Məhkəmə qərarları › İş №2(103)-10339/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10339/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10339/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı KB ASC-nin nümayəndəsi X3 və Maraqlı şəxs nümayəndəsi vəkil X4 iştirakları ilə, İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 saylı işi üzrə 08 yanvar 2018-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş 04.10.2021-ci il tarixli məktubda qeyd edilri ki, iddiaçı "Unibank” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi" tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 saylı işi üzrə 08.01.2018-cı il tarixli qətnaməsindən mərhum Cavabdeh1 qanun üzrə vərəsəsi Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən 27.09 2021-ci il tarixdə baxılması üçün göndərilmişdir.İş üzrə iddiaçı "Unibank” KB ASC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-212/2018 saylı işi üzrə 13.09.2021-ci il tarixli, qərardadından verilmiş apelyasiya şikayəti 22 09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yaranmış zərurətlə əlaqədar olaraq, 2(004)-212/2018 saylı mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə sərəncam verilməsi xahiş edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 365-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Mülki iş məhkəmə baxışından çıxarılsın və şikayətə səlahiyyət həddində qiymət verilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar