Məhkəmə qərarları › İş №2(103)-10465/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10465/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10465/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7590/2021 saylı işi üzrə 27 sentyabr 2021-ci il tarixli və Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 2(110)-484/2021 saylı işi üzrə 31.08.2021-ci il tarixli qərardadına əsasən ərazi adiyyatına dair mübahisəyə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3400 manat miqdarında pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 2(110)-484/2021 saylı işi üzrə 31.08.2021-ci il tarixli qərardadı ilə, (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.2.5, 45.2-ci maddələrinə istinadən) İddiaçı Cavabdeh qarşı "pul tələbinə” dair iddia ərizəsi üzrə 2(110)-484/2021 saylı mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7590/2021 saylı işi üzrə 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilməsi və mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Mülki Prosesual Məcəlləsinin 40.2, 45.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllədə aidiyyyətin pozulmasına, bir qayda olaraq yol verilməsə də, sonradan qanunla müəyyən edilmiş istisnalarla aidiyyətin dəyişdirilməsi qaydası nəzərdə tutulmuşdur. Belə istisnalardan biri də Mülki Prosessual Məcəllənin 44.2.5-ci maddəsinə müəyyən olunmuşdur. Həmin müddəaya əsasən hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir.MPM-nin sözügedən normasının dispozitiv şərtinə əsasən işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət hər iki tərəfdən verilməlidir. X6 Respublikası Şərur Rayon Məhkəməsi öz qərardadını MPM-nin 44.2.5-ci maddəsi ilə əsaslandırsa da, iş materialları ilə müəyyən olunur ki, cavabdeh 13.07.2021-ci il tarixində məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar hava nəqliyyatı vasitəsindən istifadə edə bilmədiyindən, həmçinin iddiaçı ilə aralarında olan beh sövdələşməsinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində baş verdiyindən və iddiaçı ilə birlikdə beh sövdələşməsinə şahid olan vətəndaşlar da Bakı şəhərində yaşadığından işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhər məhkəmələrinin birinə göndərilməsini xahiş etmişdir. İddiaçı isə 25.08.2021-ci il tarixində teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında mülki işə Bakı şəhər Xətai rayon məhkəməsində baxılması barədə razılaşma olduğundan mülki işi baxılması üçün Bakı şəhər Xətai rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdehin 13 iyul 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə daxil olan müraciətində işlə bağlı şahidlərin Bakı şəhərində (Bakı şəhərinin hansı rayonunda yaşaması qeyd olunmamışdır) yaşaması göstərilsə də, iddiaçının 25 avqust 2021-ci il tarixində məhkəməyə daxil olan müraciətində cavabdehlə aralarında olan razılaşmaya əsasən işin Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməsi qeyd olunmuşdur. Yəni, tərəflərin məhkəmə aidiyyətinin dəyişdirilməsi ilə müraciətləri mahiyyətcə bir-birindən tam fərqli olmuşdur. Bu halda, məhkəmə hesab edir Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi mülki işin baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsində haqlı olmamışdır. Hətta, fərz edilsə ki, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi mülki işi iddiaçının, cavabdehlə aralarında olan razılaşmaya əsasən Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməsi məzmunda vəsatəti (müraciəti) əsasında göndərmişdir, bu halda da Şərur Rayon Məhkəməsi haqlı olmamışdır. Adı çəkilən müddəa tərəflər arasında ərazi aiddiyyatının dəyişdirilməsi barədə sazişin formasının yazılı olmasını imperativ qaydada müəyyən etsə də, iş materiallarına belə bir yazılı razılaşma əlavə edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə düzgün göndərilməmişdir. Bu səbəbdən, yəni hazırkı mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı olduğundan, yaranmış fikir ayrılığınınnın həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 Bakı şəhərində yaşadıqlarından mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmasını xahiş etmiş, cavabdehin Bakı şəhəri Xətai Rayonunda yaşadığını qeyd etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin nəzərdən keçirilən 35.1, 40.2 və 44.2.5-ci maddələrin tələblərinə müvafiq: Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır; Hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Hazırki iş üzrə yazılı şəkildə ifadə olunan saziş olmamış, sübutların əksər hissəsinin olduğu yerin məhkəməsi vəsatətdə göstərilməmiş, sübutların mövcudluğunu və tərəflərin faktiki yaşayış yerini müəyyən edən sənədlər (sübut və vəsatətlər) təqdim edilməmişdir. Ona görə işə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. 06.04.2021-ci il tarixli MAPS şöbəsinin arayışına əsasən Cavabdeh Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Aşağı Daşarx ərazi dairəsi, Oğuzkənd kəndində qeydiyyatda olması müəyyən edilmişdir (iş səh.7). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 33-45, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7590/2021 saylı işi ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar