Məhkəmə qərarları › İş №2(103)-10484/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10484/2021

20.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10484/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı1 nümayəndəsi X3, İlkin iddia üzrə cavabdeh "Nəsimi-8" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İkin iddia üzrə İddiaçı1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4101/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadından verilmiş şikayətə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Nəsimi-8" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı "qeydiyyatın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Öz növbəsində, "Nəsimi-8" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti İddiaçı1 və İddiaçı2 qarşı «kommunal borcların ödənilməsi və s. tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı2 ilkin iddia üzrə cavabdeh "Nəsimi-8" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «qeydiyyatın etibarsız hesab edilməsi tələbi»nə dair ilkin iddiası ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Hazırda ilkin iddia üzrə İddiaçı1 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz etmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı əsaslı və qanunidir, odur ki qüvvədə saxlanmalıdır. Belə ki, hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, hazırda İddiaçı2 mübahisələndirdiyi hallar qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-802/2020 saylı, 23 yanvar 2021-ci il tarixli məhkəmə qətnaməsində müəyyən olunmuş hallarla mahiyyət etibarı ilə eynilik təşkil edir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, Kollegiya qeyd edir ki, 1-ci instansiya məhkəməsinin hazırkı iş üzrə qənaəti düzgün olmuşdur. Odur ki, Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdı. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı iş üzrə 29 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar