Məhkəmə qərarları › İş №2(103)-1042/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1042/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1042/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, Şamaxı rayonu İcra və probasiya şöbəsi və Cavabdeh3 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “hərrac nəticələrinin və hərrac yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Şamaxı rayonu İcra və probasiya şöbəsi və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1550/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2021-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, 2 saylı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-14517/20l 6 nömrəli, xx.xx.2016-cı il tarixli sənədi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir.

2. xx.xx.2021-ci il tarixli borclunun məcburi gətirilməsi barədə təqdimatdan görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-14517/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X14 15000 ABŞ dolları borc və dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər X5 icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir.

3. xx.xx.2021-ci il tarixli Cavabdeh1 İddiaçı ünvanladığı məktubdan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-14517/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X15 15000 ABŞ dolan pul alınarq tələbkar İddiaçı verilməlidir. X14 15000 ABŞ dollarının manatla məzənnəsi alınaraq İddiaçı ödənilməlidir. X5 mülkiyyətində ünvan 6ində 0.003 ha əkin sahəsi aşkar edilmiş, bu barədə məhkəməyə təqdimatla müraciət olunmuş, Xətai Rayon Məhkəməsinin 8(011)32/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadı ilə borcluya məxsus əkin sahəsi üzərinə həbs qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə ‘'Qiymətləndiricinin dəvət olunması haqqında” qərar qəbul edilərək, icra olunması üçün "Qiymətləndirmə Xidməti Mərkəzi MMC-yə göndərilmişdir. Qeyd olunan icra sənədi üzrə əmlak yəni, ünvan 6ində 0.003 hu əkin sahəsi "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən 3000.0 manata qiymətləndirilmişdir.

4. xx.xx.2021-ci il tarixli İddiaçı ərizəsindən görünür ki, borclu X14 15000 ABŞ dollarının manatla məzənnəsi alınaraq ona ödənilməlidir. X16 mülkiyyətində ünvan 6ində 0.003 ha əkin sahəsi aşkar edilmiş, bu barədə məhkəməyə təqdimatla müraciət olunmuş, Xətai Rayon Məhkəməsinin 2(011)-32/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə borcluya məxsus əkin sahəsi üzərinə həbs qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən 3000.0 manatla qiymətləndirilmişdir V=3.0x 1000.00=3000.00 manat məbləğində qiymətləndirilmiş əmlaka edilən təklifi qəbul edir.

5. Hərrac Təşkilatının açıq hərracın nəticələri haqqında 49/02 nömrəli protokolundan görünür ki, X18 məxsus ünvan 6ində 0.003 ha torpaq sahəsini Cavabdeh3 4530,00 manata almışdır.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində 0,119997 ha torpaq sahəsi olan 235a saylı bağ sahəsi xx.xx.2011 -ci il tarixində X16 adına dövlət reyestrində qeydiyyata alınmışdır, lakin 5 saylı Bakı "Asan Xidmət” mərkəzində fəaliyyət göstərən Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 46-357 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsi özgəninkiləşdirilərək digər torpaq sahələri ilə birləşdirilmiş və üzərində yerləşən (ümumi sahəsi 10.95 kv.m olan) tikililərlə birlikdə 0,35 ha torpaq sahəsi olan 235A saylı bağ evi kimi vahid əmlak olaraq xx.xx.2019-cu il tarixində digər şəxsin adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq elektron sistemdə müvafiq düzəlişlərin aparılması ilə bağlı göstəriş verilmişdir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 519/2018 saylı qətnaməsi ilə iddiaçı X16 cavabdeh "Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nə qarşı "qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, X16 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Gorədil kəndində yerləşən 235a saylı 0,119997 ha bağ sahəsinin qiymətləndirilməsi barədə cavabdeh "Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin 373 saylı, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyi etibarsız hesab edilmişdir. X16 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Gorədil kəndində yerləşən 235a saylı 0,119997 ha bağ sahəsinin açıq hərracdan ilkin satış qiyməti 61.198,47 manat müəyyən edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İddiaçı cavabdeh "Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nə qarşı "Bakı şəhəri, Binəqədi rayonu, Gorədil kəndində yerləşən 0,119997 ha 135a saylı bağ sahəsinin - torpaq sahəsinin 48.000 manat qiymətləndirmə nəticələri haqqında hesabatının etibarsız sayılaraq ləğv edilməsi və həmin torpaq sahəsinin 24.000 manat qiymətləndirməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməmişdir.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-14517/2016 nömrəli məhkəmə əmri ilə 15.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə ünvan 3 ünvanında qeydiyyatda olan X14 alınaraq ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ödənilməsi qət edilmişdir.

9. xx.xx.2021-ci il tarixli "Birja Yenilikləri” qəzetindən görünür ki, hərrac ünvan 5 ünvanında keçirilmişdir.

10. "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-14517/2016 nömrəli icra sənədi, Cavabdeh1 1369/3 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ünvan 6ində yerləşən 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 3000 (üç min) manat olmaqla xx.xx.2021-ci il tarixində "Birja Yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2016-cı il tarixə, saat 11:00-da hərracı təyin olunmuşdur.

11. xx.xx.2021-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərarından görünür ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanunun 24.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-14517 nömrəli, xx.xx.2016-cı il tarixli sənədi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(103)- 46/2023 saylı qərardadı ilə tələbkar İddiaçı şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)- 32/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-32/2021 nömrəli qərardadı ərizə təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(011)-32/2021 saylı qərardadı ləğv edilmiş və ünvan 6ində yerləşən 0,03 ha torpq sahəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür.

14. Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X16 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır.

15. xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın AN - İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X7 rayonu, Nağaraxana kəndi ünvanında yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsini X1.

16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, İddiaçı tərəfindən mübahisələndirilən ünvan 6ində yerləşən 0,03 ha torpaq sahəsi ilkin olaraq Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29.5.1998-ci il tarixli 08 saylı qərarı ilə 0,15 ha ölçüdə X18 verilmişdir. Həmin torpaq sahəsinə ləğv edilmiş DTXK tərəfindən JN-585A Kod 41011018 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Qeyd olunan torpaq sahəsinin 0,12 ha hissəsini X24 xx.xx.2016-cı il tarixdə Şamaxı rayon notariat kontorunda bağlanmış 4ə-482 nömrəli alqısatqı müqaviləsi əsasında X1. Yerdə qalan 0,03 ha torpaq sahəsinə reyestrindən çıxarışın işlənməsi üçün müraciət etmədiyinə görə X16 adına reyestrdən çıxarış işlənilməmişdir. Qeyd olunan 0,03 ha torpaq sahəsinin üzərində X16 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, Cavabdeh1 sifarişi əsasında "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracda Cavabdeh3 satılmışdır.

17. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(011)-3638/2021 nömrəli qərarı ilə X24 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Şamaxı rayonu İcra və probasiya şöbəsinə və Cavabdeh3 qarşı “hərracın və onun nəticəsinə dair protokolun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın və onun nəticəsi barədə protokolun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu X24 24.09.2U16-C! il tarixli kredit müqaviləsi üzrə 15.000 (on beş min) ABŞ dolları borcunu qaytarmaqdan yayındığınna görə iddiaçı məhkəmə əmrinin verilməsi üçün ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 23 noyabr 2016-cı il tarixli, 2(011)- 14517/2016 saylı əmri ilə iddiaçının ərizəsi təmin edilmiş və icra sənədi üzrə Xətai rayon İcra şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilərək, surəti bildirişlə bərabər borclu X18 göndərilməklə, ona icra sənədi üzrə borcun könüllü ödəməsi təklif edilmişdir. Lakin borclu icra sənədi üzrə borcu ödəmədiyindən icra məmuru təqdimatla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ üzrə borcluya məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi X5 icra sənədində göstərilən pul vəsaitini ödəmədiyini və bununla bağlı icra sənədinin icrasının mümkün olmadığını əsas götürüb, icra məmurunun təqdimatını təmin edərək, mülkiyyət hüququ üzrə borclu X18 məxsus, Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə xx.xx.2021-ci il tarixdə 8(011)-32/2021 saylı qərardad qəbul etmişdir. Mülkiyyət hüququ üzrə borcluya məxsus torpaq sahəsi Şamaxı rayon ərazisində yerləşdiyindən, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X23 xx.xx.2021 -ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-14517/2016-nömrəli icra sənədi icrasının təmin edilməsi üçün Şamaxı rayon İcra və Probosiya şöbəsinə göndərilmişdir. Cavabdeh1 «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş torpaq sahəsinin qiymətləndirilməsi üçün xx.xx.2021-ci il tarixdə 1459/3 saylı məktubla "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən borclu X18 məxsus, Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.03 ha torpaq sahəsinin dəyəri 3000 (üç min) manat müəyyən edilərək, bu barədə xx.xx.2021 -ci il tarixli, QXM/2978 saylı məktubla Şamaxı rayon İcra və Probosiya şöbəsinə məlumat vermişdir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə 1526/3 saylı məktubla iddiaçıya müraciət edərək, 3000 (üç min) manat dəyərində qiymətləndirilmiş borclu X18 məxsus, Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsini ona təklif edilmişdir. O, da xx.xx.2021-ci il tarixdə ərizə ilə Şamaxı rayon İcra və Probosiya şöbəsinə yazılı müraciət edərək təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra Şamaxı rayon İcra və Probosiya şöbəsi xx.xx.2021-ci il tarixdə 1774/3 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 14 saylı ərazi idrəsinə müraciət edərək, İcra haqqında Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən X5 mülkiyyətində olan və Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə dair müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin bəlli olmayan səbəblərdən borclunun torpaq sahəsi onun adına rəsmiləşdirilmədən Şamaxı rayon İcra və Probosiya şöbəsi borclunun torpaq sahəsinin açıq hərracda satılması üçün xx.xx.2021-ci il tarixli, 136913 nömrəli məktubla ünvan 7 ünvanda fəaliyyət göstərən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X25 Məsuliyyətli Cəmiyyətinə sifariş məktubu göndərmişdir. Hərracın yekununa dair protokola əsasən hərrac 09 iyun 2021-ci il tarixdə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X25 Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 7 ünvanda keçirilmiş, hərracın qalibi Cavabdeh3 olmuşdur. Lakin əmlakın dəyəri Hərrac Mərkəzinin depozit hesabına ödənilməmiş, ümumiyyətlə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. Əslində isə əmlak özgəninkləşdirilməmiş, hərrac formal keçirilərək əmlakın özgəninkləşdirilməsinin görüntüsü yaradılmışdır. Bu hal Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubla da təsdiq edilmişdir. Belə ki, istinad edilən məktubda Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin X16 mülkiyyətində olması göstərilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi X24 isə xx.xx.2022-ci il tarixdə öldürülmüş və icra sənədi üzrə borcun əhəmiyyətli hissəsini ödəməmişdir. Göründüyü kimi hərrac kobud qanun pozuntusu ilə keçirildiyindən hər hansı hüquqi nəticə doğurmamışdır. Odur ki, hərrac və onun nəticəsi barədə protokol etibarsız sayılmalıdır.

20. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək, İddiaçı Cavabdeh3 və digərlərinə qarşı "hərracın və onun nəticəinə dair protokolun etibarsız sayılması tələbinə” dair mülki iş üzrə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Cavabdeh3 "Daşınar və Daşınmaz əmlakın satışı üzrə "Hərrac" mərkəzinin” təşkil etdiyi hərracda iştirak etmiş və hərracın qalibi olmuşdur. Hərracdan sonra alıcının yeni mülkiyyətçi kimi hüququnu təsdiq edən alqı-satqı qüvvəsinə malik protokol imzalanmışdır. Şamaxı rayon İcra ve Probasiya şöbəsi öz növbəsində hərracın qalibinin öz üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirdiyini müəyyən etdikdən sonra protokolu imzalamış və möhürləmişdir, lakin əmlakın üzərinə hərracdan əvvəl qoyulmuş həbs qüvvədə olduğundan reyster xidmətinin Cavabdeh3 adına yeni çıxarış verməsi mümkün olmamışdır. Xətai Rayon Məhkəməsinə həbsin götürülməsi ilə əlaqədar müraciət edilmiş və həbs götürülmüşdür. İş üzrə İddiaçı heç bir əsası olmadan həbsin götürülməsinə etiraz etmişdir. Halbuki, İddiaçı Şamaxı İcra Şöbəsinə ərizə ilə müraciət edərək əmlakın hərrac yolu ilə satılmasını xahiş etmiş hətta özü şəxsən hərracda iştirak etmiş və hərracdan sonra X4 Şamaxı icra şöbəsində onu təmsil etməyi, şöbənin deposit hesabında olan, ona çatacaq pul vəsaitini götürməyə dair etibarnamə vermişdir. Günay xanım İddiaçı adından Şamaxı icra şöbəsi depozit hesabına hərrac nəticəsində köçürülmüş 4530 AZN pulun onun qeyd etdiyi kart hesabına köçürülməsi üçün ərizə ilə müraciət etmişdir. Şamaxı icra şöbəsinin rəisi müraciəti nəzərə alaraq müvafiq qurum və şöbələrə göstəriş vermiş və hərracdan əldə olunan 4530 AZN pul vəsaiti İddiaçı xanımın nümayəndəsi Günay xanımın göstərdiyi hesaba köçürdülmüşdür. Qeyd edilən hallar Şamaxı icra şöbəsinin məhkəməyə təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmasına baxmayaraq Kəmalə xanım Şamaxı icra şöbəsindən aldığı pulun ona borclu olan şəxsin Xətai Rayon Məhkəməsinin qərarı ilə müxtəlif vaxtlarda Xətai icra şöbəsinə ödədiyi pul vəsaitinin bir hisəsi olduğu kimi əssasız iddialarla çıxış edərək uzun müdətdir ki, Cavabdeh3 qanunla müəyyən edilmiş hərrac yolu ilə əldə etdiyi əmlak üzərində sərancam vermə hüququnu məhdudlaşdırılması barədə Kəmalə xanım Xətai Məhkəməsinə verdiyi şikayətlərdə eyni iddialarla çıxış etmiş Xətai Rayon Məhkəməsi və sonradan Apellyasiya Məhkəməsi qeyd edilən hallan araşdırmış və Kəmalə xanımın iddialarının əssasız olduğunu müəyyənləşdirmişdir. Ümumən İddiaçı hərracın nəticələrinin mübahisələndirmək üzrə subyektiv hüququ yoxdur.

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1550/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X17)

22. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddia tələbində qeyd olunan dəlillər özü özlüyündə hərracın etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hərrac baş tutduqdan sonra protokol bir neçə nüsxədə tərtib olunur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş protokolda, o cümlədən məhkəmə sorğusuna əsasən əldə olunmuş protokolda müvafiq qaydada imza və möhür mövcuddur. Bu baxımdan qeyd olunmalıdır ki, protokolun bir nüsxəsində imzanın və möhürün olmaması hazırki halda (işin digər faktiki halları ilə birgə yoxlanıldıqda) əhəmiyyət kəsb etmir. Digər tərəfdən hazırki hərracın yalan əqd olması müəyyən olunmur. Məhkəmə, belə nəticəyə gəlməsini mülki işin araşdırması zamanı müəyyən etdiyi aşağıdakı təkzibedilməz hallar ilə əsaslandırır. iddiaçı onun adından olan ərizənin başqa şəxs tərəfindən imzalandığını mübahisələndirsə də, işin faktiki halları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli ərizədəki imza X6 tərəfindən imzalanmışdır. Belə ki, AR-İİ seriyalı 344334 nömrəli etibarnamədən aydın olur ki, iddiaçı icra qurumunun depozit hesabında olan pul vəsaitini almağı, buna dair imza etməyi və s. X4 etibar etmişdir. Eləcə də həmin ərizədə iddiaçının adının olmasının, lakin X6 tərəfindən imzalanmasının müvafiq halda heç bir əhəmiyyəti mövcud deyil. Üstəlik də iddiaçı sonradan qeyd olunan ərizələrdəki imzaların o və qızı tərəfindən icra olunmadığını mübahisələndirsə də, müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatətlə də məhkəməyə müraciət etməmişdir. Belə olan halda iddiaçının hazırda keçirilmiş hərracın formal olmasına istinad edərək hərracı mübahisələndirməsi özü-özlüyündə əsassızdır. Qeyd olunan xüsusatlardan məlum olur ki, iddiaçı məhz özü hərracın keçirilməsini xahiş etmişdir. Belə olan halda yuxarıda qeyd olunanların kontekstində mübahisəyə yanaşdıqda müəyyən olunur ki, iddiaçı cavabdehin mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Nəticə etibarilə məhkəmə tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmur və bununla bağlı iddiaçının tələbinin əsaslandırması da qanuni olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbinin məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla əsassız olduğu sübuta yetdiyindən təmin edilməməlidir.

23. Məhkəmə öz mövqeyini "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü, 61-ci, 62-ci, 89-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci, 416-cı 560cı maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair 18 mart 2022-ci il Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Bundan başqa işdə olan ərizələrdəki imzalar ona və qızı Günay Hüseynzadəyə aid deyildir. Bu faktın düzgünlüyünün müəyyən edilməsi ilə bağlı məhkəməyə verdikləri şifahi vəsatətə məhkəmə münasibət bildirməmiş və imzaların kim tərəfindən icra olunmasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə xəttşunaslıq ekspertizası təyin etməmişdir. göründüyü kimi hərrac və onun nəticəsinə dair protokolun etibarsız sayılmasına kifayət qədər əsasların olmasına baxmamyaraq birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-416-cı maddələrini tətbiq etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Proses iştirakçılarının izahatı

27. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

319.5-ci maddəsinə əsasən hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur; 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər; 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir; 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

30. "İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir; 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

e) Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş materiallarına istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanununun yuxarıda sadalanan və digər aidiyyət müddəalarında hərracın təşkili və keçirilmə qaydası dəqiq müəyyən edilmiş, habelə Konstitusiya məhkəməsinin plenum qərarında bununla bağlı aidiyyəti məsələlərə aydınlıq gətirilmişdir. Bu sahəni tənzimləyən qanunvericilkdə mediada və hərrac təşkilatının rəsmi internet saytında məlumatın dərc edilməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildirişin göndərilməsi, hərracın sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilməsi, birinci elan və bildirişin hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış veriməsi, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərracın keçirilməsi, habelə elanda və bildirişdə hərrac barədə əks olunmalı məlumatların dairəsi imperativ qaydada müəyyən edilmişdir.

37. Hazırki işin faktiki hallarına əsasən mübahisəli torpaq sahəsi ilə bağlı "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-də keçirilmiş hərrac nəticəsində X16 mülkiyyətində ünvan 6ində 0.003 ha torpaq sahəsi 4530 manata cavabdeh (qalib alıcı) Cavabdeh3 hərracda satılmışdır. Hazırda iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, keçirilmiş hərrac kobud şəkildə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, o, Cavabdeh1nə yazılı müraciət edərək cavabdeh Qamət Əliyevə məxsus üzərinə həbs qoyulmuş torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi barədə təklifi qəbul etdiyini bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 14 saylı ərazi idrəsinə müraciət edərək, X5 mülkiyyətində olan və Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0,03 ha torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinə dair müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin bəlli olmayan səbəblərdən borclunun torpaq sahəsi onun adına rəsmiləşdirilmədən açıq hərracda satılması üçün Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X25 Məsuliyyətli Cəmiyyətinə sifariş məktubu göndərilmişdir. Bu səbəbdən də iddiaçı hərracın etibarsız hesab edilməsini xahiş edir. Başqa sözlə, iddiaçının tələbinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan torpaq sahəsinin əvvəlcə ona təklif edilməsi, təklifin onun tərəfindən qəbul edilməsinə baxmayaraq, icra məmuru tərəfindən mübahisəli torpaq sahəsinin açıq hərraca çıxarılaraq, ondan xəbərsiz satılması səbəbindən həmin əmlak hərracdan satılarkən onun hüquqlarının pozulması təşkil edir.

38. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və mübahisələndirilən hərrac qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac "İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Bu zaman qeyd olunmalıdır ki, qeyd olunan Qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Belə olan halda hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” AR qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir.

39. Bundan başqa DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin cavab məktubuna əlavə edilmiş tələbkar İddiaçı Cavabdeh1nə ünvanlanmış ərizəsindən görünür ki, iddiaçı icra qurumundan ona yaradılan maneləri nəzərə alaraq, hərrac keçirilməsini xahiş etmişdir. Üstəlik də 8 iyul 2021-ci il tarixli ödəniş tapşırığına əsasən tələbkar İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 müraciəti əsasında onun kart hesabına əmlakın hərracda satılmasından əldə olunmuş 4530 manat pul vəsaiti köçürülmüşdür. Bununla yanaşı iddiaçı onun adından olan ərizənin başqa şəxs tərəfindən imzalandığını mübahisələndirsə də, işin faktiki halları ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli ərizədəki imza X6 tərəfindən imzalanmışdır. Belə ki, AR-İİ seriyalı 344334 nömrəli etibarnamədən aydın olur ki, iddiaçı icra qurumunun depozit hesabında olan pul vəsaitini almağı, buna dair imza etməyi və s. X4 etibar etmişdir.

40. İddiaçı apellyasiya şikayətində qeyd olunan ərizələrdəki imzaların o və qızı tərəfindən icra olunmadığını mübahisələndirsə də, ekspertizanın təyin edilməsini xahiş etsə də, Bakı Apellyasiya məhkəməsinin müvafiq qərardadı ilə xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1nə ünvanlanan ərizədə olan imzanın və xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1nə ünvanlanan ərizədə olan imzanın İddiaçı və ya X6 tərəfindən icra olunub-olunmamasını yoxlamaq üçün məhkəmə xətşünaslıq ekspertizası keçirilmiş, lakin həmin ərizələrin əsllərinin olmaması səbəbindən qərardad icrasız geri qaytarılmışdır.

41. Belə olan halda iddiaçının hazırda keçirilmiş hərracın formal olmasına istinad edərək hərracı mübahisələndirməsi özü-özlüyündə əsassızdır. Belə olan halda yuxarıda qeyd olunanlara əsasən iddiaçı cavabdehin mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş hallarına əsasən təsdiqini tapmamaqla məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

42. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1550/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar