Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1032/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-216/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı LPO «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 03.11.2016-cı il tarixə borcalanın banka olan borcu əsas hissəsindən ödənilməmiş qalan 50.000 manat əsas borc, 10.838,01 manat faiz borcu, cəmi 60.838,01 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, bu tutulmanın təminatı kimi 13.11.2014-cü il tarixli GM/64-KX saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Cavabdeh mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.5669 ha torpaq sahəsində yerləşən 6 nömrəli binada 140.3 kv.m ümumi, 115.2 kv.m əsas, 25.1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, bu qeyri-yaşayış sahəsinin açıq bazarda və ya hərracda satılması, onun satışından əldə edilmiş məbləğin borcun ödənilməsi üçün «xxxx» ASC-nin hesabına köçürülməsi, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.5669 ha torpaq sahəsində yerləşən 6 nömrəli binada 140.3 kv.m ümumi, 115.2 kv.m əsas, 25.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə olan mülkiyyət hüquqlarının və istifadə hüquqlarının itirilməsi və qeyri-yaşayış sahəsi satıldıqdan 1 ay sonra onun boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-216/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək 03 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 55.868,01 manat məbləğində borcun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 350.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına borcunun ödənilməsi, qalan məbləğin Cavabdeh verilməsi və qeyriyaşayış sahəsinin satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qərara alınmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, rayon məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 350.000 manat müəyyən edərəkən 23.07.2018-ci il tarixli ekspert rəyinə əsaslanmışdır. Hesab edir ki, aradan keçən müddətdə qiymətdə artım və azalmalar müşahidə ediliyindən iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli idi. Bu səbəbdən, qətnamənin ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin borcun tutulması hissəsində qismən ləğv edilməsini, tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində baxılmamış saxlanılmasını və ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində boşaldılması hissəsində xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit xətti üzrə vəsait tərəfindən müxtəlif vaxtlarda istifadə olunmuş və mütəmadi ödənişlər edilmişdir. Faiz borcu şişirdilmişdir, məhkəmə tərəfindən hesabların düzgün aparılmaması, faiz borcunun həqiqəti əks etdirməməsi barədə onun etirazları nəzərə alınmamış və mühasibatlıq ekspertizası təyin edilməmişdir. İpoteka predmeti birgə nikah dövründə əldə edilmiş olsa da, ipoteka ilə yüklü edilərkən arvadının razılığı alınmamışdır, ona görə də arvadı cəlb edilməli idi. İpoteka haqqında Qanunda qeyriyaşayış sahəsinin boşaldılması kimi hüquq münasibətlərinin tənzimlənməsi mövcud deyildir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti isə qismən təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qətnaməsinin Cavabdeh tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilib ondan bankın xeyrinə tutulan faiz borcunun məbləğinin 9.749,16 manat müəyyən olunması, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir. Ali Məhkəmənin 2(102)-4685/2020 saylı, 23.09.2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 mart 2020-ci il tarixli qətnaməsi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. İpoteka predmetinin ilkin satış qiymətinin ekspert rəyinə müvafiq dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh öz apellyasiya şkayətini müdafiə edərək təmin edilməsini, iddiaçının şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Eyni zamanda, hazırda daşınmaz əmlakların qiymətində artım olduğunu, rayon məhkəməsinin ilkin satış qiymətini müəyyən edərkən iş üzrə düzgün nəticəyə gəldiyini qeyd etdi. Sübutların tədqiqi: Mülki işdə olan 03 noyabr 2014-cü il tarixli 64-KX saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 50.000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan “xxxx” ASC ilə ipoteka qoyan və borc alan Cavabdeh arasında bağlanmış 03 noyabr 2014-cü il tarixli GM/64-KX saylı ipoteka müqaviləsinə əsasən “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 03 noyabr 2014-cü il tarixli 64-KX saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi («Cız-bız» kafesi) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri 88.000 manat müəyyən edilmişdir. 27.09.2017-ci il tarixli bildirişdən və 04.10.2017-ci il tarixli ərizədən görünür ki, Cavabdeh banka olan borcun ödənilməsi, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı və tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə “xxxx” ASC tərəfindən xəbərdar olunmuş, həmin bildiriş 05.10.2017-ci il tarixdə ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. “xxxx” ASC-nin 25.04.2018-ci il tarixli maliyyə arayışına əsasən qeyd olunan kredit müqaviləsi üzrə 45.000 manat əsas borcu, 03.11.2016-cı il tarixinə - müqavilə müddətinə 10.838,01 manat faiz borcu yaranmışdır. «xxxx» MMCnin 23.07.2018-ci il tarixli 183M saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi «Cız-bız» kafesinin 23.07.2018-ci il tarixə bazar dəyəri 350.000 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərardadı ilə ipoteka predmetlərinin likvid qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 19.04.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.5669 ha torpaq sahəsində yerləşən 6 nömrəli binada 140.3 kv.m ümumi, 115.2 kv.m əsas, 25.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin 19 aprel 2021-ci il tarixə olan bazar dəyəri 360.000 və likvid dəyəri isə 306.000 müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı işə təkrar apellyasiya qaydasında baxılır. Ali Məhkəmənin 2(102)-4685/2020 saylı, 23.09.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 mart 2020-ci il tarixli qətnaməsi Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən, hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyaiya şikayətinə əsasən, “ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə” yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə qismən dəyişdirilməlidir. Ali Məhkəmənin 2(102)-4685/2020 saylı, 23.09.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin likvid dəyərini müəyyən etmədən ilkin satış qiymətinin 350.000 manat olması barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaqla qanunun yuxarıda göstərilən normasının tələbini pozmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun göstərilən normasından göründüyü kimi ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyəri əsasında müəyyən olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərardadı ilə ipoteka predmetlərinin likvid qiymətinin müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 19.04.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.5669 ha torpaq sahəsində yerləşən 6 nömrəli binada 140.3 kv.m ümumi, 115.2 kv.m əsas, 25.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin 19 aprel 2021-ci il tarixə olan bazar dəyəri 360.000 manat və likvid dəyəri isə 306.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti dəyişdirilməli, onun likvid dəyəri 306.000 manat müyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilərək, ipoteka predmetinin- Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.5669 ha torpaq sahəsində yerləşən 6 nömrəli binada 140.3 kv.m ümumi, 115.2 kv.m əsas, 25.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ekspert rəyinə əsasən onun likvid dəyəri olan 306.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, ekspertiza tədqiqatının dəyəri isə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-216/2019 saylı, 22 avqust 2019-cu il tarixli qətnaməsi qismən dəyişdirilsin. İpoteka predmeti Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Səid Rüstəmov küçəsində istifadədə olan 0.5669 ha torpaq sahəsində yerləşən 6 nömrəli binada 140.3 kv.m ümumi, 115.2 kv.m əsas, 25.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin likvid qiyməti 306000 (üç yüz altı min) manat müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat “xxxx” MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına Cavabdeh alınaraq ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1032/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1032/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver