Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1053/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ` İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(011)-4963/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, İşin halları
1. İddiaçı 22 avqust 2012-ci il tarixdə Cavabdeh X1 istismarı sahəsində bir il müddətinə sayğacların qəbulu və istismarı xidmətinə 10-cü dərəcəli mühəndiz vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı əmək müqaviləsinə 13 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir.
3. 14 may 2015-ci il tarixdə İddiaçı SOCAR-ın Cavabdehndə bir il müddətinə Birliyin Bakı X11 qurğularına xidmət Departamentinin Məişət Sayğaclarının istismarı şöbəsində 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir.
4. Daha sonra qeyd edilən əmək müqaviləsinə 29 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir.
5. 30 mart 2020-ci il tarixində İddiaçı ilə Cavabdehndə bir il müddətinə Bakı X10ı Departamentinin Qazın balansı və satışı şöbəsində 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir.
6. 31 mart 2023-cü il tarixli 14-2-2/3-1K-199/2023 nömrəli əmrli ilə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 mart 2020-cİ il tarixli 243 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə 31 mart 2023-cü il tarixli, 14-2-2/3-1K-199/2023 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh Bakı X10 Departamentinin Qazın balansı və satışı şöbəsinin (yeni adı Qazın Balansı, satışı və müştəri xidməti şəbəsi) 10-cu dərəcəli mühəndisi vəzifəsi işinə bərpa edilməsi, Cavabdehndən iddiaçının xeyrinə məcburi iş buraxmaya görə işə bərpa olunacağı günə qədər olan əmək haqqının tutulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) sistemində 1996-cı ildən işləyir. 13 may 2015-ci il tarixindən 30 mart 2020-ci il tarixinədək Cavabdeh Bakı X11 Qurğularına Xidmət Departamentində 10-cu dərəcəli mühəndis vəzifəsində işləmişdir. Qeyd edilən Departament 2020-ci ilin yazında ləğv edilərək Cavabdeh İB- nin Bakı X10ı Departamenti ilə birləşdirilib. 30 mart 2020-ci il tarixində "Azəriqaz” İB tərəfindən əmək qanunvericiliyinə zidd olaraq, yenidən işçilərlə 1 illik müddətli əmək müqaviləsi bağlanılıb. Cavabdeh İB tərəfindən hər bir işçi ilə əsasən müddətli əmək müqaviləsi bağlanılır. 30 mart 2020-ci il tarixindən 31 mart 2023-cü il tarixi də daxil olmaqla, Cavabdeh İB-nin Bakı X10ı Departamentinin Qazın balansı və satışı şöbəsində 10-cu dərəcəli mühəndis vəzifəsində işləmiş və aylıq vəzifə maaşım 988 manat təşkil edib. Azəriqaz” İB-nin baş direktorunun 31 mart 2023-cü il tarixli, 14-2-2/3-1K- 199/2023 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə işdən azad edilmişdir. İddiaçı 08 oktyabr 2022-ci il tarixdə təqaüd yaşına çatmışdır. Ərizə yazaraq işdən çıxmaq üçün işəgötürən tərəfindən ona təzyiqlər başlayıb. Təqaüd yaşına çatdığı üçün Cavabdeh İB-nin İnsan Resursları Departamenti tərəfindən hədə-qorxu gələrək, onun iradəsi əleyhinə, Əmək Məcəlləsinin tələblərinə zidd olaraq, birtərəfli qaydada əmək müqaviləsinə xitam vermək istənilib. Ailə-məişət vəziyyəti, təyin edilmiş təqaüdün azlığı, ailənin yeganə qazanc gətirəni olmağı, səhhətimin qənaətbəxş olması səbəbinə görə əmək fəaliyyətini davam etdirmək istəmişdir. İşəgötürənin tələbinin Əmək Məcəlləsinin 68ci maddəsinə zidd olması, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qarşısının alınması və əmək fəaliyyətini davam etdirmək məqsədi ilə 24 oktyabr 2022-ci il tarixdə müvafiq orqanlara elektron məktubla müraciət etmişdir. Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə ünvanlanmış müraciəti X5 Departamenti tərəfinfən cavablandırılıb: “Sizinlə Cavabdeh arasında bağlanmış 30 mart 2020-ci il tarixli, 243 nömrəli əmək müqaviləsinin 9-cu paraqrafının 9.5.1-ci maddəsinin “d” bəndinin 1-ci abzasına əsasən edilmiş təqaüd yaşına çatdıqda, xitam verilə bilər.” Müraciətlərinə verilən cavablar onu qane etməsə də, əmək fəaliyyətini davam etdirmişdir. 30 mart 2020-ci il tarixli, 243 nömrəli müddətli əmək müqaviləsinin müddətinin 30 mart 2023-cü il tarixində başa çatması ilə əlaqədar olaraq, Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən 31 mart 2023-ci il tarixində qeyd edilən əmək müqaviləsinə xitam veriləcəyi barədə Əmək Məcəlləsinin 70 və 77-ci maddələrinin tələblərinə zidd olaraq, 15 mart 2023-cü il tarixli, 14-2-2/3-11-10079/2023 nömrəli bildiriş ona 28 mart 2023-cü il tarixdə, saat 17 radələrində təqdim edilmişdir. Cavabdeh İB-nin müddətli əmək müqaviləsi bağlaması Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinə ziddir. Azəriqaz” İB işçiləri maksimum asılı vəziyyətdə saxlamaq üçün onlarla müddətli əmək müqaviləsi bağlayır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinin tələbinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsində isə müddətli əmək müqaviləsinin bağlanması halları sadalanır. Qeyd edilən maddənin “f” bəndinə görə müddətli əmək müqaviləsi “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə bağlana bilər.” 30 mart 2020-ci il tarixli, 243 nömrəli müddətli əmək müqaviləsi onun iradəsinin ifadəsi deyil. Cavabdeh İB-nin baş direktorunun 14-2-2/3-1K-199/2023 №-li, 31 mart 2023- cü il tarixli əmri ilə 30 mart 2020-ci il tarixli, 243 nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası işəgötürən tərəfindən pozulmuşdur. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bütün bunlar 30 mart 2023-cü il tarixində icra edilməli olduğu halda, işəgötürən tərəfindən icra edilməmişdir. 31 mart 2023-cü il tarixində sahər saat 8:30-dan saat 17-dək işdə olmuşdur. İşə davamiyyət jurnalında imzası var. Qeyd edilən gün üçün əmək fəaliyyətini təsdiq edəcək faktlar mövcuddur və ərizəyə əlavə edilir. Saat 5-də işdən azad olunmağı barədə şifahi məlumat almışdır. Əmək müqaviləsinə xitam verilməsi haqqında 14-2-2/3-1K-199/2023 nömrəli, 31 mart 2023-cü il tarixli əmrin surətini və əmək kitabçasını 05 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin İnsan Resursları Departamentindən təhvil almışdır. İstifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr 03 aprel 2023-cü il tarixdə Cavabdeh İB tərəfindən bank hesabına ödənilmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(011)- 4963/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdehnə 2012-ci ildə qəbul edilmiş, daha sonra Birlikdə 10-cü dərəcəli mühəndis vəzifəsində bir illik müddətli əmək müqavilələri əsasında çalışmışdır. Bununla yanaşı, tərəflər arasında bağlanılmış 30 mart 2023-cü il tarixli 243 nömrəli əmək müqaviləsinin məzmunundan görünən odur ki, iddiaçının əmək funksiyasının və gördüyü iş daimi xarakter daşıyır. Bütün bunlar ona deməyə əsas verir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində tərəflərin razılığına əsasən müddətin müəyyən edildiyi qeyd edilsə də, müqavilə bağlanan zaman tərəflər arasında hüquq bərabərliyi prinsipinə əməl edilməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə “f” bəndinin tələblərinə riayət edilməmişdir. Belə olan, məhkəmə hesab etmişdir ki, işçinin cavabdeh olan təşkilatda 8 ildən artıq müddətdə fasiləsiz olaraq çalışdığı halda, onunla bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə ziddir. Belə ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 mart 2020-cİ il tarixli 243 nömrəli əmək müqaviləsinə Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə 31 mart 2023-cü il tarixli, 14-2-2/3-1K-199/2023 nömrəli əmr ləğv edilməli, iddiaçı Cavabdeh Bakı X10 Departamentinin Qazın balansı və satışı şöbəsinin (yeni adı Qazın Balansı, satışı və müştəri xidməti şöbəsi) 10-cu dərəcəli mühəndisi vəzifəsi işinə bərpa edilməli, Cavabdehndən iddiaçının xeyrinə məcburi iş buraxmaya görə işə bərpa olunacağı günə qədər olan əmək haqqı tutulmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 45, 47, 68-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayətin dəlillərinə görə, tərəflər arasında bağlanmış 243 nömrəli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə razılaşdırılmış müddətə bağlanmış və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Həmçinin İddiaçı 08 oktyabr 2022-ci il tarixdə təqaüd yaşına çatmışdır və bu hal da birbaşa müqavilənin özündə müqaviləyə xitam verilməsi əsası kimi göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı təqdim olunmuş etiraz iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi və məhkəmədən şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
16. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır. Maddə 12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 45. 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır;
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz;
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər; Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 69. 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda; Maddə 73.1.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; Maddə 74. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətləri ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
22. İşdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək funksiyasının və gördüyü iş daimi xarakter daşıması, tərəflər arasında bağlanmış əmək müqaviləsində tərəflərin razılığına əsasən müddətin müəyyən edildiyi qeyd edilsə də, müqavilə bağlanan zaman tərəflər arasında hüquq bərabərliyi prinsipinə əməl edilməməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə “f” bəndinin tələblərinə riayət edilməməsi barədə gəldiyi nəticə düzgündür.
23. Apellyasiya şikayətinin dəlili olaraq göstərilmişdir ki, tərəflər arasında bağlanmış 243 nömrəli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə razılaşdırılmış müddətə bağlanmış və hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
24. Lakin, nəzərə almaq lazımdır ki, hazırkı işdə iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı 2012-ci ildən orada işləmişdir. Bu halda, yəni iddiaçının yaşı və gördüyü işin daimi xarakterə malik olması, açıq-aşkar onunla müddətli əmək müqaviləsinin bağlanmasını istisna edir. Ona görə də xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə, işçi ilə müddətli əmək müqaviləsi bağlana bilməz və bu qanunun imperativ tələbidir.
25. Şikayətin digər dəlili olaraq qeyd edilmişdir ki, İddiaçı 08 oktyabr 2022-ci il tarixdə təqaüd yaşına çatmışdır və bu hal da birbaşa müqavilənin özündə müqaviləyə xitam verilməsi əsası kimi göstərilmişdir.
26. Bu dəlilə münasibətdə də nəzərə alınmalıdır ki, işçinin təqaüd yaşına çatdığı göstərilsə də əmək müqaviləsinə işçisi çalışmanın yaş həddinə çatması əsası ilə yox, müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir və hazırkı mübahisənin predmetini bu əmr təşkil edir.
27. Göründüyü kimi, iddiaçının əmrin ləğv edilməsi barədə iddia tələbi əsaslıdır. Hüquqi müqəddəratı bu tələbdən asılı olan digər tələblərin təmin edilməsi ilə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(011)- 4963/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(011)- 4963/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev