Məhkəmə qərarları › İş №2(103)-10358/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10358/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10358/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə, Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı «hüquq və vəzifələrin həyata keçirilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Cavabdeh1 tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin bütün tərkibinə verilmiş etiraz ərizəsinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə, Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 8 saylı ev üzərində X2 2/3 hissədə payı onun üztünlük hüququ pozulmaqla Cavabdeh1 satıldığından, həmin payın dəyəri tərəfindən ödənilmək şərti ilə alıcı Cavabdeh1 Balasın oğlunaq satıldığından həmin payın dəyəri tərfindən ödənilməklə pay üzrə alıcı Cavabdeh1 hüquq və vəzifələrinin ona keçirilməsi, ünvan 1 ünvanında yerləşən 8 saylı evin 2/3 hissəsi üzərində Daışmaz əmlakın dövlət reyestrində Cavabdeh1 hüquqquna dair qeydin silinməklə həmin qeydin onun adına aparılması, X4 ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 8 saylı ev üzərində X2 2/3 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnun təsdiq edən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1 məhkəmənin bütün tərkibinə etiraz edərək, mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən icraatından alınaraq, başqa məhkəmənin icraatına verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi olaraq Zaur Tağıyev artıq onun iştirakı və xəbəri olmadan iddia tələbinə əlavə olunun məhkəmə qətnamələrinin mövcud olduğunu görsə də, qərəzli olaraq iddia tələbini icraata götürərək, iddiaçı X1 ilə onun bütün prosessual hüquqlarını pozmaqla bir neçə qanunzsuz məhkəmə iclası da keçirtməyə macal tapmışdır. Məhkəmənin nəzirinə çatdırır ki, bu mülki iş üzrə həmin İddiaçı, ailəsi, qardaşı ilə olan mübahisələrinə onu artıq üçüncü ildir ki, cəlb edərək, qərəzli olaraq ondan bu yollarla pullar mənimsəyir. Ədalət mühakiməsini həyata keçirməli olan Bakı şəhər Xəzər Rayon Məhkəməsi isə İddiaçı sifarişi ilə hətta “məhkəmənin sədrinin göstərişi” belədir deməklə onu həbs etdirəcəyi kimi qanunsuz davranışlar ilə üz-üzə saxlamaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənın hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin Mülki Prosessual Məcəlləsinin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Beləliklə, göründüyü kimi hazırki etiraz nə birinci instansiya məhkəməsinin sədrinə edilmiş, nə də etiraz edilmiş məhkəmə təktərkibli hakimdən ibarətdir. Eləcə də hazırki etiraz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.2ci maddəsinin tələblərinə əsasən təmin edildiyi halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə göndərilə bilərdi. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almadan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.5-ci və 23.2-ci maddələrinin təsirinə düşməyən etirazı apellyasiya instansiyası məhkəməsinə göndərməklə prosessual normanın tələbini pozmuşdur. Belə olan halda həmin etiraza apellyasiya icraatında baxılması mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 22, 23 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə, Bakı şəhəri 31 saylı Notariat ofisinə qarşı «hüquq və vəvizfələrin həyata keçirilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar