Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10444/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “X6” QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)-1403/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X6” QSC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(004)- 1403/2018 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada 500.000 manat əsas, 146 270,51 manat faiz və 1000 manat cərimə borcu olmaqla, cəmi 647 270,51 manatın, 35,50 manat cavabdehlərə göndərilmiş bildiriş, ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus ümumi sahəsi 246.8 kv.m. olan 4 otaqlı ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 460.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ hesabına banka olan borc ödənilməsi və satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti olan mənzilin 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh3, həmin qətnamdən apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-165/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda digər Cavabdeh2 birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6960/2021 saylı, 24 iyul 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə qeyri-mümkün hesab edilərək, qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1403/2018 saylı, 06 avqust 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Bundan sonra, Cavabdeh2 apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermiş və ərizəsini prosessual normalarla əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)- 1403/2018 saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmuş, iddiaçı həmin qərardaddan şikayət vermiş, şikayəti rədd edilərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini - qərardadın əsassız olması, müddətin ötürülməsinin üzrlü səbəblərinin nədən ibarət olmasının qeyri-müəyyən olması və s. kimi əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, şikayəti müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)-1403/2018 saylı qərardadı ləğv edilməli, iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın Baxılan işdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018ci il tarixli 2(004)-1403/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən 10 iyun 2021ci il tarixdə, təxminən 3 ilə yaxın bir müddətdən sonra apellyasiya şikayəti vermiş, buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində isə bununla bağlı heç bir üzrlü səbəb göstərməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi, heç bir əlavə araşdırma aparmadan cavabdeh tərəfindən prosessual müddətin üzrlü səbəbdən buraxıldığını qeyd etməklə kifayətlənmiş, lakin üzrlü səbəbin konrket olaraq nədən ibarət olmasnı ümumiyyətlə göstərməmişdir. İddiaçı, qeyd olunan əsaslarla bu qərardaddan şikayət verərək, cavabdehin qətnamənin icrası mərhələsində ondan məlumatlı olduğunu bildirməklə, onun tərəfindən icra üzrə icraatın dayandırılması barədə Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 31.01.2019-cu il tarixli ərizənin surətini də şikayətinə əlavə etmişdir. Lakin rayon məhkəməsi, şikayətə baxarkən də bu haların heç birini nəzərə almamış, əvvəlki mövqeyini eynilə təkarlamışdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müddətin ötürülməsinin üzrlü səbəblərini araşdırmamışdır. Ona görə də, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, mülki iş müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “X6” QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)-1403/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2(004)-1403/2018 saylı qərardadı ləğv edilsin, mülki iş prosessual müddətlə bağlı məsələnin yenidən yoxlanılması üçün (ərizəyə yenidən baxılması üçün) həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10444/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10444/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver