Məhkəmə qərarları › İş №2(103)-104/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-104/2025

06.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-104/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X14 və X4 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31a saylı evin 1 saylı mənzilindən, yeni qaydalarla ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməklə, mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 4316/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, 31a saylı evin 1 saylı mənzilindən, yeni qaydalarla ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət olunmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4316/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 6527/2023 saylı qərardadı ilə hazırkı 2(103)-6527/2023 saylı mülki işin icraatı, iddiaçı Cavabdehlər İddiaçı və X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ziyanın tutulması” tələbinə dair mülki mübahisəyə baxılanadək (məhkəmənin yekun qərarı qanuni qüvvəsini alanadək) dayandırılmışdır. İcraatın dayandırlmasına əsas olan digər mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər Nuriyev X5 və X6 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun nəticələrinin ləğv olunması və s.” tələbinə, eləcə də birləşdirilmiş iş üzrə iddiaçı X1 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması və s.” tələbinə dair mülki iş üzrə iddia tələbləri təmin edilməmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4600/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddiaçı Cavabdeh iddia tələbi qismən, iddiaçı X1 iddia tələbi tam təmin olunmuş, mübahisə predmeti olan mənzilə dair Cavabdeh adından onun nümayəndəsi X10 ilə İddiaçı arasında xx.xx.2021-ci ildə bağlanmış, Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 4Ə-470 nömrə ilə reyestrdə qeydə alınmış alqısatqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeydin və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, həmin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 34500 manat pulun X3 alınaraq İddiaçı qaytarılması, mübahisə predmeti olan mənzilə dair Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2021-ci il tarixli 2V-234 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh mülkiyyət hüququna dair aparılmış qeydin və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, mübahisə predmeti olan mənzilin Xudaverdiyev Məmməd- Əli Mustafa oğlundan qalmış miras kimi onun arvadı Cavabdeh və övladı X2 tərəfindən qəbul edilmiş sayılması, iddiaçı Cavabdeh iddiasının qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-159/2025 nömrəli qərarı ilə kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2024-cü il tarixli 2(103)-4600/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı iddiadan imtina etməsini bildirərək, bu barədə ərizəni məhkəmə kollegiyasına təqdim etmiş və izahatında göstərmişdir ki, hazırkı mülki iş üzrə onun iddiası təmin olunsa da, bu işin dayandırlması üçün əsas olan digər iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almış, həmin qərarla evin alqı-satqısına dair bağlanmış müqavilə etibarsız sayılmışdır. Bu səbəbdən də hazırki iddiasına baxılmasında hüquqi marağı qalmamışdır. O, hazırki iddiasından imtina edir, iddiadan imtinanın nəticələri ona aydındır, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, mülki işin icraatına xitam verilməsini xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina ilə bağlı ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-in 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi yazılı formada tərtib edərək məhkəməyə təqdim edilən ərizədə əks olunmuş, ərizə hüquqi şəxsin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiq olunmuşdur. İddiadan imtina qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Bu səbəbdən də, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə, evdən çıxarılma” tələbi barədə mülk işin icraatına İddiaçı tərəfindən iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onun özünə aid edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar