Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1049/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5416/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun 65 yaşına çatması ilə əlaqədar xitam verilməsinə görə ödənilməli olan, orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçının orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərə aid olan kollektiv müqavilənin 5.16-cı bəndinə görə, qanunvericilikdə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilir. İddiaçı cavabdeh təşkilatın Bakı Regional Qazın Satışı Departamenti Qazın balanası, satışı və müştəri xidmətləri şöbəsində mühəndis vəzifəsində işləyib. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, xx.xx.2024-cü ildə 65 yaşı olub. O, 65 yaşı tamam olduqdan 28 gün sonra – xx.xx.2024-cü ildə əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə verib (iş v. 114). Həmin ərizə əsas götürülərək və iddiaçının yaşa görə əmək pensiyasına çıxması nəzərə alınaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsi cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin göstərişinə uyğun olaraq ləğv edilib (iş v. 119). Odur ki, cavabdeh kollektiv sazişin şərtinə əməl etməyə, yəni iddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verməyə borcludur. Beləliklə, məhkəmə AR Əmək Məcəlləsinin 24-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-5416/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1049/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1049/2025
17.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver