Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10383/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan X2rşı “müdir vəzifəsinə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(006)- 1794/2021 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan X8rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Elmi X6 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin onun 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməsinə” dair, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 manat, mənəvi zərər görə 100.000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, həbs olunana kimi Azərbaycan Elmi X6 direktor müavini işləmişdir. Müxtəlif vaxtlarda Bakı şəhər XDS-nin deputatı olmuşdur. Baytralıq Elmlər namizədi elmi dərəcəsini almış, həbs olunan zaman doktorluq dissertasiyası elmi işini tamamlamaq üzrə olmuşdur. 24.11.2013-cü il tarixdə Nəsmi rayon Pİ-nin 19-cu PB-nə dəvət olunmuş və ilk izahatını orada yazmışdır. Onun xəbəri və məlumatı olmadan material Nəsimi rayonundan alınıb Səbail rayonuna verilmiş, mərhum prokuror Ş.Adgözəlovun 11.09.2014-cü il tarixli qərar ilə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar ləğv edilmiş və materialın araşdırılması Səbail rayon Pİnin İŞnin müstəntiqi N.Şiriyevə həvalə olunmuşdur. Bakı şəhəri, Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi N.Şiriyevin 10.11.2014-cü il tarixli saxta qərarı ilə məcburi şəkildə Bakı şəhəri, Səbail rayon Pİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən həbs olunmuşdur. İzahatı qanunla qadağan olunmuş üsul və metodlarala alınmışdır, təhqirlərə, fiziki zorakılığa məruz qalmışdır. Şübhəli şəxs qismində saxlanılmışdır, barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 16 noyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmadan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü dəyişdirlmədən saxlanılmışdır. Ali Məhkəmənin CK-nın 10.04.2019-cu il tarixli qərarı ilə müdafiəçisi N.N.Abasovun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin CK-nın 16 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, ona verilmiş ittihamın bir hissəsinə xitam verilmiş, digər hissədə araşdırılması üçün yeni apellyasiya baxışına qaytarılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalında həbsdən azad edilməyi qərara alınmışdır. Lakin Ali Məhkəmənin bu qərarı 8 gündən sonra icra olunmuşdur və o, cəzaçəkmə müəssisəsinin tibb məntəqəsindən ağır xəstə vəziyyətində azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 06 mart 2020-cı il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, onun haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ləğv edilmiş, ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab olumaqla bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nın 06 mart 2020-cı il tarixli hökmündən kassasiya protesti və şikayəti verilməmişdir, hökm qanuni qüvvəyə mimişdir. 10.11.2014-cü il tarixdə şübhəli şəxs qismində saxlanıldıqdan və Bakı Apellyasiya Məhkəməsinin CK-nın 06 mart 2020-cı il tarixli bəraət hökmü çıxarılanadək xüsusi ilə külli miqdarda maddi və mənəvi ziyana məruz qalmışdır. Bu maddi zərərlər işlədiyi Azərbaycan Elmi X6 direktor müavini vəzifəsində işləyən zaman aldığı əmək haqqından, mükafatlardan 13-cü əmək haqqından məhrum olunmağı, təhqiqata, istintaqa və məkhəmə instasiyalarına çağırılan zaman yol, yemək xərcləri, vəkil xərcləri, poçt xərcləri, mənəvi zərərə görə isə Azərbaycanın tanınmış şəxslərin (Azərbaycan Cümhuriyyətinin qurucu F.X.Xoyskinin şəcərəsindən) ailə üzvü kimi qanunsuz və əsassız həbs olunmaqla istintaq tədricxanasında saxlanıdığı, məhkum olunmağı ilə bağlı cəzaçəkmə müəssisəsində çəza çəkməyi, ailə üzvüləri, qohumlarının və dostlarının yanında biyabır olmağını, həbsdə saxlanılan zaman depresiyaya düşərək xəstəliyə tutulmağını, ailə üzvlərinin bu illər ərzində qiymətli əşyalarının satılaraq istintaq məhkəmə yollarında xərcləməsini, borca düşməsini heç bir maddi dəyərlə qiymətləndirmək ölçüyə gəlməzdir. Bundan başqa, həbs olunana kimi işlədiyi BETİ-nin direktoruna 01.06.2020-ci il tarixdə rəsmi ərizə yazaraq qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin CK-nın 06 mart 2020-cı il tarixli bəraət hökmü də əlavə edərək əvvəlki BETİ-nin beynəlxalq elmi əlaqələr və məlumat şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsini xahiş etmiş, lakin, onu vəzifəsinə bərpa edilməsi yox, ərizə ilə işə qəbul edə biləcəklərini bildirmişlər. BETİ-nin direktorunun 10.11.2020-ci il tarixli 85 saylı əmri ilə həmin tarixdən informasiya təminatı və xəstəlikləri proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Əsas kimi onun ərizəsini götürmüşlər. Əslində o, bu vəzifəyə bərpa olunmağını xahiş etmişdir. Cavabdeh isə onu vəzifəyə qəbul etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(006)-1794/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Elmi X6 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsində ləğv edilməsi, əmrin bu hissəsinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən İnformasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilsin” kimi yenidən tərtib edilməsi vəzifəsinin Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutuna həvalə edilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.500 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın tam həcmdə, maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Şübhəli şəxs qismində saxlanıldığı gündən bəraət aldığı günə qədər və işə bərpa olunduğu tarixə kimi işlədiyi idarədən alacağı əmək haqqından məhrum olmuş, həbsdə olduğu üçün banka olan borcunu ödəyə bilməmiş, hüquqi yardımın göstərilməsi üçün xərclər çəkmişdir. Cavabdeh Maliyyə Nazirliyi apelyasiya şikayətində qətnaməni mənəvi zərərin ödənilməsi hissəsində ləğv edilməsini xahiş edərək, göstərmişdir ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq, mənəvi zərərə görə 3500 manatın ödənilməsi nəticəsinə gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi- Tədqiqat İnstitutu tərəfindən verilmiş apelyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə bağlı hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında iştirakları təmin edilməmişdir. İddiaçının İnstitutda sonuncu vəzifəsi Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsinin müdiri olmuşdur. “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmitədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli Qərarı ilə Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturlarının təkmilləşdirilməsi qərara alınmışdır. Həmin Qərarın 3-cü hissəsi ilə Azərbaycan X1 X11 və Azərbaycan X3 bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Qərarın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin 2015-ci il 4 sentyabr tarixli 87 nömrəli əmri ilə elmi-tədqiqat institutlarının yeni strukturları təsdiq edilmiş, həmin əmrin icrası ilə bağlı Azərbaycan X3 2015-ci il 11 sentyabr tarixli 58 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” bəndi ilə İddiaçı tutduğu vəzifədən azad edilmişdir. İddiaçı 2020-ci il 10 noyabr tarixdə ərizə ilə İnstituta müraciət edərək 2 ay sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin olunmasını xahiş etmişdir. Ərizəsində əvvəl işlədiyi şöbəyə, yəni Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsinin müdir vəzifəsinə bərpa edilməsini deyil, yeni vəzifəyə təyin olunmasını İnstitut direktorundan xahiş etmişdir. Məhkəmə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.2-ci maddəsinə istinad edərək iddiaçını başqa şöbəyə bərpa etmişdir. Lakin məhkəmə bu hüquq normasına istinad edərkən nəzərə almamışdır ki, iddiaçı Azərbaycan X3 2015-ci il 11 sentyabr tarixli 58 nömrəli əmrini deyil, İnstitutun 2020-ci il 10 noyabr tarixli 85 nömrəli əmrini mübahisələndirir. Məhkəmə iclasında iştirak edən iddiaçı öz apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, o, 2015-ci ilin aprel ayında həbs edilmiş, 10.04.2019-cu il tarixdə isə Ali Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilərək azadlığa buraxılmışdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərər məbləğinə aid hissədə dəyişdirilməli, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş - Azərbaycan Elmi X6 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmri “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsində ləğv edilsin, əmrin bu hissəsinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilsin” hissəsində ləğv edilməklə, həmin hissədə iddia rədd edilməli, cavabdeh Maliyyə Nazirliyinin apelyasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.04.2016-cı il tarixli 1(101)-191/16 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi CK-nın 10.04.2019-cu il tarixli 1(102)- 2/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, İddiaçı və X13 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş, ittihamın İddiaçı və X10 zərərçəkmiş şəxs Dilarə Əhmədovaya 119.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq törətmələri hissəsi üzrə təqsirlilikləri sübuta yetirilmədiyinə görə barələrində cinayət işinin icraatına (cinayət təqibinə) həmin hissədə xitam verilmiş, X13 dərhal həbsdən azad edilmiş, İddiaçı verilmiş ittihamın, zərərçəkmiş şəxs Dilarə Əhmədovanın etibarından sui-istifadə edərək ona məxsus külli miqdarda 65.000 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq törətməsi üzrə hissəsində cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılması təyin edilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal həbsdən azad olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 06.03.2020-ci il tarixli 1(103)- 20/2020 saylı hökmü ilə təqsirləndirilən İddiaçı müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı haqqındakı 08 aprel 2016-cı il tarixli hökmünün ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilmiş və ona bəraət verilmiş, təqsirsiz hesab olunmuş İddiaçı “cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanı» ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatı tərəfindən İddiaçı ünvanlanmış 21.09.2020-ci il tarixli, 3c-233/2020 saylı ərizəyə cavabdan görünür ki, Bakı Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 06.03.2020-ci il tarixli, 1(103)-20/2020 saylı hökmündən kassasiya şikayəti və kasasiya protesti bu günə kimi Ali Məhkəməyə daxil olmamışdır. İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 06.08.2009-cu il tarixdən 11.09.2015-ci il tarixə qədər “Beynəlxalq elmi əlaqələr və məlumat şöbəsi”nin müdiri vəzifəsində işləmişdir. 11.09.2015-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 10.11.2020-ci il tarixli ərizədən görünür ki, Tağıyev X7 ElmiTədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovaya ərizə ilə müraciət edərək onu 10.11.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova ilə İddiaçı arasında bağlanmış 10.11.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı sınaq müddəti ilə 10.11.2020-ci il tarixdən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilmişdir. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmovanın 10.11.2020-ci il tarixli, 85 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı - 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilmişdir. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru və şöbə müdiri tərəfindən tərtib olunmuş k1/05 saylı, 26.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda informasiya təminatı və beynəlxalq əlaqələr şöbəsində şöbə müdiri vəzifəsində işləyir. Hazırda iddiaçı cavabdeh Azərbaycan Elmi X6 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin onun 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilməsi hissəsinin ləğv edilərək, onun 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilməsinə dair, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 manat, mənəvi zərər görə 100.000 manat pulun tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, əmrin iddiaçının müdir vəzifəsinə qəbul edilməsi hissəsində ləğv edilərək, həmin vəzifəyə bərpa edilməsi kimi yenidən tərtib edilməsi vəzifəsinin Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutuna həvalə edilməsi və mənəvi zərərə görə 3500 manat tutulması qənaətinə gəlmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiyanın qənaətinə görə, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləği ağlabatan və ədalətli deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14 mart 2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər və iddiaçı mənəvi ziyanın mövcudluğunu sübut etmək yükünü daşımır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılması işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi də mübahisə doğurmur. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının tələb etdiyi həddə mənəvi zərərin tutulmasını ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Kollegiya nəzərə alır ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz, ancaq o da nəzərə alınmalıdır ki, 4 ildən artıq müddətdə həbsdə qalmış iddiaçıya mənəvi ziyanın kompensasiyası üçün müəyyən edilmiş 3500 manat məbləğində vəsait onun keçirdiyi sarsıntıların, məruz qaldığı mənəvi iztirabların ağırlığına adekvat deyildir. Maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası cavabdeh Maliyyə Nazirliyinin apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Digər cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi- Tədqiqat İnstitutu apelyasiya şikayətində iddianın Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə bağlı hissəsinin təmin edilməməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, iddiaçının bu hissədə tələbi əsassızdır və məhkəmə bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, əmək kitabçasından görünür ki, İddiaçı 11.09.2015-ci il tarixli 58 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinə “a” bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göstərilən əsasla iddiaçı tutduğu vəzifədən azad edilmiş, lakin əmri mübahisələndirməmişdir. Belə vəziyyətdə əmrin qanuni olması prezumsiyası qüvvədədir. İddiaçı özü X15 İnstitutunun direktoru Sialə Rüstəmovaya ərizə ilə müraciət edərək, 10.11.2020-ci il tarixdən etibarən 2 aylıq sınaq müddəti ilə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova ilə İddiaçı arasında bağlanmış 10.11.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı sınaq müddəti ilə 10.11.2020-ci il tarixdən Baytarlıq Elmi-Tədqiqat İnstitutunun informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı işə qəbul edilməsi barədə ərizə ilə müraciət etmiş və işə qəbul edilmişdir, bu zaman cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, əmək müqaviləsi bağlanarkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Ona görə də, həmin hissədə qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh X15 İnstitutunun apelyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1794/2021 saylı iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi qismən - Azərbaycan Elmi X6 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsində ləğv edilməsi, əmrin bu hissəsinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilsin” kimi yenidən tərtib edilməsi vəzifəsinin Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutuna həvalə edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Həmin qətnamə mənəvi zərərə aid hissədə dəyişdirilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən alınaraq İddiaçı ödənilməli olan mənəvi zərərin məbləği 10000 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10383/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10383/2021
01.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver