Məhkəmə qərarları › İş №2(103)-10414/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10414/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10414/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Qafqaz Müsəlmanları İdarəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, regionnews.az internet portalının baş redaktoru Cavabdeh3, yenisabah.az internet portalınının redaksiyasına qarşı məhkəmədə iddia qaldıraraq aşağıdakılar barədə qətnamə qəbul olunmasını xahiş etmişdir: cavabdehlər X3 və Cavabdeh2 tərəfindən regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi balqaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə və yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə yayılmış həqiqətə uyğun olmayan məlumatlar təkzib edilsin və cavabdehlər X3 və Cavabdeh2 tərəfindən heç bir əlavə və ya şərh verilmədən, videomüraciət ilə aşağıdakı məzmunda təkzib verilsin: TƏKZİB “regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Biz – X3 və Cavabdeh2 bildiririk ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən biz - X3 və Cavabdeh2 Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirik.” “yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Biz - X3 və Cavabdeh2 bildiririk ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən biz - X3 və Cavabdeh2 Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirik.” regionnews.az internet xəbər portalında 24 Fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında dərc edilmiş məqalədə göstərilənlər həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Həmin məqalənin regionnews.az internet portalından çıxarılması vəzifəsi regionnews.az internet portalının redaksiyasının üzərinə qoyulsun. regionnews.az internet xəbər portalının redaksiyası həmin məqalədə göstərilən məlumatları təkzib edərək regionnews.az internet xəbər portalında, “əsas səhifə” bölməsində, məqalənin dərc edildiyi şriftlərin ölçüsündə yazılmaqla, cavabdehlər X3 və Cavabdeh2 adından heç bir əlavə və ya şərh verilmədən, aşağıdakı məzmunda təkzib versin və 1-ci bənddə göstərilən təkzib videomüraciət şəklində paylaşılsın: TƏKZİB “regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. regionnews.az internet xəbər portalının redaksiyası və onun baş redaktoru bildirir ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən biz - X3 və Cavabdeh2 Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirik.” yenisabah.az internet xəbər portalında 24 Fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında dərc edilmiş məqalədə göstərilənlər həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Həmin məqalənin yenisabah.az internet portalından çıxarılması vəzifəsi yenisabah.az internet portalının redaksiyasının üzərinə qoyulsun. yenisabah.az internet xəbər portalının redaksiyası həmin məqalədə göstərilən məlumatları təkzib edərək yenisabah.az internet xəbər portalında, “Ana səhifə” bölməsində məqalənin dərc edildiyi şriftlərin ölçüsündə yazılmaqla, cavabdehlər X3 və Cavabdeh2 adından heç bir əlavə və ya şərh verilmədən aşağıdakı məzmunda təkzib versin və 1-ci bənddə göstərilən təkzib videomüraciət şəklində paylaşılsın: TƏKZİB “yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. yenisabah.az internet xəbər portalının redaksiyası və onun baş redaktoru bildirir ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən biz - X3 və Cavabdeh2 Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirik. Kütləvi informasiya vasitəsində həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində mənəvi zərər vurulduğuna görə cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada mənəvi zərərin əvəzi kimi 5.000 (beş min) manat məbləğ tutularaq Azərbaycan Respublikasının Silahlı X7 hesabına köçürülsün. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova, iş № 2(008)-4512/2021) iddia qismən təmin edilərək cavabdeh X3 tərəfindən regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə və yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə yayılmış həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və cavabdehlər X3 tərəfindən heç bir əlavə və ya şərh verilmədən, videomüraciət ilə aşağıdakı məzmunda təkzib verilməsi: “TƏKZİB: “regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Mən - X3 bildirirəm ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən mən - X1 Müsəlmanları İdarəsindən üzr istəyirəm.” “yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Mən - X3 bildirirəm ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən mən - X1 Müsəlmanları İdarəsindən üzr istəyirəm.” regionnews.az internet xəbər portalında 24 Fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında dərc edilmiş məqalədə göstərilənlər həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin.”, həmin məqalənin regionnews.az internet portalından çıxarılması vəzifəsinin Cavabdeh3 üzərinə qoyulması, Cavabdeh3 həmin məqalədə göstərilən məlumatları təkzib edərək regionnews.az internet xəbər portalında, “əsas səhifə” bölməsində, məqalənin dərc edildiyi şriftlərin ölçüsündə yazılmaqla, cavabdeh X3 adından heç bir əlavə və ya şərh verilmədən, aşağıdakı məzmunda təkzib verilməsi və 1-ci bənddə göstərilən təkzibin videomüraciət şəklində paylaşılması – “TƏKZİB: “regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən mən - X1 Müsəlmanları İdarəsindən üzr istəyirik.”, yenisabah.az internet xəbər portalında 24 Fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında dərc edilmiş məqalədə göstərilənlərin həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, həmin məqalənin yenisabah.az internet portalından çıxarılması vəzifəsinin Cavabdeh4 MMC-nin üzərinə qoyulması, Cavabdeh4 MMC həmin məqalədə göstərilən məlumatların təkzib edərək yenisabah.az internet xəbər portalında, “Ana səhifə” bölməsində məqalənin dərc edildiyi şriftlərin ölçüsündə yazılmaqla, cavabdeh X3 adından heç bir əlavə və ya şərh verilmədən aşağıdakı məzmunda təkzib verməsi və 1-ci bənddə göstərilən təkzib videomüraciət şəklində paylaşılması: “TƏKZİB: “yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən mən - X1 Müsəlmanları İdarəsindən üzr istəyirəm.” qət edilmişdir. Qətnamə ilə həmçinin X2 mənəvi zərərin əvəzi kimi 500 manat məbləğin tutularaq Azərbaycan Respublikasının Silahlı X7 hesabına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh2 qarşı hissədə təmin olunmamışdır. Cavabdeh1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, regionnews.az internet portalının internet səhifəsində 24.02.2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlıqlı məqalə dərc edilmişdir. Həmin məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədri barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən aşağıdakı məzmunda məlumatlar yayılmışdır: «Qazax rayonu Əhməd Seyidov 46 ünvanında yaşayan Cavabdeh1 adlı sakin yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmaması ilə bağlı videomüraciət edib. O, müraciətində bildirmişdir ki, bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmənları İdarəsindnən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib. “RegionNews.az” xəbər verir ki, şikayətçi yaydığı videomüraciətdə iddia edir ki, QMİ-də mühüm vəzifədə çalışan Əlirıza adlı şəxs onlara söz verib ki, sənədləşdirilməyə kömək edəcək. Cavabdeh1 deyir ki, onlardan 2000 min manat pul da tələb olunub: “Əlirıza bəyə yoldaşım bal-qaymaq verib. Yoldaşımı aldadıb, deyib ki, narahat olma. Sizin məscidə sənəd alıb verəcəm. Biz təkrar məktub yazıb göndərdik. Allahşükür Paşazadə bizə cavab vermir. Dövlət başçısına da müraciət etmişik. Bizdən 2000 pul tələb edir, axı hardan tapaq o qədər pulu. Mən dörd uşağımla getmişəm ora. Amma məhəl qoyulmur. “Tövbə” məscididir. Buna da pul alıb sənədləşdirərlər?...”yenisabah.az internet portalında (baş redaktor Nümayəndə) 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlıqlı məqalə dərc edilmişdir. Həmin məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədri barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən aşağıdakı məzmunda məlumatlar yayılmışdır:“...Qazax rayonu Əhməd Seyidov 46 ünvanında yaşayan Cavabdeh1 adlı sakin yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmaması ilə bağlı videomüraciət edib. “Yeni Sabah” xəbər verir ki, “RegionNews.az”a təqdim etdiyi müraciətində o bildirir ki, bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmənları İdarəsindnən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib.Şikayətçi yaydığı videomüraciətdə iddia edir ki, QMİ-də mühüm vəzifədə çalışan Əlirıza adlı şəxs onlara söz verib ki, sənədləşdirilməyə kömək edəcək. X. Hüseynzadə deyir ki, onlardan 2000 min manat pul da tələb olunub:“Əlirıza bəyə yoldaşım bal-qaymaq verib. Yoldaşımı aldadıb, deyib ki, narahat olma. Siizn məscidə sənəd alıb verəcəm. Biz təkrar məktub yazıb göndərdik. Allahşükür Paşazadə bizə cavab vermir. Dövlət başçısına da müraciət etmişik. Bizdən 2000 pul tələb edir, axı hardan tapaq o qədər pulu. Mən dörd uşağımla getmişəm ora. Amma məhəl qoyulmur. “Tövbə” məscididir. Buna da pul alıb sənədləşdirərlər?...”Həmin məqalələrdə qeyd edilənlər həqiqətə uyğun olmayan məlumatlardır, həmin məlumatları dərc edən cavabdeh internet portalları isə bu məlumatların həqiqiliyini yoxlamadan, açıqaşkar qanun pozuntuları, o cümlədən təqsirsizlik prezumpsiyasının pozulması ilə müşahidə edilən məlumatları dərc etmişdir. Həmin məqalələrdə guya, 2.000 manat pul tələb edilməsi, həmin pulun qarşılığında müraciət edənin tələbinin həyata keçirilməsi və s. bu kimi faktlar sadalanır və bu məqalə oxucularda belə yanlış fikir formalaşdırır ki, guya həmin şəxsdən 2.000 manat pul tələb edilmişdir. Bu məlumatlar yalan olmaqla, məqsədi iddiaçının rəhbərini cəmiyyətdə nüfuzdan salmaq, onun müraciət edəndən pul tələb etməsinə oxucuları inandırmaqla, Qafqaz Müsəlmanları İdarəsində hansısa qanunsuz əməllərlə məşğul olunmasına şübhə yaratmaqdan ibarədir. Həmçinin həmin məlumatlar dini forma geyinmiş şəxs tərəfindən səsləndirilmiş, bu da oxucularda həmin məlumatların doğru olması təsəvvürünü gücləndirmişdir. Həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların yayılması, faktiki olaraq, cinayətdə ittiham etmə, mənəvi iztirablara, şərəf və ləyaqətin, cəmiyyətdə nüfuzun ləkələnməsinə yönəlmiş hərəkətlərdir. Məhkəmə regionnews.az internet portalı redaksiya kimi dövlət qeydiyyatından keçmədiyindən və Cavabdeh3 onun baş redaktoru olmadığından həmin cavabdehi regionnews.az internet portalında xəbər yerləşdirən Cavabdeh3 kimi qəbul etmişdir. Buna iddiaçının nümayəndəsi və Cavabdeh3 özü etiraz etməmişlər. Məhkəmə yenisabah.az internet portalınının redaksiyasını Cavabdeh4 MMC ilə əvəz etmişdir. 13.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 ərizə verərək təkzib verməyə razı olduğunu bildirmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh4 MMC-nin qanuni təmsilçisi Nümayəndə özlərinə qarşı iddianı qəbul etməyərək onların cavabdehlikdən xaric edilməsini xahiş etmişdir. Belə ki, KİV haqqında Qanunun 62-ci maddəsinə əsasən o, məsuliyyət daşımır, çünki həmin məlumatı regionnews.az internet portalından götürmüşdür. Bundan başqa, qeyd etdi ki, onlara qarşı işin məhkəməyə gətirilb çıxarıldılmasına ehtiyac yox idi, əgər onlara müraciət edilsə idi, məhkəməsiz də həmin məlumatı portaldan çıxarardılar. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən videodiskə baxış keçirilmişdir. Həmin diskdən özünü Hüseynova Xədicəxanım kimi təqdim edən qadın yuxarıda qeyd olunan məlumatı xalqın nəzərinə çatdırır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cababdeh Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırmamış, onu iş barədə xəbərdar etmədən və tərəflərin hüquq bərabərliyini təmin etmədən, sübutları düzgün qiymətləndirmədən, müqayisəli şəkildə tədqiq etmədən qətnamə qəbul etmişdir. Məhkəmə mətbuatda yayılmış məlumatların yayılma formasını, üsulunu, kimin yaymasını, kimin təqsirli olmasını, əsasını araşdırmamış və yalnız onu təqsirkar bilmişdir. Halbuki, onun heç bir təqsiri yoxdur və ona deyilənləri sübut etməyə şərait də yaradılmamışdır. O özü 4 uşaqlı anadır və onun ailə vəziyyətini nəzərə almadan onu bu yolla əsassız maddi yükləməyə məcbur etmişdir. Məhkəmə iddiaçıdan çəkinərək, tələb-tələsik araşdırma aparmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Qətnamənin ləğv edilməsi və iddianın tam rədd olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə teleqram göndərərk səhhəti ilə əlaqədar məhkəmə iclasının 2022-ci ilin fevral ayına təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin xəstəliyi ilə bağlı hər hansı sənəd (sübut) təqdim olunmadığını nəzərə alaraq vəsatəti əsassız saydı və rədd etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamə Cavabdeh1 tərəfindən yalnız iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını həmin hissədə yoxlamışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, dərc edilən məlumatlarda bir qrup şəxs tərəfindən tikildiyi iddia edilən məscidə “sənəd verilməməsindən”, veriləcəyi təqdirdə qarşılığında pul tələb edilməsindən söhbət gedir. İddiaçı həmin məlumatların həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar olduğunu, onların yayıldığını, faktiki olaraq cinayətdə ittiham etmə, mənəvi iztirablara, şərəf və ləyaqətin, cəmiyyətdə nüfuzun ləkələnməsinə yönələn hərəkətlər olduğunu bildirərək hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı yalnız cavabdehlərdən birinə - Cavabdeh1 qarşı hissədə qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, 20.08.1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 11-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına rəy verir. 04.05.2021-ci il tarixdə həmin maddəyə düzəliş edilmiş və «müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla" əlavə edilmişdir. Qeyd edildiyi kimi, məlumatlar 2021-ci ilin fevral ayında yayımlanmışdır, yəni axırıncı düzəlişə qədər. Beləliklə, aydın olur ki, qanunvericilikdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tikilmiş məscidə hər hansı bir sənədin verilməsi nəzərdə tutulmamışdır və bu məqsədlə ona müraciət edilə bilməzdi. Birinci instansiya məhkəməsi göstərilənləri nəzərə alaraq iddianı qismən əsaslı saymış və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 44, 45-ci maddələri və s. normalarla, eləcə də “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 14.05.1999-cu il tarixli, 7 №-li qərarı ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 14.05.1999-cu il tarixli, 7 №-li qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın şərəf və ləyaqəti ləkələməsi; məlumatın doğru olmaması; məlumatın yayılması. İşin araşdırılan hallarından göründüyü kimi, sözügedən məlumatların doğruluğu təsdiq olunmamışdır, həmin məlumatlar şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlardır və bu məlumatlar yayılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, cavabdeh apellyasiya şikayəində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar