Məhkəmə qərarları › İş №2(103)-10473/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10473/2021

07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10473/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Ərizəçi Məmmədova (Zeynalova) Təranə Cəfər qızının, Ərizəçi1 nümayəndəsi X3, Qətnamə ilə maraqlarına toxunulan şəxs X2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2002-ci il tarixli 2-1015/02 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 babaları Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun arvadı olmasına dair qohumluq münasibətləri faktının, babaları Məhərrəm Səlimovun 1941-ci ildə, Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun isə 20 fevral 1970-ci il tarixdə Bakı şəhərində ölməsi, Bakı şəhəri A.Şaiq küçəsi 53 saylı evin ½ hissəsinə dair mirası qəbul etmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı ev X4 və X7 payları məlum olmayan ümumi mülkiyyətində olmuşdur. X8 onlara qohumluq münasibətinə görə babaları Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun arvadı olmuşdur. X15 ilə Hümbət Səlimov dini nikahda olmuş və onların uşaqları olmamışdır. Hümbət Səlimov 20 fevral 1970-ci ildə, Bəyim Səlimova, 18 fevral 1975-ci ildə, Məhərrəm Səlimov isə 1941-ci ildə ölmüşdür. Hazırda onlar Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı evin mülkiyyətçisi olmuş miras qoyan Bəyim Səlimovaya münasibətdə onun ərinin qardaşı nəvələridirlər. Lakin babaları Məhərrəm Səlimovun və onun qardaşı Hümbət Səlimovun doğum haqqında şəhadətnamələri və X10 Səlimovanın nikah haqqında şəhadətnamələri olmadığına görə onlar vərəsəliyin qəbulu üçün hüquqi əhəmiyyəti olan göstərilən faktları təsdiq edən lazımi sənədləri əldə edə bilmirlər. Onlar miras əmlakı olan Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı evdə yaşayırlar. Hesab edirlər ki, miras əmlak olan mübahisəli evdə faktiki yaşamaqla mirası faktiki qəbul etmişlər. Lakin babaları Məhərrəm Səlimovla onun qardaşı Hümbət Səlimovun doğum haqqında şəhadətnamələri olmadığına görə onların qardaş olmalarını təsdiq edən lazımi sənədləri əldə edə bilmirlər. Digər tərəfdən babalarının qardaşı Hümbət Səlimovla miras qoyan Bəyim Səlimova VVAQ orqanlarının yaradılmasından əvvəl dini nikahda olmuşlar. Buna görə də onların nikahları rəsmi qeyd edilməmişdir. Babalarının qardaşı Hümbət Səlimovla miras qoyan Bəyim Səlimova VVAQ orqanlarının yaradılmasından əvvəl dini nikaha daxil olduqlarından, onların nikahları hüquqi nəticələrinə görə rəsmi nikaha bərabər hesab edilir. Beləliklə göstərilən faktların hüquqi əhəmiyyəti olmasına, həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərinə görə qeyd olunan hüquqi faktların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2002-ci il tarixli 2-1015/02 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X4 Ərizəçi1 və Ərizəçi2 babaları --- Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun arvadı olmasına dair qohumluq münasibətləri faktı, Məhərrəm Səlimovun 1941-ci ildə, Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun isə 20 fevral 1970-ci il tarixdə Bakı şəhərində ölmələri faktı, Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı evin ½ hissəsinə dair mirası qəbul etmələri faktı müəyyən edilmiş, Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı evin ½ hissəsinə dair Ərizəçi1 və Ərizəçi2 adlarına qeydiyyat vəsiqəsi verilməsi Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılmış, həmin evin ½ hissəsinə dair X4 adına olan qeydiyyat yazısı ləğv edilmişdir. Həmin qətnamədən X6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı evdə 3 bacı---X6, Ərizəçi1 və Ərizəçi2 valideynləri ilə birlikdə yaşamış, ailə qurduqdan sonra onlar ər evinə köçmüşlər. İradə Zeynalzadənin yaşadığı ev 11 kv.metr olmaqla darısqal olduğundan, mənzil növbəsinə durmaq üçün Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı evdən pasport qeydiyyatından çıxmışdır. X1 hələ sağlığında ikən həmin evi üç qızına şifahi qaydada vəsiyyət etmiş, 1999-cu ildə anaları ölmüşdür. 2014-cü ildə həmin ərazidə yerləşən evlər dövlət tərəfindən sökülərkən sakinlərə kompensasiya verilmiş, bacıları Sevil və Təranə aldıqları kompensasiyadan ona pay verməmişlər. Buna görə də verilmiş 82160 manat kompensasiyanın 1/3 hissəsinin, yəni 27386 manat pulun Ərizəçi1 və Ərizəçi2 tutulub ona verilməsi barədə məhkəmədə iddia qaldırmış, lakin iddiası təmin olunmamışdır. Həmin işə baxılarkən ona məlum olmuşdur ki, analarının ölümündən üç il sonra bacıları Sevil və Təranə məhkəmədə iddia qaldıraraq evi öz adlarına keçirməyə nail olmuşlar. Həmin qətnaməni əldə edib apellyasiya şikayəti verməyə məcbur olmuşdur. Apellyator hesab edir ki, qətnamə qəbul olunarkən maddi hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, o, xalasının yanında yaşamış, xalası vəfat edəndən sonra sonuncunun vərəsəsi kimi ona məxsus mənzil mülkiyyətinə keçmişdir. Hal-hazırda həmin mənzildə yaşayır. Anası xəstə olduğu dövrdə ona qulluq etmək üçün uzun müddət həmin mübahisəli mənzildə yaşamışdır. Miras açılan zaman isə o da vərəsə kimi tanınacağını güman etmiş, buna görə də miras əmlakı qəbul etmək üçün hər hansı bir hərəkət etməmişdir. Sonradan isə vərəsə kimi tanınmadığını biləndə şikayət vermək qərarına gəlmişdir. Onun şikayət verməkdə əsas məqsədi vərəsə kimi tanınmasıdır. İradə Zeynalzadə izahatında həmçinin bildirdi ki, o, apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, qətnamənin yalnız mirasın qəbul edilməsi hissəsini mübahisələndirir, qətnamənin qalan hissəsi ilə razıdır. Ərizəçi1 nümayəndəsi Vaqif Mehdiyev şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ərizəçi Təranə Məmmədova məhkəmədən Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, bacısı Maraqlı şəxs onlara miras qalan evdə yaşamamışdır. O, xalasının evində yaşamış, ona qulluq etmək, ona baxmaq müqabilində xalasına məxsus ev, xalası vəfat edəndən sonra onun mülkiyyətinə keçmişdir. Hal-hazırda Maraqlı şəxs təmirli mənzili var. Miras açılan zaman da Maraqlı şəxs qanunvericilikdə nəzərdə tutulan müddətdə miras əmlakı qəbul etməmişdir. O digər bacısı Ərizəçi1 ilə birgə həmin mənzildə yaşamış və miras əmlakı faktiki qəbul etmişlər. Hal-hazırda həmin mənzilin sökülməsinə görə dövlət tərəfindən onlara verilən kompensasiya aralarında bölüşdürülmüşdür. O aldığı kompensasiya məbləği müqabilində başqa yerdə özünə təmirsiz mənzil almışdır. Bacısı Maraqlı şəxs hər hansı məbləğdə pul vermək iqtidarında deyil. İzahatının sonunda məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirkçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2002-ci il tarixli 2- 1015/2002 saylı qətnaməsi X2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı ev X4 və X7 payları məlum olmayan ümumi mülkiyyətində olmuşdur. Miras qoyan Bəyim Səlimova 18 fevral 1975-ci il tarixdə, ərizəçilərin anaları Aliyə Səlimova isə 02 fevral 1999cu il tarixdə vəfat etdikdən sonra ərizəçilər Ərizəçi1 və Ərizəçi2 miras əmlakı olan həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişlər. Miras qoyan Bəyim Səlimova Hümbət Səlimovla hazırda nikah akt qeydlərini aparan VVADQ orqanlarının yaradılmasından əvvəl dini nikaha daxil olmaqla onların nikahları hüquqi nəticələrinə görə rəsmi nikaha bərabər hesab edildiyindən, habelə miras qoyan Bəyim Səlimovanın əri Hümbət Səlimovdan başqa digər birinci növbəli vərəsəsi olmadığından, ərizəçilərin babaları Məhərrəm Səlimov isə, ölmüş qardaşı Hümbət Səlimova çatacaq miras payına qanun üzrə vərəsəlik hüququ əsasında ikinci növbəli vərəsə olduğundan, ikinci növbəli vərəsə Məhərrəm Səlimov və onun sonrakı növbə üzrə vərəsəsi ola bilən ərizəçilərin anaları Bəyim Səlimova olduğundan, hazırda isə yüksələn xətt üzrə vərəsələr Bəyim Səlimova və onun atası, ərizəçilərin isə babaları Məhərrəm Səlimov öldüyündən, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hazırda üçüncü növbəli vərəsədirlər. Buna görə də ərizəçilər hazırda mirası qəbul edə bilən üçüncü növbəli və həm də hazırda növbəlilik əsasında, ilk növbəli vərəsə olduqlarından, göstərilən faktların müəyyən edilməsinin vərəsəlikdə növbəliliyin müəyyən edilməsi üçün hüquqi əhəmiyyətə malikdir. Lakin ərizəçilər onlara lazım olan göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar və onların haqlı tələbləri təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. X2 apellyasiya şikayətinin və məhkəmədə verdiyi izahatının məzmunundan görünür ki, o, qətnamənin Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı evin ½ hissəsinə dair mirası qəbul etmələri faktının müəyyən edilməsi və həmin evin ½ hissəsinə dair Ərizəçi1 və Ərizəçi2 adlarına qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması hissəsini mübahisələndirir. İ.Zeynalzadənin apellyasiya şikayətinin və məhkəmədə verdiyi izahatının məzmunundan həmçinin görünür ki, o, bacıları Sevil və Ərizəçi2ların miras evdə yaşamalarını inkar etməmişdir. Apellyatorun məqsədi ərizəçilərlə yanaşı onun da həmin evə vərəsəlik hüququnun tanınmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri A.Şaiq küçəsində yerləşən 53 saylı evin ½ hissəsinə dair mirası qəbul etmələri faktının müəyyən edilməsi və həmin evin ½ hissəsinə dair Ərizəçi1 və Ərizəçi2 adlarına qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya qətnamənin həmin hissədə ləğvi üçün əsas görməmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 384, 392, 393, 402-403cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qətnamə ilə maraqlarına toxunulan şəxs X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2002-ci il tarixli 2-1015/02 saylı qətnaməsi X2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar