Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10284/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X3, qətnamədən şikayət vermiş Maraqlı şəxs2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2085/2009 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qərardadından Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2009-cu il tarixli 2(001)-2085/2009 saylı qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək cavabdehlər X2 və Cavabdeh3 öz ailə üzvləri ilə birlikdə, sözügedən torpaq sahəsində qanuni sənədi olmayan və mübahisəli sözügedən torpaq sahəsini zəbt edən hər-hansı digər vətəndaşın Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Yanardağ mədən 1, korpus 1 ünvanından çıxarılması, Bakı şəhəri Binəqədi rayonu Вinəqədi qəsəbəsi Yanardağ mədən 1 korpus 1 ünvanında yerləşən qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi, Binəqədi rayonu X4 tərəfindən verilən 26.10.2007-ci il tarixli sərəncamın ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12.05.2011-ci il tarixli 2(103)-195/2011 nömrəli qətnaməsi ilə Sürayyə Babayevanın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2009-cu il tarixli 2(001)-2085/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2009-cu il tarixli 2(001 )-2085/2009 saylı qətnaməsindən Maraqlı şəxs2 apellyasiya şikayəti verərək Cavabdeh2 Arzuman qızının razılığı ilə sonuncunun istifadəsinə ayrılan 200 m2 torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu X1 15.10.2010-cu il tarixli 198 saylı qərarı ilə ona verilməsini, həmin torpaq sahəsində 10 ildən artıq ailə üzvləri ilə birlikdə inşa olunan evdə yaşamasını, bu səbəbdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2009-cu il tarixli 2(001)-2085/2009 saylı qətnaməsinin onun hüquq və vəzifələrinə toxunmasını, mülki işə baxılarkən işə cəlb edilmədiyini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli 2(001 )-2085/2009 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2009-cu il tarixli 2(001)- 2085/2009 saylı qətnaməsindən Maraqlı şəxs2 verdiyi apellyasiya şikayət geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli 2(001)-2085/2009 saylı qərardadından Maraqlı şəxs2 şikayət verdmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2085/2009 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 bildirdi ki, 12 il əvvəl çıxan qətnamədən xəbəri olmayıb. Binəqədi İcra Şöbəsindən gəlib onu evdən çıxaracaqlarını bildirdilər. Onun heçnədən xəbəri olmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə müvafiq olaraq Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin qanuni qüvvədə olan qətnaməsi olduğu halda digər apellyasiya şikayəti üzrə də apellyasiya icraatını istisna etmir. Bununla bərabər məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanmasının prosessual qaydaları müəyyən edilmişdir. Yalnız bu qaydalara uyğun olaraq birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qətnamə və qərardaddan apellyasiya şikayəti verilə bilər. Hazırki iş üzrə cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam mübahisələndirildiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.10.2009-cu il tarixli 2(001)-2085/2009 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 195/2011 saylı 12 may 2011-ci il tarixli qətnaməsi ilə tam yoxlanılaraq bütövlükdə qüvvədə saxlanılmışdır. Prosessual qanunvericilik işə mahiyyəti üzrə baxan məhkəmənin qətnaməsi qüvvədə olduğu halda həmin instansiya məhkəməsinin həmin işə yenidən mahiyyəti üzrə baxılmasını istisna edir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Maraqlı şəxs2 şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2085/2009 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10284/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10284/2021
13.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver