Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1038/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş gün üçün ödəncin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3882/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İşdə olan xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə müvafiq olaraq İddiaçı aylıq əmək haqqı 1000 manat olmaqla Cavabdeh X1 və Logistika şöbəsinin müdiri vəzifəsində işləmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021- ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2021-ci il tarixindən etibarən həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə 12000 manat məbləğində əmək haqqının və gecikdirilmiş hər gün üçün 20060 manat məbləğinin - ümumilikdə 32060 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı 07 noyabr 2019-cu il tarixində Cavabdeh Təchizat Departamentinin Satınalma və Logistika Şöbəsinin müdiri olaraq işə başlamış və 17 iyun 2020-ci il tarixində öz istəyi ilə işdən azad olunmuşdur. 05 fevral 2021ci il tarixində Cavabdeh Təchizat Departamentinin Satınalma və Logistika Şöbəsinin müdiri olaraq yenidən işə başlamışdır. 27 sentyabr 2021-ci il tarixində Şirkətə istefa ərizəsi təqdim etməsinə baxmayaraq xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməmişdir və əmək müqaviləsi bu günə qədər qüvvədədir. İddiaçının Cavabdehndə işlədiyi dövr ərzində cavabdeh tərəfindən 2021-ci ilin avqust və sentyabr ayları ərzində əmək haqqı məbləği ödənilməmişdir. Həmçinin iddiaçıya Bakı 6 saylı Mediasiya Təşkilatı 20 iyul 2022-ci il tarixli, № MŞB/6-3974 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuş və iddiaçı tərəfindən 50 manat məbləğində mediasiyaya dair dövlət rüsumu ödənilmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3882/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə cavabdeh "X5" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında etibarlı əmək müqaviləsi bağlanmış və bu müqavilə əsasında əmək münasibətləri mövcud olmuşdur. Ona görə də, məhkəmə mübahisəyə əmək qanunvericiliyinin normaları əsasında qiymət verir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır. Hazırkı işdə tələb xx.xx.2022-ci il tarixən etibarən ödənilməyən əmək haqqının və gecikdirilmiş hər gün üçün pulun tutulması tələbidir. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin qüvvədən düşmə tarixi xx.xx.2022-ci il olaraq qeyd edilsə də, lakin iş materiallarında olan Sosial Arayışdan və tərəflərin izahatından aydın olur ki, həmin əmək müqaviləsi hazırda qüvvədədir. Belə olan halda, məhkəmə AR Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normalarını rəhbər tutuaraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci l tarixli əmək müqaviləsinə xitam verilməlidir. Çünki, iddiaçı öz təşəbbüsü ilə işdən azad edilməsini istəməsinə rəğmən, cavabdeh müəyyən edilmiş müddət ərzində iddiaçının əmək müqaviləsinə xitam verməmiş, bununla da, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Tələbin bu hissəsinə münasibətdə cavabdehin - iddiaçının barəsində onların şikayətləri əsasında fakta görə cinayət işinin açılması, iddiaçı tərəfindən mənimsəmə hallarının olması, onun daxili əmrlə işdən kənarlaşdırılması hallarına əsaslanan etirazlarını məhkəmə əsassız hesab edir. Belə ki, bu hallar əmək qanunvericiliyinin yuxarıda qeyd edilən normalarının tələbləri baxımından iddiaçının əmək müqaviləsinə xitam verilməməsi üçün əsaslar yaratmır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi xx.xx.2021-ci il tarixindən etibarən həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə 12000 manat məbləğində əmək haqqının və gecikdirilmiş hər gün üçün 20060 manat məbləğinin - ümumilikdə 32060 manat pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. İşin hallarından və tərəflərin izahatından aydın olur ki, iddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı cavabdehə müraciət ünvanladıqdan sonra işə çıxmamışdır. Həmin ərəfədə tərəflərin münasibətləri pozulmuşdur və iddiaçı vəzifə səlahiyyətlərinin icrasına son vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi müddət üçün müvafiq əmək haqqı ödənilməsini tələb etməsi əsassızdır. Çünki, bu tələb Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbi baxımından əsaslı deyildir. Tələbin əmək haqqının ödənilməsi hissəsi əsaslı hesab edilmədiyinə görə tələbin bu hissəsinin davamı olan gecikdirilmiş hər gün üçün 20060 manat pulun tutulması hissəsi də əsaslı sayıla bilməz.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV-cü hissəsinə, Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə, 68.1, 68.2, 69.1, 69.2, 154.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı RayonMəhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, e-2(010)-3882/2022 saylı qətnaməsində iddia tələbinin rədd edilmiş hissəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(010)-3882/2022 saylı qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə tərəfindən İddiaçı ilə Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixliəmək müqaviləsinə xitam verilsə də,Cavabdeh MMC tərəfindən iddiaçıya şirkətdə işlədiyi və işləmədiyi dövr ərzində əmək haqqı məbləğinin ödənilməsi məsələsinə düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçının Cavabdeh MMCdə işlədiyi dövr ərzində cavabdeh tərəfindən 2021-ci ilin avqust və sentyabr ayları ərzində əmək haqqı məbləği ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həlledən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Cavabdeh MMC tərəfindən İddiaçı faktiki işlədiyi üçün, yəni 2021-ci ilavqust və sentyabr aylarının, o cümlədən işdən azad edilmədiyi müddət yəni oktyabr 2021-ci il tarixdən 31 iyul 2022-ci il (faktiki 22 sentyabr 2022) tarixədək olan müddət üçün də heç bir əmək haqqı verilməmişdir. Qeyd olunan müddət ərzində əmək haqqının verilməməsi tamamilə qanunsuzdur, belə ki buna dair Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-cimaddəsinin 5-ci bəndində qeyd olunur ki, “Əmək haqqının gecikdirilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə ən azıəmək haqqının 1 faizi miqdarında ödənc verilməlidir.” Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinə ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, əmək haqqı məhz müvafiq əmək funksiyalarının yerinə yetirilməsi üçün ödənilən pul ödənişidir. İddiaçı əmək müqaviləsinin ləğvi ilə bağlı cavabdehə müraciət ünvanlandıqdan sonra işə çıxmamışdır.Həmin ərəfədə tərəflərin münasibətləri pozulmuşdur və iddiaçı vəzifə səlahiyyətlırinin icrasına son vermişdir. İddiaçının ona təhvil verilmiş malların mənimsənilməsi faktına əsasən barəsində cinayət işi başlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilir.
Proses iştirakçılarının izahatı
10. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iştirak edən zaman apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, Əmək qanunvericiliyinə əsasən işçi işdən azad edilmə ilə bağlı ərizə ilə müracət edərsə ərizəyə dərhal baxılmalıdır. Cavabdeh bunu etməmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməmişdi deyə başqa yerdə işə götürülə bilmirdi. Digər yerdə də qeyri-rəsmi işləyə bilməzdi, çünki 30.000 manata qədər cəriməsi var.İddiaçı daha yaxşı maaş verən yerdən iş təklifi gəlmişdi,amma iddiaçı gedə bilmədi.
11. Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edən zaman apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı 2022-ci ilin avqust ayında 22 gün, sentyabr ayında 9 gün olmaqla çalışmışdır. Onlar rayon məhkəməsində də deyiblər ki, onların əlavə pul ödəmək fikri yoxdur. Əmək Məcələsinin 154-cü maddəsində də göstərilir ki, işçiyə işə çıxmadığı günlərə görə əmək haqqı ödənilməməlidir.2 ay faizinin nəzərə alınması cəmi 5960 manat edir və bunu ödəyə bilərlər. İddiaçıya işə rəsmi şəkildə dəvət edilib. Hətta, o özü 2 dəfə telefonla danışıb, 3 dəfə məktub göndəriblər. Sonradan dedilər ki, məktublar ona çatmır. Hətta, onlar sürücülər Xırdalan Dairəsində ona işə dəvət olunması barədə məktubları təqdim ediblər, ona qarşı addım atıblar. 2 ay ödənişini ödəməyə hazırdırlar.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 154, 1-ci hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172, Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 178, 1-ci hissə. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 300, Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin rədd edilən edilən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – xx.xx.2021-ci il tarixindən etibarən həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə 12000 manat məbləğində əmək haqqının və gecikdirilmiş hər gün üçün 20060 manat məbləğinin - ümumilikdə 32060 manat pul vəsaitinin iddiaçıya ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
18. İşin halları odur ki, İddiaçı aylıq əmək haqqı 1000 manat olmaqla Cavabdeh X1 və Logistika şöbəsinin müdiri vəzifəsində işləmişdir. 27 sentyabr 2021-ci il tarixdə işəgötürənə istefa ərizəsi ilə müraciət etmiş və həmin tarixdən sonra əmək funksiyalarını yerinə yetirməmişdir.
19. İddiaçı iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2021-ci il tarixindən etibarən həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə 12000 manat məbləğində əmək haqqının və gecikdirilmiş hər gün üçün 20060 manat məbləğinin - ümumilikdə 32060 manat pul vəsaitinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi əmək müqaviləsinə xitam verilməsi hissəsində təmin edilmiş, əmək haqqı və gecikmə gecikdirilmiş hər gün üçün ödəncin verilməsi hissəsində iddia tələbi təmin edilməmişdir.
21. İşə baxan birinci instansiya məhkəməsi iddianı həmin hissədə rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, işləmədiyi müddət üçün əmək haqqı tələbi əsassızdır.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı iddia tələbində əmək funksiyasını yerinə yetidiyi dövr, yəni avqust və sentyabr ayları üçün əmək haqqını tələb etmişdir və həmin aylarda əmək haqqının ödənildiyini sübut etmə vəzifəsi artıq cavabdehin üzərinə düşmüşdür. Cavabdeh tərəf isə həmin dövr üzrə ödənişin edildiyinə dair sübut təqdim etməmişdir.
23. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan da müəyyən olunur ki, İddiaçı 2021-ci ilin avqust ayında 22, sentyabr ayında 9 olmaqla 31 tam iş günü çalışmışdır.
24. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, iddiaçı iddia tələbində xx.xx.2021-ci il tarixindən etibarən həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə 12000 manat məbləğində əmək haqqının və gecikdirilmiş hər gün üçün 20060 manat məbləğinin - ümumilikdə 32060 manat pul vəsaitinin ödənilməsini tələb etsə də bununla bağlı iddia tələbini əsaslandırmamışdır. İddiaçı tələbində bu qədər məbləğ tələb etsə də iddia ərizəsini ancaq belə əsaslandırmışdır ki, “27 sentyabr 2021-ci il tarixində Şirkətə istefa ərizəsi təqdim etməsinə baxmayaraq xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməmişdir və əmək müqaviləsi bu günə qədər qüvvədədir. İddiaçının Cavabdehndə işlədiyi dövr ərzində cavabdeh tərəfindən 2021-ci ilin avqust və sentyabr ayları ərzində əmək haqqı məbləği ödənilməmişdir.” İddia ərizəsinin əsaslandırılmasından müəyyən olunduğu kimi iddiaçı avqust və sentyabr ayları üzrə əmək haqqı və onun gecikdirildiyi gün üçün ödəncin ödənilməsini tələb edir. İşdən də müyyən olunur ki, iddiaçının aylıq əmək haqqısı 1000 manat təşkil etmişdir. Cavabdeh arayış təqdim edərək İddiaçı 2021-ci ilin avqust ayında 22, sentyabr ayında 9 olmaqla 31 tam iş günü çalışdığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki. 2021-ci ilin avqust və sentyabr ayları üzrə ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pul Cavabdeh MMC tərəfindən hesablanaraq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi iki ay üzrə ödənilməmiş əmək haqqı və onun gecikdirilməsinə görə vəsaitin 5960 manat etdiyini və həmin məbləği ödəməyə razı olduğunu bildirsə də iddiaçı tərəf cavabdehin təklifi ilə razılaşmayaraq faktiki işləmədiyi dövr üçün də ödəniş edilməli olduğunu qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 2021-ci ilin avqust və sentyabr ayları üzrə ödənilməmiş əmək haqqı və hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pul qətnamənin qəbul edildiyi günədək hesablanmalıdır.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarında qeyd edilir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir müddəası fərdi əmək mübahisələrinin yarandığı hala da şamil edilir.
27. Apellyasiya şikayətinin dəlili odur ki, X5” MMC tərəfindən İddiaçı faktiki işlədiyi üçün, yəni 2021-ci ilavqust və sentyabr aylarının, o cümlədən işdən azad edilmədiyi müddət yəni oktyabr 2021-ci il tarixdən 31 iyul 2022-ci il (faktiki 22 sentyabr 2022) tarixədək olan müddət üçün də heç bir əmək haqqı verilməmişdir. Qeyd olunan müddət ərzində əmək haqqının verilməməsi tamamilə qanunsuzdur, belə ki buna dair Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-cimaddəsinin 5-ci bəndində qeyd olunur ki, “Əmək haqqının gecikdirilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə ən azıəmək haqqının 1 faizi miqdarında ödənc verilməlidir.”
28. Bununla bağlı məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsində iddiaçı işəgötürənə işdən azad edilməsi barədə ərizə yazdığı və buna baxmayaraq onunla olan əmək müqaviləsinə xitam verilmədiyi dövr üçün dəymiş zərərin ona ödənilməsini tələb etməmişdir.
29. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
30. Qanunvericiliyindən tələbindən də aydın müəyyən olunur ki, işçi faktiki olaraq işləmədiyi dövr üçün maddi zərərin ödənilməsini tələb edə bilər. İddiaçı isə iddia tələbində əmək haqqı və onun gecikdirilməsinə görə vəsait tələb etmişdir.
31. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
32. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3882/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – “ xx.xx.2021-ci il tarixindən etibarən həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə 12000 manat məbləğində əmək haqqının və gecikdirilmiş hər gün üçün 20060 manat məbləğinin - ümumilikdə 32060 manat pul vəsaitinin iddiaçıya ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 2021-ci ilin avqust və sentyabr ayları ödənilməmiş əmək haqqı və qətnamənin qəbul edildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pul Cavabdeh MMC tərəfindən hesablanaraq İddiaçı ödənilməlidir.
33. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3882/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - xx.xx.2021-ci il tarixindən etibarən həmin vəzifə üçün müəyyən edilmiş ştat üzrə 12000 manat məbləğində əmək haqqının və gecikdirilmiş hər gün üçün 20060 manat məbləğinin - ümumilikdə 32060 manat pul vəsaitinin iddiaçıya ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. 2021-ci ilin avqust və sentyabr ayları üzrə ödənilməmiş əmək haqqı və qətnamənin qəbul edildiyi tarixə, yəni xx.xx.2023-cü il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pul Cavabdeh MMC tərəfindən hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev