Məhkəmə qərarları › İş №2(103)-10286/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10286/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10286/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və qızlarının mərhum əri Babayev Atif Beyməmməd oğlunun ölümündən sonra qalmış miras əmlakın, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh 21.07.2020-ci il tarixində qarşılıqlı iddia ərizəsi verərək, 10 saylı DNK-nin 20.04.1974-cü il tarixli 4114 reyestr nömrəli alqı-satqı müqaviləsinin predmeti olmuş Bakı şəhəri, Bülbülə qəsəbəsi Mövsüm Bəydəmirov küçəsi döngə 6, 8 saylı fərdi yaşayış evinin tam məhv olması ilə əlaqədar onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi və Babayev Atif Bəyməmməd oğlunun həmin fərdi yaşayış evinə mülkiyyət hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizə ilə müraciət edərək, tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılması xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il qərardadı ilə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair ilkin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh şikayət verərək, qərardadının ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il qərardadı ilə şikayət əsassız olduğundan rədd edilməsi, şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Kollegiya qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il qərardad qəbul edilmiş olsa da, birinci instansiya məhkəməsi 9 aydan çox müddət keçdikdən sonra ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətin qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən, baxaraq hüquqi qiymət vermiş və şikayəti təmin etməməklə şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi ilkin olaraq Cavabdeh tərəfindən verilmiş şikayəti qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etikdən sonra baxaraq hüquqi qiymət verməli və nəticəsindən aslı olaraq sonrakı prosessual hərəkətləri etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2392/2020 saylı mülki işi üzrə 13 oktyabr 2020-ci il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayəti baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş şikayətə yenidən baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar