Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-103/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı BOKT açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh vəkili X5 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(002)-90/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(002)-90/2019 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il tarixli, 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə 19254.6 manat əsas borc, 5966.91 manat faiz borcu, 2000 manat dəbbə pulu, cəmi 27221.51 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi, tutma ipoteka predmeti olan, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 37, mənzil 46-ya yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğin ipoteka predmetinin açıq hərracda satışından əldə olunan vəsait hesabına iddaçı İddiaçı BOKT ASC-yə ödənilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 37, mənzil 46-ya tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra Cavabdeh həmin mənzildən çıxarılması və mənzil boşaldılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, “İddiaçıbank” ASC-dən xx.xx.2014-cü il tarixli, 026/14/PBN nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 63000 manat borc götürmüş, həmin borcun təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanı ipoteka ilə yüklü edilmişdir. Həmin borcun xeyli hissəsini ödəsə də sonradan maddi vəziyyəti ilə əlaqədar ödənişlər edə bilməmişdir. Bank onun borcunun xeyli hissəsini ödəməyini nəzərə almayaraq əsassız olaraq şişirdilmiş qaydada faiz və dəbbə borcu hesablamışdır. Həmçinin ödədiyi pul ilk növbədə əsas borca hesablanmalı olsa da faiz borca hesablanmış və nəticədə ona şişirdilmiş qaydada 19254,6 manat əsas borcun qalması qeyd edilmişdir. Bundan başqa, üzürlü səbəblərdən işə baxılarkən məhkəmə iclasında iştirak edə bilməmişdir. Ona görə də bankın iddiasına qarşı etirazını və ekspertiza təyin edilməsini bildirə bilməmişdir. İddiaçı təşkilatın ondan qeyd edilən məbləğdə faiz və cərimə tələb etməsi qanunsuzdur. O, banka olan real borcunu hissəhissə ödəməyə razıdır, lakin bankın əsassız şişirdilmiş rəqəmləri ilə deyil. Həmçinin evin ilkin satış qiymətinin 105000 manat hesablanması ilə də razı deyil. Belə ki, ünvan 1 ünvanı xx.xx.2010-cu il tarixli 115/10/PBN nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş və həmin vaxt evin dəyəri 105000 manat müəyyən edilsə də həmin vaxtdan uzun müddət keçməklə evin dəyəri xeyli miqdarda artmış və hazırda həmin ərazidə oxsar evlərin qiyməti hazırda müəyyən edilmiş qiymətdən dəfələrlə artıqdır. Buna dair qiymətləndirmə ekspertizası təyin etsə də evin qiyməti 19 il müddətində cəmi 5000 manat artması heç cürə real ola bilməz. Bunu hamı bilir ki, hazırkı vaxtda evin qiymətləri iki dəfədən artıq artıbdır. Məhkəmə iclasında cavabdehin vəkili X6 bildirdi ki, sonuncu ekspertin hesabladığı 5% hissə ilə razı deyi. Çünki, bank bununla bağlı iddia irəli sürməyib. Əslində qəbzlərin hamısını təqdim edə bilməmişlər. 2315 manat məbləğlə razıdırlar. Cərimə hissəsində rayon məhkəməsinin qətnaməsi ilə razı deyil və tam silinməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, cərimə hissəsində məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, “İddiaçıbank” Açıq Səhmdar Cəmiyyəti (indiki İddiaçı BOKT ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 026/14/PBN nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 24% olmaqla 48 ay müddətinə 63000 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli, 026/14/PBN nömrəli kredit müqaviləsi üzrə Cavabdeh oğlunun borcu: 19254.6 manat əsas, 5966.91 faiz, 17820.55 manat dəbbə pulu, cəmi 43042.06 manat təşkil edir. “İddiaçıbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 115/10/PBN nömrəli ipoteka müqaviləsi və ona 03 nömrəli əlavədən görünür ki, «İddiaçıbank» ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 026/14/PBN nömrəli müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti 37 saylı binada yerləşən 70.13 kv.m ümumi, 54.99 kv.m yaşayış, 15.14 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 46 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 21325 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxxxx 2014-cü il tarixli, 026/14/PBN saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx xxxx 2018-ci il tarixə (sualda göstərilən tarixə) banka olan borcu 5.372,83 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 5372,83 manat, faiz borcu üzrə 0,00 manat müəyyən etmişdir. Əlavə məhkəmə mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/1709 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx xxxxx 2014-cü il tarixli, 026/14/PBN saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan faiz borcu və xx.xx.2018-ci il tarixə banka olan əsas borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2018-ci il tarixə: faiz borcu üzrə 448,73 manat; xx.xx.2018-ci il tarixə: əsas borc üzrə 19.517,42 manat təşkil edir. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 9/4681 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxx 2014-cü il tarixli, 026/14/PBN saylı, kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı BOKT ASC-yə borcu müqavilə müddətinin bitmə tarixinə yəni, xx.xx.2018-ci il tarixə əsas borcunun 12.943,58 manat, faiz borcunun isə 25,89 manat olduğu, iddia tələbinin tarixinə yəni, xx.xx.2018-ci il tarixə illik 5% hesablamaqla əsas borcunun 12.943,58 manat, faiz borcunun isə 193,08 manat olduğu müəyyən edilmişdir. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi xx.xx.2019-cu il tarixdə 10.225,00 manat və xx.xx.2020-ci il tarixdə 1.500,00 manat olmaqla cəmi 11.725,00 manat məbləğində cari hesaba mədaxil olunmuşdur. Ödənilmiş 11.725,00 manat məbləğində pul vəsaitinin 10.628,33 manat məbləği əsas borca 1.096,67 manat məbləği faiz borcuna silinmişdir. 11.725,00 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə Cavabdeh oğunun banka illik 5% hesablamaqla 2.315,26 manat məbləğində borcu qalacaqdır, o cümlədən: əsas borc 2.315,26 manat; faiz borcu üzrə 00,00 manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 026/14/PBN saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyil, lakin dəyişdirilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsas, faiz, cərimə borcu hissəsində, düzgün nəticəyə gəlməmişdir. Çünki, cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini əsas gətirərək 19254.6 manat əsas, 5966.91 manat faiz, cəriməni isə azaldaraq 2000 manatın alınmasını qət etmişdir. Apellyasiya baxışı zamanı ilkin və əlavə ekspertizalar keçirilərək rəylər alınmışdır. Lakin cavabdehin vəkili təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatətlə müraciət edərək göstərmişdir ki, cavabdeh tərəfindən vaxtıilə banka ödənilmiş pul vəsaitinə dair qəbzilərin bir hissəsi saxlanılmışdir. Belə ki, xx.xx.2014-cü il tarixdə 2054 manat və xx.xx.2014-cü ildə 2054 manat banka ödəniş edilmiş, hansı ki, həmin ödənişlərdən yalnız xx xxxx 2014-cü ildə olanı barədə ekspertə məlumat göndərilmiş xx.xx.2014-cü il tarixli ödəniş nəzərə alınmamışdır. Bundan başqa, xx.xx.2015-ci ildə banka 2785 manat ödənilmiş, birinci ekspert rəyində bu rəqəm ödəniş qəbzi ilə üst-üstə düşür, ikinci ekspert rəyində həmin məbləğ 2002,38 manat qeyd edilmişdir. Bundan əlavə, xx.xx.2016-cı il tarixdə banka 2385 manat ödənilmiş, birinci rəydə bu rəqəm ödəniş qəbzi ilə üst-üstə düşür, ikinci rəydə həmin məbləğ 2180 manat qeyd edilmişdir. Bundan savayı, xx.xx.2016-cı ildə banka 1645 manat ödənilmiş, birinci rəydə bu rəqəm ödəniş qəbzi ilə üs-üstə düşür, ikinci ekspert rəyində həmin məbləğ 1434 manat qeyd edilir. Həmçinin Cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixdə 10225 manat, xx xxxxxx 2020-ci il tarixdə isə 1500 manat məbləğində ödənişlər edilmişdir. Hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək həmin məbləğlərin ödənilməsi nəzərə alınmalıdır. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi cavabdehin vəsatətində göstərdikləri və təqdim etdiyi ödəniş qəbzlərini də nəzərə alınmaqla iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi qənaətinə gəlmişdir. Çünki, qeyd olunduğu kimi, eyni ekspert tərəfindən, eyni müqavilə üzrə iki fərqli rəy verilmişdir. Cavabdeh tərəf isə ikinci ekspert rəyində onun tərəfindən ödənilən məbləğlərin ekspert tərəfindən nəzərə alınmadığını bəyan etmişdir. Əlbətdə ki, bu cür ziddiyyətli rəylərə əsasən də iş üzrə düzgün nəticəyə gəlməyin mümkünsüz vəziyyətə düşdüyü nəzərə alınmaqla təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi zəruri və labüd olmuşdur. Təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 9/4681 saylı rəyi ilə Cavabdeh müqavilə müddətinin bitmə tarixinə yəni, xx.xx.2018-ci il tarixə 12.943,58 manat əsas, faiz borcunun isə 25,89 manat olduğu, iddia tələbinin tarixinə yəni, xx.xx.2018-ci il tarixə illik 5% hesablamaqla əsas borc üzrə yenə də 12.943,58 manat, faiz borcu isə 193,08 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçının tələbləri həmin tarixə fərqli olmuş, yəni 19254.6 manat əsas, 5966.91 manat faiz borcu tələb edilmişdir. Göründüyü kimi, qətnamə çıxarılan tarixə əsas və faiz borcunun məbləği heç də iddiaçının maliyyə arayışında göstərdiyi məbləğdə olmamış, birinci instansiya məhkəməsi isə bunun düzgünlüyünü yoxlamaq üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə etməmişdir. Bununla yanaşı, qətnamə çıxarıldıqdan sonra cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 10.225,00 manat və xx.xx.2020-ci il tarixdə 1.500,00 manat olmaqla cəmi 11.725,00 manat məbləğində cari hesaba mədaxil olunmuşdur. Ödənilmiş 11.725,00 manatın 10.628,33 manat məbləği əsas borca 1.096,67 manat məbləği faiz borcuna silinmişdir. 11.725,00 manat məbləğində ödəniş nəzərə alındığı təqdirdə Cavabdeh oğunun banka 2.315,26 manat əsas borcu qalmış, faiz borcu isə qalmamışdır. 11.725,00 manat qətnamə çıxarıldıqdan sonra cavabdeh tərəfindən ödənilsə də hazırki apellyasiya baxışı zamanı nəzərə alınmalıdır. Çünki, bunun nəzərə alınmadığı təqdirdə qətnamənin icrası mərhələsində ziddiyyətli vəziyyət yarana bilər. Bununla yanaşı, iddiaçı əsas və faiz borcu ilə yanaşı 17820.55 manat cərimə də tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tələb edilən cərimə 2000 manatadək azaldılmış, iddiaçı bunu mübahisələndirməmiş, cavabdeh isə apellyasiya şikayətində bunu mübahisələndirmişdir. Mülki Məcəllənin 462.1-ci və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, dəbbə pulu tərəflər arasında olan müqavilədə nəzərdə tutulduğundan rədd edilə bilməz, yalnız azaldıla bilər. Dəbbə pulu azaldıla bilər və bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmamalıdır. Ancaq 17820.55 manat dəbbə pulunun 2000 manatadək azaldılması da birinci instansiya məhkəməsi tərəfindən 19254.6 manat əsas borc nəzərə alınmaqla edilmişdir. Amma apellyasiya baxışı zamanı əsas borcun qətnamə çıxarılan tarixə 12.943,58 manat müəyyən edildiyi əsas götürülməklə, dəbbə pulunun 2000 manatdan 1000 manatadək azaldılması da mümkün hesab edilməlidir. Çünki, cavabdehin də həddindən artıq maliyyə məsuliyyətinə cəlb edilməsinin qarşısı alınmalıdır. Bununla yanaşı, apellyasiya baxışı zamanı ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, 37 saylı evin, 46 saylı mənzilin real bazar qiyməti “xxxx” MMC tərəfindən qiymətləndirilmiş və xx xxxxxxxx 2019-cu il tarixə olan bazar qiyməti 98000 manat müəyyən edilmişdir. Bu qiymət həmin mənzilin bazar dəyəri olduğundan, likvid dəyərinin daha az olması mübahisəsizdir. Bu cür vəziyyətdə cavabdehin ipoteka predmetinin real yaxud likvid dəyərinin 105000 manatdan artıq olması ümumiyyətlə inandırıcı və real deyiil. Ona görə də şikayət bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(002)-90/2019 nömrəli qətnaməsi borcun məbləği hissəsində dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci - 500(beş yüz) manatın 300(üç yüz)manatı iddiaçı İddiaçı BOKT açıq səhmdar cəmiyyətindən tutularaq, 200(iki yüz) manatı isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüz ) manat isə Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: “xxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(002)- 90/2019 nömrəl qətnaməsi əsas və faiz borcunun və cərimənin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh alınmalı olan əsas borc 2.315,26 (iki min üç yüz on beş manat, iyirmi altı qəpik) manat, cərimə 1000 (min) manat, cəmi 3.315,26 (üç min üç yüz on beş manat, iyirmi altı qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 500(beş yüz) manatın 300(üç yüz)manatı iddiaçı İddiaçı BOKT açıq səhmdar cəmiyyətindən tutularaq, 200(iki yüz) manatı isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüz ) manat isə Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: “xxxx” ASC Kodu: 505817 VÖEN: **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-103/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-103/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver