Məhkəmə qərarları › İş №2(103)-1025/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1025/2025

15.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1025/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: mirasın qəbul edilməməsi, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)- 4504/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 228 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə vəfat etmiş X4 qalmış miras əmlaka (Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1827 saylı bağ sahəsinin torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində mirasqoyan X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, miras əmlak üzərində mirasqoyanın adına tərtib edilmiş forma 37 arayışın (çıxarışın) verilməsi xahiş olunmuşdur. Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 4/151 nömrəli xx.xx.1989-cu il tarixli qərarından görünür ki, BTK № 69-79 bağ-tikinti kooperativinin heyət tərkibinin təsdiq edilməsi və müəyyən olunmuş qaydada onlara bağ sahəsi ayrılması qərara alınmışdır. Ləhiş massivində 70 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında X5 adı vardır. Ləhiş bağlar sahəsindəki 70 nömrəli kooperativin 1 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 nömrəli qərarına əsasən X7 Ləhiş bağlar sahəsində 70 nömrəli BTK-nin nəzdində 0.12 hektar sahəsi olan 1827 nömrəli bağ ayrılmışdır. Sabunçu RPİ-in 15-ci PB-in xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Kürdəxanı Bələdiyyəsinin torpağın icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Kürdəxanı qəsəbəsi şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş Cavabdeh1 icarəsinə verilmişdir. Kürdəxanı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 1398a saylı xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 11 saylı protokol əsasında şimal-şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini Cavabdeh1 icarəsinə vermişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “torpaq sahələri üzərində fiziki şəxslərin hüquqlarına xitam verilməsi barədə” 94 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamının surətindən görünür ki, X9 yerli bələdiyyələrlə və yaxud aidiyyəti rayon icra hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri ilə birlikdə yerlərdə yoxlama reydləri təşkil etmələri, bir və daha çox il əvvəl bağ salmaq məqsədilə torpaq sahələri götürmüş, lakin indiyədək üzrlü səbəb olmadan istifadələrindəki sahələrdə heç bir əməli iş görməyən vətəndaşları müəyyənləşdirib akt tərtib etmələri və akt əsasında da həmin vətəndaşların istifadə hüquqlarına xitam verilməsi, istifadə hüquqlarına xitam verilməsi barədə sərəncamın bundan sonra torpaq sahələri ilə təmin ediləcək vətəndaşlara şamil edilməsi qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 941 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamının surətindən görünür ki, Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ-tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib edilməsi, akt əsasında da abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi qərara alınmışdır. Kürdəxanı bələdiyyəsinin 80 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kürdəxanı bələdiyyəsi tərəfindən Cavabdeh1 xx.xx.2007-ci il tarixdə 1398a saylı icarə müqaviləsi əsasında 1200 kv.m torpaq sahəsi icarəsinə verilmişdir. Hal-hazırda icarə müqaviləsi bələdiyyənin sənədlər arxivində mövcuddur. Ayrılmış torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin inzibati ərazisi daxilində olsa da, mülkiyyətində deyil. Cavabdeh1 1398a saylı icarə müqaviləsi əsasında ayrılmış torpaq sahəsi, icarə müqaviləsi bağlanmamışdan əvvəl hər hansı şəxsin istifadəsində, sahibliyində və yaxud icarəsində olub-olmamasına dair Kürdəxanı bələdiyyəsində rəsmi məlumat yoxdur. İcarə müqaviləsinin müddəti bitsə də, tərəflər arasında mübahisələndirilmədiyi üçün bələdiyyənin vergi və ödənişlər şöbəsinin məlumatına əsasən Cavabdeh1 2024-cü ilə qədər torpaq icarə haqları ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-32036/2025 saylı 23 iyul 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1827 saylı bağ sahəsinə dair arxiv qovluğunun təsdiq edilmiş surəti, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 941 saylı və xx.xx.2006-cı il tarixli 94 saylı sərəncamlarını rəhbər tutularaq tərtib edilmiş ləğv olunma aktının təsdiq edilmiş surətləri və sözügedən bağ sahəsinə dair başqa şəxslərin hüquqularını qeydə alınıb-alınmaması barədə məlumatı məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, istinad edilən mövcud məhdud bazaya əsasən 70 saylı BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1827 saylı bağ sahəsinə dair sənəd, vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan bağ sahəsinə dair digər fiziki şəxslərin qeydiyyatı barəsində məlumat İdarənin arxivində aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-38450/2025 saylı 25 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1186 ha təşkil edir. Bağ sahəsi qonşu bağ ilə bir hasar daxilindədir (ara sərhəd şərtidir). Mübahisəli torpaq sahəsinə iddiaçı və cavabdehin nümayəndəsi ilə texniki baxış keçirilmiş, iddiaçı və cavabdehin nümayəndəsi eyni sahəyə iddiaları olduğunu bildirmişlər. İddiaçı iddia etdiyi sahəyə 1827 saylı bağ sahəsi kimi, cavabdehin nümayəndəsi isə həmin eyni sahəyə 1398A saylı bağ sahəsi kimi iddiası olduğunu bildirmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1398A saylı bağ sahəsi kimi iddia olunan sahədən cənub-şərq istiqamətində təqribi 1900-2000 metr aralı məsafədə yerləşir. Mübahisəli torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Əlavə olaraq bildirilir ki, istinad edilən mövcud məhdud bazaya əsasən 70 saylı BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1827 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan bağ sahəsinə dair digər fiziki şəxslərin qeydiyyatı barəsində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1853 saylı 04 sentyabr 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, ekspert tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəslələri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisi Anar Bağırovun tərtib etdiyi mütəxəssis rəyi rəydə olduğu kimi təkrarlanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılması, həmin ərazinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası X11 Bakı şəhəri X10 İcraiyyə Komitəsinin 4/151 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 70 saylı X2 üzvü seçilmiş və bunun əsasında 0.12 ha torpaq sahəsi olan 1827 saylı bağın ona ayrılması barədə 1 saylı order verilmişdir. X11 xx.xx.2000-ci ildə vəfat etmişdir. Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu S.Məmmədovun 228 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə X5 miras əmlakı olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1827 saylı bağın üzərində miras qoyanın adına forma 37 arayışın (çıxarışın) ona verilməsi barədə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1827 saylı bağ Cavabdeh1 tərəfindən zəbt edilmişdir. O, torpaq sahəsindən istifadə edə bilmir. Buna səbəb Cavabdeh1 torpaq sahəsini zəbt edərək mülkiyyət hüquqlarını məhdudlaşdırmasıdır. O, dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh torpaq sahəsini ona geri qaytarmamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı R.Y.Mehdizadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh2 izahat verərək etiraf etmişdir ki, iddia predmeti olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsini o zəbt etmişdir, sonra isə digər Cavabdeh1 adına sənədləşdirmişdir. Hazırda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz hərəkətləri, torpaq sahəsindən qanunsuz sahiblik və istifadə etmələri iddiaçının miras əmlaka olan mülkiyyət hüquqlarının qeydiyyatı üçün maneə yaradır, torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının qarşısını alır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb İddiaçı təhvil verilməsi, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən İddiaçı istifadəsi və sahibliyinə, həmçinin torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına hər hansı maneə yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi xx.xx.2007-ci il tarixdən Cavabdeh1 ilə Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi arasında imzalanmış 1398A saylı torpaq icarəsi müqaviləsinə əsasən onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi icarəyə götürülən zaman hasarsız, baxımsızlıq nəticəsində zibil və məişət tullantılarının yığınağına çevrilmiş boş torpaq sahəsi olmuşdur, yəni həmin torpaq sahəsi bağ kimi heç kimin istifadəsində olmamış, sahəyə bağ-bostan kimi hər hansı qulluq edilməmişdir. Bundan başqa, iş materialında olan Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş cavab məktubunda da qeyd edilmişdir ki, digər Cavabdeh1 ilə Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi arasında imzalanmış 1398A saylı torpaq icarəsi müqaviləsindən əvvəl həmin torpaq sahəsi kiminsə istifadəsində, icarəsində və ya sahibliyində olması barədə Bələdiyyədə rəsmi məlumat yoxdur. Belə olduğu təqdirdə ortaya bir sual çıxır, əgər iddiaçının iddia etdiyi kimi həmin torpaq sahəsi onun mərhum atasına bağ sahəsi kimi istifadə edilməsi üçün verilmişdirsə, iddiaçının mərhum atası vəfat edən tarixədək (2000-ci il) 11 il ərzində (2000-1989=11) həmin torpaq sahəsini niyə istifadə etməmişdir? Bundan başqa, iddiaçının özü 35 il ərzində həmin torpaq sahəsində heç bir abadlıq və tikinti işləri nə aparmır, nə də ki, aparmağa cəhd belə etməmişdir, hər hansı bir işlər aparmadan 35 ildən sonra hüquqi qüvvəsinin olub-olmaması məlum olmayan orderi əlində əsas tutaraq bağ sahəsinin ona məxsus olmasını iddia edir? İstər qüvvədə olan qanunvericiliyin tələbləri, istərsə də yerli icra hakimiyyətinin verdiyi normativ xarakterli aktlara əsasən iddiaçının iddia tələbinin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində təsbit edilmişdir ki, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Bundan başqa, həmin maddənin digər bəndinə əsasən torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Beləliklə də, iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə qoşma sənədlərdə onun tərəfindən iddia etdiyi torpaq sahəsinə dair torpaq vergisinin ödənilməsinə dair hər hansı bir sənəd əlavə edilməmişdir. Bundan başqa, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 941 saylı, xx.xx.2006-cı il tarixli 94 saylı sərəncamlarına əsasən şəhər ətrafı qəsəbələrdə bağ salmaq məqsədi ilə istifadə edilməsindən ötrü vətəndaşlara ayrılan torpaq sahələrinin uzun müddət istifadə edilmədiyi üçün vətəndaşların istifadə hüquqlarına xitam verilmişdir. Həmçinin, Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X1 və İstismarı Birliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin ünvanlanmış sorğu məktubuna 01/04-286 saylı xx.xx.2005-ci il tarixli cavab məktubunda da qeyd edilmişdir ki, uzun müddət bağ sahələrindən istifadə etməyənlər və bağlarının sərhədlərinə çəpər-hasar çəkməyən bağ sahələrinə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 8-ci abzasına əsasən torpaq sahəsində 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı tərəfindən 35 il ərzində mərhum atasına ayrılmış torpaq sahəsindən təyinatı üzrə ümumiyyətlə istifadə etməməsi, həmin torpaq sahəsinə dair bu günə kimi heç bir torpaq vergisi ödənilmədiyi təqdirdə əlində yalnız hüquqi qüvvəsi belə məlum olmayan orderi əsas gətirərək məhkəmədə həmin torpaq sahəsinə dair iddia qaldırması tam olaraq əsassız olduğu üçün iddia tələbi rədd edilməlidir. Bundan başqa, iddiaçı iddia etsə də ki, mərhum atası X7 verilmiş Bakı şəhəri İcra hakimiyyəti aparatının əhaliyyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsi Ləhiş bağlar sahəsindəki 70 №-li kooperativi tərəfindən xx.xx.1989-cu il tarixli 4/151 saylı qərarına əsasən 0,12 ha torpaq sahəsində olan 1827 №-li bağ sahəsinin mülkiyyətçisi onun mərhum atası X8r, lakin həmin hüquq daşınmaz əmlakın dövlət reyestr xidmətində X5 adına dövlət qeydiyyatına alınmamışdır. İkinci məsələ, iddiaçı özünü varis kimi qələmə verərək məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də, onun varisliyini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının özünün də məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi kimi ondan başqa mərhum atasının digər övladları da var. Belə olduğu təqdirdə iddiaçı tərəfindən məhkəməyə onun vərəsə olmasını təsdiq edən sənədin təqdim edilməsi, həmçinin mərhum atasının digər vərəsələri olduğunu nəzərə alsalar, iddia etdiyi torpaq səhəsinə hansı pay müqabilində iddia etməsini təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi zəruri olduğu halda, iddiaçı tərəfindən həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə nəzərə almalıdır ki, iddiaçı tərəfindən iddia irəli sürülməsi üçün subyektiv hüququ olmadan məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4504/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə xərclərinin isə iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb İddiaçı təhvil verilməsi; Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən İddiaçı istifadəsi və sahibliyinə, həmçinin torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına hər hansı maneə yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi. Məhkəmə, iddia tələbinin birinci hissəsinə hüquqi qiymət verməmişdən öncə, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olubolmamasını araşdırmağı zəruri hesab edərək qeyd etmişdir ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Ləhiş bağlar sahəsində 70 nömrəli BTK-nin nəzdində 0.12 hektar sahəsi olan 1827 nömrəli bağ sahəsi iddiaçının atası X7 ayrılmışdır. X11 xx.xx.2000-ci il tarixdə ölmüşdür. Hazırda isə iddiaçı həmin bağ sahəsinin mərhum atasından ona miras qaldığını iddia edərək, cavabdehlərin bağ sahəsindən çıxarılmalarını və bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Lakin iddiaçı həmin bağ sahəsinin vərəsəlik hüququ əsasında ona keçməsi, bağ sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığından, iddia tələbi həmin hissədə rədd edilməlidir. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, iddia tələbi İddiaçı atasına məxsus Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X4 qalmış miras əmlaka (Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1827 saylı bağ sahəsinin torpaq sahəsinə) dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 17 saylı notariat ofisinə müraciət etmişdir. Lakin qeyd olunan torpaq sahəsinə dair X5 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bu səbəbdən notariat ofisi tərəfindən miras əmlak üzərində mirasqoyanın adına tərtib edilmiş forma 37 arayışın (çıxarışın) verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsinə, ölçmə işlərinin aparılmasına maneçilik törədirlər ki, bu da iddiaçının miras əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını mümkünüz edir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 68-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 157.8, 178.1ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 216-220-ci maddədlərinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Loizidu Türkiyəyə qarşı» işi üzrə qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4504/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 4504/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş materiallarında olan Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 4/151 nömrəli xx.xx.1989-cu il tarixli qərarından görünür ki, BTK № 69-79 bağ-tikinti kooperativinin heyət tərkibinin təsdiq edilməsi və müəyyən olunmuş qaydada onlara bağ sahəsi ayrılması qərara alınmışdır. Ləhiş massivində 70 saylı bağtikinti kooperativinin üzvlərinin siyahısında X5 adı vardır. İş materiallarında olan Ləhiş bağlar sahəsindəki 70 nömrəli kooperativin 1 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 nömrəli qərarına əsasən X7 Ləhiş bağlar sahəsində 70 nömrəli BTK-nin nəzdində 0.12 hektar sahəsi olan 1827 nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 228 nömrəli xx.xx.2024-cü il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı oğlu xx.xx.2000-ci il tarixdə vəfat etmiş X14 oğlundan qalmış miras əmlaka (Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 1827 saylı bağ sahəsinin torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X14 oğlunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, miras əmlak üzərində mirasqoyanın adına tərtib edilmiş forma 37 arayışın (çıxarışın) verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sabunçu RPİnin 15-ci PB-nin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 oğlu izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsini 2017-ci ildə Kürdəxanı Bələdiyyəsindən 9.000 manata almış və qardaşının arvadı digər Cavabdeh1 bağlanmış 1398A saylı torpaq icarəsi müqaviləsi ilə rəsmiləşdirmişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin torpağın icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli qərarından görünür ki, Kürdəxanı qəsəbəsi şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş Cavabdeh1 icarəsinə verilmişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 1398a saylı xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə Bələdiyyəsi xx.xx.2007-ci il tarixli 11 saylı protokol əsasında şimal-şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini Cavabdeh1 icarəsinə 10 il müddətinə vermişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin 80 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində deyil. Beləliklə, iş materialları ilə tamamilə sübut olunur ki, mübahisəli 0.12 ha torpaq sahəsi X7 xx.xx.1989-cu ildə bağ sahəsi kimi ayrılmışdır. X14 oğlu xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı oğlu atası X14 oğlunun vərəsəsi kimi miras əmlakı – mübahisəli 0.12 ha torpaq sahəsini qəbul etmişdir. Lakin Kürdəxanı Bələdiyyəsi mülkiyyətində olmayan torpağı 2007-ci ildə Cavabdeh2 oğluna satmış və bunu Cavabdeh1 ilə 10 illik icarə müqaviləsi imzalamaqla rəsmiləşdirmişdir. Bunun nəticəsində cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 mübahisəli torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. Buna görə də, hazırda İddiaçı oğlu atasından qalan miras əmlaka – mübahisəli 0.12 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Hesab edilir ki, Sabunçu Rayon Məhkəməsi AR Mülki Məcəlləsinin 1255-ci maddəsini pozmuşdur. AR Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarında olan Bakı şəhəri X12 İcraiyyə Komitəsinin 4/151 nömrəli xx.xx.1989-cu il tarixli qərarından görünür ki, BTK № 69-79 bağ-tikinti kooperativinin heyət tərkibinin təsdiq edilməsi və müəyyən olunmuş qaydada onlara bağ sahəsi ayrılması qərara alınmışdır. Ləhiş massivində 70 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında X5 adı vardır. İş materiallarında olan Ləhiş bağlar sahəsindəki 70 nömrəli kooperativin 1 nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 nömrəli qərarına əsasən X14 oğluna Ləhiş bağlar sahəsində 70 nömrəli BTK-nin nəzdində 0.12 hektar sahəsi olan 1827 nömrəli bağ ayrılmışdır. X14 oğlu xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçı oğlu atası X14 oğlunun vərəsəsi kimi miras əmlakı – mübahisəli 0.12 ha torpaq sahəsini qəbul etmişdir. Beləliklə, İddiaçı xx.xx.2020-ci ildən mübahisəli 0.12 ha torpaq sahəsinin mülkiyyətçisi sayılır. AR Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı oğlu xx.xx.2020-ci ildən mübahisəli 0.12 ha torpaq sahəsinin mülkiyyətçisi sayılır. Kürdəxanı bələdiyyəsinin mülkiyyətində olmayan torpaq 2007-ci ildə Cavabdeh2 oğluna satılmış və bu Cavabdeh1 ilə 10 illik icarə müqaviləsi imzalanmaqla rəsmiləşdirilmişdir. Bunun nəticəsində cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 mübahisəli torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. Beləliklə, hesab edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etməsi üçün tam subyektiv hüququ vardır. Ona görə də, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4504/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, İddiaçı iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılır ki, mübahisələndirilən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4504/2024 saylı qətnaməsində mübahisənin mahiyyəti qətnamədə qeyd edildiyi kimi iddiaçının belə bir iddia tələbi ilə məhkəmədə iddia qaldırılması üçün məhkəməyə müraciət etmək hüququnun olmaması qeyd edilsə də, iddiaçının iddia tələbinə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılması cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməli, iddia qalan hissədə rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamənin mahiyyəti iddiaçı tərəfindən irəli sürülmüş iki tələbin bir-birinə ziddiyyət təşkil etməsi və məhkəmə tərəfindən dolayısı ilə qətnamədə bu vurğulansa da iddia tələbi bu iddianı irəli sürməyə subyektiv hüququ olmayan şəxsin xeyrinə qismən təmin edilmişdir. Aşağıdakı əsaslara görə həmin qətnamənin qanunsuz olduğunu hesab edilir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)4504/2024 saylı qətnaməsində məhz iddia tələbini irəli sürən şəxsin miras qoyanın yeganə varisi olmasını təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyi təqdirdə, həmçinin digər vərəsələri də məhkəmədə təmsil etməsinə dair müvafiq sənəd təqdim edilmədiyi təqdirdə miras qoyanın miras əmlakına bütovlükdə tələb irəli sürülməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Mübahisələndirilən məhkəmə qətnaməsində diqqət edilməli və araşdırılmalı əsas məqamlardan biri iddiaçının subyektiv hüququdur. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da göründüyü kimi iddiaçının qanunla müəyyən edilmiş qaydada muras qoyanın vərəsəsi kimi tanınmadan məhkəmədə hansı hüquqla iddia qaldırması qanunidir? Bundan başqa, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatında bildirilmişdir ki, ondan başqa miras qoyanın başqa övladları da vardır və onlar da iddiaçı kimi atalarının vəfatından 24 il ötsə də varis kimi tanınmaları barədə vərəsəlik işinin açılmasına dair müvafiq orqana müraciət etməmişlər. Belə olduğu təqdirdə iddiaçının varis kimi nə özünün, nə də digər varislərin hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etmədikləri təqdirdə hər hansı bir hüquqdan söhbət gedə bilməz. Lakin, birinci instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmadan X5 adına tərtib edilmiş forma 37 arayışın (çıxarışın) verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsi təmin edilmişdir. Belə olan təqdirdə necə ola bilər ki iddia tələbinin birinci hissəsi subyektiv hüquqa əsasən rədd edilir, lakin yenə həmin subyektiv hüququ olmayan şəxsin miras əmlakı dövlət qeydiyyatına alınması və bunun üçün cavabdehlər tərəfindən tətbiq edilən maneələri aradan qaldırılması vəzifəsi onların üzərinə qoyulur? Yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-4504/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq, öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, 1990-cı illərdə bağa hasar çəkilmiş, ağaclar əkilmiş, lakin ev inşa edilməmişdir. O, 2000-ci ilədək bağa gedib-gəlsə də, sonradan xəstəliyi, yaxın qohumlarının vəfat etməsi səbəbindən, bağın yolunun pis olması, həmin ərazidə tikinti işlərinin aparılması səbəbindən bağa getməmişdir. Onun digər qardaş və bacıları bağ sahəsinə ümumiyyətlə getməmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddiaçının apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş) Maddə 73. Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Maddə 77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tədbiq olunur. Maddə 78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 530. Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs öllən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələrdilər. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 73. 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerqruluşu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətlərinə əsasən iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən isə faktiki olaraq iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd olunmalı, cavabdehin apellyasiya şikayəti qətnamənin faktiki olaraq mübahisələndirilən hissəsində təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-4504/2024 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbləri bu hissədə də, rədd edilməlidir. Kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının iddia tələblərindən müəyyən olunur ki, o, xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X5 birinci növbəli vərəsəsi kimi A.H.Əfəndiyevə Ləhiş bağlar sahəsindəki 70 nömrəli kooperativin 1 nömrəli orderi ilə Bakı şəhəri İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 nömrəli qərarına əsasən ayrılan Ləhiş bağlar sahəsində 70 nömrəli BTK-nin nəzdində 0.12 hektar torpaq sahəsi olan 1827 nömrəli bağ sahəsindən cavabdehlərin çıxarılmasını və s. tələb edir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi bağ sahəsinin ayrıldığı tarixə tərtib olunmuş 0,12 ha torpaq sahəsinin yerləşdiyi ünvanı müəyyən edəcək sxemi olmamaqla yanaşı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində 70 saylı BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1827 saylı bağ sahəsinə dair sənədlər yoxdur. Kollegiya qeyd edir ki, X11 xx.xx.2000-ci ildə öldüyü, yəni mirasın açıldığı vaxt qüvvədə olan Mülki Məcəllənin tələblərinə uyğun olaraq mirası əldə etmək üçün vərəsə onu qəbul etməli idi. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmirdi. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olundu. Bu göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməli idi. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunurdu. Göründüyü kimi hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarının tələbinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunurdu. Hazırkı işdə isə iddiaçının özünün verdiyi izahatdan və mülki işin sənədlərindən müəyyən olunur ki, o, bağ sahəsinə 2000-ci ilədək, yəni atasının ölümünədək gedibgəlmiş, mirası qəbul etmək üçün notariat ofisinə isə yalnız 2024-cü ildə müraciət etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, araşdırma zamanı cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin iddiaçının atasına ayrılmış torpaq sahəsi olması, iddiaçının özünün vərəsə olaraq hər hansı bir mirası qəbul etməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin iddiaçının iddia tələblərini irəli sürməkdə subyektiv hüququnun olmamasına dair gəldiyi qənaət əsaslıdır. Bundan başqa iddiaçı atasının ölümündən sonra üç il müddətində mirasla bağlı tələb irəli sürmədiyindən, hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mülki qanunvericilikdə nəzərdə tutulmuş, tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən təbiq edilən iddia müddətini də ötürmüşdür. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilən hissəsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığı qənaətinə gəldiyi halda, ona Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsində qanuni və əsaslı olmasını qət edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, miras olaraq iddiaçı tərəfindən qəbul edilməyən əmlakla bağlı tələb irəli sürmək üçün iddiaçının sübyektiv hüququ olmadığı kimi, həmin əmlak olaraq hesab etdiyi, təqdim etdiyi sənədlər üzrə faktiki yerləşdiyi ünvanı məlum olmayan torpaq sahəsinə və ya cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən baxış keçirilməsini, ölçmə işlərinin aparılmasını tələb etmək, bu hərəkətlərin edilməsinə maneələr yaratmalarının cavabdehlərə qadağan edilməsini tələb etmək üçün də hər hansı bir hüququ yoxdur. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qətnamənin faktiki olaraq mübahisələndirildiiyi hissədə təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-4504/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilən “Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbləri bu hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)- 4504/2024 nömrəli qətnaməsi qismən, iddianın təmin edilən “Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 1827 saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbləri bu hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar