Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-524/2026 05.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), X1 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Işdə olan Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, maraqlı şəxsin ##.##.2024-cü il tarixə Işsizlikdən Sığorta Fonduna ümumilikdə 421.77 manat məbləğində borcu vardır. Işdə olan Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, maraqlı şəxsin ##.##.2024-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 10685.98 manat məbləğində borcu vardır. Işdə olan Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 ünvanlanmış ##.##.2024-cü il tarixli bildirişdən görünür ki, maraqlı şəxsin ##.##.2024-cü il tarixə Icbari Tibbi Sığorta Fonduna ümumilikdə 1704.20 manat məbləğində borcu vardır. Işdə olan Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Baş Idarəsi tərəfindən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq haqqında məlumatdan görünür ki, maraqlı şəxsdən borcun 15 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli **-Ş saylı əmrin surətindən görünür ki, Maraqlı şəxs Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 direktoru vəzifəsindən azad edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsi maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2025-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 (VÖEN: **********) Işsizlikdən Sığorta Fonduna 481.40 manat, Dövlət Sosial Müdafiə Fonduna 12182.97 manat, Icbari Tibbi Sığorta Fonduna 1947.81 manat olmaqla, ümumilikdə 14612.18 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödeyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1-1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə istinad edərək, borclu olan Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 (VÖEN: **********) Işsizlikdən Sığorta Fonduna 481.40 manat, Dövlət Sosial Müdafiə Fonduna 12182.97 manat, Icbari Tibbi Sığorta Fonduna 1947.81 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan ## ###### 1972-ci ildə doğulmuş Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli iclasında maraqlı şəxs Maraqlı şəxs verdiyi izahatında göstərmişdir ki, ərizə əsassızdır. Belə ki, o, cəmi bir neçə ay müvəqqəti olaraq həmin orqanın rəhbəri olub və ##.##.2025-ci il tarixdə öz ərizəsi ilə Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 direktoru vəzifəsindən azad edilmişdir. Müəssisəyə aid olan borcun ona heç bir aidiyyatı yoxdur. O, bir müddət sadəcə əvəzləyici rəhbər vəzifəsində olmuş, sonradan isə azad edilmişdir. Özü gözdən əlildir və mütəmadi olaraq Türkiyədə müalicələr alır. Ölkədən getmək hüququnun məhdudlaşdırılması onun sağlamlığını da ciddi təhlükə altına qoymuş olar. Qeyd olunanlara əsasən ərizənin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə (hakim: Osman Vəliyev) ərizə təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355-5.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15- 3-cü maddəsinə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, hazırki iş üzrə vergi ödəyicisi olan Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcları və faizləri ödəməməsi məhkəmə iclasında müəyyən edilsə də, həmin hüquqi şəxsin öhdəliklərinin icrasını təmin etmək üçün Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 rəhbəri olan hazırki iş üzrə maraqlı şəxs qismində göstərilən Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli **-Ş saylı əmrdən görünür ki, Maraqlı şəxs ##.##.2025-ci il tarixdə ərizəsinə əsasən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 direktoru vəzifəsindən azad edilmişdir. Bu halda hazırki ərizədə göstərilən borclar Maraqlı şəxs deyil, Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X6 (hal-hazırkı rəhbərdən) tələb edilməlidir, habelə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması iddiası məhz hazırki rəhbərə münasibətdə əsaslı hesab edilə bilər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən ərizəçi Ərizəçi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə toxunmamışdır. Azərbaycan RespublikasıVergi Məcəlləsində vergi öhdəliyinin icra edilməsi vergi ödəyicisinin vəzifələrindən biridir və Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi vergi ödəyicisinin öhdəliyi hesab olunur. Həmin öhdəliyin vaxtında və tam qaydada icrası öhdəliyin yerinə yetirilməsi hesab olunur. Vergi Məcəlləsinin 23-cü maddəsində vergi orqanının vergi ödəyicisinin öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulları vergi orqanının hüquq kimi göstərilmişdir. Göründüyü kimi, qanunvericilikdə vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsini təmin edən üsullar nəzərdə tutulmuş, bu üsullardan biri də borclu vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəmələrə müraciət etmək hüququdur. Mövcud praktikada yaranmış vergi borcunun ödənilməsinin təmin edilməsinin ən təsirli üsulu ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmələ verilən ərizələr nəticəsində borclu vergi ödəyicilərinin ölkədən getmə hüququnun məhdudlaşdırılmasıdır. Lakin məhkəmənin gəldiyi bu nəticə ilə vergi orqanına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan maraqlı şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmiş, vergi orqanının qeyd edilən hüquqlardan istifadə hüququnu pozmuşdur. Maraqlı şəxs "DURBAN", "ƏLAMƏK", "DEPPIN", "ZIBERT" və "xxxx" MMC-lərin icra orqanın rəhbəri vəzifəsindən azad edilməsi və ya yeni rəhbər dəyişkənliyinin edilməsi barədə cəmiyyətin rəhbər dəyişikliyi ilə bağlı müraciətinə baxılması təmin edilməmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli **************** nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə formasının və onun əlavələrinin doldurulması qaydasının” tələblərinə riayət edilməmişdir (Ərizəyə əlavə edilmiş Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin ##.##.2025-ci il tarixli **-Ş nömrəli əmrində rəhbərin təyin edilməsi haqqında məlumat aşkar edilməmişdir. Maraqlı şəxs Maraqlı şəxs adları qeyd edilən hüquqi şəxslərin rəhbəri olmaqla yanaşı həm də həmin müəssisələrin təsisçisidir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. ##.##.2026-cı il tarixli apellyasiya baxışında iştirak edən maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, ##.##.2025-ci il tarixdə müvəqqəti olaraq təyin edilmişdir. Cəmiyyətin direktoru dələduzluqla həbs olunmuşdur. Hal-hazırda həmin vəzifədən azad edilmişdir. Vəzifədən azad olunması ilə bağlı əmri vergi orqanına təqdim etmişdir. O, Cəmiyyətin sədridir, borc Istehsalatın borcudur, onun öz möhürü, öz ştampı var, vergi borcuna görə məsuliyyət daşımır. Təyin edilməsi barədə əmr yoxdur, lakin təyin edildikdən sonra ona aid asan imza açılıb. Səhhəti ilə bağlı ölkə xaricinə getməli olur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən ərizəçi apelyasiya şikayəti verərək, Cəlilabad rayon Məhkəməsinin ##.##.2025-ci il, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsi Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər. Azərbaycan Respublikası Konstitusiyası 28-ci maddə 3-cü hissə. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 71-ci maddə 2-ci hissə. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: Maddə 16.1. Qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 78.1. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsinin məcburi olması təsbit edilmişdir. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...” “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” ## ###### 2003cü il tarixli Qanun 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hallara tam və düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan maddi hüquq normalarının mahiyyətini və hüquqi təyinatını nəzərə almamış, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunun hüquqi mahiyyətini həmin şəxsin hüquqi şəxsin borcuna görə şəxsi məsuliyyəti ilə eyniləşdirmiş və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin vaxtında yerinə yetirilməsi yalnız konkret vergi ödəyicisinin fərdi vəzifəsi olmaqla məhdudlaşmır, həmçinin dövlətin maliyyə sisteminin, sosial müdafiə və sığorta mexanizmlərinin sabit fəaliyyətinin təmin olunmasına xidmət edən publik-hüquqi əhəmiyyətli vəzifədir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsində vergi ödəyicisinin qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vəzifəsi müəyyən edilmiş, həmin Məcəllənin 23.1.15-3-cü maddəsi ilə isə vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış borcların və faizlərin, habelə tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsullarından biri kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün vergi orqanının məhkəməyə müraciət etmək hüququ təsbit edilmişdir. Eyni hüquqi mexanizm Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində də nəzərdə tutulmuş, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, həmin borcların ödənilməsini təmin etmək üçün səlahiyyətli dövlət orqanının fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Sadalanan normaların məzmunundan görünür ki, hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiq edilən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüquqi şəxsin vergi və digər məcburi ödənişlər üzrə borcunun həmin rəhbərin şəxsi borcuna çevrilməsi, yaxud həmin borcun ondan şəxsən tutulması anlamına gəlmir. Qanunverici burada bir-birindən fərqli iki hüquqi məsələni – vergi və digər məcburi ödənişlər üzrə əsas öhdəliyin subyektini və həmin öhdəliyin icrasını təmin edən tədbirin tətbiq oluna biləcəyi şəxsi – fərqləndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin “ərizədə göstərilən borclar Maraqlı şəxs deyil, Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X6 tələb edilməlidir” şəklində gəldiyi nəticə ərizənin hüquqi mahiyyətinə uyğun deyildir. Hazırkı iş üzrə ərizəçi həmin borcun Maraqlı şəxs şəxsi əmlakı hesabına tutulmasını tələb etmir. Ərizənin predmeti hüquqi şəxsin mövcud və icra edilməmiş öhdəliyinin yerinə yetirilməsini təmin etmək məqsədilə qanunvericilikdə xüsusi olaraq nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin tətbiqindən ibarətdir. Iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 məcburi dövlət ödənişləri üzrə borcu birdəfəlik və qısamüddətli xarakter daşımamışdır. Belə ki, ## ####### 2024-cü il tarixə müəssisənin Işsizlikdən Sığorta Fonduna 421,77 manat, Dövlət Sosial Müdafiə Fonduna 10.685,98 manat, Icbari Tibbi Sığorta Fonduna isə 1.704,20 manat, ümumilikdə 12.811,95 manat borcunun mövcud olduğu müəyyən edilir. Sonrakı dövrdə də həmin öhdəliklər yerinə yetirilməmiş və ## ###### 2025-ci il tarixə Işsizlikdən Sığorta Fonduna olan borc 481,40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borc 12.182,97 manat, Icbari Tibbi Sığorta Fonduna olan borc isə 1.947,81 manat olmaqla ümumi borcun məbləği 14.612,18 manat təşkil etmişdir. Beləliklə, iş materialları hüquqi şəxsin müvafiq fondlar qarşısında öhdəliklərinin uzun müddət ərzində yerinə yetirilmədiyini və borcun aradan qaldırılmadığını təsdiq edir. Maraqlı şəxs Maraqlı şəxs özünün apellyasiya instansiyası məhkəməsində verdiyi izahatından müəyyən edilir ki, o, ## #### 2025-ci il tarixdən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X4 rəhbər təyin edilmiş, bu təyinatdan sonra ona müəssisənin fəaliyyəti ilə bağlı ASAN Imza açılmış və ## #### 2025-ci il tarixədək müəssisənin direktoru funksiyalarını həyata keçirmişdir. Işdə olan ## #### 2025-ci il tarixli **-Ş nömrəli əmr də onun məhz həmin tarixdə direktor vəzifəsindən azad edilməsini təsdiq edir. Maraqlı şəxsin təyin edilməsi barədə əmrin iş materiallarında olmamasına istinad etməsi onun ## #### 2025-ci ildən ## #### 2025-ci ilədək müəssisəyə faktiki rəhbərlik etməsi faktını aradan qaldırmır. Əksinə, onun öz izahatında müvəqqəti olaraq direktor təyin edildiyini və bundan sonra ona ASAN Imza açıldığını təsdiq etməsi, habelə iş materiallarında onun direktor vəzifəsindən azad edilməsinə dair əmrin mövcudluğu həmin dövrdə müəssisənin icra orqanının rəhbəri funksiyalarını faktiki həyata keçirdiyini təsdiq edən və bir-birini tamamlayan hallardır. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, müəssisənin müvafiq fondlara borcunun ilkin olaraq Maraqlı şəxs direktor təyin edilməsindən əvvəl yaranması özlüyündə ərizənin ona münasibətdə əsassız olması nəticəsinə gətirmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxsin icra orqanına rəhbərlik edən şəxs həmin vəzifəyə təyin olunduğu andan yalnız bundan sonra yaranacaq öhdəliklərə münasibətdə deyil, hüquqi şəxsin mövcud maliyyə-təsərrüfat fəaliyyətinin, o cümlədən artıq yaranmış və icra edilməmiş publik-hüquqi öhdəliklərinin yerinə yetirilməsinin təşkili və təmin olunması istiqamətində idarəetmə funksiyalarını həyata keçirir. Hüquqi şəxsin rəhbərinin dəyişməsi hüquqi şəxsin əvvəlki dövrdən mövcud olan vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərinə xitam vermədiyi kimi, yeni rəhbərin həmin öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı idarəetmə funksiyalarını da istisna etmir. Başqa sözlə, Maraqlı şəxs ## #### 2025-ci il tarixdə müəssisəyə rəhbər təyin edilərkən müəssisənin qeyd olunan fondlar qarşısında borcu artıq mövcud olsa da, həmin borc onun rəhbərlik etdiyi dövrdə də ödənilməmiş və hüquqi şəxsin icra edilməli olan cari öhdəliyi kimi qalmaqda davam etmişdir. Maraqlı şəxs direktor vəzifəsini icra etdiyi müddət ərzində hüquqi şəxsin maliyyə-təsərrüfat fəaliyyətinin idarə edilməsini və onun qanunla müəyyən edilmiş öhdəliklərinin icrasının təşkilini üzərinə götürmüş şəxs olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ## #### 2025-ci il tarixli vəzifədən azad edilmə əmrinə müstəsna hüquqi əhəmiyyət verməklə məsələyə yalnız ərizəyə baxıldığı tarixdə mövcud olan formal vəzifə statusu baxımından yanaşmış, maraqlı şəxsin borcun mövcud olduğu və icra edilmədiyi dövrdə hüquqi şəxsin icra orqanına faktiki rəhbərlik etməsi halını isə hüquqi qiymətləndirmədən kənarda saxlamışdır. Halbuki hüquqi şəxsin icra orqanının rəhbərinin müəyyən edilməsi məsələsinə Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinin məqsəd və təyinatı nəzərə alınmaqla yanaşılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarında da həmin normalarda işlədilmiş “hüquqi şəxsin icra orqanının rəhbəri” anlayışının təfsiri zamanı yalnız sözlərin formal-qrammatik mənasının deyil, vergi nəzarətinə dair tənzimetmənin hüquqi təyinatının və qanunvericinin güddüyü məqsədin nəzərə alınmasının zəruriliyi vurğulanmışdır. Normanın məqsədindən çıxış edildikdə, hüquqi şəxsin rəhbərinin yalnız məhkəməyə müraciət edilən tarixdə həmin vəzifəni formal olaraq tutub-tutmamasının həlledici meyar kimi qəbul edilməsi bir sıra hallarda qanunla nəzərdə tutulmuş təminat mexanizminin faktiki olaraq təsirsizləşdirilməsinə gətirib çıxara bilər. Hüquqi şəxsin vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərinin uzun müddət yerinə yetirilmədiyi dövrdə onun fəaliyyətinə rəhbərlik etmiş şəxsin sonradan vəzifədən azad edilməsinin həmin dövrdə mövcud olmuş idarəetmə statusunu və bu statusdan irəli gələn hüquqi nəticələri geriyə qüvvə ilə aradan qaldırması qanunun məqsədinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində nəzərdə tutulmuş tədbir məsuliyyət və ya cəza tədbiri deyil. Onun məqsədi hüquqi şəxsin rəhbərinin fəaliyyəti ilə əlaqədar ona şəxsi sanksiya tətbiq etmək deyil, qanunla müəyyən edilmiş publik-hüquqi öhdəliyin real icrasını təmin etməkdən ibarətdir. Məhz bu səbəbdən həmin tədbirin tətbiqi zamanı onun qanuni əsasının mövcudluğu ilə yanaşı, konkret işdə zəruri və qarşıya qoyulan məqsədə mütənasib olub-olmaması da ayrıca qiymətləndirilməlidir. Konstitusiyanın 28-ci maddəsinin III hissəsi, eləcə də Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın * saylı Protokolunun 2-ci maddəsi şəxsin ölkədən getmək hüququnu təmin edir. Bununla belə həmin hüquq mütləq xarakter daşımır və qanunla nəzərdə tutulmuş, legitim məqsədə xidmət edən və demokratik cəmiyyətdə zəruri olan hallarda məhdudlaşdırıla bilər. Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarında da məhz Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddələrinin tətbiqi ilə bağlı göstərilmişdir ki, belə müraciətlərə baxılarkən vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınması ilə bağlı ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməli, məhdudiyyət şəxsin hüquqlarının lüzumsuz şəkildə məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır. Hazırkı iş üzrə həmin meyarları ayrı-ayrılıqda qiymətləndirən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müəssisənin öhdəliklərini icra etməməsi epizodik xarakter daşımamışdır. ## ####### 2024-cü il tarixdə artıq 12.811,95 manat təşkil edən borcun sonrakı dövrdə də ödənilmədiyi və ## ###### 2025-ci il tarixə ümumi 14.612,18 manat təşkil etdiyi iş materialları ilə müəyyən edilir. Vergi orqanı tərəfindən borcun ödənilməsi üçün müəssisəyə bildirişlər göndərilmiş, bununla da könüllü icra üçün imkan yaradılmışdır. Bundan əlavə, ## #### 2025-ci il tarixli xəbərdarlıqla borcun 15 gün müddətində ödənilməsi tələb edilmiş və öhdəliyin icra olunmayacağı təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi əvvəlcədən bildirilmişdir. Buna baxmayaraq borcun ödənilməsinə dair iş materiallarında məlumat yoxdur və ## ###### 2025-ci il tarixə öhdəlik icra edilməmiş vəziyyətdə qalmışdır. Beləliklə, vergi orqanı birbaşa olaraq şəxsin hərəkət azadlığının məhdudlaşdırılmasını tələb etməzdən əvvəl vergi ödəyicisi hüquqi şəxsə öhdəliyin könüllü yerinə yetirilməsi üçün imkan vermiş, bunun nəticəsiz qalmasından sonra qanunvericilikdə nəzərdə tutulmuş təminat vasitəsinə müraciət etmişdir. Borcun uzun müddət ərzində ödənilməməsi, verilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq öhdəliyin yerinə yetirilməməsi vergi ödəyicisinin öhdəliyinin faktiki icra olunmaması və bunun davamlı xarakter alması barədə kifayət qədər ilkin faktiki əsas yaradır. Məhkəmə kollegiyası xüsusilə onu da qeyd etməyi zəruri hesab edir ki, məhdudiyyətin qarşıya qoyulan məqsədə mütənasibliyinə gəldikdə isə nəzərə alınmalıdır ki, 14.612,18 manat məbləğində borc məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə publik-hüquqi öhdəliklərindın irəli gəlir. Həmin ödənişlərin toplanması dövlətin sosial müdafiə və sığorta mexanizmlərinin maliyyələşdirilməsinə xidmət etdiyindən, onların vaxtında ödənilməsinin təmin edilməsi mühüm ictimai maraq təşkil edir. Eyni zamanda tətbiq edilməsi tələb olunan tədbir daimi deyil, qanunda birbaşa olaraq “müvəqqəti məhdudlaşdırma” kimi müəyyən edilmiş təminat vasitəsidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin vergi borcu ilə əlaqədar ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair yanaşmasında da əsas məsələ məhdudiyyətin avtomatik və qeyri-müəyyən müddətə tətbiq edilib-edilməməsi, borcun başqa üsullarla tutulması imkanlarının nəzərdən keçirilməsi və tədbirin davam etdiyi müddətdə onun zəruriliyinin qiymətləndirilməsidir. Riener Bolqarıstana qarşı işində pozuntu məhz məhdudiyyətin avtomatik və qeyri-müəyyən müddətə davam etdirilməsi, habelə mütənasibliyin lazımi qaydada qiymətləndirilməməsi ilə əlaqələndirilmişdir. Hazırkı halda isə məhdudiyyət qanunla müəyyən edilmiş xüsusi məhkəmə proseduru çərçivəsində, konkret borcun mövcudluğu və icra edilməməsi qiymətləndirilməklə tətbiq edilir və onu doğuran əsasların aradan qalxması məhdudiyyətin götürülməsi prosedurunu hərəkətə gətirir. Maraqlı şəxsin gözdən əlil olması və səhhəti ilə əlaqədar mütəmadi olaraq Türkiyə Respublikasında müalicə aldığını bildirməsi də məhkəmə kollegiyası tərəfindən nəzərə alınır. Lakin təkcə həmin halın mövcudluğu qanunla nəzərdə tutulmuş təminat tədbirinin tətbiqini avtomatik olaraq istisna edən əsas hesab edilə bilməz. Maraqlı şəxsin izahatında xaricdə müalicə aldığını ümumi şəkildə bildirməsi ilə məhdudiyyətin tətbiqinin konkret olaraq onun həyatı və sağlamlığı üçün qaçılmaz və aradan qaldırılması mümkün olmayan təhlükə yaradacağı nəticəsinə gəlmək mümkün deyildir. Digər tərəfdən, şəxsin sağlamlıq vəziyyətinin nəzərə alınması ilə qanunla müəyyən edilmiş publik-hüquqi öhdəliklərin icrasının təmin edilməsi arasında ədalətli tarazlıq yaradılmalıdır. Hazırkı halda məhdudiyyətin müvəqqəti xarakter daşıması, onun borcun ödənilməsinin təmin olunması məqsədinə yönəlməsi, səbəb olan əsaslar aradan qalxdıqda götürülməsinin qanunvericiliklə təmin edilməsi, müəssisənin borcunun uzun müddət ödənilməməsi və daha əvvəl könüllü icra üçün verilmiş imkanların nəticəsiz qalması nəzərə alındıqda tətbiq ediləcək tədbirin qarşıya qoyulan məqsədlə qeyri-mütənasib olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas müəyyən edilmir. Məhkəmə kollegiyası maraqlı şəxsin cəmi bir neçə ay direktor işləməsi barədə dəlilini də ərizənin rədd edilməsi üçün kifayət hesab etmir. Qanunvericilik hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə belə tədbirin tətbiqini onun həmin vəzifədə minimum müəyyən müddət fəaliyyət göstərməsi şərti ilə əlaqələndirməmişdir. Əhəmiyyətli olan şəxsin müvafiq dövrdə faktiki olaraq hüquqi şəxsin icra orqanına rəhbərlik etməsi və həmin dövrdə hüquqi şəxsin qanunla müəyyən edilmiş və icra edilməli öhdəliklərinin mövcud olmasıdır. Bundan başqa, A. Məmmədzadə öz izahatında həmin vəzifəyə təyin olunduqdan sonra ona müəssisəyə aid ASAN Imzanın açıldığını bildirmişdir. Bu hal onun yalnız formal olaraq hüquqi şəxsin rəhbəri kimi rəsmiləşdirilmədiyini, əksinə, hüquqi şəxsin adından müvafiq elektron əməliyyatların həyata keçirilməsi və idarəetmə funksiyalarının icrası üçün real səlahiyyətlərə malik olduğunu göstərir. Həmin nəticə “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarla da təsdiq olunur. Belə ki, sistemdən olan çıxarışa əsasən, Maraqlı şəxs VÖEN **********, FIN ******* üzrə hazırda da vergi ödəyicisidir, onun işdən çıxarılması ilə bağlı hər hansı məlumatın vergi orqanının müvafiq altsistemində qeydə alınmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maraqlı şəxsin onun məhkəməyə müraciət edilməzdən əvvəl vəzifədən azad olunmasına istinad etməklə ərizəni rədd etmişdir. Bu isə, birinci instansiya məhkəməsinin ərizənin “hazırkı rəhbərə münasibətdə əsaslı ola biləcəyi” barədə mülahizəsi iş materialları əsasında müəyyən edilmiş konkret faktların hüquqi qiymətləndirilməsi deyil, ehtimala əsaslanan nəticədir. MPM-in 217.1 və 217.3-cü maddələrinin tələbinə görə qətnamə qanuni və əsaslı olmaqla iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən isə qətnamə çıxarılarkən məhkəmə sübutları qiymətləndirməli, iş üçün əhəmiyyət kəsb edən hansı halların müəyyən edildiyini və edilmədiyini, tərəflərin hüquqi münasibətini və tətbiq edilməli qanunu müəyyən etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarının mahiyyətinə uyğun olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, təqdim olunmuş sübutların məcmusu ilə Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi, borcun uzun müddət ərzində ödənilmədən qaldığı, borcun ödənilməsi ilə əlaqədar vergi orqanının bildiriş və xəbərdarlıqlarının nəticəsiz qaldığı, Maraqlı şəxs hazırda da müəssisənin icra orqanına rəhbərlik etdiyi müəyyən olunur. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunla nəzərdə tutulmuş hüquqi əsasa malikdir, hüquqi şəxsin publik-hüquqi öhdəliklərinin icrasının təmin olunması məqsədini daşıyır, işin konkret hallarına münasibətdə zəruri və mütənasib tədbir olmaqla şəxsin üzərinə qarşıya qoyulmuş məqsədlə müqayisədə həddindən artıq yük qoymur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməli, Cəlilabad Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 Işsizlikdən Sığorta Fonduna 481,40 manat, Dövlət Sosial Müdafiə Fonduna 12.182,97 manat və Icbari Tibbi Sığorta Fonduna 1.947,81 manat olmaqla, ümumilikdə 14.612,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin Cəlilabad X5 Işsizlikdən Sığorta Fonduna 481,40 manat, Dövlət Sosial Müdafiə Fonduna 12.182,97 manat və Icbari Tibbi Sığorta Fonduna 1.947,81 manat olmaqla, ümumilikdə 14.612,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-524/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-524/2026
05.08.2026 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver