Məhkəmə qərarları › İş №2(103)-10425/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10425/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10425/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, ünvan 3al Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı, 03.08.2021-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 26.04.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 335.420 manat və 172.000 ABŞ dolları pulun (ödəniş günü manat məzənnəsi ilə) müştərək qaydada tutularaq İddiaçı1; 143.000 ABŞ dollar pulun isə (ödəniş günü manat məzənnəsi ilə) İddiaçı2 ödənilməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsümu və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X9 10.06.2019-cu il tarixdə işin məhkəmə baxış iclasında iddianın təmini tədbirinin tətbiqinə dair ərizə verərək, Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, ünvan 2vanda yerləşən mənzilin, ünvan 3al rayonu H.Cavid küçəsi 27 ünvanda yerləşən mənzilin, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 3,1065 hektar torpaq sahəsinin, Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsinin; Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmış ünvan 5 ünvanda yerləşən mənzilin, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 22 nömrəli ünvanda yerləşən mənzilin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin; Cavabdeh5 adına dövlət reyestrində qeydiyyata alınmış ünvan 3al rayonu Tibilisi prospekti 49B/43 ünvanda yerləşən mənzilin, ünvan 3al rayonu Q.Məcidov küçəsi 2/67 ünvanda yerləşən mənzilin, ünvan 10ləşən mənzilin, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinin, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərinə həbsin qoyulması və həmin daşınmaz əmlakların özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. ünvan 3al rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, gələcəkdə qətnamənin icrasını təmin etmək məqsədi ilə məhkəmədə mübahisə həll edilənədək, iddianı təmin etmə tədbiri kimi Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, ünvan 2vanda yerləşən mənzilin, ünvan 3al rayonu H.Cavid küçəsi 27 ünvanda yerləşən mənzilin, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 3,1065 hektar torpaq sahəsinin, Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsinin; Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmış ünvan 5 ünvanda yerləşən mənzilin, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 22 nömrəli ünvanda yerləşən mənzilin, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin; Cavabdeh5 adına dövlət reyestrində qeydiyyata alınmış ünvan 3al rayonu Tibilisi prospekti 49B/43 ünvanda yerləşən mənzilin, ünvan 3al rayonu Q.Məcidov küçəsi 2/67 ünvanda yerləşən mənzilin, ünvan 10ləşən mənzilin, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinin, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin, Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuş, həmin daşınmaz əmlakların özgəninkiləşdirilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 qadağan edilmiş, qərardadın icrası ünvan 3al rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı, 4 saylı Abşeron və 5 saylı Xaçmaz Ərazi İdarələrinə həvalə edilmiş, qərardad dərhal icra edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 19.06.2019-cu il tarixdə birgə şikayət verərək, iş üzrə ünvan 3al rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadının onlara məxsus olan daşınmaz əmlakların üzərinə həbs qoyulması və həmin daşınmaz əmlakların özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qadağan edilməsi hissəsində ləğv edilməsini xahiş etmişlər. Eyni zamanda, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 nümayəndələri və vəkili X8 19.06.2019-cu il tarixdə şikayət verərək, iş üzrə ünvan 3al rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadının ləğv edilməsini və iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir. ünvan 3al rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadı ilə ünvan 3al rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh3 verdiyi birgə şikayət, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 nümayəndələri və vəkili X4 verdiyi şikayət rədd edilmiş, şikayətlər mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.07.2019-cu il tarixli 2(103)-10050/2019 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 verdiyi birgə şikayət, həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 nümayəndələri və vəkili X4 verdiyi şikayət rədd edilmiş, ünvan 3al rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. ünvan 3al rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər ("xxxx" MTK-nın təsisçiləri) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X2 vərəsələri - arvadı Cavabdeh5 və oğlu Cavabdeh6 qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2017-ci il tarixli 2(103)-674/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı1 Zəkəriyyə oğluna verilməsi qət edilmiş - mənfəət qismində 335.420 manat, ona təhvil verilməyən mənzilə görə isə 172.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaiti; həmçinin "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı2 verilməsi qət edilmiş - ona təhvil verilməyən mənzilə görə 143.000 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) pul vəsaiti subsidiar qaydada "xxxx" MTK-nın təsisçiləri olan - cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X2 vərəsələri - arvadı Cavabdeh5 və oğlu Cavabdeh6 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsümunun və hüquqi yardım üçün vəkilə ödənilmiş 200 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mərhum X2 vərəsələri - arvadı Cavabdeh5 və oğlu Cavabdeh6 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli 2(103)-716/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh5 apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə ünvan 3al rayon Məhkəməsinin 09.09.2019-cu il tarixli 2(004)-3444/2019 nömrəli qətnaməsi Cavabdeh5 qarşı iddianın təmin edilən hissəsində ləğv edilmişdir, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi Cavabdeh5 aid hissədə rədd edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.01.2021-ci il tarixli 2(102)- 21/2021 nömrəli qərarı ilə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli 2(103)-716/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Maraqlı şəxs X6 iddianın təmini tədbirinin ləğvinə dair ərizə-şikayətlə 06.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 3al rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadı ilə Cavabdeh3 və maraqlı şəxs kimi onun ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərinə iddianın təmini tədbiri kimi qoyulmuş həbsin ləğv edilməsini, ona aid olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərindən həbsin və qadağanın götürülməsi bərədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlarına toxunan şəxs X6 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 31.08.2007-ci il tarixli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi Cavabdeh3 və onun ümumi birgə mülkiyyətindədir. Cavabdeh3 iş üzrə cavabdeh olsa da, onun hazırkı iş üzrə iddiaçıların qarşısında hər hansı bir öhdəliyi yoxdur. Cavabdeh3 08.08.2020-ci ildə öldüyünə görə, o, öz payına düşən 0,06 ha torpaq sahəsini naturada ayırmaq istəyir. Lakin torpaq sahəsinin üzərinə tam şəkildə həbs qoyulduğuna görə o, bu hüququnu həyata keçirə bilmir. Əmlakın üzərinə həbs qoyulması onun mülkiyyət hüquqlarını pozur. Odur ki, ünvan 3al rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadı ilə Cavabdeh3 və maraqlı şəxs kimi onun ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərinə iddianın təmini tədbiri kimi qoyulmuş həbsin ləğv edilməsini, ona aid olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S30 nömrəli sahədə yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərindən həbsin və qadağanın götürülməsi bərədə qərardad qəbul edilməsini xahiş etmişdir. ünvan 3al Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı, 03.08.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, ünvan 3al rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadı ilə Cavabdeh3 və X1 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərinə iddianın təmini tədbiri kimi qoyulmuş həbs və özgəninkiləşdirilməsinə qoyulmuş qadağa, X3 aid olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə dair hissəsində ləğv edilməsi, torpaq sahəsinin Cavabdeh3 aid olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərinə iddianın təmini tədbiri kimi qoyulmuş həbs və özgəninkiləşdirilməsinə qadağanın qüvvəsində saxlanılması, X1 ərizəsinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Maraqlarına toxunan şəxs X6 ünvan 3al Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı, 03.08.2021-ci il tarixli qərardadından şikayət verərək, göstərilən qərardadın ləğv edilməsini xahiş etmişdir. ünvan 3al Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı, 23.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçı X7 və onun vəkili X9 şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya iclasında iştirak edən Cavabdeh1 cə Cavabdeh5 vəkili Vəkil2 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq həmin şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X3 verilmiş 31.08.2007-ci il tarixli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi Cavabdeh3 və X1 ümumi birgə mülkiyyətindədir. Cavabdeh3 iş üzrə cavabdeh olsa da, X1 hazırkı iş üzrə iddiaçıların qarşısında hər hansı bir öhdəliyi yoxdur. Cavabdeh3 08.08.2020-ci ildə öldüyünə görə, X6 öz payına düşən 0,06 ha torpaq sahəsini naturada ayırmaq istəyir. Lakin torpaq sahəsinin üzərinə tam şəkildə həbs qoyulduğuna görə X6 bu hüququnu həyata keçirə bilmir. X1 əmlakının üzərinə həbs qoyulması onun hüquqlarını həyata keçirməyə mane olur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, ünvan 3al rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 2(004)3444/2019 nömrəli qərardadı ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərinə iddianın təmini tədbiri kimi qoyulmuş həbs və özgəninkiləşdirilməsinə qoyulmuş qadağa, maraqlı şəxs X3 aid olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinə dair hissəsində həbsin ləğv edilməsi və özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi, torpaq sahəsinin Cavabdeh3 aid olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində S-30 nömrəli sahədə yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsinin üzərində iddianın təmini tədbiri kimi qoyulmuş həbs və özgəninkiləşdirilməsinə qadağanın qüvvəsində saxlanılmasına dair birinci instansiya məhkəməsinin gəliyği nəticə qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, ünvan 3al Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı, 03.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Maraqlarına toxunan şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. ünvan 3al Rayon Məhkəməsinin 2(004)-3444/2019 saylı, 03.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar