Məhkəmə qərarları › İş №2(103)-10509/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10509/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10509/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4581/2021 saylı, 05 avqust 2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı cavabdehlərin əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 01.07.2021-ci tarixli qərardadı ilə İddiaçı iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4581/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzlanması əsası ilə baxılmamış saxlanılmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, 27.09.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, rayon məhkəməsi İddiaçı hazırkı iddia ərizəsini baxılmamış saxlayarkən qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Nümayəndə (iddiaçının anası) verilmiş 25.08.2015-ci il tarixli etibarnamədə iddiaçının əvəzinə nümayəndənin iddia ərizəsini imzalaması səlahiyyəti qeyd edilməmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, rayon məhkəməsi etibarnamədə nümayəndəyə verilmiş səlahiyyətləri tam və dolğun qiymətləndirə bilməmiş, bu səbəbdən də düzgün olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılmalıdır. İddiaçının verdiyi 25.09.2015-ci il tarixli etibarnamədən görünür ki, o, həmin etibarnamə ilə ozünün bir çox hüquqlarını, o cümlədən də bütün prosessual hüquqlarınıonun adından ərizə verməyi, iddiaçı, cavabdeh, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqları, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələbini tamamilə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddianın predmetini dəyişmək, məhkəmə aktlarından şikayət vermək,... adından imza etmək və sair səlahiyyətini də nümayəndəsi olan anasına həvalə etmişdir (İ/v 13). Belə olan halda, iddia ərizəsi də ərizə olduğundan rayon məhkəməsi hazırkı ərizəni səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaması əsası ilə baxılmamış saxlamaqda haqlı olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4581/2021 saylı, 05 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar