Məhkəmə qərarları › İş №2(3-6)-1925/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1925/2026

25.05.2026 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1925/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs maraqlı şəxs qismində cəlb edilməklə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Maraqlı şəxs vergi ödəyicisi olan hüquqi şəxs Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin icra orqanının rəhbəridir. Ərizəçi vergi ödəyicisi olan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin vergiləri qanunla müəyyən edilmiş qaydada və müddətdə ödəmədiyinə istinad edərək, müvafiq hüquqi şəxsin icra orqanın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1227695.66 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1225921.72, İşsizlikdən Sığorta Fonduna olan 9733.29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1.493 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (##.##.1983-cü il tarixdə Bakı şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi–*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün ##.##.2025-ci il tarixə vergi ödəyicisi olan Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (VÖEN– 1500376341) İcbari Tibbi Sığorta Fonduna 1.493 manat, İşsizlikdən Sığorta Fonduna 9733.29 manat, Dövlət Sosial Müdafiə Fonduna 1225921.72 manat, dövlət büdcəsinə 1227695.66 manat məbləğində (o cümlədən, vergilər üzrə 432774.87 manat, faizlər üzrə 794720.79 manat, maliyyə sanksiyası üzrə 200 manat) olmaqla, ümumilikdə 2464843.67 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, ##.##.2025-ci il tarixli, 2550021390078600, ##.##.2025-ci il tarixli, 2550021383627000, ##.##.2025-ci il tarixli, 2550021395399300, ##.##.2025-ci il tarixli, **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarının tədqiqi nəticəsində aydın olur ki, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin icra orqanının rəhbəri olan hazırkı iş üzrə maraqlı şəxs Maraqlı şəxs tərəfindən məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə vergi öhdəlikləri qanunla müəyyən edilmiş qaydada və müddətdə yerinə yetirilir. Belə ki, bu öhdəliklər həm vergi orqanı tərəfindən maraqlı şəxsə bildirişlə müraciət edilməzdən əvvəl, həm də həmin bildirişin göndərilməsindən sonra yerinə yetirilmiş, qeyd edilənləri təsdiq edən ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir. Hazırkı iş üzrə maraqlı şəxs tərəfindən mövcud borcun mütəmadi şəkildə ödənilməsi, vergi öhdəliklərini yerinə yetirməsi nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, ərizə təmin edilməməlidir. Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə inzibati orqanın borclu hüquqi şəxsin rəhbəri barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı, həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Belə ki, hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: Hüquqi şəxsin dövlət büdcəsinə borcunun olması; Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Belə ki, qanunvericiliyin tələbi baxımından qeyd olunan halların mövcudluğu şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsasdır. Məhkəmənin mövqeyinə münasibətdə bildirilir ki, borcun müəyyən hissəsinin ödənilməsi vergi ödəyicisini konstitusion vəzifəsini tam və vaxtında icra etməsindən, eləcə də, bu vəzifəni yerinə yetirməməsinə görə qanunvericilikdə müəyyən edilmiş məsuliyyətdən və ya məhdudiyyətlərdən azad etmir. Əksini qeyd etməklə məhkəmə tərəfindən hüququn ümumi və ən əsas prinsiplərindən olan bərabərlik prinsipinin tələbləri pozulmuşdur. Belə ki, vergi və sosial sığorta haqlarını ödəmək öhdəliyi olan müxtəlif vergi ödəyicilərinə münasibətdə vergi orqanının ərizələri təmin olunsa da, hazırki vəziyyətdə maraqlı şəxsin rəhbəri olduğu müəssisənin şəxsi hesab vərəqəsinə əsasən ərizə üzrə ümumlikdə 2041778,13 manat borcu (vergi və məcburi dövlət sosial sığorta haqları üzrə) olduğu halda məhkəmə tərəfindən fərqli mövqedən yanaşma nümayiş etdirilmişdir. Digər tərəfdən, müəyyən müddət ərzində öhdəliklərini yerinə yetirən, lakin sonradan borcun ödənilməsindən yayınan hər bir vergi ödəyicisinə məhkəmənin qeyd etdiyi kimi yanaşılsa, qanunvericiliyin tələbləri öz əhəmiyyətini itirmiş olar. Bununla yanaşı tətbiq edilməsi üçün məhkəməyə müraciət edilən məhdudiyyət tədbiri vergi ödəyicisi tərəfindən borc öhdəliklərinin tam təmin edilməsi məqsədini daşıyır. Eyni zamanda borclu fiziki şəxsin ölkədən çıxışına qoyulacaq müvəqqəti məhdudiyyət yalnız həmin borc məbləği ödənilənədək tətbiq olunur. Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Bu baxımdan hesab edilir ki, mütənasiblik prinsipi bərabərlik prinsipi ilə uzlaşmalı və tətbiq edilərkən digər şəxslərin hüquqlarının və azadlıqlarının dolayısı ilə də olsa pozulmasına yol verilməməlidir. Lakin məhkəmə qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə ötəri toxunmuşdur. Həmçinin vergi ödəyicisinə borcun ödənilməsinə dair Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550021390078600, 2550021383627000, **************** nömrəli, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlərə əsasən yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi tələb edilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəmədiyindən ona SMS göndərilmiş və borcun ödənilməsi tələb edilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən sonra ##.##.2025-ci il tarixdə ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. Eyni zamanda maraqlı şəxsin aidiyyəti olduğu sahibkarlıq subyekti üzrə mövcud bank hesablarına Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş qaydada ##.##.2025-ci il tarixdə alınmalı sərəncamlar göndərilmişdir (ərizəyə əlavə olunmuşdur). Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Məhkəmə ətraflı araşdırma aparmayaraq, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olmaması qənaətinə gəlməklə yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə almamış, tətbiq edilməli olduğu halda tətbiq etməmiş, nəticədə əsassız olaraq ərizəçinin tələbi təmin edilməmişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən ərizə üzrə 2041778,13 manat borcunun olması müəyyən edildiyi halda məhkəmə tərəfindən sadəcə ödənilmiş hissə nəzərə alınaraq ərizə rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Vergi Məcəlləsi: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; borcludur. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə ərizənin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair ##.##.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: 1500376341) ##.##.2025-ci il tarixə ümumilikdə 38508.94 manat (25388.20 manat işsizlikdən sığorta haqqı və 13120.74 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair ##.##.2025-ci il tarixli, **************** nömrəli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: 1500376341) ##.##.2025-ci il tarixə ümumilikdə 1831240.81 manat (1162557.06 manat muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə və 668683.75 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair ##.##.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: 1500376341) ##.##.2025-ci il tarixə ümumilikdə 91300.50 manat (67479.77 manat icbari tibbi sığorta haqqı və 23820.73 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. Vergi borcunun ödənilməsinə dair ##.##.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, vergi ödəyicisi olan hüquqi şəxs Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: 1500376341) ##.##.2025-ci il tarixə ümumilikdə 2359949.54 manat (1332222.70 manat vergilər, 130680 manat maliyyə sanksiyaları və 897046.84 manat faiz) məbləğində borcu var və həmin borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilir. ##.##.2025-ci il tarixli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan müəyyən olunur ki, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (VÖEN: 1500376341) icra orqanının rəhbəri Maraqlı şəxs hüquqi şəxsin ödənilməmiş vergi borcunun məbləği (3730199.46 manat) barədə məlumat verilmiş və həmin borcun 15 (on beş) gün müddətində ödənilməsi tələb edilmişdir. Göründüyü kimi vergi ödəyicisi olan hüquqi şəxs öz öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun vergi borcu yaranmışdır. İş materialları ilə həmçinin müəyyən olunur ki, vergi ödəyicisinə borcun ödənilməsi zərurəti barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin həmin bildirişə baxmayaraq borc qanunla müəyyən edilmiş müddətdə ödənilməmişdir. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, hazırkı iş üzrə maraqlı şəxs tərəfindən mövcud borcun mütəmadi şəkildə ödənilməsi, vergi öhdəliklərini yerinə yetirməsi nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, ərizə təmin edilməməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə münasibətdə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının əsas şərti ödənilməmiş vergi borcunun mövcud olmasıdır ki, iş materialları ilə müəyyən edilir ki, hazırda müəyyən edilmiş borc maraqlı şəxs tərəfindən tam olaraq ödənilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası işin faktiki hallarına münasibətdə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən vergilərin (habelə faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının) və digər məcburi ödənişlərin ödənilməsi vergi ödəyicisinin vəzifəsidir. Vergi ödəyicisi bu öhdəliyi qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış borcların ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər (Vergi Məcəlləsi, maddələr 16, 23). Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, məhdudlaşdırılması barədə müraciətə baxılarkən məhkəmənin araşdırma predmeti, vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş və ödənilməmiş vergi və digər məcburi ödənişlər üzrə borcunun mövcud olub-olmamasından ibarətdir. Bu icraat çərçivəsində borcun hesablanmasının bütün elementləri üzrə ayrıca maddi-hüquqi mübahisə həll edilmir. Buna görə də borcun yaranma səbəbləri, onun hansı dövrdə formalaşması, habelə maraqlı şəxsin rəhbər vəzifəsinə sonradan təyin olunması faktı, özlüyündə, qanunla nəzərdə tutulmuş təminat tədbirinin tətbiqini istisna edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə Kollegiyası əlavə olaraq qeyd edir ki, hüquqi şəxsin icra orqanının rəhbəri təyin edildiyi andan həmin hüquqi şəxsin mövcud öhdəliklərinin, o cümlədən vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərinin icrasını təmin etmək vəzifəsini daşıyır və hüquqi şəxsin adından münasibətlərdə çıxış edən şəxs kimi məhz ona münasibətdə bu təminat tədbirinin tətbiqi qanunvericiliyin məqsədinə uyğundur. Belə məhdudlaşdırma tədbiri hüquqi məsuliyyət tədbiri deyil, öhdəliyin icrasını təmin etməyə yönəlmiş prosessual xarakterli vasitə olduğundan, borcun məhz həmin şəxsin rəhbərlik etdiyi dövrdə yaranıb-yaranmaması və ya onun borcun yaranmasında təqsirli olub-olmaması hazırkı icraatın həlledici predmeti deyildir. Əks yanaşma qəbul edildiyi halda, hüquqi şəxsin icra orqanı rəhbərinin dəyişməsi faktı həmin hüquqi şəxsin əvvəlki dövrlərdə yaranmış vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərinin icrasını təmin etməyə yönəlmiş tədbirlərin tətbiqini faktiki olaraq mümkünsüz edərdi. Belə ki, hər bir halda rəhbərin dəyişdirilməsi yolu ilə bu cür tədbirlərdən yayınmaq imkanı yaranar, bu isə qanunvericiliklə nəzərdə tutulmuş təminat mexanizminin effektivliyini aradan qaldırardı. Halbuki, rəhbərin dəyişməsi hüquqi şəxsin mövcud öhdəliklərini aradan qaldırmır və onların icrasını təmin etmək məqsədilə qanunla nəzərdə tutulmuş vasitələrin tətbiqinə mane olmur. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş hallar və tətbiq edilən hüquq normaları əsasında maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin rədd edilməsi barədə nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası borc məbləğinin həcmini nəzərə alaraq hesab edir ki, görülən məhdudlaşdırma tədbiri borc məbləğinə mütənasibdir və dövlət büdcəsinə olan borcun ödənilməsini təmin etmək, eyni zamanda hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, ərizəçi tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut etdiyindən ərizə göstərilən hallara görə qanuni və əsaslı olmuşdur. Şərh olunanları ümumiləşdirərək Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1227695.66 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1225921.72, İşsizlikdən Sığorta Fonduna olan 9733.29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1493 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (##.##.1983-cü il tarixdə Bakı şəhərində doğulan, Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi– *******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar