Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10426/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndələri X1 və X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4928/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 15.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh 16.06.2021-ci il tarixli 163-k nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə - Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səhiyyə Nazirliyindən beş nəfər işçi ilə birlikdə o, Əczaçılıq İdarəsinə gəlmişdir. Onu qeydiyyat şöbəsinə keçirmişlər. O, Nazirlər Kabinetinin 2012-ci il tarixli qərarını rəhbər tutaraq iş yerində yeni sistem qurmuşdur. O, işlədiyi dövrdə 2 dəfə təşəkkürnamə və 2 dəfə mükafat almışdır. Cavabdehn direktoru Murad Süleymanov həmişə ona işində peşəkar olduğunu və işində heç bir səhv görmədiyini bildirmişdir. O, Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə işləmişdir. 09.06.2021-ci il tarixə kimi işində heç bir problemi olmamışdır. Onun vəzifə təlimatı müfəttişlərdən dərmanları alıb, sistemə daxil etmək, dərman qutularının və istifadə təlimatlarının Səhiyyə nazirinin müavini Elsevər Ağayevin imzası ilə təsdiq edilmiş təlimatda göstərilən qaydada vahid nümunəyə əsasən təsdiq edilmiş qablaşdırılmaya uyğunluğunu yoxlayır. O, qutuların üzərində uyğunluğa dair qeyd aparır, tarix yazaraq qutuların üzərinə “ + “ və ya “ - ” işarəsi qoyur və əlavə olaraq siyahıda dərmanların qarşısında qeydiyyat aparır. X5 dərmanları digər müfəttişdən təhvil alır, dərmanların tamlığını və təlimata uyğun olub-olmamasını, bir sözlə dərmanların sayını və tamlığını yoxlayır. Dərman qaydalara uyğun olarsa analitik bazaya daxil edir və bundan sonra ona verir. 09.06.2021-ci il tarixdə Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitələri gəlmişdir. Dərman qutusunun içərisində təlimata uyğun olaraq Azərbaycan dilində tərtib edilmiş istifadə təlimatı olmamışdır, o, qutusunun üzərində “ - “ işarəsi qoymuş və bazaya qeyd etməsi üçün Fəxriyəyə Həmidovaya vermişdir. Fəxriyyə Həmidova ona bildirmişdir ki, dərman qutusunun içərisində içlik olmuşdur. Yəqin torbanın içərisində qalıb. Lakin torbanın içərisində başqa əzilmiş və cırılmış təlimat vərəqələri olmuşdur. Bir neçə dəfə belə hadisələr olub ki, o qutunun üzərində “ + ” işarəsi, Fəxriyyə isə “ - “ işarəsi qeyd etmişdir. Almaniyanın “BAYER” şirkətinin istehsalı olan “Yarina tablet N21” dərman vasitəsinin təlimatını Fəxriyyə Həmidova onun otağında olan zibil qutusundan tapıb gətirərək, şöbə müdiri Sərvinaz Tağıyevaya vermişdir. Fəxriyyə Həmidovaya işi o, özü öyrətmişdir, münasibətləri yaxşı olmuşdur. O, Fəxriyyən həmişə sülhə dəvət etmişdir. Soyuducunun açarı həmişə onda olmuşdur. O, başqa dərmanları yoxlayarkən Fəxriyyə onun otağını axtarmış və kserks aparatının yanında olan zibil qutusunda təlimat vərəqəsini cırılmış şəkildə tapıb gətirmişdir. Fəxriyyə təlimatı şöbə müdirinə vermiş və şöbə müdiri ondan nəyə görə təlimatı cırdığını soruşmuşdur. O, isə təlimatı cırmadığını və təlimatı Fəxriyyənin özünün cırıb atmış ola biləcəyini demişdir. Bundan sonra ondan izahat tələb edilmişdir. Lakin o, hüquqşünas çağırmağı tələb etmiş və izahat verməmişdir. İzahatı öz otağında yazıb verəcəyini desə də, ona icazə verilməmişdir. Bu səbəbdən izahat yazmamışdır. 14.06.2021-ci il tarixdə ona öz ərisəsi ilə işdən çıxması, əks halda əmrlə işdən çıxardılacağı bildirilmişdir. 10.06.2021-ci il tarixdə işdən çıxanda onun çantası yoxlanılmış, səbəb olaraq dərman itməsi bildirilmişdir. Şöbə müdiri Sərfinaz Tağıyeva, həmçinin həmkarlar ittifaqı təşkilatının sədridir və ona qarşı qərəzli olub. O, direktor müavini Namiq müəllimin qəbulunda olmuş, lakin onun işi düzgün araşdırılmamışdır. 14.06.2021-ci il tarixdə Eldar müəllim ona ərizəsini yazaraq işdən çıxmasını bildirmişdir. Həmin gün saat 14:40-da iclasa dəvət etmişlər. O, təxminən 5-6 dəqiqə ərzində HİK-nin iclasında olmuşdur. İclasda Namiq müəllim onu işdən çıxartmaq istədiklərini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(004)- 4928/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, o əmək müqaviləsi üzrə öhdəliklərini pozmamışdır. O, hər hansı bir dərman təlimat içliyini cırmamış, o, heç təlimat kağızını görməmişdir. Eləcə də içlik deyilən təlimat kağızının İddiaçı tərəfindən bilavasitə cırılıb zibil qutusuna atılmasını heç kəs görməmişdir. İçliyin İddiaçı tərəfindən cırılması heç nə ilə sübut olunmur İzahat verən şəxslər belə İddiaçı hər hansı bir kağız içliyin(təlimatın) cırmasını və ya onu zibil qutusuna atmasını gördüklərini demirlər. İş üzrə şikayətimizdə tədqiq edilən sənədlərin tədqiqi bir daha göstərir ki, təlimat icliyinin İddiaçı cırması ilə bağlı qənaəti ancaq bir ehtimaldır. Qaldı ki, zibil qutusundan əzilmiş-cırılmış kağızların zibil qutusuna atılmasına bunu hər kəs edə və həmin zibil qutusuna ata bilərdi (çünki iddiaçının iş otağın qapısı daim açıq olur və orada ümumi zibil qutusu mövcuddur). Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4928/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18.08.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndələri X4 və X6 isə apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4928/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18.08.2021-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3nin 01.04.2015-ci il tarixli 15 nömrəli əmri ilə İddiaçı “Dərmanların keyfiyyətinə Nəzarət” şöbəsinə provizor vəzifəsinə təyin edilmişdir. 01.04.2016-cı il tarixli 63 nömrəli əmlə “əczaçılaq subyektləri ilə iş” şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. 18.07.2016-cı il tarixli 163 nömrəli əmrlə “dərman vasitələrinin qeydiyyatı ekspertiza” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 31.10.2016-cı il arixli 204 nömrəli əmrlə “əczaçılaq subyektləri ilə iş” şöbəsinə müfəttiş vəzifəsinə təyin edilmişdir. 02.02.2017-ci il tarixli 219 nömrəli əmək müqaviləsinə əsasən 02.02.2017-ci il tarixli 42-k nömrəli əmrlə “dərman vasitələrinin idxal ekspertiza” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 18.11.2019-cu il tarixli 105 nömrəli əmrlə “dərman vasitələrinin idxal ekspertiza” şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 01.06.2021-ci il tarixli 42 nömrəli əmrlə “dərman və tibb vasitələrinin idxal-ixrac” şöbəsinə mütəxəssis (tibb üzrə) vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh baş direktoru Murad Süleymanov tərəfindən təsdiq edilmiş 20.11.2019-cu il tarixli “Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinin mütəxəssisinin vəzifə təlimatı”na əsasən mütəxəssisinin vəzifə öhdəliklərinə aşağıdakılar aiddir: Dərman vasitələrin, tibbi vasitələrin (tibbi cihazların, avadanlıqların alətlərin, ləvazimatlarının, reagentlərin və optik ləvazimatları) idxalı ilə əlaqədar şöbəyə daxil olan sənədləri şöbə müdirinin dərkənarı əsasında icra edir, keyfiyyət və mənşə sertifikatlarının düzgünlüyünün yoxlanılmasını həyata keçirir. Bir pəncərə xidmətində Əczaçılıq subyektləri ilə iş üzrə şöbənin müfəttişləri tərəfindən təqdim edilmiş dərman nümunələrini qəbul edir, onların dövlət qeydiyyatında olub-olmadığnı, qablaşdırmanın təsdiq edilmiş qablaşdırmaya uyğunluğunu və istifadə təlimatlarının Azərbaycan dilində olub-olmadığını yoxlayaraq bazaya daxil edir. Bir pəncərə xidmətində Əczaçılıq subyektləri ilə iş üzrə şöbənin müfəttişləri tərəfindən təqdim edilmiş dərman nümunələrini laboratoriyaya vaxtında çatdırılmasını təmin edir. Sənədləri Ümumi şöbədən götürərək şöbənin müvafiq jurnalında qeydiyyatını aparır, şöbə müdirinin dərkənarından sonra mütəxəssislərə yönəldir, sənədlər icra edildikdən sonra Mərkəzin rəhbərliyinin imzasına təqdim edir, daha sonra ümumi şöbədə xaric olma nömrəsi və son qeydiyyat prosessindən keçirir, xaric olacaq məktubları şöbəyə gətirir, baş mütəxəssislərə qiymətləndirmə üçün təqdim edir, jurnalda son qeydiyyat apardıqdan sonra Bir pəncərə xidmətinə və mühasibatlığa təqdim edir. Aylıq hesabatların (Mərkəzin rəhbərliyinə və İqtisadi İnkişaf Nazirliyinə təqdim edilməsi məqsədi ilə iki müxtəlif formada) hazırlanmasını həyata keçirir. Mütəxəsisslər tərəfindən icra edilmiş sənədlərin komputerdə tərtibatını həyata keçirir və yoxlanması üçün icraçı mütəxxəsisə təqdim edir. Ehtiyac olduqda icraatda olan sənədlərin icra vəziyyəti barədə müraciət edən şirkət nümayəndələrinə məlumat verir. Saxlama müddət keçmiş sənədləri arxivə təhvil verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2019-cu il tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın 7.1-ci bəndinə əsasən dərman vasitəsinin idxalı zamanı həyata keçirilən ekspertizanın məqsədi dərman vasitəsinin keyfiyyətinin, effektivliyinin və təhlükəsizliyinin, habelə dərman vasitəsinin qablaşdırılmasının və istifadə təlimatının “Dərman vasitələri haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyən edilməsidir. İstifadə təlimatı mövcud olmayan dərman vasitələrinin ölkə ərazisinə idxal edilməsinə icazə verilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh direktoru X7 və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) İddiaçı barəsində toplanmış materialları və Həmkarlar İttifaqı Komitəsinin qərarını nəzərə alaraq, Əmək Məcəlləsinin 70, 72, 77, 80-ci maddələrini və Cavabdeh nizamnaməsinin 5.5.12-ci bəndini rəhbər tutaraq, 16.06.2021-ci il tarixli 163-k nömrəl əmri ilə Cavabdeh Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) İddiaçı ilə bağlanmış 219D nömrəli əmək müqaviləsi Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci madəsində sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozduqda) 16.06.2021-ci il tarixdən ləğv edilmişdir. İşçi ilə 16.06.2021-ci il tarixdə son haqq-hesab aparılmış, o cümlədən istifadə edilməmiş məzuniyyət günləri üçün (01.04.2020-2021-ci iş ili üçün 30 gün, 01.04.2021-2022-ci iş ili üçün 7 gün) 37 gün pul əvəzi ödənilmişdir. Əmrin verilməsinə əsas: xidməti məruzə, aktlar, qərar və izahatlar olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır və onun rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir. Belə ki, iddiaçının tələbi cavabdehlə (işəgötürənlə) bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 16.06.2021-ci il tarixli 163-k nömrəli əmrin ləğv edilərək X3” publik hüquqi şəxsinin Dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədədir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgöterən tərəfindən əmək müqaviləsi ləğv edilir. Həmin Məcəllənin 72-ci maddəsində isə göstərilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir (80.1). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir (80.2). Hazırki işdə Əmək Məcəlləsinin sadalanan normaları pozulmuş, İddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə əhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrinin kobud pozuntusu öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv olunması üçün işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması o halda əmək müqaviləsinin ləğvinə səbəb ola bilər ki, bu hərəkətlər səbəbindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun və bu hal əmrdə əsaslandırılmış olsun. Mübahisə predmeti olan əmrdə bu cür əsaslandırma yoxdur. Bu hal, əmrin ləğvedilməsi üçün müstəqil əsasdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh nümayəndəsi X4 iddiaçının dəfələrlə əmək funksiyalarını pozduğunu bildirsə də, bu pozuntunun, yəni əmək funksiyasının pozulmasının məhz nədən ibarət olmasını açıqlamamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndində isə təsbit olunmuşdur ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4928/2021 saylı mülki iş üzrə qəbul etdiyi 18.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh 16.06.2021-ci il tarixli 163-k nömrəli əmri ləğv edilsin və İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdehndə dərman və tibb vasitələrinin idxal-ixrac şöbəsinin mütəxəssisi (tibb üzrə) vəzifəsinə bərpa edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh tərəfindən 16.06.2021-ci il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-10426/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10426/2021
15.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver