Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1038/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5538/2021 saylı, 30.09.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Bakı şəhəri, X5 küçəsi, ev 138, mənzil 11 ünvanında tək yaşayan, yaşlı və baxıma ehtiyacı olan Cavabdeh sonuncuya baxılması və onun qayğısına qalınması üçün aralarında şifahi razılığa gəlmişlər. Razılığa əsasən İddiaçı cavabdehə baxmalı onun qayğısına qalmalı, bütün məişət ehtiyaclarını qarşılamalı bunun qarşılığında da cavabdeh özünə məxsus yuxarıda qeyd olunan mənzili iddiaçıya vəsiyyət etməli idi. İddiaçı 2020-ci ilin yanvar ayının əvvəlindən etibarən cavabdehə baxmağa başlamış, cavabdeh də özünə məxsus və özündən başqa heçkəsin pasport qeydiyyatında olmadığı həmin mənzili 22 yanvar 2020-ci il tarixində 5 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. İddiaçı 2020-ci ilin yanvar ayında 2021-ci ilin iyul ayına qədər üzərinə götürdüyü öhdəliyi vicdanla yerinə yetimiş, cavabdehə layiqincə qulluq etmiş, evini təmizləmi, paltarlarını yumuş, yeməklərini bişirmişdir. Hətta dəfələrlə, o cümlədən covidl9-la bağlı pandemiya dövründə onun evinə həkim dəvət etmiş sağlamlığının qayğısında qalmışdır. Qarabağ müharibəsi dövründə ölkədə tətbiq edilən komendant saatında cavabdeh yatağından yıxıldığı üçün iddiaçıya zəng etmiş kömək istəmiş, iddiaçı da 102 xidmətinə zəng edərək icazə almağa nail olmuş və cavabdehin evinə gedərək onun qulluğunda durmuşdur. Lakin 2021-ci ilin iyul ayında, əvvəllər cavabdehə baxmış Lətifə adlı bir xanım meydana çıxmış, iddiaçını cavabdehə baxmaqdan kənarlaşdırmış və 22 yanvar 2020-ci il tarixli Vəsiyyətnamə ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 2020-ci ilin yanvar ayından 2021-ci ilin iyul ayına qədər cavabdehə baxmaqla öhdəliyini icra etmiş, cavabdeh isə bunun qarşılığında iddiaçıya verdiyi vəsiyyətnaməni ləğv etmiş və onun xidmətləri qarşılığına iddiaçıya heç bir haqq ödəməmişdir. Beləliklə iddiaçı ona 18 ay xidmət haqqı ödənilmədən baxılmasına nail olmuşdur. Hazırda ölkə ərazisində ehtiyac sahiblərinə baxılması üçün baxıcıya ödənən xidmət haqqı orta qiymətlə 500 manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, cavabdeh əslində iddiaçıya verməli olduğu 9000 (doqquz min) manat dəyərində pul vəsaitini ona verməməklə iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd j olunur ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən İ hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan İ vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5538/2021 saylı, 30.09.2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fərid Əyyubov).
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsində qeyd olunanlara və məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin izahatlarına və işlə bağlı digər sübutlara düzgün qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, iddia ərizəsində də qeyd olunduğu kimi iddiaçı cavabdehə baxılması və onun qayğısına qalınması üçün onunla şifahi razılığa gəlmişdir. Razılığa əsasən iddiaçı cavabdehə baxmalı onun qayğısına qalmalı, bütün məişət ehtiyaclarını qarşılamalı bunun qarşılığında da cavabdeh özünə məxsus mənzili iddiaçıya vəsiyyət etməli idi. İddiaçı 2020ci ilin yanvar ayından etibarən cavabdehə baxmaqla öhdəliyini icra etmiş, cavabdeh isə bunun qarşılığında mənzilini notariat qaydasında təsdiq edilmiş Vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. Lakin 18 ay sonra cavabdeh sözügedən vəsiyyətnaməni ləğv etmişdir. Beləliklə cavabdeh iddiaçının xidmətləri qarşılığında ona heç bir haqq ödəmədən özünə baxılmasına nail olmuşdur. Bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı cavabdehə haqq müqabilində xidmət etdiyini sübuta yetirə bilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən vəsiyyətnamənin iddiaçının ziyanına ləğv edilməsi onun hüququdur və cavabdehə hər hansı öhdəlik yaratmır. Burada qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddiaçıya vəsiyyətnamənin verilməsi özü iddiaçının xidmətlərinin qarşılıqsız olmadığını sübut edir. Yəni cavabdeh iddiaçıya xidmətləri qarşılığında aylıq müəyyən məbləğ haqq verməkdənsə, ona mənzilini vəsiyyət edəcəyini bildirmiş və beləcə razılığa gəlmişlər. Cavabdeh tərəfindən vəsiyyətnamənin ləğv edilməsinə gəldikdə isə cavabdeh bu hərəkəti ilə iddiaçıyla arasındakı razılaşmanı pozmuş və nəticədə özünə qarşılıqsız baxılmasına nail olmuşdur. Bu isə mülki qanunvericilik baxımından başqasının xeyrinə əsassız varlanma kimi qiymətləndirilməlidir. İşə baxan məhkəmə isə öz qətnaməsində bu hala qiymət verməmiş, ümumiyyətlə cavabdehin əsassız varlanması halına münasibət bildirməmişdir. Beləliklə məhkəmə konkret münasibətə maddi hüquq normalarını düzgün tətbiq etməməklə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə öz qətnaməsində AR MM-nin 386.1ci maddəsinə istinad etməklə qeyd edir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin elə həmin maddənin özündə əassız varlanma bu halın istisnası kimi qeyd olunmuşdur. Qətnamənin məzmunundan göründüyü kimi məhkəmə o qənaətə gəlmişdir ki, hazırki iş üzrə iddiaçı cavabdehə haqq müqabilində xidmət etdiyini sübuta yetirə bilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən vəsiyyətnamənin iddiaçının ziyanına ləğv edilməsi onun hüququdur və cavabdehə hər hansı öhdəlik yaratmır. İddiaçı ilə cavabdeh arasında müqavilənin olması halı sübuta yetirilə bilmir ona görə də cavabdehin hər hansı öhdəliyi müəyyən edilmir. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə istinad etməklə əsaslandırır. Maddənin məzmunundan da göründüyü kimi, əassız varlanma öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olması halının istisnası kimi qeyd olunmuşdur. Cavabdeh iddiaçının xidmətləri qarşılığında ona heç bir haqq ödəmədən özünə baxılmasına nail olmuşdur. Bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmə isə ümumiyyətlə əsassız varlanma halına münasibət bildirməmiş və beləliklə maddi hüquq normasının səhv tətbiqinə yol vermişdir. Maddənin məzmundan aydın olur ki, başqa şəxsin xeyrinə hüquqi əsas olmadan əmlak əldə etmiş şəxs əsassız varlanmış hesab olunur. Varlanmaya haqq qazadıran qanuni əsas və ya müqavilə əsası yoxdursa, həmçinin belə əsas olsa belə o həyata keçirilməyibsə və ya aradan qalxıbsa artıq əsassız varlanma halı baş vermişdir. - Hazırki işdə cavabdeh iddiaçı ilə gəldiyi razılığı pozmuş, iddiaçının xidmətləri qarşılığında ona heç bir haqq ödəmədən özünə baxılmasına nail olmuşdur. Bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Hesab edirik ki, Məhkəmə MM-nin 1091.1, 1091.2-ci maddələrini tətbiq etməli olduğu halda bunu etməmişdir. Məhkəmə öz qətnaməsində yalnız 1 abzasla bütün məsələyə aydınlıq gətirməyə çalışsa da iş üçün əhəmmiyyətli olan və iddiaçı tərəfindən təqdim edilən sübüutların tədqiqinə etinasız yanaşmış, onlara düzgün qiymət verməmiş, yəni iş üçün mühüm əhəmiyyətli heç bir hala aydınlıq gətirməmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən iddia ərizəsində qeyd olunan halın əsassız varlanma olub-olmaması məsələsi də aydınlaşdırılmamışdır. Məhkəmə Məhkəmə öz qətnaməsində AR MM-nin 386.1-ci maddəsinə istinad etməklə qeyd edir ki, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Lakin elə həmin maddənin özündə əassız varlanma bu halın istisnası kimi qeyd olunmuşdur. İddiaçı tərəfindən əsassız varlanma halının mövcudluğu dəlilləri ilə izah edilsə də, məhkəmə məsələyə əsassız varlanma kimi yanaşmamasını qətnaməsində sübuta yetirmir. Digər tərəfdən məhkəmə iddiaçı ilə cavabdeh arasında cavabdehin iddiaçıya xidmətləri qarşılığında mənzilini vəsiyyət edəcəyi barədə razılığını görməzdən gəlmişdir. iş materiallarında olan sənədlərin məcmusundan da göründüyü kimi, iddiaçı cavabdehə baxılması və onun qayğısına qalınması üçün onunla şifahi razılığa gəlmişdir. Razılığa əsasən iddiaçı cavabdehə baxmaqla öhdəliyini icra etmiş, cavabdeh isə bunun qarşılığında mənzilini notariat qaydasında təsdiq edilmiş Vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. Lakin 18 ay sonra cavabdeh sözügedən vəsiyyətnaməni ləğv etmişdir. Beləliklə cavabdeh iddiaçının xidmətləri qarşılığında ona heç bir haqq ödəmədən özünə baxılmasına nail olmuşdur. Bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmə isə bu hala düzgün qiymət verməmiş və nəticədə düzgün olmayan qənaətə gəlmişdir. İş materiallarında olan sənədlərin məcmusundan da göründüyü kimi, iddiaçı cavabdehə baxılması və onun qayğısına qalınması üçün onunla şifahi razılığa gəlmişdir. Razılığa əsasən iddiaçı cavabdehə baxmaqla öhdəliyini icra etmiş, cavabdeh isə bunun qarşılığında mənzilini notariat qaydasında təsdiq edilmiş Vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. Lakin 18 ay sonra cavabdeh sözügedən vəsiyyətnaməni ləğv etmişdir. Beləliklə cavabdeh iddiaçının xidmətləri qarşılığında ona heç bir haqq ödəmədən özünə baxılmasına nail olmuşdur. Bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Məhkəmə isə bu hala düzgün qiymət verməmiş və nəticədə düzgün olmayan qənaətə gəlmişdir. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan 27.01.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cavabdeh ölən günədək ona məxsus olan, harada yerləşməsindən asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, Təbriz küçəsi ev 83, mənzil 39-da qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir.
11. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən RX1263973 seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən mənzil 11 Cavabdeh xüsusi mülkiyyətindədir və 28.03.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
12. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid kimi ifadə vermiş X1 bildirmişdir ki, o iddiaçını ilk dəfə yaşadığı binanın həyətindəki zibil qutusuna tullantı atarkən görmüşdür. O zaman Gülnazın Cavabdeh baxdığını və əvəzində pul almadığını öyrənmişdir. Bir gün Gülnaz ondan notariat ofisinə şahid kimi getməyini xahiş etmiş, o da razılaşmışdır. Notariusda o da iştirak etmiş və Cavabdeh öz evini Gülnaza vəsiyyət etmişir. Benina hətta Gülnaz haqqında onu mənə Allah yetirib deyirmiş. X1 onu da qeyd etmişdir ki, əgər o Gülnazla tanış olmasaymış Gülnazı Cavabdeh çox yaxın qohum hesab edərmiş, çünki Gülnaz Dinanın qayğısına qalıb ona yaxşı baxırmış.
13. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 bildirmişdir ki, o Nizami metrosu yaxınlığındakı klinikada işləyir. Bir gün Gülnaz xanım ona yaxınlaşmış və evə gəlməyini, xəstəyə baxmağını xahiş etmişdir. Ümumilikdə həkim kimi evə getməsə də, Gülnaz xanımın çoxsaylı xahişindən sonra onunla evə getmiş və Cavabdeh dişinə dərman qoymuşdur. Əvvəlcə Gülnaz xanımın Cavabdeh yaxın qohumu olduğunu düşünmüş, sonradan ona məlum olmuşdur ki, Gülnaz xannım Cavabdeh baxır, ona qulluq edir. Hüquqi dəyərləndirmə:
14. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində cavabdehdən aylıq xidmət haqqı almadan ona qulluq etdiyini və cavabdehin isə bunun əvəzində ona mülkiyyətində olan mənzili vəsiyyət etdiyini, daha sonra isə vəsiyyətnaməni ləğv etdiyi bildirmişdir.
15. İş materiallarında iddiaçının cavabdehə haqq müqabilində xidmət etməsini göstərən hər hansı sənəd mövcud deyildir. İddiaçı bu xidmətin şifahi razılıq əsasında göstərildiyi apellyasiya şikayətində bildirsə də, bu hal mötəbər sübutlarla öz təsdiqini tapmır.
16. Birinci instansiya məhkəməsində icraat zamanı ifadəsi alınan şahidlər iddiaçının cavabdehə qulluq etdiyini bildirsələr də, iddiaçının cavabdehə qulluq etməsi, eyni zamanda onlar arasında bu xidmətin haqq müqabilində həyata keçirilməsi digər sübutlarla yanaşı şəkildə öz təsdiqini tapmamışdır.
17. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Cavabdehin vəsiyyətnaməni iddiaçının ziyanına ləğv etməsi onun vəsiyyət azadlığı prinsipindən irəli gələn hüququdur və belə bir əqd cavabdehə hər hansı öhdəçilik yaratmır. İddiaçının cavabdehə xidmət göstərməsi sonuncunun ona vəsiyyət etməsi öhdəliyini yaratmır. Belə ki, vəsiyyətnamə əqdin bir növü olmaqla vəsiyyət edənin iradə sərbəstliyi əsasında verilir.
20. Mülki Məcəllənin 1220-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə, notariat orqanına ərizə verməklə, vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər.
21. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Hal hazırda iddiaçının cavabdehlə onun aralarında olan xidmət münasibətlərinin mövcudluğu sübutetmə yükü ilə bağlıdır ki, iddiaçı cavabdehlə aralarında xidmət münasibətlərinin olmasını və göstərdiyi xidmətə görə haqq almasını şərtləndirən hər hansı müqavilənin olmasını sübut edə bilmir.
23. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
26. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının bdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5538/2021 saylı, 30.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev