Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10250/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5748/2021 saylı, 06 avqust 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma ilə əlaqədar əmək haqqının tutulması, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5748/2021 saylı, 06 avqust 2021ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Binəqədi Rayon Məhkəməsindən sorğu daxil omuş, həmin sorğuda qətnamədən Cavabdeh QSC tərəfindən apelyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi İ.Həbibov qətnamədən apellyasiya şikayəti verdiklərini, bu səbəbdən mülki işin baxışdan çıxarılaraq rayon məhkəməsinə göndərilməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onun iştirakı olmadan olmadan baxılması mümkündür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən 2(001)-5748/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli sorğu daxil olmuş, sorğuda Cavabdeh QSC tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5748/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi, həmin apellyasiya şikayətinə münasibət bildirilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10250/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5748/2021 saylı, 06 avqust 2021ci il tarixli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-10250/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10250/2021
17.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver