Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1056/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmiroğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əlioğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, Ərizəçinin nümayəndəsi X2, Maraqlışəxs Maraqlı şəxs və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədəərizəsinədair mülki iş üzrə BakışəhəriSəbailRayonMəhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-3141/2019 saylı qətnaməsindən maraqlışəxsMaraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsiərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmədən «ARAZ-SA» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəriMaraqlı şəxsölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan «ARAZ-SA» Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 187575,04 manat məbləğində (o cümlədən vergilər üzrə 114347,19 manat, faizlər üzrə 15894,25 manat, maliyyə sanksiyası üzrə 57333,60 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********220800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanın rəhbəri olan Maraqlı şəxsdır. Qeyd edilənlərə əsasən, məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)- 3141/2019 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) ərizə təmin olunmuşdır. Maraqlı şəxs birinci instansiya məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ərizənin təmin olunmamasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, «ARAZ-SA» Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu üzrə Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmünün olması, həmin hökmlə Maraqlı şəxs Azərbaycan Respublkası CM-nin 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313, 318.2 və 326.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunması, lakin ittihamın qanunsuz olması, vergi borclarının mütəmadi olaraq ödənilməsi, bu səbəbdən də hökmdən apellyasiya şikayətinin verilməsi, cinayət təqibi ilə bağlı Maraqlı şəxs ölkədən getmək hüququnun onsuz da məhdudlaşdırılması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən maraqlı şəxs və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq ərizədə göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatları dinləyib, iş üzrə toplanmış sübutlarıtam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan hüquqi şəxs haqqında məlumat vərəqəsindən görünür ki, rəhbəri Maraqlı şəxs olan hüquqi şəxs «ARAZ-SA» Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və «digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri» sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1950-ci ildə Azərbaycan Respublikasında anadan olmuş və ünvan 1 mənzil 19 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2019-cu il tarixli **********4 saylı bildirişdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs «ARAZ-SA» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 tərəfindən yaranmış vergi borcunun 5 gün müddətində qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsinə dair rəsmi xəbərdarlıq edilmişdir. İşdə olan vergi ödəyicisi olan «ARAZ-SA» Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, Cəmiyyətin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi borcu mövcuddur. Məhkəmə kollegiyası mübahisə ilə bağlı birinsi instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tədbirin həyata keçirilməsində əsas məqsəd məhz hüquqi şəxsin vergi öhdəliyinin (borcunun) dövlət büdcəsinə ödənilməsini təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinin tələbinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsində vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx xxxxxx 2011-ci il tarixli Qərarında göstərmişdir ki, vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin – vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Qanunvericiliyin tələbinə görə vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. İşdə olan sübutlarda isə görünür ki, hüquqi şəxs olan «Monolit Stone» Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə ödənilməmiş vergi borcları vardır. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıla bilər. Belə ki, MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maraqlı şəxs apellyasiya şikayətində hüquqi şəxsin vergi borcunun olmamasını bildirsə də etirazının əsası kimi məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Maraqlı şəxs rəhbəri olduğu hüquqi şəxs «ARAZ-SA» Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcunun olmaması barədə məhkəməyə hər hansı təkzibolunmaz sübut (məhkəmə qərarı və s.) təqdim edə bilməmişdir. Eyni zamanda, apellyasiya şikayətinə əlavə olunmuş Bakı Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublkası CM-nin 192.2.2, 193-1.3.2, 213.2.2, 308.1, 312-1.2, 313, 318.2 və 326.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Maraqlı şəxs apellyasiya şikayətində hökmün qanunsuz olmasını, vergi borcunun olmamasını, hökmdən apellyasiya şikayətini verməsini qeyd etsə də bu hal özü-özlüyündə ərizənin rədd olunması üçün yetərli əsas təşkil etmir. Halbuki, işdə olan sənədlərdən görünür ki, hüquqi şəxsin dövlət büdcəsinə müəyyən vergi borcu vardır. Vergi borcunun əsaslı olub-olmaması (hansı əsaslarla yaranması, düzgün hesablanıb-hesablanmaması və s.) isə hazırki icraat çərçivəsində deyil, inzibati icraat qaydasında maraqlı şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi Vergilər Nazirliyinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-3141/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-3141/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1056/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1056/2020
14.01.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver