saylı MKİS-si tərəfindən verilən arayışı saxtalaşdırması öz faktını tapmamışdır. Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Rəşad İsmayılzadənin icraatında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın təsviri hissəsinə əsasən onun 59 saylı MKİS-si tərəfindən verilmiş arayışda saxtalaşdırma xüsusatı öz təsdiqini tapmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən Nəsimi rayon Məhkəməsinin, Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi X36 tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair xx.xx.2022- ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsin dair qərarının təsviri hissəsinə əsasən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Cavabdeh1 qardaşı və İddiaçı sabiq həyat yoldaşı olan X7 ölümündə İddiaçı təqsirli bilinməsində səbəb Cavabdeh1 X12 məxsus ünvan 12 ünvanda yerləşən əmlakın, həmçinin Pilot Layihə əsasında həmin əmlakın MMC-nin balansına keçirilməsi zamanı ödəniləcək kompensasiya məbləğini ələ keçirmək niyyəti olmuşdur. Bu yerdə hakim Natavan Tağıyevanın məhkəmə qərarlarının və istintaq orqanlarının qərarlarının həqiqi mahiyyətini qəsdən təhrif etmiş olması qənaətindədir. Məhkəmə qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən dəlillərə istinad etməklə onun irəli sürdüyü dəlilləri nəzərə almadan iddia tələbini təmin etməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmayaraq və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Məhkəmə işdə tərəflərin tələblərini müəyyən etməyən (aidiyyatı olmayan) faktla və hallarla əlaqəli olmayan sübutları qəbul edərək onlara yekun hüquqi qiymət vermişdir. Məhkəmə iddianın əsassız olmasını deyil, onun təmin olunmasını mümkünsüzlüyü qənaətinə gəlməklə faktiki olaraq onun Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarını məhdudlaşdırmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək cavabdehlərin mərhum qardaşlarının İddiaçı ərinin olduğunu, 1987ci ildə həmin ünvana gəlin köçdüyünü və həmin dövrdə evin qayınatasının adına olduğunu, oranın böyük bir həyət olduğunu və bir neçə xırda evlər olduğunu, məhz 46/48 ünvanında İddiaçı, qayınatasının və mərhum ərinin yaşadığını, cavabdehlərin həmin ünvana aidiyyatlarının olmadığını, Cavabdeh2 şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanında ev 46, Cavabdeh1 qeydiyyat ünvanında isə ev 48 qeyd olunduğunu bildirmiş, cavabdehlərin dəfələrlə iddiaçıya müxtəlif vasitələrlə maneələr yaratdığını, qapının kilidini dəyişdirdiklərini, onun əşyalarını çölə atdığını qeyd etmiş , iddiaçının həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığını, yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının həmin yaşayış sahəsinə köçürüldüyünü qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsinin dedikləri ilə razı olduğunu, cavabdehlərin dəfələrlə ayrı-ayrı iddialar qaldıraraq süründürməçilik yaratdığını, o həmin yaşayış sahəsinə gəlin köçürülən zaman ona digər şəxslərlə bərabər hüquqlarının olduğunu dediklərini , həmin yaşayış sahəsinə köçürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasına baxmayaraq cavabdehlərin ona dəfələrlə müxtəlif vasitələrlə maneələr yaratdığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etdiyini, iddiaçının mənzilə heç bir hüququnun olmadığını, atasının ev 46 ünvanında qeydiyyatda olduğunu, onlar doğulduqdan sonra onların şəxsiyyət vəsiqəsində ev 48 qeyd olunduğunu, lakin atalarında ev 46 qaldığını, 2000-ci ilin əvəllərində atasının şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu ünvan qrafasına ev 46/48 yazdırdığını, övladlarında isə ev 48 olaraq qaldığını vurğulamış, qarşı tərəfin 2009-cu ildə onlara qarşı mənzilə istifadə hüququnun tanınması ilə bağlı iddia qaldırdığını, lakin təmin edilmədiyini qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 8.Məlumatlandırılması üçün qanunla nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqısatqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir; 148.3. Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsini, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin təsdiqləndikdən dərhal sonra elektron formada daşınmaz əmlakın dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır; 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir; 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır; 264. Uzufruktun verilməsi üçün daşınar əşyalar və ya hüquqlar ilə bağlı halda onların uzufruktuara keçməsi, daşınmaz əşyalarla bağlı halda isə onların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Uzufrukt verilərkən mülkiyyət hüququ haqqında müddəalar qüvvədə olur. Uzufruktun verilməsi bunu nəzərdə tutur ki, onun tərkib hissələri müəyyənləşdirilə biləndir. 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
12.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Mənzil Məcəlləsinin 30; MM-in 6, 11.1; 135-158, 180, 181, 185, 226, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi hüquqlarından suiistifadəyə şərait yaradan hal kimi yolverilməzdir. İddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş, subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi, anoloji mülki münasibətlər baxımından belə iddianın təmin edilməsi üçün əsas olmamışdır. İddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq hər hansı daşınmaz əmlaka dair hüququların təsbit edilməsi üçün müvafiq icra hakimiyyətinə və ya bələdiyyəyə müraciət etməli, müəyyən edilmiş səlahiyyətə sahib müvafiq icra hakimiyyətində rəsmi qeydiyyatdan keçdikdən sonra mülkiyyət və ya istifadə hüquqlarının müdafiə edilməsi üçün mübahisə yaranarsa məhkəmyə müraciət etməkdə haqlıdıır. Hazırki mülki hüquq münasibətlərində iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, hər hansı şəxsin mənzilə (yaşayış sahəsinə) köçürülməsi üçün, ilk növbədə qeyd edilən mənzil (yaşayış sahəsi) və ora köçmək istəyən şəxsin hüquqları mövcud olmalı və ya bu hüquqların tanınması üçün müraciət olmalıdır. İş materiallarında görünür ki, iddiaçının istifadə hüquqlarının tanınması barədə iddiası təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12, 15 və 16-cı maddələrinə əsasən: Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. 13.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən: Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 14.İddiaçının istinad etdiyi (köçürülmə barədə) qətnamələrin mövcudluğu onun daşınmaz əmlak üzərində hər hansı hüquqlarını təsdiq etmir, iddiaçı özü də bu hüquqların mövcudluğunu sübuta yetirməmişdir. Bundan əlavə diqqətə çatdırılmalıdır ki, bir məhkəmə qətnaməsi ilə artıq qiymət verilmiş məsələyə yenidən qiymət verilməsi yolverilməzdir və qətnamənin icrası qaydasında həll edilən məsələdir.Qeyd edildiyi kimi, apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.
15.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3030/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.