Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1054/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Xumar Afət qızı Mərdanovanın sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı/cavabdeh İddiaçı, onun vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdeh/iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair ilkin, iddiaçı Cavabdehlər X13 və İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(004)-6198/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə 15.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək İddiaçı, X13, övladları Cavabdeh Novruz qızı, X18 və X10 ünvan 1, 38 saylı mənzilin iki yataq otağına, bir qonaq otağına, mətbəx və hamam otağına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 38 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə mərhum X3na məxsus olmuşdur. X3 vəfat etdikdən sonra həmin mülkiyyət vərəsəlik qaydasında anası Cavabdeh mülkiyyətinə keçmişdir. Həmin yaşayış evi 7 yaşayış otağından ibarətdir. Anası Cavabdeh, qardaşı X14 və bacısı Nümayəndə1 onu təqsirləndirərək polisə şikayət etmişlər. Bakı Apelyasiya Məhkəməsinin 1(103)-l 158/2021 saylı qərarı ilə onun İddiaçı barəsində başlamış cinayət işinə xitam verilmiş və o, bəraət almışdır. 15 avqusi 2021-ci il tarixində o, işdə olduğu zaman anası Cavabdeh, qardaşı X14 və bacısı Nümayəndə1 məcburi olaraq onun həyat yoldaşı X13, övladları Cavabdeh Novruz qızı, X18 və X15 öz yaşadıqlarını otaqlardan həmin evdə çıxarmış və baxımsız, təmirsiz bir otağa yerləşdirmişlər. Hal-hazırda o, həyat yoldaşı və övladları baxımsız, təmirsiz bir otaqda yaşamağa məcbur qalmışlar. Həmçinin onlar ona məxsus əmlakları-divan, stol, stul, qarderobu mənimsəmişlər. Artıq 1 aydır ki, cavabdeh onu və uşaqlarını indiyədək nəinki evə buraxmır, hətta, onlara evdən şəxsi əşyalarını götürməyə belə imkan vermir. Bununla bağlı Yasamal rayon 29-cu Polis bölməsinə müraciət etmiş, lakin ona işi mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 05.10.2021-ci il tarixdə cavabdehlər X13 və İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı, X13, azyaşlı övladları X18, Cavabdeh Novruz qızı və X10 ünvan 1, 38 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq onun sahibliyinə və sərəncamına verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1, 38 saylı mənzil Cavabdeh mərhum yoldaşı X5 adına olmuşdur. Həmin əmlakı o, həyat yoldaşı ilə birgə nikah dövründə əldə etmiş və əri dünyasını dəyişdikdən sonra vərəsəlik əsasında onun mülkiyyətinə keçmişdir. Bu barədə AR ƏM DK DƏDRX tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlak üzərində tam paylı hüququ dövlət reyestrində ********** qeydiyyat nömrəli çıxarışla 02.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırkı iddia üzrə cavabdehlər və onun azyaşlı övladları Cavabdeh Novruz qızı, X18 və X19 onun mülkiyyətində olan evdə müvvəqəti yaşayırlar. Belə ki, cavabdeh İddiaçı 2015-ci ildə ailə qurarkən əri X2 bildirdi ki, o, bu evdə özünə ev alana və ya kirayəyə çıxanadək müvvəqəti yaşaya bilər. Çünki ondan balaca qardaşı bu evdə öz ailəsi və valideyinləri ilə yaşayır. Novruz isə əvvəl razılaşsa da, atası dünyasını dəyişdikdən sonra evdən çıxmaq istəməmiş, hətta anasına qarşı iddia qaldıraraq evin digər otaqlarına da daxil olmaq istəmişdir. Nə Cavabdeh, nə də onun həyat yoldaşı tərəfindən qarşılıqlı iddia üzrə cavabdehlərə mənzildə yaşamaları üçün heç bir hüquqverici sənəd və ya notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq verilməmişdir. Əlavə olarq bildirir ki, o, mülkiyyətçi kimi öz evində sərbəst yaşaya bilmir. Cavabdehlər çox münaqişəli ailədir. İddiaçıya və onun ailə üzvlərinə mənzilin əsas qapısından girib-çıxmağa maneələr törədir və o, xüsusi mülkiyyətində ciddi maneələrlə təhqirlərlə evdə yaşamalı olur. Onlara mənzili könüllü tərk etmələrini xahiş etsə də, sözlərinə məhəl qoyulmamış, mənzili boşaltmamışlar Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(004)-6198/2021 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı İddiaçı, X13, övladları Cavabdeh Novruz qızı, X18 və X10 ünvan 1, 38 saylı mənzilin iki yataq otağına, bir qonaq otağına, mətbəx və hamam otağına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülməsi barədə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, X8 ünvan 1, 38 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaldırdığı iddia üzrə cavabdeh olan anası Cavabdeh doğma oğludur və o ailəsi və övladları ilə birgə mübahisə predmeti olan evdə, yəni atası X1 qeyd edilən mənzildə qeydiyyatdayadır və yaşayır. O, qeyd etdiyi kimi, 12 mart 2016-cı ildə həyat yoldaşı X13 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurub həmin evdə yaşayaraq üç övladı olmuşdur. Hal-hazırda böyük qızı qeyd edilən ünvandan məktəbə qedir. O, cavabdeh olan anası Cavabdeh doğma oğlu olaraq mülkiyyətçinin ailə üzvü hesab edilir və həmçinin qeyd edilən mənzildə miras payını anasına bağışlayanadək, onun mülkiyyətində olan mübahisəli mənzildə yaşamaq və istifadə hüququ qanunla əldə etmişdir. Qətnamədə qeyd edilir ki, onun həyat yoldaşı X13 qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı olan Cavabdeh ailə üzvü sayılmır. Bəs necə ola bilir ki, onun mübahisəli mənzilə istifadə hüququ var, lakin onun rəsmi həyat yoldaşı və uşaqların anası olan X13 övladları ilə birlikdə qeyd edilən mənzilə istifadə hüququnu əldə edə bilmir və Yasamal Məhkəməsinin Qətnaməsinə əsasən həyat yoldaşı əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılması haqqında Qərar qəbul edilir. Ailə ayrı-ayrılıqda yaşaya bilməzlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı/cavabdeh İddiaçı, onun vəkilinümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh/iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş qarşılıqlı iddia üzrə cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbi üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbi üzrə dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, ünvan 1, 38 saylı mənzil tam mülkiyyət hüququ üzrə X5 mülkiyyətində olmuş və bu barədə 04.09.1996-ci il tarixdə qeydiyyat aparılmışdır. 28.08.2016-cı il tarixli miras payın bağışlanma müqaviləsinin surətinə əsasən X16, X17, Nümayəndə1, İddiaçı 28.08.2016-cı il tarixli, 2V/621 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ünvan 1, 38 saylı mənzilin onlara məxsus olan paylarını Cavabdeh bağışlamışlar. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti 19 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli, 319 nömrəli arayışa əsasən İddiaçı ünvan 1, 38 saylı mənzildə qeydiyyatdadır, X13, Cavabdeh Novruz qızı, X18 və X19 isə həmin mənzildə qeydiyyatsız yaşayır. Həmçinin işin materiallarından görünür ki, 12.03.2016-cı il tarixdə İddiaçı və X4 nikaha daxil olmuşlar və birgə nikahlarından X18, X19 və Cavabdeh Novruz qızı adlı övladları vardır. İlk iddia üzrə tələb cavabdeh (həmçinin qardaşı X14 və bacısı Nümayəndə1) tərəfindən onun həyat yoldaşı X13, övladları Cavabdeh Novruz qızı, X18 və X19 mübahisəli ünvandakı öz yaşadıqlarını otaqlardan çıxardılaraq baxımsız, təmirsiz bir otağa yerləşdirildikləri üçün onların mənzilin iki yataq otağına, bir qonaq otağına, mətbəx və hamam otağına istifadə hüququnun tanınmaqla həmin mənzilə köçürülməsi barədə olmuş, cavabdeh tərəf isə ilk iddiaya etirazın əsası kimi ilk iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan evdə müvvəqəti yaşamaları, yaşamaları üçün heç bir hüquq verici sənədin olmaması, onların münaqişəli ailə olmaqla ona və digər ailə üzvlərinə mənzilin əsas qapısından girib-çıxmağa maneələr törətmələri, beləliklə də, xüsusi mülkiyyətində ciddi maneələrlə təhqirlərlə yaşamalı olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarına, Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına, Mülki Məcəllənin 152.1, 152.5, 226-237-ci, Mənzil Məcəlləsinin 12.2, 30.4-cü maddələrinə istinadən ilkin iddianın rədd edilməsinə dair mövqeyinə görə, yaşayış binasının tərkib hissəsinin vahidi (konkret olaraq hər hansı bir yaşayış otağı) ilə əlaqədar yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin (şəxslərin) istifadə hüququnun müəyyən edilidyi halda, evin mülkiyyətçisinin (mülkiyyətçilərinin) və digər istifadəçilərinin həmin yaşayış otağı üzərində istifadə hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Uşaqların yaşayış yeri onların valideynlərinin yaşadığı yer hesab olunur. X13 mübahisəli mənzilin mülkiyyətçinin oğlunun həyat yoldaşı olsa da, o mülkiyyətçinin ailə üzvü deyil və həmin mənzilə hüququ yoxdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarında bu nətcəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərəbaxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacıolan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaqvəzifəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmişhədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki,həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İşin materiallarından görünür ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh oğludur. X13 isə ilkin iddia üzrə iddiaçının həyat yoldaşı, cavabdehin isə gəlinidir. Onların birgə nikahdan üç uşağı olmuş və hazırda onlar birgə nikahdan olan uşaqları ilə birlikdə mübahisə predmeti olan evdə yaşayırlar. Kollegiya qeyd edir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. İlk iddiaçının tələbinin məzmununda onun həyat yoldaşı və uşaqlarının mübahisəli mənzilin iki yataq otağına, bir qonaq otağına, mətbəx və hamam otağına istifadə hüququnun tanınmaqla onların həmin otaqlara köçürülməsi göstərməsi mahiyyətinə görə ilk iddiaçının faktiki olaraq tələbinin 3 hissədən ibarət olmasını göstərir. Yəni,
1. ilk iddiaçının həyat yoldaşı və uşaqları ilə birlikdə mənzilə ( iddiada qeyd edilən otaqlara) köçürülməsi;
2. həmin mənzilə (iddiada qeyd edilən sahələrə) istifadə hüququnun tanınması;
3. qeyd edilən sahələrə köçürülməklə yanaşı yaşayış sahələri üzrə istifadə qaydalarının müəyyən edilməsi. İşin materiallarından görünür ki, ilk İddiaçı uşaqları ilə birlikdə hazırda mübahisəli evdə faktiki olaraq yaşamaqda davam edir, lakin yaşadığı sahə ilə razılaşmayaraq iddia tələbində göstərdiyi sahələrdə yaşamağı arzulayır. Kollegiya birinci instansiya məhkəməsinin ilk iddia ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilk iddiaçının onun övladları ilə birlikdə yaşadığı mənzilə yenidən köçürülməsi tələbinin təmin edilməsinə hüquqi əsas yoxdur. Həmçinin də, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin (X13) “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qaynananın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Xalidə Əzimovanın mübahisəli evə köçürülməsi ilə bağlı qeyd edilir ki, qətnamə ilə iddia bu hissədə təmin edilmədiyindən, ünvan 1, 38 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması ilə bağlı onun tərəfindən qətnamədən apellyasiya şikayəti verilmədiyindən, ilk iddia üzrə verilən apellyasiya şikayəti ilə bağlı Xalidə Əzimovaya münasibətdə qətnamənin qanuniliyinə hüquqi qiymət verilə bilməz. İddianın ikinci hissəsi üzrə isə tələbə hüquqi qiymət verərək kollegiya hesab edir ki, İddiaçı Cavabdeh ailə üzvü olduğu üçün, həmçinin həmin mənzildə miras payını bağışlayanadək mübahisəli mənzildə yaşadığından onun istifadə hüququ mövcud olduğundan onun həmin mənzildən istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə olan halda, İddiaçı həmin mənzilə istifadə hüququ itirilmədiyindən yenidən həmin hüququnun tanınmasına hüquqi əsas olmamışdır. İddianın üçüncü hissəsi üzrə tələbi ilə bağlı kollegiya qeyd edir ki, yaşayış binasının tərkib hissəsinə istifadə hüququ olan şəxsin istifadə qaydaları müəyyən edildiyi halda bu, evin mülkiyyətçisinin və digər istifadəçilərin həmin yaşayış otağı üzərində istifadə hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Araşdırma zamanı məlum olmuşdur ki, mübahisəli evdə İddiaçı və ailəsindən başqa, onun anası və digər ailə üzvləri yaşayır. Həmçinin kollegiya qeyd edir ki, AR Mülki Məcəlləsinin yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnu, o cümlədən istifadə hüququnu nizamlayan 226-237-ci maddələrində «yaşayış sahəsi üzrə istifadə qaydasının müəyyən edilməsi»kimi anlayışı nəzərdə tutmamışdır. Belə olan halda, iddia tələbinin bu hissəsinin təmin edilməsi qanunvericiliyinin tələblərinin, xüsusən də mulkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilk iddiaçının rəsmi həyat yoldaşının və uşaqlarının anası olan X8 övladları ilə birlikdə qeyd edilən mənzilə istifadə hüququnu əldə edə bilməməsinə dair dəlili ilə bağlı qeyd edir ki, ilk iddiaçının həyat yoldaşı ilə uşaqlarının ona münasibətdə mübahisəli evə istifadə hüququ yaranmamışdır. Bu hüquq mülkiyyətçiyə münasibətdə və yalnız qanunverciliklə müəyyən edilmiş qaydada onun ailə üzvləri statusu daşıyıan şəxslərə aiddir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin şikayət olunan hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(004)-6198/2021 saylı qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev