Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10258/2021 19.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və akta əsasən hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, ünvan 1 ünvanında təbii qazdan istifadə ilə bağlı cavabdeh tərəfindən tərtib olunmuş 29.01.2021-ci il tarixli, ******* nömrəli akt ləğv edilsin və akt əsasında tətbiq edilmiş 885,60 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, həmin akt ləğv edilsin, akt əsasında abunə koduna hesablanmış 885,60 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının tələbi 2 hissədən ibarətdir: aktın ləğvi və akta əsasən hesablanmış borcun silinməsi. Tələbin ikinci hissəsinin həlli birinci hissənin həllindən asılıdır. Tələbin birinci hissəsi təmin oluna bilməz. Belə ki, iddiaçıya aid olan evdə qaz xəttinə qanunsuz qoşulma faktı cavabdehin məhkəməyə təqdim etdiyi fotoşəkillərlə (iş v. 31-34) təsdiq olunur. Ona görə də məhkəmə Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin göstrişinə əsalanaraq hesab edir ki, akt ləğv edilə bilməz. Akt ləğv edilmədiyinə görə akta əsasən hesablanmış borc da silinə bilməz. Odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Cavabdeh İB borcu məhkəmə qaydasında tələb edərkən onun məbləğinin düzgün hesablanıb-hesablanmadığı yoxlanılmalıdır. Hazırkı işdə bu yoxlanılmadı. Çünki iddianın əsası ondan ibarətdir ki, qaz xəttinə qanunsuz qoşulma olmayıb, ona görə də borc silinməlidir. Lakin müəyyən olundu ki, qanunsuz qoşulma olub. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və akta əsasən hesablanmış borcun silinməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10258/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10258/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver