Məhkəmə qərarları › İş №2(103)-10508/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10508/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10508/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, ilk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi və açıq hərracdan satılması ilə vəsaitin bölünməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işin baxılmamış saxlanılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(004)-4058/2021 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməsi və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi və açıq hərracdan satılması ilə vəsaitin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən və birgə nogah dövründə əldə edilən yaşayış sahəsinin ¾ (dörddə üç) hissəsinə pay Cavabdeh, 1/4 (dörddə bir) hissəsinə pay İddiaçı aid edilməklə həmin əmlak hərracda satılmaqla əldə edilmiş vəsait müvafiq surətdə onların arasında bölünməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə təqdim edərək, ilkin iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh məhkəməyə ərizə təqdim edərək, qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(004)- 4058/2021 nömrəli qərardadı ilə ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “birgə yaşayış dövründə əmlaka dair payın müəyyən edilməsi və açıq hərracdan satılması ilə vəsaitin bölünməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(004)-4058/2021 nömrəli qərardadından şikayət vermiş, həmin Məhkəmənin 30.09.2021-ci il tarixli, 2(004)-4058/2021 qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2(004)-4058/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən ona təzyiq göstərilməsi və aldatma yolu ilə məhkəmə iclas zalında yazdırılmış, yəni qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması haqqında ərizə məcburi qaydada verilmişdir. Belə ki, onun hüquqi savadsızlığından istifadə etmişlər. O hüquqşünasla məsləhətləşmək üçün hakimdən vaxt istəmiş, lakin hakim vaxt verməmişdir. Təzyiqlər nəticəsində məhkəmə iclas zalında sözügedən ərizəni yazmağına baxmayaraq, o, məhkəmə iclası qutardqdan sonra öz hüquqşünasımla məsləhətləşərək məhkəmənin inzibati binasından çıxmamış ondan alınmış ərizəyə təkzib verilməsi və onun etibarsız hesab edilməsi ilə əlaqədar rəsmi qaydada məhkəmənin dəftərxanasına ərizə vermişdim. Hazırda məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Kollegiya şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, mülki işin baxılmamış saxlanılmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(004)-4058/2021 nömrəli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin 04.08.2021-ci il tarixli iclas protokolundan göründüyü kimi, məhkəmə qarşlıqlı iddia ərizəsini geri götürməsi barədə ərizə təqdim etmiş Cavabdeh, eləcə də ilkin iddia ərizəsini geri götürməsi barədə ərizə vermiş İddiaçı prosessual hüquqlarını, o cümlədən Cavabdeh qarşlıqlı iddia ərizəsini geri götürməsinin hansı hüquqi nəticələr doğuracağını izah etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmçinin işin hallarından mübahisəsiz görünür ki, Cavabdeh qarşlıqlı iddia ərizəsini geri götürməsi barədə ərizəsinin etibarsız hesab edilməsi üçün dərhal əlavə ərizə ilə məhkəmənin dəftərxanasına müraciət də etmişdir. Göründüyü kimi Cavabdeh qarşlıqlı iddia ərizəsini geri götürməsi faktiki olaraq onun mənafeyinə uyğun olmadığından və iradəsini əks etdirmədiyindən, bu barədə onun ərizəsinin təmin edilməsinə və mülki işin baxılmamış saxlanılmasına dair birinci instansiya məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(004)-4058/2021 nömrəli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.08.2021-ci il tarixli, 2(004)- 4058/2021 nömrəli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar