Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1054/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair (Birinci iddia) və iddiaçı Cavabdeh1 cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi) “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dаir (İkinci iddia) mülki iş üzrə Açar sözlər: (mənzildən çıxarılma, hərracın nəticələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh (bundan sonra-birinci iş üzrə iddiaçı) İddiaçı ASC-nin nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(010)-541/2023 saylı qətnaməsindən birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı (bundan sonra-ikinci iş üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" İKB ASC (hazırda İddiaçı ASC) və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 Bankdan 36 ay müddətinə qaytarmaq şərtilə illik 26%-lə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu müqavilə üzrə götürülmüş borcun təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. 2.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 21969,36 ABŞ dolları borcun tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin 60000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. 3.Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə yönəldilmişdir. İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə tərəfindən xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 4.xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə tərəfindən icra sənədi üzrə borclu Cavabdeh1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzilin 60000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmasına dair “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. 5.xx.xx.2021-ci il tarixdə hərracın təşkilatçısı “Xəzər X2” MMC (hazırda “X2” MMC) və ipoteka saxlayan İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli hərracın nəticələri haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, keçirilən hərraclarda iştirakçı olmadığına görə İddiaçı ASC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzili 38250 manata almışdır. 6.Mənzilin 38250 manata Bank tərəfindən alınması ilə Cavabdeh1 icra sənədi üzrə borcu bağlanmışdır. a)Birinci instansiya məhkəməsində icraat 7.Birinci iş üzrə iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəs ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 2 otaqlı, 50.88 kv.m ümumi, 28.88 kv.m yaşayış, 22 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin, 8 nömrəli mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipotekaqoyulmuş, Cavabdeh1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 2 otaqlı, 50.88 kv.m ümumi, 28.88 kv.m yaşayış, 22 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 8 nömrəli mənzilinə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1539/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair "xxxx" İKB ASC-nin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Suraxanı rayon MKTB-nin 1743 №-li MİKS-dən 30 iyun 2015- ci il tarixli arayışından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 2 otaqlı, 50.88 kv.m ümumi, 28.88 kv.m yaşayış, 22 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin, 8 nömrəli mənzilində Cavabdeh1 qeydiyyatda olmaqla yaşayır. Əmlakın "xxxx" İKB ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir. 9.İkinci iş üzrə iddiaçı Cavabdeh1 cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi) “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “X1 Mərkəzi” MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 13 nömrəli evin 8 nömrəli mənzilinin hərracdan satılmasının nəticələri haqqında YP № 127, xx.xx.2021-ci il tarixli yekun protokolunun etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminat olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 13 nömrəli evin, 8 nömrəli mənzilinə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1539/2018 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-538/19 saylı icra vərəqəsi əmlakın yerləşdiyi və borclunun qeydiyyatda olduğu ünvan üzrə icrasının təmin edilməsindən ötrü Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh “X1 Mərkəzi" MMC-nin keçirdiyi hərrac nəticəsində mənzil digər cavadeh İddiaçı ASC tərəfindən hərracdan alınmış və bu barədə hərracın nəticələri haqqında YP № 127, xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. Hərraclar keçirilərkən iddiaçıya heç bir xəbər verilməmiş, bildirişlər gəlməmişdir ki, bununla da mülkiyyətçi olaraq konstitusion hüquqlarının pozulması ilə bərabər “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud surətdə pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçıya məxsus olan əmlak hərracda 25 % güzəştlə cavabdeh İddiaçı ASC-yə satılmışdır. İddiaçının hərracdan xəbəri yalnız İddiaçı ASC tərəfindən onun mənzildən çıxarılması ilə bağlı Surxanı Rayon Məhkəməsinə müraciət edərkən olmuşdur. 11.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 oktyabr 2023-cü il tarixli, 2(010)-541/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Səlimə Miriyeva) birinci iddianın təmin edilməsi, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ikinci iddianın təmin edilməməi, ödənilmiş dövlət rüsumunun ikinci iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan: 12.Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 50.88 kv.m olan mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. 13.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1539/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 13211,55 ABŞ dolları əsas, 8290,79 ABŞ dolları faiz, 467,02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21969,36 ABŞ dolları borc və 60 manat dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, müvafiq ödənişin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 50,88 kv.m olan mənzilin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 14.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-538/2019 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1539/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 13211,55 ABŞ dolları əsas, 8290,79 ABŞ dolları faiz, 467,02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21969,36 ABŞ dolları borc və 60 manat dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, müvafiq ödənişin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 50.88 kv.m olan mənzilin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi və mənzilin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci qismində 200 manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. 15.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 635/2020 nömrəli qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-538/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. 16.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 20, mənzil 22/23 olan “X1 Mərkəzi” MMCnin xx.xx.2006-cı il tarixdə 0106-P263-46958 nömrə ilə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin xx.xx.2023-cü il tarixli qərarına əsasən adının dəyişdirilib “X2” MMC olması barədə məlumat mövcuddur. Cəmiyyətin adının dəyişdirilməsi barədə qeyd xx.xx.2023-cü il tarixdə dövlət reyestrinə daxil edilmişdir. 17.Satılan əmlak haqqında məlumatdan görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 80.88 kv.m olan mənzilin satışı üçün 05 may və 26 may tarixlərində hərrac keçirilmişdir. Birinci hərracın keçirilməsi barədə elan “Market” N 71 (10761) xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə, ikinci hərrac barədə elan “Market” N 71 (10767) xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərdə yerləşdirilmişdir. 18.“X1 Mərkəzi” MMC tərəfindən sifarişçi Suraxanı rayon İcra və Probasiya Şöbəsi, tələbkar İddiaçı ASC və borclu Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 527 nömrəli açıq hərraçın keçirilməsi barədə bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin satışı üçün açıq hərrac xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ünvan 6 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elnanın “Market” qəzetində və www.tap.az/shops/xihm internet səhifəsində dərc edildiyi, hərracda iştirak etmək üçün hansı sənədlərin təqdim edilməli olduğu barədə məlumatlar verilmişdir. 19.“X1 Mərkəzi” MMC tərəfindən sifarişçi Suraxanı rayon İcra və Probasiya Şöbəsi, tələbkar İddiaçı ASC və borclu Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 569 nömrəli açıq hərraçın keçirilməsi barədə bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin satışı üçün açıq hərrac xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ünvan 6 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elnanın “Market” qəzetində və www.tap.az/shops/xihm internet səhifəsində dərc edildiyi, hərracda iştirak etmək üçün hansı sənədlərin təqdim edilməli olduğu barədə məlumatlar verilmişdir. 20.İki ədəd qəbzin surətindən görünür ki, “Xəzər X2” MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli çatdırılma qəbzinin üzərinə xx.xx.2021-ci il tarixdə “qapı bağlıdır”, xx.xx.2021ci il tarixli qəbzin üzərinə isə xx.xx.2021-ci il tarixdə “qonşu” qeydi yazılmış, imza çəkilmişdir. 21.“X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli, 043 nömrəli ipoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması barədə bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 80.88 m2 olan mənzilin ilkin satış qiymətinin 60000, təklif olunan qiymətin 38250 manat olması və xx.xx.2021-ci il tarixinədək tələbkar “Yelo Bank" ASC tərəfindən alınmadığı halda işin sifarişçi icra şöbəsinə qaytarılacağı barədə məlumat qeyd olunmuşdur. 22.İddiaçı ASC tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, KBD-9542 nömrəli məktubun surətindən görünür ki, MMC-nin xx.xx.2021-ci il tarixli “hərracın baş tutmaması” haqqında kütləvi informasiya vasitəsi ilə məlumat verilməsinə dair müraciəti ilə əlaqədar Bank tərəfindən bildirilmişdir ki, borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, YeniGünəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 saylı evin, 8 saylı mənzilinə dair təklif 38250 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılıqlarını bildirirlər. Qısa müddət ərzində yuxarıda göstərilən mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması xahiş edilmişdir. 23.“X1 Mərkəzi” MMC və İddiaçı ASC tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, YP 127 nömrəli hərracın nəticələri haqqında protokoldan görünür ki, keçirilən hərraclarda iştirakçı olmadığına görə ilkin satış qiyməti 60000 manat müəyyən edilən, Cavabdeh1 məxsus, ünvan 3 ünvanında yerləşən mənzil ipoteka saxlayan İddiaçı ASC tərəfindən 38250 manata alınmışdır. 24.“X1 Mərkəzi” MMC (Satıcı) və İddiaçı ASC (Alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin alğı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Satıcı, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən mənzili hərracın nəticələri haqqında xx.xx.2021ci il tarixli, 127 nömrəli protokola əsasən 38250 manata satmış, Alıcı-ipoteka saxlayan İddiaçı ASC isə həmin qiymətə almışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. 25.İddiaçı ASC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, KBD-1281 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən mənzil açıq hərraca çıxarılmış, alıcı olmadığından Banka təklif olunmuşdur. Bank təklifi qəbul edərək, mənzilin balansa götürülməsinə razılıq vermiş və əmlakın dəyəri həcmində vəsait borclunun kredit borcu hesabından silinmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-538/2019 nömrəli qətnaməsi üzrə borc bağlanmışdır. 26.İddiaçı ASC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, KBD4927 nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-538/2019 saylı icra sənədinə əsasən Cavabdeh1 cəmi 21969,36 ABŞ dolları borc və 60 manat dövlət rüsumunun "xxxx" İKB ASC-nin xeyrinə tutulmalı olduğu, borcun Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzilə yönəldildiyi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldən olunan məbləğin borcun ödənilməsinə yönəldilməsinin qərara alındığı, qeyd olunan mənzilin 38250 manata tələbkar "xxxx" İKB ASC-yə (hazırkı İddiaçı ASC) təklif olunduğu, tələbkaripoteka saxlayan "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) həmin mənzili balansa götürməyə razılıq verdiyi və satışdan əldə olunan pul vəsaitinin cavabdehə çatası 2542,68 manat hissəsinin Suraxanı rayon İcra Şöbəsinin depozit hesabına köçürüldüyü qeyd edilmişdir. 27.“Xəzər X2” MMC tərəfindən “Market” qəzetində xx.xx.2021-ci il tarixdə verilmiş hərrac elanından görünür ki, ünvan 3 ünvanında yerləşən, 2 otaqlı, 80.88 kv.m sahəsi olan mənzilin 60000 manat ilkin satış qiyməti ilə xx.xx.2021-ci il tarixdə, saat 11:00-da açıq hərracdan satışının həyata keçiriləcəyi qeyd edilmiş, hərracda iştirakın şərtləri haqqında məlumat verilmişdir. 28.“Xəzər X2” MMC tərəfindən “Market” qəzetində xx.xx.2021-ci il tarixdə verilmiş hərrac elanından görünür ki, ünvan 3 ünvanında yerləşən, 2 otaqlı, 80.88 kv.m sahəsi olan mənzilin 51000 manat satış qiyməti ilə xx.xx.2021-ci il tarixdə, saat 11:00-da açıq hərracdan satışının həyata keçiriləcəyi qeyd edilmiş, hərracda iştirakın şərtləri haqqında məlumat verilmişdir. 29.Məhkəmə ilk öncə Cavabdeh1 iddia tələbinə hüquqi qiymət verərək onun təmin edilməməsi ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 öz mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzili İddiaçı ASC-dən götürdüyü kreditin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü etmiş, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə Bankın iddiası əsasında məhkəmə qətnaməsi ilə müqavilə üzrə ödənilməmiş borcun Cavabdeh1 tutulması və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilərək, mənzilin açıq hərracdan satılması qət edilmişdir. 30.Qətnamə üzrə verilmiş icra sənədinin icraya yönəldilməsindən sonra icra məmurunun sifarişi əsasında mənzilin “X1 Mərkəzi” MMC (hazırda “X2” MMC) tərəfindən hərraca çıxarılması təşkil edilmişdir. 05 may və 26 may 2021-ci il tarixlərinə təyin edilmiş hərrac və təkrar hərracların baş tutmamasından sonra mənzil ipoteka saxlayan İddiaçı ASC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsində nəzərdə tutulmuş əsasla alınmışdır. Hazırda ipoteka qoyan Cavabdeh1 iddia edir ki, hərrac onu məlumatlandırmadan baş tutmuşdur və bu səbəbdən hərracın nəticələri etibarsız hesab edilməlidir. 31.İş materiallarına hərrac təşkilatçısı tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsi ilə bağlı sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, ipoteka predmeti olan mənzilin xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə hərraca çıxarılacağı barədə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli bildirişlər borclu X5 da ünvanlanmış, birinci məktubun göndərilməsinə dair qaimədə “qonşu” yazılaraq imza çəkilmiş, ikinci məktubun qaiməsinə isə “qapı bağlıdır” yazılmışdır. Hər iki qaimədə də ünvan kimi ipoteka predmeti olan mənzilin ünvanı qeyd edilmişdir. Cavabdeh1 hazırda rəsmi yaşayış ünvanı ünvan 10cın keçirildiyi vaxtkı rəsmi yaşayış ünvanı ipoteka predmetinin yerləşdiyi ünvan olan ünvan 11 ki, iş materiallarında olan Cavabdeh1 məxsus, xx.xx.2023-cü il tarixədək etibarlı olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 mənzil 8 ünvanında qeydiyyatda olmuşdur. Bundan əlavə, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları da Cavabdeh1 ünvanı kimi məhz həmin ünvana göndərilmiş, icra sənədində borclunun ünvanı kimi həmin ünvan göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hərrac təşkilatı tərəfindən hər iki bildiriş düzgün ünvana göndərilmişdir. 32.Bundan əlavə, iş materiallarından görünür ki, ipoteka predmeti olan mənzilin həm hərraca, həm də təkrar hərraca çıxarılmasına dair mediada (“Market” qəzetində) elan dərc edilmişdir. Bu zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsində nəzərdə tutulmuş hərracın keçirilmə qaydalarına riayət edilmişdir. Hərracın keçirilməsi ilə bağlı ikinci iddiaçı - ipoteka qoyan Cavabdeh1 yeganə etirazı ona bildiriş göndərilməməsi ilə bağlı olmuşdur ki, iş materiallarında olan sənədlər əsasında bu hal təsdiqini tapmamışdır. 33.Məhkəmə, həmçinin qeyd etmişdir ki, ikinci iddiaçı Cavabdeh1 ipoteka qoyduğu mənzilə tutma yönəldilməsi və mənzilin açıq hərracdan satılmasına dair məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.2020-ci il tarixdə icraya yönəldilmişdir. Mənzilin İddiaçı ASC tərəfindən alınmasına dair hərracın nəticələri haqqında protokol xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İpoteka qoyan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin hərracın nəticələrini mübahisələndirmişdir. 34.Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında Plenum, apellyasiya instansiyası məhkəməsi tərəfindən B.Rüstəmovun hərracın keçirilməsindən bir il iki aydan çox vaxt ötdükdən sonra qaldırdığı iddiası ilə əlaqədar çıxarılmış 09 iyul 2007-ci il tarixli qətnamədə MM-in 414.1-ci, 414.2ci, 414.4-cü və 414.5-ci, 415.2-ci, 416.1-ci və 416.2-ci maddələrinə istinad edilməklə mənzilin hərracda satılması ilə bağlı keçirilmiş hər iki hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ən geci 30 gün qabaqcadan mülkiyyətçi kimi B.Rüstəmovun xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın onun iştirakı olmadan keçirilməsi qənaətinə gəlinməklə hərracın nəticələrinin etibarsız hesab edildiyini, apellyasiya instansiyası məhkəməsinin qətnamədə, həmçinin “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 28, 45.1, 51.1-ci maddələrinin tələblərinin də pozulması qənaətinə gəldiyini, lakin borclunun icraya müxtəlif maneələr yaratması ucbatından 30 iyul 2001-ci il tarixli qətnamənin icrasının uzun müddət keçdikdən sonra yalnız 20 fevral 2004-cü il tarixdə baş tutmasına, keçən dövr ərzində nə firmanın, nə də borclunun öhdəliyin yerinə yetirilməsi üçün mövcud imkandan istifadə etməyə heç bir cəhd göstərməmələrinə dair işin müəyyən edilmiş hallarına əhəmiyyət vermədiyini qeyd etmiş, yekunda Apellyasiya Məhkəməsinin MİÜMK-sı tərəfindən mülki işə Konstitusiyanın 71-ci maddəsinin, MM-in 7.1, 7.2, həmçinin 01 noyabr 2005-ci il tarixədək qüvvədə olmuş 157.3-cü maddələrinin, MPM-in 9.1, 14.1 və 88-ci maddələrinin tələblərinin pozulması ilə baxıldığı, nəticədə ərizəçilərin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulduğu qənaətinə gəlinmişdir.
35. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu hərracın nəticələrinin etibarsız hesab edilməsini yalnız borcluya bildirişin göndərilməməsi halından (hansı ki, hazırkı işdə belə bir hal müəyyən edilməmişdir) asılı etməmiş, bu cür mübahisələrə baxılarkən qətnamənin icraya yönəldilməsindən ipoteka predmetinin hərracdan satışınadək keçən uzun müddət ərzində borclunun icra sənədi üzrə öhdəliyini yerinə yetirmək üçün heç bir cəhd göstərməməsi halına da əhəmiyyət verilməli olduğu nəticəsinə gəlmişdir. 36.Hazırkı işdən görünür ki, mənzilin hərraca çıxarılmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edildiyini, bu qətnamənin məcburi icraya yönəldilməli olduğunu bilən/bilməli olan (qətnaməni sonuncu instansiyaya qədər mübahisələndirən özü olmuşdur) Cavabdeh1 qətnamənin icraya yönəldilməsindən üç il keçdikdən sonra, yalnız iddiaçı Bank onun evdən çıxarılmasını tələb etdikdə, hərracın nəticəsindən məlumatsız olduğunu iddia edərək, nəticəni mübahisələndirmişdir. Lakin o, bu qədər müddət ərzində icra sənədi üzrə ödəməli olduğu borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının borclu kimi icra sənədinin icrasına münasibəti, onun aradan uzun müddət keçdikdən sonra hərracın nəticələrini mübahisələndirməsindəki əsas niyyətinin (icra sənədinin icrasını gecikdirmək, icraya süni maneə törətmək) müəyyən edilməsi baxımından əhəmiyyətlidir. 37.Qeyd olunanlara əsasən məhkəmə ikinci iş üzrə ididaçının iddia tələbi ilə mübahisələndirilən hərracın nəticəsinin etibarsızlığı üçün heç bir əsas olmadığı, bununla da ikinci iddianın təmin edilməməli olduğu nəticəsinə gəlmişdir. 38.Birinci iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC-nin ünvan 12 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bank bu əmlak üzərində mülkiyyət hüququnu ikinci iddiaçının mübahisələndirdiyi hərracın nəticəsində əldə etmişdir. Məhkəmə, artıq bu hərracın nəticələrini etibarlı olduğu nəticəsinə gəldiyindən hesab etmişdir ki, birinci iddianın təmin edilməməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, birinci iddia əsaslı olduğundan təmin edilməlidir. 39.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.2, 415.2, 416.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun41.1, 41.2, 41.3, 42.1, 43.4, 43.5, 43.7, 43.7-1, 44; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 185.5, 217.2, 217.3, 27.4, 119.1, 214, 216-220, 238-253, 357 və 360cımaddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
40.Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, birinci iddia tələbinin rədd, ikinci iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 41.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərraclar keçirilərkən iddiaçıya heç bir xəbər verilməmiş, bildirişlər gəlməmişdir ki, bununla da mülkiyyətçi olaraq onun konustution hüquqlarının pozulması ilə bərabər “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin kobud surətdə pozulmasına səbəb olumuşdur. Cavabdeh “X1 Mərkəzi” MMC Məhkəməyə iki qəbz təqdim etmişdir ki, onlardan biri heç kimə verilməyib, digəri isə guya qonşuya verilib. Qonşunun adı kimliyi isə bəlli deyil. Lakin məhkəmə bunu yetərli hesab etdiyi üçün ikinci iddianı qəbul etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 42.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
43.Məhkəmə kollegiyasının iclasında birinci iş üzrə İddiaçı ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədi, öz iddia ərizələrində qeyd olunanlara uyğun məzmundan izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 44.İkinci iş üzrə iddiaçı Cavabdeh1, ikinci iddia üzrə cavabdeh “X2” MMC, üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar (və ya nümayəndəsi) məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
45.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 46.Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 47.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 48.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 49.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 50.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 51.Maddə 41.1.İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 52.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 53.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 54.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 55.Maddə 43.5.Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 56.Maddə 43.7.Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 57.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 58.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 59.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 60.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 61.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 62.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 63.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunu: 64.Maddə 1.0.10.Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir.
Apellyasiya baxışının hədləri
65.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 66.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
67.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 68.Belə ki, işin fakitki halları ondan ibarətdir ki, Cavabdeh1 öz mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzili İddiaçı ASCdən götürdüyü kreditin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü etmiş, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə Bankın iddiası əsasında məhkəmə qətnaməsi ilə müqavilə üzrə ödənilməmiş borcun Cavabdeh1 tutulması və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilərək, mənzilin açıq hərracdan satılması qət edilmişdir. 69.Qətnamə üzrə verilmiş icra sənədinin icraya yönəldilməsindən sonra icra məmurunun sifarişi əsasında mənzilin “X1 Mərkəzi” MMC (hazırda “X2” MMC) tərəfindən hərraca çıxarılması təşkil edilmişdir. 05 may və 26 may 2021-ci il tarixlərinə təyin edilmiş hərrac və təkrar hərracların baş tutmamasından sonra mənzil ipoteka saxlayan İddiaçı ASC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunla nəzərdə tutulmuş qaydalara uyğun olaraq alınmışdır. Hazırda ipoteka qoyan Cavabdeh1 iddia edir ki, hərrac onu məlumatlandırmadan baş tutmuşdur və bu səbəbdən hərracın nəticələri etibarsız hesab edilməlidir. 70.“F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 71.Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. 72.Cavabdehin hərracın keçirilməsinə dair bildirişlərin ona göndərilməməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına hərrac təşkilatçısı tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsi ilə bağlı sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, ipoteka predmeti olan mənzilin xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə hərraca çıxarılacağı barədə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli bildirişlər borclu X5 da ünvanlanmış, birinci məktubun göndərilməsinə dair qaimədə “qonşu” yazılaraq imza çəkilmiş, ikinci məktubun qaiməsinə isə “qapı bağlıdır” yazılmışdır. Hər iki qaimədə də ünvan kimi ipoteka predmeti olan mənzilin ünvanı qeyd edilmişdir. Cavabdeh1 hazırda rəsmi yaşayış ünvanı ünvan 10cın keçirildiyi vaxtkı rəsmi yaşayış ünvanı ipoteka predmetinin yerləşdiyi ünvan olan ünvan 11 ki, iş materiallarında olan Cavabdeh1 məxsus, xx.xx.2023-cü il tarixədək etibarlı olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 mənzil 8 ünvanında qeydiyyatda olmuşdur. Bundan əlavə, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları da Cavabdeh1 ünvanı kimi məhz həmin ünvana göndərilmiş, icra sənədində borclunun ünvanı kimi həmin ünvan göstərilmişdir. 73.Həmçinin, iş materiallarından görünür ki, ipoteka predmeti olan mənzilin həm hərraca, həm də təkrar hərraca çıxarılmasına dair mediada (“Market” qəzetində) elan dərc edilmişdir. Bu zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsində nəzərdə tutulmuş hərracın keçirilmə qaydalarına riayət edilmişdir. 74.Digər tərəfdən kollegiya “F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarına əsasən qeyd edir ki, bu cür mübahisələrə baxılarkən qətnamənin icraya yönəldilməsindən ipoteka predmetinin hərracdan satışınadək keçən uzun müddət ərzində borclunun icra sənədi üzrə öhdəliyini yerinə yetirmək üçün heç bir cəhd göstərməməsi halına da əhəmiyyət verilməlidir. 75.Hazırkı işdən görünür ki, mənzilin hərraca çıxarılmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edilmiş, bu qətnamənin məcburi icraya yönəldilməli olduğunu bilən/bilməli olan (qətnaməni sonuncu instansiyaya qədər mübahisələndirən özü olmuşdur) Cavabdeh1 qətnamənin icraya yönəldilməsindən üç il keçdikdən sonra, yalnız iddiaçı Bank onun evdən çıxarılmasını tələb etdikdə, hərracın nəticəsindən məlumatsız olduğunu iddia edərək, nəticəni mübahisələndirmişdir. Lakin o, bu qədər müddət ərzində icra sənədi üzrə ödəməli olduğu borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Buna görə də, məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçının borclu kimi icra sənədinin icrasına münasibəti, onun aradan uzun müddət keçdikdən sonra hərracın nəticələrini mübahisələndirməsindəki əsas niyyətinin (icra sənədinin icrasını gecikdirmək, icraya süni maneə törətmək) müəyyən edilməsi baxımından əhəmiyyətlidir. 76.Göründüyü kimi, hərrac təşkilatı ipoteka qoyan Cavabdeh1 məxsus ünvana bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. 77.Hərracın etibarsızlığı ilə bağlı cavabdeh ipoteka qoyan Cavabdeh1 yeganə dəlili ona bildiriş göndərilməməsi ilə bağlı olmuşdur ki, iş materiallarında olan sənədlər əsasında bu hal təsdiqini tapmamış, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər ipoteka qoyana göndərilmiş, o cümlədən hərracla bağlı qəzetlərdə elanlar verilmişdir. 78.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Cavabdeh1 iddiasının təmin edilməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. 79.Məhkəmə kollegiyası cavabdehin iddiasının təmin edilməməsi ilə bağlı işin yuxarıda qeyd olunumuş faktiki hallarına əsasən hesab edir ki, məhkəmə tərəfindən İddiaçı ASC-nin iddia tələbi düzgün olaraq təmin edilmişdir. 80.Göründüyü kimi Cavabdeh1 mübahisələndirilən mənzildən çıxmaması, mülkiyyətçi olan İddiaçı ASC-nin mülkiyyət hüquqularının pozulmasına səbəb olduğundan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci iddia tələbi düzgün olaraq təmin edilmişdir. 81.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 82.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 83.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 84.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 85.Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(010)-541/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdiyev
Fərrux Qasımov