Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1052/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı işi üzrə Açar sözlər:(“mənzildən çıxarılma”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının vəkil nümayəndəsi Vəkil və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2571/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu-X1 həyat yoldaşı olmuşdur. Cavabdehlə oğlu arasında olan nikah rəsmi olaraq xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Onlar Füzuli rayonundan məcburi köçkün olduqlarına görə 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində 2 otaqlı mənzil verilmiş və onunla xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanmışdır. Kirayəçi kimi mənzilə o və oğlu qeyd edilmişlər. Cavabdeh də oğlu ilə ailə həyatı qurduqdan sonra onlarla birlikdə həmin evdə yaşamışdır. Hal-hazırda cavabdeh onların ailə üzvü deyil, lakin həmin mənzildə yaşamaqla onları evə qoymaq istəmir. Onlara məcburi köçkün kimi mənzil verilərkən cavabdeh onların ailə üzvü olmamış və müqaviləyə ailə üzvü kimi daxil olmamışdır. Cavabdehin ona kirayə müqaviləsi ilə verilmiş mənzildə yaşaması onun üçün bir sıra problemlər yaradır. Belə ki, bu, onun mənzildən istifadə hüququnun pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərc ödəmək məcburiyyətində qalır.
2. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2571/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, İddiaçı verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33; Mülki Məcəlləsinin 152.1, 157.2; Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.3, 91.1, 91.1.5, 96; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4; İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1; "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17; "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Təqdim olunmuş sübutlardan görünür ki, dövlətçilik ənənəsi olan Azərbaycan Respublikası beynəlxalq münasibətlərin subyekti kimi iddiaçının və digər məcburi köçkünlərin sosial vəziyyətini mümkün qədər yaxşılaşdırmaq üçün hüququ çatan şəxslərə məcburi köçkün şəhərcikləri inşa edərək, xüsusi yaşayış sahələri ilə təmin etmişdir. Hazırda iddiaçıya verilmiş xüsusi təyinatlı yaşayış sahəsində cavabdeh yaşayır. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Mənzil kirayə müqaviləsində adı göstərilməmişdir. Belə ki, həmin mənzilə yalnız iddiaçının oğlu ilə ailə qurandan sonra köçmüşdür. Sonradan cavabdehin iddia tələbinə əsasən iddiaçının oğlu ilə aralarında olan nikahları pozulmuşdur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının ailə üzvü olmayan cavabdeh mənzil kirayəçisi olan iddiaçını və iddiaçının oğlunu məhz sonunculara verilmiş xüsusi təyinatlı yaşayış sahəsinə buraxmır, onların hüquqlarını kobud şəkildə və davamlı olaraq pozur. Bu səbəbdən, iddia əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mənzildən çıxmamasına səbəb kimi başqa yaşayış yerinin olmamasını göstərməsi də əsassızdır. Çünki, o, iddiaçı qismində nikahın pozulması və s. tələbinə dair iddia ərizəsi ilə faktiki olaraq yaşadığı ərazi üzrə Lerik Rayon Məhkəməsinə müraciət etmiş, mülki işə həmin məhkəmədə baxılaraq müvafiq hüquqi qiymət verilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh Lerik rayonu Çayrud ərazi dairəsi Anzolu kəndində qeydiyyatdadır, xx.xx.1987-ci il tarixdə həmin kənddə doğulmuşdur, sonuncu dəfə qeydiyyatda olduğu ərazi üzrə müraciət edərək xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi almışdır. Göründüyü kimi, cavabdehin digər yaşayış yeri mövcuddur. Həmin yaşayış yeri ilə etibarlı əlaqələri vardır, həmin ünvanı yaşadığı yer kimi göstərməklə "nikahın pozulması və s.” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən İddiaçı verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 2013-cü il, 19/20 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzili Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qaradağ rayon MKİS-in rəisi tərəfindən 2 nəfər ailə tərkibində (özü və oğlu X8) İddiaçı verilmişdir; - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Qaradağ rayon MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı yuxarıda qeyd olunan mənzildə Füzuli rayonundan məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmışdır; - Telekommunikasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, İddiaçı ilə rabitə müəssisəsi arasında iddiaçıya təqdim olunmuş xüsusi yaşayış sahəsində telekommunikasiya xidmətlərinin göstərilməsi şərtləri ilə əlaqədar müqavilə bağlanmışdır; - xx.xx.2020-ci il tarixli, 018/39-438 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı 1940-cı ildə Füzuli şəhərində doğulmuşdur, xx.xx.1980ci il tarixdən indiyə kimi ünvan 1 ünvanda qeydiyyatdadır; - Lerik Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(048)-181/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh X5 qarşı «nikahın pozulması, uşaqların onun yanında qalması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, X8 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində 1708 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anaları Cavabdeh yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən X3 hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, 50 manat dövlət rüsumunun və 60 manat mediasiya xərcinin X3 tutularaq Cavabdeh verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2571/2024 nömrəli qətnaməsinin ləğvi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1; Mülki Prosessual Məcəllənin 39, 14, 77, 80, 81, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, baxılan iş üzrə məhkəmə araşdırması və yekun məhkəmə aktının qəbulu Azərbaycan Respublikasının Konstitusiyasının və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Halbuki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ona verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfqabad məcburi köçkün şəhərciyində yerləşən 19 saylı evin 20 saylı mənzilindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə isə işin hallarını tam araşdırmadan onun uzun müddətdir yaşadığı mənzildən çıxarılmağı haqqında qətnamə qəbul etmiş, belə qətnaməni qəbul edərkən onun ayrıca yaşayış yerinin olmamasını nəzərə almamışdır. Sırf qeydiyyatda olduğu yaşayış sahəsini əsas tutmaqla onu sözügedən yaşayış sahəsindən istifadə hüququnu onun həmin mənzildən çıxarılmağını qət edən məhkəmə aktı ilə aradan qaldırmaq məqsədini güdmüşdür. O, övladları ilə bərabər həmin mənzildə yaşamışdır. Elə həmin mənzildə yaşadığı dövrdə də övladları dünyaya gəlmişdir. Nikahın pozulması əsası ilə onun sözgedən yaşayış sahəsindən istifadə etmək hüququ aradan qaldırıla bilməz. Odur ki, başlıca olaraq məhz yuxarıda sadaladığı dəlilərə görə, iş üzrə çıxarılmış qərar hüquqa uyğun olmayan məhkəmə aktı qüvvəsində saxlanıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi formal xarakterli sübutları əsas götürməklə kifayətlənmiş, onun irəli sürdüyü dəlilərə isə ümumiyyətlə heç bir büquqi qiymət verməmişdir.
5. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, apellyasiya şikayətindən göründüyü kimi, cavabdeh işin halları ilə heç bir hüquqi bağlılığı olmayan, yalnız qanunvericliyin bir sıra maddələrinə istinad etməklə yetinmiş, birinci instansiya məhkəməsi tərəfindən konkret olaraq hansı maddi və prosessual hüquq normalarının pozulmasına istinad edə bilməmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 158-ci maddəsinə istinad etsə də, həmin mənzildən qanuni şəkildə istifadə hüququnun olduğunu təsdiq edən hər hansı sənəd təqdim edə bilməmiş, istinad etdiyi halları sübuta yetirəcək hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin çəkişmə prinsipinin pozulması, yalnız iddiaçı tərəfindən verilmiş sübutlar əsasında qətnamə qəbul edilməsini bildirsə də, bu halları əsaslandıra bilməmişdir. Apellyasiya şikayətinin məzmunundan da aşkar şəkildə göründüyü kimi, apellyasiya şikayətində istinad olunan halların heç biri əsaslandırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində hansı hüquq normalarının düzgün tətbiq edilməməsi qeyd edilməmişdir. Bu da, cavabdehin prosessual hüquqlardan sui-istifadə etməsinin və məhkəmə icraatın vaxtının qəsdən uzadılmasının sübutudur. Bu isə iddiaçının hüquqlarının pozulması ilə yanaşı, onun pozulmuş hüquqlarının bərpasını da gecikdirir. Qeyd olunan xüsusatları diqqətə çatdırıb qanunvericiliyin müvafiq maddələrini rəhbər tutaraq apellyasiya şikayətinin təmin edilməməsi, Qaradağ rayon məhkəməsinin 2(002)-2571/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Apellyasiya icraatı zamanı kirayə müqaviləsində adı olan (cavabdehin keçmiş əri) X8 və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 28 fevral 2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbədi bina 19-da yerləşən 20 nömrəli iki otaqlı mənzil 21 noyabr 2013-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında İddiaçı və X5 verilmişdir.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 2014-cü ildə ailə qurduğunu, iki övladının olduğunu, 2014-cü ildə gəlin köçəndən mübahisəli evdə yaşadığını, iddiaçının heç vaxt həmin evdə yaşamadığını, özünün başqa yaşayış yerinin olmadığını, həmin evdə qalmasına keçmiş əri Məmmədov Akifin etiraz etmədiyini qeyd etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz etmiş, kirayə müqaviləsi əsasında mübahisəli mənzilin iddiaçıya verildiyini, Məmmədov Akifinin adının müqavilədə iddiaçının ailə üzvi kimi qeyd edildiyini, hal-hazırda cavabdehin iddiaçının ailə üzvü olmadığını, cavabdehin iddiaçını mənzilə buraxmadığını bildirmiş, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. 17 iyun 1999-cu il tarixli Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
13. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi və sair sosial müdafiə tədbirləri tətbiq edilir; Qanunun 5-ci maddəsinə əsasən: məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimyyəti orqanları öz səlahiyyətləri daxilində, məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınmışq salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən: 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.
15. Birinci instansiya məhkəməsinin qətnaməsini qeyd edilənlərə, işin faktiki hallarına, apellyasiya şikayətinin dəlillərinə, Mülki Prosesual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmamışdır, apellyasiya şikayətinin faktiki münasibətlərə müvafiq dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmə ünvanlanmış 28 fevral 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbədi bina 19-da yerləşən 20 nömrəli iki otaqlı mənzil 21 noyabr 2013-cü il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasənda İddiaçı və X5 verilmişdir. İddia tələbi ilə məhkəməyə yalnız İddiaçı müraciət etmişdir. X8 məhkəmənin çağırışına cavab verməmiş və cavabdehin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbədi bina 19-da yerləşən 20 nömrəli iki otaqlı mənzildə yaşamasına etiraz etdiyinə dair hər hansı mövqe sərgiləməmişdir. Məhkəmənin “ cavabdehin digər yaşayış yeri mövcuddur” kimi nəticəyə gəlməsi belə sübuta yetirilmir. Halbuki, iddiaçı və oğlu xüsusi statusa malik olan şəxslər kimi dövlətin və beynəlxalq aktlarla (BMT və sair) xüsusi sosial imtiyazlara malikdirlər. Məcburi köçkünün övladı da qeyd edilən statusa aid edilərək müəyyən sosial təminatlara malikdir. Qeyd edilənlərdən əlavə, cavabdehin ailə üzvü kimi köçüb yaşaması artıq yaşayış sahəsində istifadə etmək hüquqlarını ona vermişdir və onun həmin mənzildən məcburi çıxarılması barədə tələb irəli sürmək hüququ kirayəyə verənə mənsubdur. Belə ki, Müqavilənin 2.3. bəndində qeyd edilmişdir ki, 2.3. Kirayəçi öz ailə üzvlərini (Kirayəçi jlə birgə yaşayan arvadı (əri), uşaqlan və valideynləri; habelə Kirayəçi tərəfindən yaşayış sahəsihə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumiür və əm|k qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə Üzvləri hesabedilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir; 2.4. Bu müqavilə üzrə Kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.9.yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq; 2.5. Kirayəçinin ailə üzvləri bu müqavilə üzrə Kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər; 4.3. Kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar; 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.
16. Beləliklə, qanunvericiliyin və müqavilənin tələblərinə müvafiq iddiaçının özünün də malik olduğu eyni statuslu (nəvələrini) uşaqları müvəqqəti mənzil hüququndan mərhum etmək səlahiyyəti yoxdur. Bu həm də, uşaq və valideyn hüquqların müdafiəsinə təminat verən ailə qanunvericiliyinə də ziddir. İddiaçı mənzil hüquqlarından irəli gələn məsələlərin həlli üçün buna səlahiyyətli olan orqana – müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.
17. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
18. Tələb olmadığından apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxsə aid edilməlidir.
19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2571/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.