Məhkəmə qərarları › İş №2(103)-1041/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1041/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1041/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh2 nümayəndəsi Vəkil4, Cavabdeh3 Əbilhəsən oğlunun nümayəndəsi Vəkil3, Cavabdeh1 və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1n, Cavabdeh2, Cavabdeh3 Əbilhəsən oğluna qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4969/2021 saylı işi üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı vəkili Vəkil2 və Cavabdeh2 vəkili Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia (tələbinin dəqiqləşdirilməsi barədə) ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əbilhəsən oğlundan müştərək surətdə 459000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki: -19.08.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə X1 Elşən Əsgər oğluna 200000 manat məbləğində borc pul vermiş, borc alan 19.09.2015-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür; - Nərimanov rayon prokuroru baş ədliyyə müşaviri Vüqar Əliyevin 04.07.2016-cı il tarixli cinayət işinin başlanması haqqında qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında toplanmış 348-c-16 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2-ci maddələri ilə cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaq aparılması üçün Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir; -13.09.2016-cı il tarixli dindirmə protokoluna əsasən, İddiaçı zərəçəkmiş şəxs qismində dindirilmişdir; 30.10.2016-cı il tarixli dindirmə protokolundan görünür ki, Cavabdeh1 şahid qismində dindirilmiş və izahatında qonşusu İddiaçı məxsus torpağın sənədləşdirilməsi ilə bağlı DƏDRX-nin Bakı ərazi İdarəsini maliyyə şöbəsinin müdiri Cavabdeh3 müraciət etdiyini, Cavabdeh3 isə 200000 manat müqabilində bu işi görəcəyinə söz verdiyini bildirmişdir. Bu məqsədlə 200000 manat məbləğində pulu Cavabdeh3 göstərişi ilə İddiaçı ilə birlikdə Cavabdeh3 çatdırılması üçün Cavabdeh2 verdiklərini bildirmişdir;- 11.11.2016-cı il tarixli dindirmə protokolundan görünür ki, Cavabdeh3 Əbilhəsən oğlu şahid qismində dindirilmiş və izahatında Cavabdeh2 ona heç bir məbləğdə pul vermədiyini, bunun Zahidin və Elşənin yalanı olduğunu bildirmişdir; 21.11.2016-cı il tarixli dindirmə protokolundan görünür ki, Cavabdeh2 şahid qismində dindirilmiş və izahatında 200000 manat məbləğində pulu Firudin və Zahiddən aldığını, həmin pulları saydıqdan sonra, Cavabdeh3 göstərişi ilə 1000 manatı özünə götürdüyünü, 4000 manatı Cavabdeh3 verdiyini,195.0 manatı isə Əmlak Komitəsinin sədr müavinin köməkçisi Tahir müəllimə verdiyini bildirmişdir; - Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqiq, polis mayoru Pərviz Məmmədovun 19.06.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən Cavabdeh2 ağır xəstəliyi ilə əlaqədar istintaq proseslərində iştirak edə bilməməsi səbəbindən onun istintaq proseslərində iştirakı mümkün olanadək cinayət işi üzrə icraat dayandırılmışdır (iş.səh. 11, 12, 15,17,67,73, 77, 81, 84, 115,64 ) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4969/2021 saylı işi üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 200000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1093.1; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı X3 yanında Cavabdeh2 torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 200000 manat məbləğində pulu verməsi məhkəmə iclasında iştirak edən Zahid Əliyevin izahatı və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 izahatı, eləcə də həmin şəxslərin istintaq zamanı vermiş olduqları izahatlarda öz təsdiqini tapmışdır. Eyni zamanda Cavabdeh1 izahatında həmin məbləğin Cavabdeh3 Əbilhəsən oğlunun Cavabdeh2 götürdüyünü görmədiyini bildirmişdir. Məhkəmə şahid qismində dindirilmiş X6 ifadəsində 200000 manat məbləğində pulun Zahidin vasitəsilə Elşənə verildiyini, Elşənin də sonra Cavabdeh3 verdiyini bildirsə də, pulun verilməsində onların yanında olmadığını qeyd etdiyindən şahid ifadəsini sübut kimi qəbul etmir. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus 200000 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh2 saxlanılmış, bununla da əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə, iddia tələbinin digər cavabdehlər X5 və Cavabdeh3 Əbilhəsən oğluna dair hissədə məhkəmə araşdırmasında mövcud sübutlarla və tərəflərin izahatları ilə sübuta yetmədiyindən, iddia tələbini cavabdehlər X5 və Cavabdeh3 Əbilhəsən oğluna dair hissədə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. İddiaçı 200000 manat verilməsi üçün 270000 ABŞ dollarını dəyişərək manat verdiyindən, 459000 manat məbləğində pul tələb etməsini əsaslı hesab etmir və 200000 manat məbləğində pulun Cavabdeh2 verilməsi sübut olunduğundan iddia Cavabdeh2 münasibətdə təmin olunmalıdır. İş materiallarında olan 23.08.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə daxil olan cavabeh Cavabdeh2 "iddia müddətinin tətbiqinə dair” ərizə ilə bağlı qeyd edir ki, kredit müqaviləsi 19.08.2015-ci il tarixdə iddiaçı ilə deyil, digər şəxs X7 ilə Cavabdeh2 arasında bağlandığından həmin kredit müqaviləsi hazırki iddia tələbinin predmeti deyildir və iş üzrə iddiaçının sübutu kimi qiymətləndirilmir, belə olan halda iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə alınmır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2021 ci il tarixli 2(004)- 4969/2021-ci il saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamənin çıxarlmasını, iddianın digər cavabdehlər olan Zahid Mustafaevə və Cavabdeh3 qarşı olan hissədə də təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 1114.2, 1097.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, 2014 cü ilin noyabr ayında iş üzrə Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şöbə müdürü Cavabdeh3 Əbdülhəsən oğlu və Cavabdeh2 adlı şəxslər mülkiyyətimidə olan Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən «Turan» k/m və "xxxx" MMC yə məxsus torpaq sahələrini özəlləşdirmək məqsədi ilə ondan 200000 manat pul alsalar da lakin onlar torpaq sahələrinin özəlləşməsini həyata keçirmədilər. Həmin pul isə onların arasında itib-batmışdır. Hazırda cavabdehlər ona vurulmuş ziyanı ödəmək istəmirlər. Yasamal rayon məhkəməsi həmin işə baxaraq iş üzrə yarımçıq nəticə çıxarmışdır. Daha doğrusu, məhkəmə bu kollektivi birgə cavabdehliyə cəlb etməyərək ondan alınmış 200000 manat məbləğin yalnız Cavabdeh2 alınması barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsinin onu qane etməyən və mübahisələndirdiyi hissəsi: Məhkəmə digər cavabdehlərləri də müştərək məsuliyyətə cəlb etməməklə qeyri obyektivliyə yol vermişdir. İş üzrə keçən hər 3 cavabdehlərin hər birinin ondan pul almasında və həmin pulların mənimsəməsində müştərək məsuliyyəti var. 1.Torpaqlarının özəlləşdirmə ideyasını və buna görə ondan 250000 manat pul alma tələbini ilk olaraq Daşınmaz Əmlakların Dövlət Reyest İdarəsinin Bakı Ərazi İdarəsinin əməkdaşı Cavabdeh3 Əbdülhəsən oğlu irəli sürmüşdür. Ona zərər vurmaqda ilk təşəbbüs ona məxsusdur. Təşkilatçılığı o edib. (Talıbov vurulmuş ziyanda əsas Təşkilatçısıdır). Cavabdeh3 tələbi ilə Cavabdeh1 onun həmin pulları Məhəmməd Taldıbova verməyinə təhrik etmişdir. Sonda isə onlar ondan 200000 manat pul almağa nail oldular. (Mustafayev vurulmuş ziyanda Təhrikçi). Cavabdeh3 tələbi ilə həmin 200000 manatı ona çatdırmaq üçün o və daha 3 nəfər şəxs onun müdür işlədiyi Daşınmaz Əmlakların Dövlət Reyest Xidmətinin Bakı Ərazi İdarəsinə gəlmişlər. Cavabdeh3 göstərişi ilə həmin pulları onun kassiri Cavabdeh2 vermişlər. Bundan sonra pullar da yox oldu özəlləşmə də baş tutmadı. (Əsgərov vurulmuş ziayanda İcraçı)Bundan əlavə vasitçilik etdiyinə görə Cavabdeh1 də ertəsi gün ondan 10000 manat əlavə pul aldı.Həmin iş mülki qaydada araşdırılan zaman məhkəmə hər 3 cavabdehin izahatlarını aldı və yaxud da həmin izahatların surətlərini tələb elədi. Həm cavabdehlər həm də şahidlər bu faktı təsdiq ediblər.Məhkəmə araşdırması zamanı Cavabdeh1 izahat verdi ki, o, məhz Cavabdeh3 təlimatı ilə hərəkət edərək ondan özəlləşmə üçün əvvəl 250000 manat tələb edib sonra isə Məhəmmədin təlimatı ilə bu məbləğ 200000 manata endirib. Daha sonra həmin 200000 manatın Cavabdeh3 üçün aparmasında iştirak edib. Pulu isə Əsgərova veriblər. Cavabdeh2 də öz izahatında etiraf etmişdir ki, o BTİ-nin yanındakı ofisində məhz Cavabdeh3 təlimatı ilə digər insanlardan, o cümlədən də ondan 200000 min manat almışdır. Həmin pulların 4000 min manatını Talıbova vermiş, 1000 manatını özü götürmüş, qalanlarını isə Tahir adlı digər bir şəxsə vermişdir.Məhkəmədə şahid kimi dindirilmiş Bağırzadə Camal isə ifadəsində bildirmişdir ki, Talıbov ona bildirmişdir ki, əgər o özəlləşmə üçün onu 200000 manat verməyə razı saldırsa o zaman Talıbov mükafat kimi ona da 5000 manat pul verəcək. Bağırzadə onu da bildirmişdir ki, həmin gün o öz 5000 Talıbovdan almaq üçün Elşənin kabinetinin yanındakı foyedə olmuşdur. Bu zaman Məhəmmədin bir cavan oğlanla bərabər Cavabdeh2 kabinetinə necə girib oradan içində böyük bir pul bağlaması ilə çıxdığını görmüşdür. Bu pullar isə təqribən 200000 manat ola bilərdi. Ertəsi gün isə Məhəmməd doğurdan da ona 5000 manat pul vermişdir.Məhkəmə birgə delikt hadisəsi törətmiş cavabdehləri birgə mülki məsuliyyəitə cəlb etmə məsələsinə düzgün araşdırmamışdır.İş üzrə keçən cavabdehlər isə ona birgə və kollektiv surətdə ziyan vurduqları halda, onların hər birinə fərdi münasibət bəsləmişdir. Sanki o kiməsə borca pul göndərmişdir.Adicə pul tələblərindən fərqli olaraq «Delikt» işində zərərçəkənə vurulmuş ziyana görə birgə cavabdehlik və kollektiv cavabdehlik anlayışı var. Delikt zamanı şəxsə vurulmuş ziyan bir və bir neçə şəxsin təqsiri üzündən də yetirilə bilər. Əsas odur ki, həmin şəxslərin bu ziyanda iştirakçılığı, vurulan ziyan zamanı onların hər birinin funksiyası və digər hallar sübut olunsun. Daha doğrusu həmin ziyanda iştirak edən şəxslərin iştirakçılıq dərəcəsi müəyyən edilməlidir.Pullar Elşənə veriləndən sonra da Cavabdeh3 artıq özü bu işini sonrasına da nəzarət etmiş və pulları həm özü mənimsəmiş həm də digər şəxslərə vermişdir.Cavabdehlərin noyabr 2014-cü ildə ondan aldıqları 200000 manatla o zamanlar mübahisəli torpaq sahələrini özəlləşdirmək olardı. Lakin onlar bunu vaxtında etmədilər və sonradən ona məxsus torpaq özəlləşmə tariflərini qiymətləri qalxıb 516000 manat təşkil etdi. Bütün bu ziyanlar isə ən azı 459000 manat təşkil edirdi.Məhkəmə bu faktı araşdırmasa da iş materiallarında bu barədə kifayət qədər sübütlar var. Cavabdeh2 apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4969/2021 saylı, 18.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı ona qarşı pul tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 357-394, 386, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsində göstərilən dəlillər mülki iş materillarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmır. Məhkəmə sadəcə olaraq təhqiqat və istintaq materialları üzrə qəbul edilmiş qərarları qətnaməyə köçürmüşdur.İş materiallarından göründüyü kimi pul vəsaiti iş üzrə digər cavabdehlərə verilsə də, məhkəmə 200000 manat vəsaitin ondan tutulması qənaətinə gəlmişdir.İş materillarına əsasən iş görmək adı altında pul verən və alan məlumdur, onun hər hansı bir sövdələşmədə iştirak etdiyi sübut olunmur və belə bir sövdələşmə üçün heç bir səlahiyyətə malik deyil. Belə olan halda nəyə görə cavabdeh olmalı və pul ödəməlidir? Yasamal Rayon Məhkəməsinin 2(004)- 4969\2021 saylı, 18.10.2021-ci il tarixli qətnaməsin mövcud qanunvericiyin tələb və mənasına zidd olmaqla qərəzli və əsassızdır. Belə ki, iddiaçının özünün də etiraf etdiyi kimi əvvəllər onu tanımamış və onunla heç bir sövdələşmə olmamışdır. İş üzrə həqiqi hallar ondan ibarətdir ki, digər cavabdeh, əmlak komitəsinin işçisi Cavabdeh1 iddiaçının mülkiyyətində olan “Turan” kiçik müəssisəsi və "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi məqsədilə “köməklik” göstərmək qərarına gəlmiş və bu barədə digər cavabdehə, Cavabdeh3 Əbülhəsən oğluna bildirmişdir. Sonuncu isə iddiaçıdan, İddiaçı 250000 manat alınıb ona verilməsin istəmiş, sonradan tərəflər öz aralarında 200000 manata razılaşmışlar. Cavabdeh3 razılaşdırılmış məbləğdə pulu iddiaçıdan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin qarşısında yerləşən ofisimdə almağı qərar almış və bu barədə mən ofisdə olarkən zəng edərək məlumat vermişdir. O, ondan Qaradağ rayonu üzrə əmlak komitəsinin işçisi Zahid adlı şəxsdən torpağa dair sənədləri və həmin torpağın özəlləşdirilməsi üçün dövlət rüsumu olaraq gətirmiş 200000 manat pulun qəbul etməyini, sənədləri yoxlamağı, pulu isə saymağı xahiş etdi. Özünün isə yarım saat ərzində ofisə gələcəyini bildirdi və yarım saat keçməmiş ofisinə gələrək pulu götürmüşdür. Bu faktı iddiaçı özü də iddia ərizəsində təsdiq edir. İddiaçı iddia ərizəsində (iddia ərizəsi 3-cü səhifə, 1-ci abzas) bildirir: “mən də işin artıq yüz faiz həll olunacağını yəqin etdim və Ülvi ilə Zahidin yanında 200000 manatı sayıb Elşənə verdim. Bir azdan Məhəmmədin özi də Elşənin kabinetinə gəldi. Məhəmməd kabinetə girəndə həmin pullar hələ Elşən tərəfindən sayılırdı. Vəziyyətlə maraqlandı Məhəmməd dedi bayaq Zahid sizin sözünüzü mənə çatdırdı, vallah aşağı yeri yoxdur. Onunla da bir az danışandan sonra o, pulları Elşəndən aldı.”İddiaçının hüquqşünası olmuş, şahid X6 ifadəsində bildirmişdir ki, (qətnamənin 6-cı səhifəsi, 3-cü abzas) 200000 manat məbləğində pul Zahidin vasitəsilə Elşənə verilmiş, Elşən də sonra Cavabdeh3 vermişdir. Pulun verilməsində onların yanında olmamışdır. Ofisin qarşısında onların içəri keçdiyini görmüşdür, orda həmin gün çox insanlar var imiş. Sonradan Cavabdeh3 həmin ofisə gəlmiş, əlində salafan paketlə çıxmışdır. Cavabdeh3 həmin məbləğdən 5000 manat pulu ona bu işdə vasitəçi olmasına görə ona vermişdir. Şahid işdə necə vasitəçilik etməsi barədə belə izahat vermişdir ki, Cavabdeh3 tərəfindən torpağın özəlləşdirilməsi üçün 250000 manat pul tələb edilərkən, iddiaçı Talıbovla razılığa gəlinməsi üçün danışıqların aparılmasını ona həvalə etmiş, o isə Cavabdeh3la görüşərək torpağın özəlləşdirilməsi üçün dövlət rüsumunun onun tələb etdiyi məbləğdən dəfələrlə az olduğunu bildirdikdə sonuncu ona bu işə qarışmamağı, sövdələşməyə maneçilik törətməməyi tövsiyyə etmiş, sövdələşmə baş tutarsa qonorar olaraq ona 5000 manat hədiyyə edəcəyini söz vermişdir. Sövdələşmə baş tutmuş, torpağın özəlləşdirilməsi üçün Cavabdeh3 200000 manat pul verilmiş və Cavabdeh3 verdiyi sözə əməl edərək həmin 5000 manat hədiyyə etmişdir.Digər tərəfdən iddia ərizəsində qeyd olunduğu kimi torpağın özəlləşdirilməsi məqsədilə qanuni dövlət rüsumu olduğunu guman etdiyi 200000 manat pul və torpağa dair sənədlər 28.11.2014-cü ildə ofisində Cavabdeh3 çatdırılmışdır. İddia ərizəsində də göstərildiyi kimi iddiaçı növbəti ilin aprel ayınadək özəlləşməni baş tutacağına inanmışdır. Həmin vaxta qədər iddiaçı hazırki iş üzrə cavabdehlər Zahid və Məhəmmədlə müntəzəm olaraq əlaqə saxlamışlar. Torpağın özəlləşdirilməsi üçün Cavabdeh3 çatası pulu 6 ay müddətində özündə saxlamağı, sonuncuya verməməyi və bu barədə istər iddiaçının, istər Cavabdeh3 həmin vaxta qədər hüquq mühafizə orqanlarına müraciət etməmələri inandırıcı görünmür. Yuxarıda qeyd olunanlardan, iş materiallarından, şahid ifadələrindən göründüyü kimi işin həqiqi halları ondan ibarətdir ki, iddiaçı torpağın özəlləşdirilməsi üçün hazırki iş üzrə Cavabdeh1 vasitəsilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin məsul işçisi, hazırki iş üzrə Cavabdeh3 Əbilhəsən oğluna 200000 manat pul verilməsinə dair razılığa gəlmiş və həmin pul Cavabdeh3 verilmişdir. O, hər hansı obyektə və ya torpaq sahəsinə sənəd verən orqanın əməkdaşı deyil, vəzifəsi və səlahiyyəti yoxdur. Tərəflər arasında razılaşmada iştirak etməmiş, digər cavadehlərin vəzifə və səlahiyyət sahibləri olmalarına və pulu almalarına baxmayaraq məhkəmə qətnaməsilə ondan pulun alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Qətnamədə heç bir mötəbər sübut mövcud deyil. İddiaçı verdiyi pulun müştərək qaydada alınmasını tələb etsə də, nədənsə, məhkəmə pulun yalnız, ondan alınması barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmadıqlarını, tələbi hər üç cavabdehə qarşı irəli sürdüklərini, iddiaçının 200000 manatı verdiyini, amma özəlləşdirmənin həyata keçirilmədiyini, Əliyev Firudin Məşi oğlunun keçmiş kürəkəni X4 bağladığı kredit müqaviləsinin formal xaraket daşıdığını və bir ay müddətinə bağlandığını, iddia tələblərində kredit müqaviləsinin iddianın predmeti olmadığını, vurulan zərəri istədiklərini, bu gün həmin torpağı özəlləşdirmək üçün 469000 manat ödəməli olduqlarını və bu zərəri hər üç cavabdehdən istədiklərini, çünki hər üçünün konkret təqsirli əməli olduğunu, ilk danışığı Zahidlə apardıqlarını, qiyməti Zahidin Məhəmmədlə müəyyənləşdirdiyini, pulu aparib Elşənə verdiklərini,məhkəmənin bir cavabdehdən pulu tutmaqda və pulun məbləğində düzgün nəticəyə gəlmədiyini, şikayətlərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, Elşənin cavabdeh hesab olunsa da, əslində bunun düzgün olmadığını və Məhəmmədlə Elşənin münasibətlərinin yaxın olduğunu,inandığı adam olduğunu, Məhəmmədin Elşənə zəng vuraraq “sənə pul gətirəcəklər gəlib götürəcəm” dediyini, 15-20 dəqiqədən sonra gəlib pulun hamısını götürdüyünü, məbləğ üzərində sərəncamı Məhəmmədin verdiyini, X7 ilə bağlanmış müqavilənin qarantiya kimi bağlanmadığını, müqavilələrdə nəzərdə tutulan borcların başqa-başqa borclar olduğunu bağlanılmış borc müqaviləsinin hal-hazırki iddianın predmetinə aiddiyyətinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 Əbilhəsən oğlunun nümayəndəsi Vəkil3 apellyasiya şikayəti ilə bağlı etirazını təqdim edərək, Elşənin istintaq prosesi zamanı 195000 manatı Zahidə, guya 4000 manatını isə Məhəmmədə verdiyini özünün etiraf etdiyini bildirir, iddiaçının mülahizələrinin subyektiv olduğunu, pulun Məhəmmədə çatmasını sübut edən bir sənədin belə olmadığını, onun reyestr xidmətində mühasib olduğunu, özəlləşdirmə ilə bağlı ilk müraciətin Zahidə olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 2014-cü ildə Əmlak Komitəsində işləyərkən,ərazilərdən monitorinq keçirmək eyni zamanda gəzib tövsiyə vermək hüququnun olduğunu, Əliyev Firudinin özəlləşdirmə ilə bağlı müraciət etdiyini, qiymətləndirilmənin aparıldığını, 200000 manatın verilməsinə Əliyev Firudinin razı olduğunu, Cavabdeh3 pulu Cavabdeh2 verilməli olduğunu bildirdiyini, özü, Əliyev Firudin və Abdullayev Ülvi ilə pulu Cavabdeh2 verdiklərini, Cavabdeh2 o vaxta kimi tanımadığını, pulu verdikdən sonra Cavabdeh2 1 ay yarım, 2 ay ərzində özəlləşdirilmənin aparılacağını bildirdiyini, pulun məbləğinin Cavabdeh3 tərəfindən müəyyən edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil1 Zahidin həmin ərazidə 7-8 obyektə nəzarət etdiyini, özəlləşdirmə ilə əlaqədar Firudinə təklif etdiyini,yalnız tanışlığa vasitəçilik etdiyini, Zahidə heç bir pul çatmadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Araşdırılmış iş üzrə diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir. Tərəflər arasında davamlı münasibətlər çərçivəsində qarşılıqılı ödənişlərin aparılması səciyyəsi, təyinatı, məqsədi, qaytarılmalı olan məbləğin miqdarı və digər ziddiyyətli dəlillər, iddia edilən pul vəsaitlərinin məbləğının, habelə notarial qaydada bağlanılan digər müqavilənin əsasının müəyyən edilməsi mümkünsüzlüyü, şübhələrdən kənar olaraq apellyasiyaların dəlillərinə birmənalı qiymət veilməsini mümkün etmir. İddiaçınının özünün və cavabdehlərin mülki və cinayət işi üzrə mövqeləri nəzərə alınaraq, təkzibedilməz sübutların olmadığı sırasında preyudisiyal əhəmiyyətə malik cinayəyt işi üzrə yekun qərarın olmadığı şəraitdə şahid ifadələrinin pul vəsaitlərinin dövriyyəsi üzrə mötəbər sübut kimi qəbulunun yolverilməzliyini əks etdirir. İddia və etirazlara müvafiq sübutetmə vəzifələrə uyğun tərəflərin prosessual hərəkətsizliyinə rəğmən məhkəmənin də özünün sübutları əldə etmək kimi prosessual imkanlarını istisna edir. Qeyd edilməlidir ki, iddianın əsasını tərəflər arasında daşınmaz əmlakın özəlləşdirilməsindən irəli gələn münasibətlər olmuş, lakin qanunla müəyyən edilmiş müvafiq reyesrtdə qeydiyyatların aparılması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası eyni mövqedən çıxış edərək, pulun Cavabdeh2 tərəfindən qəbul edildiyini, digər cavabdehlərə münasibətdə iştirakçılıq məsələsi cinayət hüquqi araşdırma predmeti olduğundan, habelə bu məsələ və zərərlə bağlı barədə mötəbər sübutların mövcud olmadığına, aprılan cinayət işi üzrə icraat dayandırıldıqdan apellyasiya şikayətlərinin dəlilləri üzrə fərqli hallar müəyyən edilmir. Cinayət işi üzrə icraat bitmədiyindən və bununla əlaqədar mülki iş üzrə prosessual xüsusatlar müəyyən edilmədiyindən müddətlərlə bağlı qiymət verilməsi mümkün deyildir. Diqqətə çatdırılmalıdır ki, aparılan cinayət işi üzrə İddiaçı habelə Cavabdeh2 dəlilləri üzrə yeni və fərqli halların yaranması digər əsaslarla və reqres qaydasında başqa tələblərin həm cinayət təqibi çərçivəsində və ya ondan ayrı mülki iddia icraatı qaydasında irəli sürməsini istisna etmir. İddiaçı iddia tələbində Abdullayev Ülvi ilə Cavabdeh2 arasında olan müqaviləni ödənilən pulun təminatı olmasını qeyd etsə də nümayəndəsi bu əsasla tələbinin müdafiəsində israrlı olmamış, cəlb edilən Abdullayev Ülvi məhkəmə prosesində iştirak etməyərək aydınlıq gətirməmiş, Cavabdeh2 nümayəndəsi də qeyd edilən kredit müqaviləsinin hazırki işə aidiyyətinin olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 385-390, 1096-1100, 1113- 1115, 1128-1132; Mülki Prosesual Məcəllənin 14.2, 48-49, 72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Apellyasiya şikayətinin dəlilləri cinayət təqibi proseduru həddində araşdırılmalı məsələlərdir və mülki icraat səlahiyyətlərinə aid deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4969/2021 saylı işi üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar