Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10550/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(001)- 4280/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşlı övladı X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 21 aprel 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 oktyabr 2016-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Hal-hazırda iddiaçı anasının evində yaşayır. Lakin iddiaçı köçmək istədiyi ünvanda pasport qeydiyyatındadır və cehiz əşyaları həmin ünvandadır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, sözügedən yaşayış evi iddiaçının qardaşı X5 tərəfindən tikilmiş və evin bütün sənədləri onun adınadır. Xocəsən Bələdiyyəsi tərəfindən 28 iyun 2005-ci il tarixli 13/01 saylı qərarla X1 adına fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. X5 bələdiyyəyə notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək 28 iyun 2005-ci il tarixli 13/01 saylı qərarın öz aralarında qarşılıqlı razılaşmaya əsasən həmin qərarın 1-ci bəndində dəyişiklik edilərək onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Nəticə etibarilə Bələdiyyənin 06 sentyabr 2016-cı il tarixli qərarı ilə sözügedən torpaq sahəsi Ş.Qəmbərovun adına rəsmiləşdirilmişdir. Bundan sonra Ş.Qəmbərov tərəfindən həmin torpaq sahəsində mübahisəli ev tikilməyə başlamışdır. Bu mənada iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüququ və hazırkı cavabdehə qarşı tələbetmə hüququ yoxdur. Cavabdehin qardaşı iddiaçı ilə birbaşa öhdəlik münasibətlərində olmamış və cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulması sübut olunmur. Belə ki, mübahisəli evin mülkiyyətçisi cavabdeh deyil, iddiaçının qaynıdır, gəlin və qayın isə bir-birilərinin ailə üzvü sayılmır və bir-biriləri qarşısında aliment öhdəlikləri daşımırlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(001)- 4280/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli evin qaynı X3 heç bir aidiyyəti yoxdur. O özü həmin torpaq sahəsi ilə bağlı bütün mübahisələrin şahidi olub. Belə ki, qaynanası həmin torpaq sahəsini Vüsalə adında şəxsdən almış, lakin torpaq sahəsinin sənədləşməsində müəyyən problemlər yaranmışdır. Ondan sonra qaynanası sənədləşmə məsələlərini bələdiyyədə həll etmişdir. Torpaq sahəsini X5 almayıb və ev onun tərəfindən tikilməyib. Mübahisəli mənzil özbaşına tikildir. Onun cehiz əşyaları hələ də həmin evdədir. O həmin evə sonradan, yəni cavabdehlə aralarındakı rəsmi nikah pozulduqdan sonra qeydiyyata salınmışdır. Belə ki, həmin vaxt onlar cavabdehlə barışmış və yenidən bir yerdə yaşamağa başlamışlar. Hesab edir ki, məhkəmə maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(001)-4280/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər 21 aprel 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 24 oktyabr 2016-cı il tarixdə məhkəmə qaydasında boşanmışlar. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 28 iyun 2005-ci il tarixli, 13/01 saylı qərarı ilə Xocəsən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə X1 mülkiyyətinə verilmiş, Xocəsən Bələdiyyəsinin 06 sentyabr 2016-cı il tarixli qərarı ilə həmin bələdiyyənin 28 iyun 2005-ci il tarixli, 13/01 saylı qərarının 1-ci bəndində “X2” sözlərinin “X5” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili birgə nikah dövründə tikdiklərini iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçının həmin evdə pasport qeydiyyatında olması və cehiz əşyalarının həmin evdə olması isə onun həmin evdən istifadə hüququnun yaranmasını ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(001)- 4280/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10550/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10550/2021
21.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver